Plan. Müzakirə üsulları Rollu oyunlar Təqdimat qrupu üzrə iş üsulları



Yüklə 38,59 Kb.
səhifə1/2
tarix03.05.2023
ölçüsü38,59 Kb.
#107114
  1   2
3 Mzakirə rollu oyunlar və təqdimat qrupu üzrə iş üsulları.


3.MÜZAKİRƏ, ROLLU OYUNLAR VƏ TOQDİMAT QRUPU ÜZRƏ İŞ ÜSULLARI
PLAN.

  1. Müzakirə üsulları

  2. Rollu oyunlar

  3. Təqdimat qrupu üzrə iş üsulları

Ədəbiyyat
1.Vagin A.A. Metodika prepodavaniya istorii v sredney şkole. M., 1968, P.3.
2. Aktualnıye voprosı metodiki obuçeniya istori v sredney şkole. M., 1984. IV t.
3.Veysova Z. Fəal/interaktiv təlim: müəllimlər üçün vəsait. Bakı: 2007.
4.Əmirov M.Tam orta məktəbdə tarixin fəal/interaktiv təlimi metodikası.
(Ali məktəblərin tarix fsakültəsi tələbələri üçün dərs vəsaiti) Bakı,2011.
Müzakirə - seçilmiş mövzu və ya məsələ ətrafında ideyaların, ləlumatların, təəssüratların, tənqidin və təkliflərin qarşılıqlı və struktur mübadiləsidir. Müzakirə fəal təlimdə ən çox istifadə olunur və onun bir neçə növü var.
Hər növ müzakirənin aşağıdakı əsas vəzifələri var:
1.Problemi təhlil etmək, həlli yolunu tapmaq, qərar qəbul
etmək bacarığının formalaşdırılması;
2.Müzakirə etmək bacarığının formalaşdırılması, tolerantlığın aşılanması;

  1. Fəal dinləmə mədəniyyətinin formalaşdırılması;

  2. Mənbələrlə işləmək bacarığının formalaşdırılması:

a) lazımi məlumatı seçmək;
b)mövqeyə uyğun ardıcıl, dolğun qurmaq (arqumentləşdirmək);
Mövqeyi məntiqi təqdim etmək bacanğının formalaşdırılması; >.Məntiqi və tənqidi təfəkkürün inkişaf etdirilməsi; '.Fərdi, cütlərlə, qruplarla işləmək bacarığının formalaşdırılması; t. Şifahi nitqin inkişafı.
1. Diskussiya
Məqsəd:
İştirakçılar müzakirə olunan məsələyə dair öz fıkirlərini başqalarına çatdırır, onları təsdiq etməyə çalışır, faktları təhlil edir, problemin həlli yollarını təklif edirlər.
Müzakirə aşağıdakı məqsədlərə nail olmaq üçün aparılır:

  1. Anlayış və ideyaların yoxlanılması və aydınlaşdırılması,

  2. Məlumat və ideyaların təşkil olunması və birləşdirilməsi,

  3. Analoqların, oxşarlıqların, fərqlərin tədqiq olunması və alternativ həll yolları olan problemlərin həll olunması,

  4. Razılığa gəlməyə nail olunması.

Müzakirənin bəzi üstün cəhətləri aşağıda göstərilmişdir: 1. müxtəlif nöqteyi-nəzərlərin söylənilməsinə imkan verir;
5.şagirdləri sadə görünən situasiyalann mürəkkəbliyindən xəbərdar edir;
6.qarşılıqlı ünsiyyətə yardım göstərir;
7.müəllim-şagird münasibətini yaxşılaşdınr;
8.sinifdə demokratik mühit yaradır;
9.dialoq aparma bacarığını təcrübədən keçirməyə imkan verir.
Qrup şəklində müzakirə zamanı iştirakçılar bir-birini dinləməyi (aktiv dinləmə), ardıcıllıqla danışmağı, başqalannın fıkirlərinə hörmətlə yanaşmağı, reqlamentə riayət etməyi öyrənirlər.
Alqoritm:

  1. Şagirdlərə müzakirə qaydalannı xatırlamaq.

  2. Şagirdləri yarımdairəvi və ya dairəvi şəkildə otuzdurmaq.

  1. Müzakirə mövzusunu aydın şəkildə və şagirdlərin öz ideyalarını ifadə edə biləcəkləri tərzdə təqdim etmək.

  2. Müzakirəni inkişaf etdirəcək suallar verməklə və şagirdlərin cavablarını nəzərdən keçirməklə müzakirəni tənzimləmək. Müzakirə zamanı məsləhət olunur ki:

  1. «Bəli» və ya «xeyr» cavablı suallar əvəzinə açıq suallar verilsin,

  2. Mövzunu daha dərindən başa düşmək üçün müəllim belə sual verə bilər: «Nə üçün siz belə düşünürsünüz?»,

Müzakirəni mövzuya və ya təhlil olunan situasiyaya səmərəli yanaşmağa imkan verəcək istiqamətdə aparmaq üçün müxtəlif suallar verilsin, məsələn: Nə baş verdi? Nə üçün bu baş verdi? Bu, başqa cür baş verə bilərdimi? Necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin fıkrinizcə həmin obraz nə hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?
Şərtlər:

  1. Diskussiyalar həm bütün siniflə (böyük qrupda), həm də kiçik qruplarda aparıla bilər.

  2. Şagirdlərə kifayət qədər vaxt verilməlidir ki, öz cavabları haqqında düşünsünlər və onları təşkil etsinlər.

  3. Bütün şagirdlərin müzakirədə iştirak etmək hüquqlarnın olduğunu hiss etdikləri təhlükəsiz bir mühit yaratmaq üçün müəllim şagirdlərin hamısının başa düşə və hörmət edə biləcəyi müzakirə qaydaları siyahısı tərtib etməlidir. Bu siyahı dərs ilinin əvvəlində hazırlana bilər; müəllim və şagirdlər gələcəkdə lazım olduqca dəyişdirilə bilən ümumi qaydalar barəsində razılığa gəlirlər. Qrup halında müzakirələrin (diskussiyaların) keçirilməsi qaydaları qrupda qarşılıqlı fəaliyyət zamanı istifadə edilən davranış qaydaları ılə eynıdır.

d) İmkan vermək olmaz ki, utanmayan uşaqlar müzakirələrdə
üstünlük təşkil etsinlər və ona görə də utancaq uşaqları
müzakirələrdə iştiraketməyə ruhlandırmaq lazımdır.
e) Təhlil, sintez və situasiya ilə bağlı elementlərin
qiymətləndirilməsini tələb edən suallar verilməlidir.
ə) Şagirdlərin cavablarındakı düzgün cəhətlər xüsusi vurğulanmalıdır.
Vasitələr: Müzakirə üçün əvvəlcədən hazırlanmış suallar, müxtəlif məlumat mənbələri.
Yarana biləcək problemlər:
f) Ünsiyyət ilə bağlı problemlər (bir-birini dinləməmək, şəxsi
rəqabətin işə təsiri və s.)
d)Müzakirənin uzanması, ğ) Artıq səs-küy, aqressivlik,
h)Tolerantlığın olmaması,
x) Mövzudan yayınmaq və yayındırmaq,
i)Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı,
j) Düzgün nəticənin çıxarılması çətinliyi.
2. Debatlar (çarpaz müzakirə)
Debatlar (çarpaz müzakirə) hər bir kəsin müzakirədə iştirakmın təmin edilməsi ilə nəticələnən xüsusi sxemdən istifadə edən strategiya formalarından biridir.
Məqsəd:
Diskussiyanın yalnız bir-birlərinə opponentlik (etiraz) edən tərəflərin arasında keçdiyi mübahisə, müzakirə , rəy mübadiləsi kimi məlum formalarından fərqli olaraq, debatlar opponentini deyil, üçüncü tərəfı inandırma prosesini nəzərdə tutur. Üçüncü tərəfın vəzifəsi hər bir tərəfın mövqeyini diniəyib, öz seçimini etməkdir. Bu seçim yalnız bir şeyə "Bu tərəf məni inandırdı!" məqsədi dəlil və sübutlarının köməyi ilə üçüncü tərəfı öz mövqeyinin düzgünlüyünə inandırmaqdır. Bu prosesin yekunları əsasında ona həmçinin qərarların qəbulu kimi baxmaq olar.
Debat prosesində şagirdlər aşağıdakı bacarıq və keyfıyyətlərə nail ola bilərlər:

  1. mövzunun araşdırılması;

  2. əsas anlayışlarla iş;

  3. dəlillərlə iş;

  4. "çarpaz suallann" hazırlanması;

  5. natiqlik məharəti;

  6. hakimlik və ya qərarları necə qəbul etməli. Alqoritm:

  1. Mövzunun müəyyənləşdirilməsi. Çarpaz müzakirə mətndə qaldırılan məsələni açıqlayan, birmənalı cavab tələb edən sual (yəni elə bir sual ki, ona müsbət və ya mənfı cavab verilə bilər) hazırlanmasını tələb edir. "Debatlarda" mövzu sual yox, təsdiq formasında ifadə edilir.

  2. RoIIarın müəyyənləşdirilməsi ("A" və "B" spiker komandaları, hakim, "taym-kipper").

Debat iştirakçıları və ya debatçılar çıxış zamanı spiker adlanırlar. Debatlar üçüncü tərəfı təmsil edən hakimlər qarşısında spiker komandaları ("A"mövqeyi və"B"mövqeyi) arasında keçirilir.
a) Təsdiqedici "A" mövqeyinin spikerləri debatların
mövzusunu onun ifadə edildiyi kimi təsdiq edirlər.

  1. Təkzibedici "B" mövqeyinin spikerləri" "A" mövqeyini təkzib etməyə borcludurlar, bu onların başlıca vəzifəsidir. Həm də onlar təkzibetmədən sonra öz meyar və dəlillərini təklif edirlər.

  2. Hakimin vəzifəsi bu mövqelərdən hansının daha inandırıcı olduğunu öz şəxsi mövqeyindən asılı olmayaraq müəyyən etməkdir.

  3. Debatlar prosesində çıxışlarm vaxt rejimini təmin edən "taym-kipperlər" iştirak edirlər.

3. DəliIIərin hazırlanması. Arqument (dəlil) faktlar əsasında
çıxarılan nəticədir; mövzunun tədqiqinin nəticəsidir. İştirakçılar-
spikerlər (cütlər və ya kiçik qruplar) sualın müzakirəsinə başlayır
3) mövzu "münaqişəli" olmalıdır, məsələn, əgər A mövqeyi
mövcuddursa,. bu o deməkdir ki, əks fıkir də (B mövqeyi)
mövcuddur;
4) mövzu elə ifadə edilməlidir ki, heç bir mövqeyin
üstünlüyü hiss edilməsin;
5) mövzu nə çox dar, nə də çox geniş olmalıdır. Məsələn,
"Evtanaziya xərçəng xəstəliyinə tutulmuş insanlar üçün
leqallaşdırılmalıdır", bu məhdud mövzudur, "Təhsil rəsmi dövlət
dilində olmalıdır" isə geniş mövzudur.
1) Hazırlıq prosesində debatçılar idrak prosesinin mühüm
ünsürlərindən olan sualların ifadə texnikası və məharətinə
yiyələnməlidirlər.
2) Şagirdlərin mənbələrlə işləyə bilməsi, dəstək və sübutların
məntiqi, mövzuya və problemə uyğun seçilməsi vacibdir.
Vasitələr: Müzakirə üçün əvvəlcədən hazırlanmış suallar, müxtəlif məlumat mənbələri. Yarana biləcək problemlər:
1) Ünsiyyət ilə bağlı problemlər (bir-birini dinləməmək, şəxsi rəqabətin işə təsiri və s.)

  1. Müzakirənin uzanması,

  2. Artıq səs-küy, aqressivlik,

  3. Tolerantlığın olmaması,

  4. Mövzudan yayınmaq və yayındırmaq, 6)Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı, 7) Hakimin qərar çıxarma bacarığının zəifliyi. 3. Müzakirə xəritələri

Məqsəd:
Bu üsuldan daha çox humanitar fənlərdə istifadə edilir. Müzakirə xəritəsi debat üçün hazırlıq rolunu oynaya bilər. Arqument təhlili şagirdlərə müzakirə olunan məsələ barəsindəki mövqeləri haqqında düşünmək imkanı verir.
A 1
Alqorıtm:
1. Mövzunu müəyyənləşdirmək. Mövzu ziddiyyətli
yanaşmalardan istifadə etməyə imkan verməlidir.

  1. Mövzuya dair problemin üzə çıxarılması, ziddiyyətli sualın qoyulması.

  2. Mövqelərin müyyənləşdirilməsi (fərdi).

4. Mövqebrin təsdiqi (mənbələrlə iş, arqumentlərin, fakt və
sübutlann tapılması).
5. Şagirdlər arqumentləri müəyyənləşdirirlər. Lehinə və
əleyhinə arqumentlərin siyahılaşdırırlar.

  1. Uyğun mövqelərin cütlükdə birləşdirilməsi, arqumentlərin təhlili, oxşar və fərqlərin üzə çıxarılması. Şagirdlər cüt-cüt işləyərək iki ən uzun "lehinə" və "əleyhinə" siyahısı tərtib edir.

  2. Hər bir cüt başqa cütlə birləşərək siyahıdakı bəndləri bir-birinə əlavə edirlər.

  3. Sinif bu arqumentlər barəsində düşünür və lehinə, yaxud da əleyhinə qərar qəbul edir.

9. Bir mövqelərin (cütlərin) qruplarda birləşməsi,
arqumentlərin dəqiqləşdirilməsi.

  1. Problemə dair mövqelərin dinlənilməsi (siniflə).

  2. Müzakirənin aparıllması (siniflə), arqumentlərin təhlili.

  3. Qərarın qəbul edilməsi.

  4. Ümumiləşdirmə. Şərtlər:

İş forması: cütlərdə və bütün siniflə; Auditoriyanın səviyyəsi:

  1. Bilik dairəsi;

  2. Mənbələrlə işləmək bacarığı;

  3. Müzakirə, dinləmə bacarığı;

  4. Tədqiqat aparmaq bacarığı;

İş forması: cütlərdə və bütün siniflə;

  1. Auditoriyanın səviyyəsi:

  2. Bilik dairəsi;

  3. Mənbələrlə işləmək bacarığı;

  4. Müzakirə, dinləmə bacarığı; Tədqiqat aparmaq bacarığı;

  1. Problemin düzgün qoyulması;

  2. Problemin aktuallığı;

  3. Şagirdlərin cəlb olunması;

  4. Problemin həll oluna bilməsi;

  5. Şagirdlərin mövqelərini, qısa, konkret, məntiqi, çatdıra bilməsi.

Vəsaitlər: kağız, marker, məlumat mənbəyi. Yarana biləcək problemlər:
a) Ünsiyyət ilə bağlı problemlər (bir-birini dinləmək, şəxsi
rəqabətin işə təsiri və s.),

  1. Müzakirənin uzanması,

  2. Artıq səs-küy, aqressivlik

  3. Tolerantlığın olmaması,

e) Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı,
ə) Düzgün nəticənin çıxarılması çətinliyi.
Digər variant: debatla müşayiət olunan müzakirə xəritəsi Məqsəd:
Güman edilən aspektlər barəsində mübahisə etməklə mövzuya daha dərindən yanaşma. Alqoritm:
1. Müzakirə mövzusu barəsində qərarın qəbul edilməsi.
Müəllim təlimatçı arqument dəstəyi tələb edən «bəli» və ya «xeyr»
sualı verir.
2. İştirakçılar arqumentləri müəyyənləşdirirlər:

  1. Hər bir şagird iştirakçı lehinə və əleyhinə arqumentlər siyahısı tərtib edir,

  2. Şagirdlər cüt-cüt işləyərək iki ən uzun "lehinə" və "əleyhinə" siyahısı tərtib edir.

  1. Şagirdlər lehinə və ya əleyhinə cavab seçirlər.

  2. Təlimatçı sinfı iki əks qrupa bölür:

Bir qrupdakı şagirdlər arqumentləri nəzərdən keçirir və nəticəyə gətirib çıxaracaq qərar verir. Qərarsız şagirdlər digər qrupu təşkil edir.
5. Şagirdlər müzakirə olunan mövzu barəsində mübahisə
edir:
a) Bir qrup dəstəkləyici arqument verərək öz mövqeyini
bildirir. Digər qrup əks-arqument irəli sürür;
b) Digər qrupda bunu etməyə dəvət olunur.
6. Mübahisə aşağıdakı təlimatlara əsasən arqument və əks-
arqumentləri dəyişərək davam etdirilə bilər:

  1. Hər qrup oponentlərin fıkrinə diqqətlə yanaşmalıdır;

  2. İştirakçı əks tərəfın arqumenti ilə inandırılırsa, o, istənilən vaxt qrupunu dəyişə bilər;

3) Qrup üzvləri ən çox inandırıcı arqumentləri qeyd etməlidirlər.
Şagirdlərin optimal sayı 20 nəfərdir.
Fəaliyyət zamanı iştirakçılar öz rollarına uyğun olaraq onların aşağıdakı vəzifələrini bilməlidirlər:
a) APARICI:
Şərtlər:
Mövzunu təklif edir və ya mövzunun seçilməsinə nəzarət edir. Qruplann təşkil olunmasına nəzarət edir.
Iştirakçılarla birgə mübahisənin qaydalarını müəyyənləşdirir və ya sadəcə olaraq şagirdləri mövcud qaydalardan xəbərdar edir. Mübahisələrdə iştirak edir və lazım geldikdə müdaxilə edir.
Şagirdlərin əldə etdiyi nəticə və ya həll yollarını birləşdirir.
b) ŞAGİRD:
Lehinə və əleyhinə arqumentləri müəyyənləşdirir.
Qruplardan birinə qoşulur.
Müzakirənin hər bir səviyyəsində fəal iştirak edir.
Əməkdaşlıq edir və ünsiyyət saxlayır. Vəsaitlər: kağız, marker, məlumat mənbəyi. Yarana biləcək problemlər: Bax: "müzakirə xəritələri"
4. Klassik dialoq (Sokrat dialoqu)
Kiassik dialoq və ya Sokrat dialoqu debatlar ilə demək olar ki, oxşar alqoritm üzrə aparılır. Məqsəd:
Klassik dialoqun əsas məqsədi problemin həlli üçün ən səmərəli yolu müəyyən etməkdir. Alqoritm:
Debatda olduğu kimi burada da xüsusi sxemdən istifadə



Arqument




Əks-arqument

(Ididaçı)




(opponent)













Problemin həlli







(vasitəçi)






Sxemdən görünür ki, klassik dialoqda 3 tərəf (iddiaçı, opponent və vasitəçi) iştirak edir Onlardan 3 komanda təşkil edilə bilər, lakin dialoq zamanı komandaların yalnız nümayəndələri iştirak edir. Debatdan fərqli olaraq, klassik dialoqda iddiaçının və onun opponentin müzakirəsində üçüncü tərəfı inandırma deyil problemin həlli üçün vasitəçi şəxsə əsash dəlillər təqdim etməkdir. Üçüncü tərəfın vəzifəşi isə hər bir tərəfın mövqeyini dinləyib, bu mövqelərdə olan faydalı ideyaları müəyyən edib kompromis və daha səmərəli yolu tapmaqdır.
Bu üsulun şərtləri, vasitələri və yarana biləcək problemləri debat üsulundakı ilə oxşardır.
5."Akvarium"
Məqsəd: Diskussiya vərdişlərini inkişaf etdirmək. Burada qrupların vahid fıkrə gəlməsi önəmli deyil. Başlıcası - problemin müzakirəsində irəliləmək və düzgün diskussiya aparmaq vərdişlərini nümayiş etdirməkdir.
Alqoritm:
"Akvariumun keçirilməsinin 1-ci variantı:
1. Şagirdləri 2 qrupa bölürlər. Bir qrup stullarda əyləşərək daxili dairə təşkil edir: bu iştirakçılar müəllimin təklif etdiyi problemi müzakirə edəcəklər. Digər qrup xarici dairədə stullarda oturur: onlar diskussiyanı müəyyən qaydalar üzrə keçib-keçmədiyini müşahidə edəcəklər.
2. Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır.
3. 15-20 dəqiqədən sonra
dairənin" iştirakçıları diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər.
"Akvarium"un" keçirilməsinin 2-ci variantı:

  1. "Daxili dairənin" iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edirlər. "Lehinə" olan dəlilləri irəli sürürlər.

  2. Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər: onlar dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz əks dəlillərini hazırlayırlar.

3. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və daxili dairədən olan şagirdlər öz yerlərini dəyişirlər. fndi onlar diskussiya apararaq, əvvəlki iştirakçılann dəlillərini təkzib elməlidirlər.
Şərtlər: Bütün qaydalar diskussiyadan öncə ciddi şəkildə müəyyən edilməlidir (bax "Diskussiya") Vasitələr: kağız və markerlər.
Yarana biləcək problemlər: bax: "müzakirə xəritələri"
Yüklə 38,59 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin