Soyad: Kərimov Qrup: 1139aA



Yüklə 36,05 Kb.
tarix22.04.2022
ölçüsü36,05 Kb.
#56104
elgun Sərbəst iş 1




Sərbəst iş - 1

Ad:Elgün


Soyad:Kərimov

Qrup:1139aA

Fenn:Ekologiya

Movzu : Ekologiya fənni və onun məsələləri və qlobal ekoloji problemlər

Muəllim: İslamova Rəna

Təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi bəşəriyyət qarşısında duran ən vacib problemlərdən biridir. Bu problem ətraf mühitin qorunması, təbii ehtiyatlardan düzgün və səmərəli istifadə və bərpa olunması üzrə kompleks tədbirlərin işlənib hazirlanmasını tələb edir.Həmin tədbirlər elmi cəhətdən düzgün əsəslandırılmalı, beynəlxalq aləmdə dövlət səviyyəsində həyata keçirilməlidir.



Müasir dövrdə son dərəcə ekoloji problemlər artmışdır. Bu problemlərin artmasının ilk əsas səbəbi müxtəlif sahələrin olduqca inkişaf etməsidir. Digər səbəb isə antropogen fəaliyyətin və təsirin mövcudluğudur. Son zamanlar antropogen fəaliyyətin nəticələri aşağıdakı kimi təzahür edilir:

  • Meşələrin məhv edilməsi, yaşıllıqların qırılması;

  • Atmosferdə parnik effekti yaradan toz və qazların toplanması nəticəsində istilik balansının dəyişməsi və qlobal istiləşmənin yaranması;

  • Ozon təbəqəsinin ildən-ilə nazikləşməsi və ozon deşiklərinin yaranması;

  • Torpağın deqradasiyası (şorlaşma, eroziya, münbitliyin aşağı düşməsi və s.);

  • Torpaqda, suda, havada zərərli maddələrin toplanması;

  • Okean səviyyəsinin qalxması;

  • Bitki və heyvanların (flora və fauna) məhv edilməsi;

  • Zərərli fiziki sahələrin intensivliyin yüksəlməsi (elektromaqnit sahə, səs-küy çirklənməsi və s.);

  • Müəyyən qism sadalananlara istinad edərək təbii fəlakətlərin sayının artması;

  • Həyatın keyfiyyətinin aşağı düşməsi (immun sistemi, genetik sistem və s. );

Havanın kimyəvi tərkibinin çirkləndirlməsi və zəhərləndirlməsi ilə mübarizə tədbirləri sisteminə havanın qorunması deyilir. Bunun üçün nüvə silahları sınağını dayandırmaq, atmosfer havasının qorunması haqqında bütün ölkələrin qəbul etdikləri qanunlara əməl edilməsi, havanı çirkləndirən və zəhərləyən istehsal prosesləri texnologiyasını təkmilləşdirmək, sanitar-epidemioloji xidmətdən geniş istifadə etmək, qalıqsız və ya az qalıqlı işləyən prosesləri yaratmaq və s. Torpağın əsas xassəsi onun məhsuldar olmasıdır. Lakin, radioaktiv maddələr, eroziya, şorlaşma, bataqlaşma və s. onun məhsuldarlığını azaldır. Bu isə onun çirklənməsi deməkdir.Torpağın qorunması sahəsində mühüm tədbirlər: torpaqdan düzgün istifadə edilməsi haqqında əsasnamələrin tətbiqi, torpaq kadastrının tərtibi, torpağın məhsuldarlığını aşağı salan proseslərin qarşısının alınmasının həyata keçirilməsi, torpağa gübrə verərkən elmi dəlillərə əsaslanmaq, torpağa aqrotexniki qulluğun təkmilləşdirilməsi və s. Su həyatın mənasıdır. Orqanizmdə gedən bütün proseslər su ilə əlaqədardır. Suyun qorunması dedikdə, su haqqında dövlət əsasnaməsinə əməl edilməlidir. Suyun öz-özünə təmizləmə mexanizmini qoruyub saxlamaq, çirkli suların müasir texnika ilə təmizlənməsi, qalıqsız istehsal texnologiyasının inkişafı və s.

Bitkilərin qorunması çox vacibdir. Fotosintezsiz həyat mümkün deyil. Deməli bitkilərsiz yaşamaq olmaz. Fotosintez edən heç bir bitkiyə zərərli demək olmaz. Meşələri qorumaq məqsədi ilə, meşə haqqında dövlət qanununa əməl edilməli, qırılmış meşələrin bərpası, meşə yanğınlarına qarşı mübarizəni gücləndirmək, Qırmızı Kitaba daxil edilmiş bitkiləri qorumalı və s. Heyvanlar aləminin praktik əhəmiyyəti çox müxtəlifdir. Heyvanaların müsbət əhəmiyyətindən danışsaq, heyvan qida zəncirində iştirak edir, onların ətindən, dərisindən və s. müxtəlif sahələrdə geniş istifadə edilir. Bəzi heyvanlar təbiətin sanitarlarıdır. Məhz, buna görə də heyvanların qorunması haqqında qanuna əməl edilməli, ovçuluq cəmiyyətinin əsasnaməsinə riayət olunmalı, Qırmızı Kitaba daxil edilmiş heyvanların qorunmasına ciddi nəzarət olunmalı və s.
Yüklə 36,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin