Bu vəsaitdəki fikirlər müəlliflərə aiddir və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) mövqeyini əks etdirmir



Yüklə 19,66 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix02.03.2017
ölçüsü19,66 Kb.
#9916
  1   2   3   4   5   6   7   8   9   ...   17

Bu vəsaitdəki fikirlər müəlliflərə aiddir və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) mövqeyini əks etdirmir.
Vəsaitdə istifadə edilmiş təyinat məntəqələri və məzmunun təqdimatı hər hansı ölkənin, ərazinin, şəhər
və ya rayonun və ya onun inzibati vahidlərinin hüquqi statusu, onun sərhədləri və ya hüdudları ilə bağlı
BMqT adından hər hansı fikrin ifadə edilməsi anlamına gəlmir.
BMqT humanist və nizamlı miqrasiyanın miqrantlara və cəmiyyətə faydalı olması prinsipinə sadiqdir.
Hökumətlərarası təşkilat kimi BMqT miqrasiyanın operativ  problemlərinin həllinə yardım etmək, miqrasiya
məsələlərinin daha da dərindən dərk edilməsinə nail olmaq; miqrasiya vasitəsilə sosial və iqtisadi inkişafı
təşviq etmək və miqrantların şəxsi ləyaqət hissini və rifahını dəstəkləmək məqsədilə beynəlxalq
ictimaiyyətdən olan tərəfdaşları ilə birlikdə fəaliyyət göstərir.
Bu vəsaitin Azərbaycan dilinə tərcüməsi ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə
dair Beynəlxalq Məsələlər üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən və BMqT‐nın Azərbaycandakı
nümayəndəliyi tərəfindən həyata keçirilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək
vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi –V Faza” layihə
çərçivəsində mümkün olmuşdur. 
Müəlliflər:
Cathy Zimmerman
London Gigiyena və Tropik Təbabət Məktəbi, 
Gender Zorakılığı və Səhiyyə Mərkəzi
Rosilyne Borland
Beynəlxalq Miqrasiya Təşkilatı
Miqrantlara Yardım Bölməsi
Naşir: 
Beynəlxalq Miqrasiya Təşkilatı
17 route des Morillons 
1211 Cenevrə 19 
İsveçrə 
Tel.: + 41 22 717 91 11 
Faks: + 41 22 798 61 50 
E‐poçt: 
hq@iom.int 
Veb‐səhifə: 
www.iom.int
______________
ISBN 978‐92‐9068‐722‐1
©  2009 Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 
©  London Gigiyena və Tropik Təbabət Məktəbi (LSHTM) 
©  BMT‐nin İnsan Alverinə qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsü (UN.GIFT) 
______________ 
Bütün hüquqlar qorunur. Bu nəşrin heç bir hissəsi naşirin əvvəlcədən yazılı icazəsi olmadan çoxaldıla, axtarış
sistemində saxlanıla və ya hər hansı formada və yaxud hər hansı vasitələrlə (elektron, mexaniki,
surətçıxarma, səsyazma və ya digər üsulla) ötürülə bilməz.

Minnətdarlıq
Bu rəhbər sənəd BMT‐nin İnsan Alverinə qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsünün (UN.GIFT) maliyyə dəstəyi
ilə hazırlanmışdır. Bu rəhbər sənədin hazırlanması Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və London Gigiyena və
Tropik Tibb Məktəbinin (LSHTM) Gender Zorakılığı və Səhiyyə Mərkəzi tərəfindən əlaqələndirilmişdir.
İnsan Alveri Qurbanlarına Tibbi Xidmətlərin Göstərilməsi: Səhiyyə işçiləri üçün rəhbər sənədin hazırlanması zamanı
qlobal səviyyədə səhiyyə və insan alverinə qarşı mübarizə üzrə mütəxəssis şəbəkəsinin dəstək və iştirakından
yararlanmaq şərəfinə nail olduq. Əsas müəlliflərə və iştirakçılara daxildir: Dr. Melanie Abas (Psixiatriya İnstitutu,
London Kings Kolleci), Dr. Idit Albert (Cənubi London və Maudsley NHS Foundation Trust, Təşviş, Pozuntu, Travma
Mərkəzi), Dr. Islene Araujo (Miqrasiya və Səhiyyə Şöbəsi, Beynəlxalq Miqrasiya Təşkilatı), Hedia Belhadj‐El
Ghouayel (BMT‐nin Əhali Fondu), Rosilyne Borland (Miqrasiya və Səhiyyə Şöbəsi, Beynəlxalq Miqrasiya Təşkilatı),
Jenny Butler (BMT‐nin Əhali Fondu), Sarah Craggs (İnsan Alveri ilə Mübarizə Bölməsi, Beynəlxalq Miqrasiya
Təşkilatı), Dr. Michele Decker (Harvard İctimai Səhiyyə Məktəbi), Dr. Sean Devine (Müstəqil konsultant), Riet
Groenen (BMT‐nin Əhali Fondu), Takashi Izutsu (BMT‐nin Əhali Fondu), Dr. Elizabeth Miller (UC Davis Tibb
Məktəbi), Dr. Nenette Motus (Cənub‐Şərqi Asiya üzrə Regional Ofis, Beynəlxalq Miqrasiya Təşkilatı), Tina Nebe
(BMT‐nin Əhali Fondu), Dr. Anula Nikapota (Psixatriya İnstitutu, Böyük Britaniya‐Sri Lanka Travma Qrupu), Marija
Nikolovska (Cənubi Afrika üzrə Regional Ofis, Beynəlxalq Miqrasiya Təşkilatı), Siân Oram (doktorluq namizədi,
LSHTM), Donka Petrova (Animus Fondu), Dr. Clydette Powell (Global Səhiyyə Bürosu, ABŞ‐ın Beynəlxalq İnkişaf
Agentliyi), Kate Ramsey (BMT‐nin Əhali Fondu), Timothy Ross (Fundación Social Fénix), Dr. Jesus Sarol (Miqrasiya
və Səhiyyə Şöbəsi, Beynəlxalq Miqrasiya Təşkilatı), Maria Tchomarova (Animus Fondu), Leyla Sharafi (BMT‐nin
Əhali Fondu), Dr. Amara Soonthorndhada (Əhali və Sosial Araşdırmalar İnstitutu, Mahidol Universiteti), Aminata
Toure (BMT‐nin Əhali Fondu), Jacqueline Weekers  (Miqrasiya və Səhiyyə Şöbəsi, Beynəlxalq Miqrasiya Təşkilatı),
Dr. Katherine Welch (“Global Health Promise” Təşkilatı), Dr. Brian Willis (“Global Health Promise” təşkilatı), Dr.
David Wells (Viktoriya Məhkəmə Tibbi Ekspertiza İnstitutu), Dr. Teresa Zakaria (IOM Jakarta, Beynəlxalq Miqrasiya
Təşkilatı) və Dr. Cathy Zimmerman (London Gigiyena və Tropik Təbabət Məktəbi).
Müəlliflərə dünyanın müxtəlif ölkələrindən bir sıra müstəqil ekspertlər tərəfindən dəstək verilmişdir. Ümumdünya
Səhiyyə Təşkilatındakı və BMT‐nin İİV/QİÇS üzrə Birgə Proqramındakı bir sıra həmkarlarımızdan əldə etdiyimiz
ətraflı məlumatlara görə Dr. Jane Cottingham, Dr. Claudia Garcia Moreno, Dr. Jason Sigurdson və Dr. Susan Tim‐
berlake‐ə xüsusi təşəkkürümüzü bildiririk. Beynəlxalq Miqrasiya Təşkilatının Miqrasiya və Səhiyyə Şöbəsinin Di‐
rektoru Dr. Davide Mosca və Beynəlxalq Miqrasiya Təşkilatının İnsan Alveri ilə Mübarizə Bölməsinin Direktoru
Richard Danzigerin daimi dəstəyi və məsləhəti olmadan bu rəhbər sənədi ərsəyə gətirmək mümkün olmazdı.
i
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

Mündəricat
Minnətdarlıq .................................................................................................................................................................i
Giriş ..............................................................................................................................................................................1
Fəsil 1: İnsan alveri .......................................................................................................................................................7
Fəsil 2: İnsan alverinin sağlamlıqla bağlı fəsadları ......................................................................................................15
Fəsil 3: Rəhbər prinsiplər ...........................................................................................................................................25
Tədbirlər Planı 1: Travmadan xəbərdar tibbi yardım .................................................................................................31
Tədbirlər Planı 2: Mədəni dəyərlərə uyğun fərdi tibbi yardım...................................................................................37
Tədbirlər Planı 3: Tərcüməçilərlə iş ............................................................................................................................43
Tədbirlər Planı 4: Sağlamlığın kompleks qiymətləndirilməsi .....................................................................................49
Tədbirlər Planı 5: Uşaqların və yeniyetmələrin müayinəsi zamanı nəzərə alınmalı olan spesifik məsələlər .............59
Tədbirlər Planı 6: İnsan alverindən şübhələndikdə nə etməli?  .................................................................................67
Tədbirlər Planı 7: Müdafiə və təhlükəsizlik ................................................................................................................75
Tədbirlər Planı 8: Özünə  yardım ................................................................................................................................81
Tədbirlər Planı 9: Xəstəyə aid məlumatlar və fayllar .................................................................................................87
Tədbirlər Planı 10: Təhlükəsiz istiqamətləndirmə .....................................................................................................95
Tədbirlər Planı 11: Təcili yardım ...............................................................................................................................105
Tədbirlər Planı 12: Psixi sağlamlığın təminatı ..........................................................................................................111
Tədbirlər Planı 13: Cinsi və reproduktiv sağlamlıq ...................................................................................................121
Tədbirlər Planı 14: Əlillik ..........................................................................................................................................129
Tədbirlər Planı 15: Yoluxucu xəstəliklər ...................................................................................................................137
Tədbirlər Planı 16: Tibbi və hüquqi mülahizələr ......................................................................................................147
Tədbirlər Planı 17: Hüquq‐mühafizə orqanları ilə əlaqələr .....................................................................................155
Nəticə .......................................................................................................................................................................161
Ədəbiyyat siyahısı ....................................................................................................................................................165
ii
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

GİRİŞ
Giriş

Giriş
İnsan alveri insanların daha yaxşı iş və gələcək ümidi ilə aldadılaraq miqrasiya və istismar vəziyyətinə düşdükləri
zərərli və bəzən ölümcül olan təcrübədir. İnsan alveri:
l
cinayət əməli 
l
insan hüquqlarının pozulması 
l
istismar forması 
l
zorakılıq əməli adlandırılır. 
Digər zorakılıq formalarında olduğu kimi insan alveri fiziki və psixoloji zərərlə bağlı olduğundan səhiyyə işçiləri
tərəfindən ciddi sağlamlıq riski kimi qəbul edilir.
İnsan alveri və istismarı ilə bağlı dəlillər dünyanın heç bir regionunun bu təcrübədən yan keçmədiyini göstərir:
İnsan alveri nümunələri Cənubi, Mərkəzi və Şimali Amerika, Afrika, Avropa, Asiya və Sakit okean regionunda
mövcuddur. İnsan alverinin geniş yayılma xüsusiyyəti səhiyyə işçisinin müəyyən məqamlarda insan alveri qurbanı
ilə təmasda ola biləcəyini  göstərir.
İnsan alveri qurbanı tibb işçisinə yönləndirilə, xəstə insan alveri qurbanı kimi başına gələnləri açıqlaya və ya
səhiyyə işçisi şəxsin insan alverinə məruz qalmasını göstərən əlamətləri aşkar edə bilər. Məlumatlı və diqqətli
səhiyyə işçisi sözlə ifadə edilməsi mümkün olmayan və təkrar zorakılıq hallarından əziyyət çəkmiş insanlara yardım
edilməsi və onların müalicə edilməsində mühüm rol oynaya bilər. Əslində, tibbi xidmət insan alverinə qarşı
mübarizə üzrə yardım tədbirləri şəbəkəsində qabaqlayıcı və dəstək xidmətlərinin mühüm hissəsini təşkil edir.
Rəhbər sənədin məqsədi
Bu sənəd aidiyyəti səhiyyə işçilərinə insan alveri fenomenini anlamaq, insan alveri ilə bağlı sağlamlıq
problemlərindən xəbərdar olmaq və insan alveri qurbanlarına tibbi yardım göstərərkən təhlükəsiz və məqbul
yanaşmaları nəzərdən keçirməkdə köməklik göstərmək üçün praktiki, qeyri‐klinik təlimat məqsədi daşıyır. Sənəddə
tibbi yardım göstərilməsində səhiyyə işçilərinin rolu və onların tibbi yardım göstərmək məsuliyyətləri ilə bağlı
bəzi məhdudiyyətlər təsvir edilmişdir.
Bu resursda: “İnsan alverinə məruz qalmış xəstəyə diaqnoz qoymaq və onu müalicə etmək üçün hansı xüsusi
yanaşmalar tələb olunur?” və “Şəxsin insan alveri qurbanı olduğunu bildikdə və ya bundan şübhələndikdə nə
etməliyəm?” kimi suallara cavab tapmağa cəhd edilir.
İnsan alveri qurbanları, digər zorakılıq qurbanlarında olduğu kimi təhlükəsiz və məxfi şəkildə müalicə edilməli
olan xəsarət və xəstəliklərə malik olurlar. İnsan alveri qurbanı üçün səhiyyə sektorunda hər hansı şəxslə təmas
nə baş verdiyini izah etmək və ya yardım edilməsinə müraciət etmək üçün ilk və ya yeganə fürsət ola bilər.
Xüsusi qeyd: İnsan alveri miqrantların digər yüksək risk vəziyyətləri, həmçinin insan qaçaqçılığı və əməyin istismarı
ilə asanlıqla səhv salına biləcək cinayətdir. İnsan alveri, insan qaçaqçılığı və dözülməz əmək şəraiti arasında hüquqi
1
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

fərqlər olsa da, çox zaman bu cür müxtəlif vəziyyətlərə düşmüş şəxslərin sağlamlıq riskləri və ehtiyacları arasında
oxşarlıqlar olur. Səhiyyə işçiləri üçün kateqoriya fərqləri onların təmin etdikləri tibbi xidmət səviyyəsinə təsir
etməməlidir, lakin onların hansı istiqamətləndirmə seçimlərindən istifadə edə biləcəklərini müəyyənləşdirərkən
mühüm amil kimi çıxış edə bilər. Bütün şəxslər insan hüquqları və humanitar prinsiplər əsasında tibbi dəstək və
yardımdan yararlanmaq hüququna malik və layiqdirlər.
Bu sənəd insan alveri qurbanları haqqında olsa da, onun təlimatları təcrid edilmiş və ya zorakılığa məruz qalmış
digər əhali qruplarının sağlamlıq ehtiyaclarını ödəmək üçün faydalı ola biləcək məlumatlarla zəngindir. Məqsəd
hamı üçün ən yaxşı tibbi yardıma nail olmaqdan ibarətdir.
Hədəf auditoriya
Bu tövsiyələr hal‐hazırda və ya gələcəkdə insan alveri qurbanlarına birbaşa səhiyyə xidmətləri göstərən səhiyyə
işçiləri üçün hazırlanmışdır. Tövsiyələr insan alverinə məruz qalmış şəxslərlə təmas və onların yönləndirilməsi ilə
bağlı müxtəlif məsələləri əhatə edir. Nəzərdə tutulan auditoriyaya aşağıdakılar aiddir:
l
ümumi profilli həkimlər və əsas tibbi xidmət təchizatçıları;
l
özəl və dövlət sektoru üzrə səhiyyə işçiləri;
l
təcili tibbi yardım işçiləri;
l
qəbul otağı işçiləri və ya texniki işçilər kimi sağlamlıq mərkəzi işçiləri;
l
klinik həkimlər, məsələn, ginekoloqlar, neyroloqlar, yoluxucu xəstəliklər üzrə mütəxəssislər;
l
cinsi sağlamlıq və ya qaçqınlara/miqrantlara tibbi yardım xidməti təminatçıları;
l
psixi sağlamlığın mühafizəsi üzrə mütəxəssislər, məsələn, psixoloqlar və ya psixiatrlar. 
Bu təlimatlar insan alveri qurbanlarına birbaşa tibbi yardım həyata keçirən bütün səhiyyə işçiləri üçün əlçatan
olmalıdır. Mümkün olduqca təsvir edilən tibbi yardım yanaşmaları məqbul və ardıcıl tibbi yardımın həyata
keçirilməsini təmin etmək üçün təlim və izahat işi vasitəsilə dəstəklənməlidir. Bundan əlavə bu sənəddə qabaqcıl
təcrübələrlə bağlı təlimatlar əks olunsa da, heç şübhəsiz ki, müxtəlif vəziyyətlər fərqli tibbi yardım kontekstləri
və mövcud resursları şərtləndirmiş olacaq. Bu baxımdan tövsiyələr yerli kontekstlərə uyğunlaşdırılmalıdır.
Fəsillər və tədbirlər planı: onlar nədir və necə istifadə olunmalıdır?
Bu rakursda, gərgin iş qrafiki olan səhiyyə işçilərini bu sənədlərdən istifadəyə təşviq etmək məqsədilə, tələb olu ‐
nan biliklərin və tövsiyə olunan yanaşmaların əsas məqamları yığcam şəkildə təqdim olunmuşdur. Bu sənədi
ardıcıllıqla və ya maraq mövzusu əsasında oxumaq olar və buna görə də, bəzi anlayışlar müvafiq olduqda müxtəlif
tədbir planlarında təkrarlanır. Lakin siz və ya həmkarlarınız insan alveri anlayışı və ya insan alverinin sağlamlıqla
bağlı risk və fəsadlarından xəbərdar deyilsinizsə, ilk öncə giriş fəsillərini oxumanız tövsiyə olunur.
Təlimatlar aşağıdakıların yer aldığı üç fəsillə başlayır:
l
insan alveri haqqında giriş məlumatı;
l
insan alverinin sağlamlıq riskləri və fəsadları haqqında mövcud biliklər;
l
insan alveri qurbanlarına tibbi yardım göstərməklə bağlı rəhbər prinsiplər;
2
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

Qeyd olunan fəsillər aşağıdakı ümumi sahələri əhatə edən 17 tədbirlər planı ilə müşayiət olunur:
l
xəstə ilə təmas zamanı tətbiq olunan vasitələr, məsələn, travmadan xəbərdar və mədəni və lin‐
qvistik cəhətdən uyğun tibbi yardım;
l
tibbi yardımın müxtəlif aspektləri, məsələn, sağlamlığın hərtərəfli qiymətləndirilməsi, intensiv tibbi
yardım, yoluxucu xəstəliklər və cinsi və reproduktiv sağlamlıqla bağlı yanaşmalar;
l
istiqamətləndirmə, təhlükəsizlik və kazus sənədlərinin idarə edilməsi və hüquq‐mühafizə orqanları
ilə əlaqələndirmə strategiyaları. 
Hər bir tədbirlər planı mövzunun və onun əhəmiyyətinin təsviri və məntiqi əsaslandırılması ilə başlayır və tibbi
yardım və ya strategiya sahələri üzrə tələb olunan tədbirlərin icmalı ilə davam etdirilir.
Əksər fəsillərin və tədbirlər planının sonunda təqdim edilən məlumatları tamamlayan və dəstəkləyən istinadları
və əlavə resursları əks etdirən bölmə vardır. Ümumiyyətlə, bu təlimat sənədində digər qaydalar, vasitələr və stan‐
dartlar, tədqiqat və giriş materialları və ÜST, BMT, qeyri‐hökumət təşkilatları və akademik mənbələr tərəfindən
hazırlanmış müxtəlif mənbələrdən istifadə edilmişdir. Sənədi hazırlamış ekspert qrupu tərəfindən insan alverinin
fəsadlarının aradan qaldırılması sahəsində uzun illər ərzində toplanmış təcrübələr haqqında geniş məlumat
verilmişdir. Bu sənəddə yer almış prinsiplər və tövsiyələr beynəlxalq normalara və BMT konvensiyalarına əsaslanır.
Bütün istinadların tam siyahısı kitabın sonunda verilmişdir.
İnsan alveri ilə əlaqədar hazırda mövcud olan faktlar ilk növbədə ciddi zorakılıq halı ilə bağlı olan ən kəskin insan
alveri vəziyyətlərini əhatə edir. Bu sənəddə yer almış tövsiyələrdə insan alverindən ən çox zərər çəkmiş şəxslərin
müalicəsi üçün təkliflər yer almışdır. Lakin əslində bütün insan alveri halları heç də kəskin zorakılıqlarla müşayiət
olunmur və bütün insan alveri qurbanları dərin travma‐sonrası reaksiyalardan əziyyət çəkmirlər. Önümüzdəki
illərdə insan alveri ilə bağlı daha çox hallara aydınlıq gətiriləcəyi və insanların insan alveri vəziyyətlərini açıqlamaq
üçün özlərini daha təhlükəsiz hiss edəcəkləri gözlənildiyindən, get‐gedə daha az ağır nəticələri olan faktlar
haqqında məlumatlar veriləcək. Səhiyyə işçiləri öz xəstələrinin müxtəlif səviyyəli ehtiyaclarını qarşılamaq
məqsədilə bu sənəddə yer almış məsləhətləri vəziyyətə uyğunlaşdırmalıdırlar.
Fərq yaratmaq
İnsan alveri ilə bağlı baş verən zorakılıqlar bir çox sağlamlıq riskləri yarada bilər. Bir çox hallarda insanlar fiziki və
psixoloji zərərə və güclü qorxulara məruz qalırlar. İnsan alveri qurbanı və ya istismara məruz qalmış şəxslə
qarşılaşan səhiyyə işçisi həmin şəxsin təhlükəsizliyi və reabilitasiyası istiqamətində zəruri tibbi yardım və həyati
əhəmiyyət daşıyan istiqamətləndirmə seçimlərini təmin etmək üçün unikal imkana malikdir.
3
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

FƏSİL
Fəsil 1: 
İnsan alveri
BİR

Fəsil 1:
İnsan alveri
Səhiyyə işçilərinin insan alverinə məruz qalmış şəxslərə təhlükəsiz və müvafiq tibbi yardım göstərmələri üçün
insan alveri hallarının xarakterini və insan alverinə məruz qalmış şəxslərin vəziyyətini anlamaq faydalıdır. Bu fəsildə
insan alveri haqqında ilkin məlumatlar verilmiş və əslində olduqca mürəkkəb və çoxşaxəli hadisə olan insan
alverinin xüsusiyyətləri və dinamikası haqqında təsəvvür formalaşdırılmışdır.
İnsan alverinin tərifi nədir? “İnsan alveri”nin ən geniş qəbul edilmiş tərifi BMT‐nin Transmilli Mütəşəkkil
Cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının
alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolunda verilmişdir:
a. “İnsan alveri” dedikdə, güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə və ya
məcburetmə, oğurlama, dələduzluq, aldatma, hakimiyyətdən və ya vəziyyətin zəifliyindən
zorakılıq etməklə, yaxud da digər şəxsə nəzarət edən şəxsin razılığını almaq üçün ödəniş və
ya mənfəət şəklində rüşvət verməklə insanların istismar məqsədi ilə cəlb edilməsi,
daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması başa düşülür. İstismar ən azı digər
şəxslərin fahişəliyinin istismarını və ya cinsi istismarın digər formalarını, icbari əməyi və ya
xidmətləri, köləliyi, köləliyə bənzər təcrübələri, asılılıq vəziyyətini və ya orqanların
çıxarılmasını nəzərdə tutur;
b) əgər (a) yarımbəndində göstərilən təsir vasitələrindən hər hansı biri istifadə edilmişdirsə,
bu maddənin (a) yarımbəndində adı çəkilən insan alveri qurbanının planlaşdırılmış istismara
razılığı nəzərə alınmır; 
c) uşağın istismar məqsədi ilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya
alınması, hətta bu maddənin (a) yarımbəndində göstərilən hər hansı bir təsir vasitələrinin
istifadəsi ilə bağlı olmadığı təqdirdə belə “insan alveri” hesab edilir;
d) “uşaq” dedikdə, 18 yaşına çatmamış istənilən şəxs başa düşülür.
1
İnsan alveri cinayətinin əsas xüsusiyyətlərinə adətən insan alverçisinin maddi mənfəəti üçün şəxsin məcburiyyət
və istismar əsasında hərəkətinin və ya sərbəstliyinin məhdudlaşdırılması daxildir.
Nə qədər insan alverin qurbanı olur? İnsan alveri qlobal hadisə kimi qəbul edilsə də, insan alverinə məruz qalan
şəxslərin sayı haqqında hər hansı etibarlı statistika mövcud deyil. Lakin həm gəlirli, həm də aşkarlanması çətin
olduğundan, insan alverinin azalmayan qlobal cinayət olduğu aydındır.
İnsan alveri ilə bağlı hansı istismar növləri daha geniş yayılmışdır? İnsanlar müxtəlif yollarla insan alverinə və
istismara məruz qala bilərlər. Qadın və uşaqların cinsi istismar məqsədilə insan alveri qurbanına çevrilməsi insan
alverinin ən çox tanınmış formasıdır. Lakin insan alverinə məruz qalan kişi, qadın və uşaqların çoxu (bəlkə də
əksəriyyəti)  fabriklər, kənd təsərrüfatı, tikinti, balıqçılıq təsərrüfatları, tekstil, dağ‐mədən sənayesi, ev xidmətçiliyi
7
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
1
BMT‐nin “Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı” Konvensiyasını tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq
alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolu, ABŞ, Nyu York, 2000, maddə 3.
Bax:  http://untreaty.un.org/English/TreatyEvent2003/Texts/treaty2E.pdf

və qulluqçuluq xidmətləri kimi sahələrdə işləyərkən əməyin istismarına məruz qalaraq insan alverçilərinin ovuna
çevrilirlər. İnsan alverçiləri çox zaman uşaqları dilənçilik, ev qulluqçuluğu, övladlığa götürmə və kiçik küçə oğurluğu
məqsədilə hədəfə alırlar.

Yüklə 19,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin