Wordbuilder



Yüklə 5,41 Kb.
tarix14.01.2023
ölçüsü5,41 Kb.
#79248
Word’e aktar 01-14-2023 23.10 (1)


28.4. Sinifrəhbərinin ailə ilə işi
Ailə ilə real əlaqə yaratmaq üzrə işin ağırlığı sinif rəh-bərinin üzərinə düşür. O, öz fəaliyyətini sinif valideyn komitəsi, valideyn yığıncaqları, həmçinin öz sinfində işləyən müəllimlər vasitəsilə təşkil cdir. Ailə ilə əlaqə saxlamaq üzrəsinif rəhbərinin praktiki fəaliyyətinin mühüm hissəsini mün-təzəm olaraq şagirdlərin evlərinə getmək təşkil edir. Beləgedişlər zamanı uşaqların həyat şəraiti yerində öyrənilir, şagirdlərə birgə tərbiyəvi təsirləri gücləndirmək üçün tədbirlər razılaşdırılır və əlaqələndirilir. Sinif rəhbəri ailələrə pedaqoji məsləhətlər də verir.
Valideyn lektoriyalarında ailə tərbiyəsinin vəzifələri, forma və metodları, həmin yaş dövründə olan uşaqların fizioloji xüsusiyyətləri, tərbiyənin ayrı-ayrı istiqamətləri (əxlaq, fiziki, əmək, intellektual, iqtisadi, ekoloji, hüquq və s.) haqqında mühazirə-söhbətlər keçirmək faydalı olar.
Valideyn yığıncaqlarında şagirdlərin davamiyyəti və yetir-məsinin yekunları, intizamı, təlimdə geri qalma faktlanı haq-qında valideynlərə informasiya verməklə yanaşı səbəbləri araşdırmaq, neqativ halları aradan qaldırmaq yollarını müza-kirə etmək, konkret tədbirlər müəyyənləşdirmək lazımdir. Valideyn yığıncaqlarını öyüd-nəsihətlərə, danlamaya çevirmək yolverilməzdir. Şagirdi və onun ailəsini adamların gözü qarşı-sında biabır etmək olmaz. Hakim rolunu öz üzərinə götürmək, qəti qərarlar qəbul etmək və hökm vermək müəllimə qəti qa-dağandır. Humanist müəllimin hətta danlamağa, qəti mühakimə yürütməyə haqqı yoxdur. Çünki şagirdləri bu və ya digər hərəkətə yol verməyə gətirib çıxaran səbəblərin nə qə-dər mürəkkəb və ziddiyyətli olduğunu o başa düşür. Bclə hal-larda sinif rəhbəri səbrli, mərhəmətli olmalı, canıyananlıq nü-munəsi göstərməli, öz yetişdirmələrini müdafiə etməlidir. Onun valideynlərə məsləhətləri yumşaq, ölçülüb-biçilmiş, xe-yirxah olmalıdır.
Ailə və məktəbin tələblərində vahidliyə riayət etmək məsələsi valideyn yığıncaqlarında müntəzəm müzakirə olunur, mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün yollar müəyyənləşdirilir.
Valideynləri söhbət üçün məktəbə dəvot etmək sinif rəh-bərinin ənənəvi iş formalarındandır. Humanizm oriyen-tasiyasında duran məktəblər şagirdlərin nailiyyətləri haqqında

Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin