Müayinə və sistemlərin təhlili
27
Sistemlərin və fiziki müayinələrin standart pediatrik təhlili ilə yanaşı insan alveri ilə bağlı diqqət tələb edən spesifik
məsələlər mövcuddur. İnsan alveri qurbanında aşağıdakı sistemlərin təhlili ilə bağlı ümumi məlumatlar üçün
Tədbirlər planı 4‐ə nəzər salın: ağız boşluğu sağlamlığı, qulaq/burun, nevroloji, tənəffüs, mədə‐bağırsaq, urino‐
genital, reproduktiv sağlamlıq, əzələ‐skelet, dermatoloji, qidalanma, laboratoriya analizləri və məhkəmə‐tibbi
ekspertiza. Aşağıda insan alveri qurbanları olan uşaq və yeniyetmələr üçün əlavə məlumatlar verilmişdir.
Nevroloji
Körpələr fiziki zorakılıq və ya “sarsılmış körpə” sindromunu göstərə biləcək tor qişasında qanaxmalara qarşı oftal‐
moloji müayinə olunmalıdırlar.
Reproduktiv sağlamlıq
Travma və infeksiyaya qarşı fokal müayinədən istifadə edərək və cinsi yolla ötürülən spesifik infeksiyaların analizi
yolu ilə hər bir uşağın vəziyyəti qiymətləndirilməlidir. Qızların, aybaşı və mümkün hamiləlik tarixi də daxil olmaqla
60
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
27
Bax: Tədbirlər Planı 4
reproduktiv sağlamlığı ilə bağlı qiymətləndirmələr aparılmalıdır. Oğlanlar isə genital və anal travmalara qarşı
yoxlanılmalıdırlar. Yeniyetmələrə təkrar travmalar yaşatmamaq üçün ehtiyatlı olmaq lazımdır; onların imtina
qərarına hörmətlə yanaşılmalıdır.
Hər bir müayinə xəstənin tələb etdiyi cinsin nümayəndəsi olan həkim tərəfindən həyata keçirilməlidir. Həkim hər
bir addımda izahat verməli və gözləntilərlə bağlı xəstə ilə söhbət aparmalıdır. Uşaq və ya yeniyetmənin müayinəni
gecikdirmək və ya dayandırmaq tələbi, müayinənin gecikməsi və ya təxirə salınması ilə nəticələnsə belə, müvafiq
şəkildə və təmkinlə qarşılanmalıdır (bax: Tədbirlər planı 12).
Qidalanma
Uşaqlar qida və təmiz sudan böyüklərə nisbətən daha çox asılıdırlar. İnsan alveri vəziyyətlərində qida çox zaman
məhdud olduğundan, vitamin, zülal və mineral çatışmazlıqlarının baş verməsi adi haldır. Zəif qidalanma uşaqların
artım və inkişafına böyüklərə nisbətən daha çox mənfi təsir göstərir. Buna görə də, səhiyyə işçiləri hər bir uşağın
qidalanma vəziyyətini beynəlxalq standartlar (məsələn, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına) əsasında
qiymətləndirməli və dərhal qida ehtiyaclarını təmin etməyə başlamalıdırlar. Qiymətləndirməyə çəki və boy
ölçmələri və ya orta‐bazu çevrəsinin ölçülməsi daxildir. Qida çatışmazlıqları uşağı müəyyən xəstəliklərə (məsələn,
vitamin A çatışmazlığı) yoluxma ilə bağlı daha böyük risk qarşısında qoyur. Saçın rəngi və şişlərin olması da
nəzərdən qaçırılmamalıdır.
Yoluxucu xəstəliklər
Yoluxucu xəstəliklər uşaqlar arasında çox yayılmışdır və böyüklərdəki oxşar xəstəliklərdən fərqli şəkildə özünü
göstərə bilər. Hər bir həkim, hər bir uşaq və yeniyetmədə yoluxucu xəstəliklərin ola biləcəyindən yüksək dərəcədə
şübhələnməlidir (bax: Tədbirlər planı 15).
Narkotika asılılığı
Bu amil uşaqlarda və yeniyetmələrdə gözardı edilməməlidir. Toksikoloji müayinə uşaqların öz istəkləri ilə qəbul
etdikləri və ya məcbur edildikləri narkotik və psixotrop maddələri müəyyənləşdirməyə kömək edə bilər. Toksiki
maddələrdən dəyişən psixi vəziyyətin, davranış pozulmalarının və digər xəstəliklərin üzvi səbəbi kimi imtina etmək
vacibdir. Bəzi maddələrin qəbulunun tərgidilməsi təcili tibbi yardım göstərilməsinin şərti kimi çıxış edə bilər (bax:
Tədbirlər planı 11).
Məhkəmə‐tibbi ekspertizası
Səhiyyə işçiləri xəstənin yaş və inkişaf mərhələsinə uyğun olmaqla uşaqlara qarşı zorakılıq hallarının
qiymətləndirilməsi üzrə xüsusi təlim keçmiş olmalıdırlar. Cinsi əlaqəyə məcburedilmə insan alverinə məruz qalmış
uşaqlar arasında geniş yayıldığından, təcili, lakin ehtiyatla həll edilməlidir. Hər hansı dəlildən hüquqi icraatlarda
istifadə ediləcəyi güman olunursa, müayinə, məhkəmə‐tibbi ekspertiza dəlillərinin toplanması üzrə ekspert
tərəfindən yerinə yetirməlidir. Məhkəmə‐tibbi ekspertiza dəlillərinin toplanması, məruzə edilməsi və qorunub
saxlanılması zamanı müvafiq milli və ya yerli qaydalara riayət olunmalıdır. Həmçinin, cinsi təcavüzə və ya istismara
məruz qalmış uşaqlara və yeniyetmələrə mümkün qədər qısa müddətdə psixoloji tibbi yardım göstərmək vacibdir
(bax: Tədbirlər planı 12).
Müalicə
l
Hər bir ölkənin vaksinasiya üzrə geniş protokolu əsasında vaksinasiya iş həyata keçirilməlidir. Hepatit B
immunoqlobulin (HBIG), İİV postkontakt profilaktika və təcili kontrasepsiya da daxil olmaqla, digər pro‐
filaktik tədbirlər nəzərdən keçirilə bilər (bax: Tədbirlər planı 13 və 15).
l
Təxirəsalınmaz tibbi yardım təyin edilmiş bütün uşaqlar üçün vitamin və mineral əlavələri və
çatışmazlıqların müşahidə olunduğu uşaqlar üçün qida əlavələri nəzərdən keçirilməlidir. Anaları ilə birgə
olan körpələr, əks göstərişlər olmadıqca, ana südü ilə qidalanmağa davam etməlidirlər.
61
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
l
Potensial ciddi fəsadların qarşısını almaq məqsədilə zəruri hallarda, dərhal diş həkiminə yönləndirmə
həyata keçirilməlidir.
l
Dərmanların dozasını təyin edərkən, dozanın əksər hallarda çəkiyə görə təyin edildiyi unudulmamalıdır.
Pediatrik dozalar mövcud deyilsə, böyüklər üçün nəzərdə tutulmuş dərmanlardan istifadə zamanı düzgün
dozanı müəyyənləşdirmək vacibdir. Uşaqlar dərmanları böyüklərə nisbətən fərqli şəkildə həzm edirlər
və bəzi dərmanlar uşağın fiziki inkişafı üçün zərərli olduğundan uşaqlar üçün əks təsirləri vardır.
l
İİV və vərəm kimi infeksiyaların müalicə təyinatları uşaqlar üçün spesifikdir; bu cür təyinatlar təhlil
edilməli və mümkün olduqda, uşaq yoluxucu xəstəliklər üzrə mütəxəssisə müraciət olunmalıdır.
Hüquqi mülahizələr (daha ətraflı məlumat üçün bax: Tədbirlər planı 16)
l
Uşaqların müalicəsinə, uşaqlardakı spesifik xəstəliklərin müayinə və/yaxud müalicəsinə icazə verən yerli
qanunlardan (məsələn, azyaşlı uşağın müalicəsi üçün razılıq əldə etməklə bağlı tələblər), eləcə də
müəyyən vəziyyətlərin (məsələn, uşaqlara qarşı zorakılıq hallarının) məruzə edilməsini və uşaq
xəstəliklərinə dair hüquqi tələblərdən xəbərdar olmaq lazımdır.
l
Bəzi yerlərdə yeniyetmələr müstəqil azyaşlı hesab edilə bilər. Bu o deməkdir ki, hüquqi cəhətdən həddi‐
buluğ yaşından kiçik olmalarına baxmayaraq, onlar tibbi yardıma razılıq vermək, ondan imtina etmək və
tibbi yardım istiqamətləri ilə bağlı qərar vermək hüququna malikdirlər.
İSTİNADLAR VƏ RESURSLAR
Delaney, S. və C. Coterrill
2005
The Psychosocial Rehabilitation of Children who have been Commercially Sexually Exploited: A
training guide, ECPAT International, Bangkok, Thailand, 2005. (Kommersiya məqsədilə cinsi is‐
tismara məruz qalmış uşaqların psixiloji reabilitasiyası: təlim təlimatı, ECPAT International, Ban‐
qkok, Tayland, 2005.)
Beynəlxalq Miqrasiya Təşkilatı
2007
The IOM Handbook on Direct Assistance for Victims of Trafficking, IOM, Geneva, 2007, pp. 206–
213. (İnsan alveri qurbanlarına birbaşa yardımla bağlı BMqT‐nin Təlimat sənədi, BMqT, Cenevrə,
2007, səh. 206–213.)
Uşaqlarda Travmatik Stres üzrə Milli Şəbəkə
www.nctsn.org
Birləşmiş Millətlər TəşkilatıT
1989
Convention on the Rights of the Child, adopted on 20 November 1989 by General Assembly Res‐
olution 44/25, entry into force 2 September 1990. Uşaq Hüquqları haqqında Konvensiya, Baş
Assambleyanın 44/25 saylı qərarı ilə 20 noyabr 1989‐cu il tarixində qəbul edilmiş, 2 sentyabr
1990‐cı il tarixində isə qüvvəyə minmişdir.)
BMT‐nin Uşaq Fondu
2005
Manual for Medical Officers Dealing with Child Victims of Trafficking and Commercial Sexual Ex‐
ploitation (Manual for Medical Officers Dealing with Medico‐Legal Cases of Victims of Trafficking
for Commercial Sexual Exploitation and Child Sexual Abuse), UNICEF and the Department of
Women and Child Development, Government of India, New Delhi, 2005. (İnsan alverinə və kom‐
mersiya məqsədilə cinsi istismara məruz qalmış insan alveri qurbanlarının tibbi‐hüquqi uşaqlarla
işləyən tibb işçiləri üçün təlimat sənədi (Kommersiya məqsədilə cinsi istismara və cinsi zorakılığa
məruz qalmış qurbanların məhkəmə‐tibbi işlərini icra edən tibb işçiləri üçün təlimat sənədi),
BMT‐nin Uşaq Fondu və Qadın və Uşaqların İnkişafı Departamenti, Hindistan, Nyu Dehli, 2005.)
62
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
2006
Reference Guide on Protecting the Rights of Child Victims of Trafficking in Europe, UNICEF, 2006.
(Avropada insan alverinin qurbanı olmuş uşaqların hüquqlarının müdafiəsinə dair istinad sənədi,
BMT‐nin Uşaq Fondu, 2006.)
Ümumdünya Səhiyyə Təşkilatı
2004
Antiretroviral Drugs for Treating Pregnant Women and Preventing HIV Infection in Infants: Guide‐
lines on care, treatment and support for women living with HIV/AIDS and their children in re‐
source‐constrained settings, WHO, Geneva, 2004. (Hamilə qadınların müalicəsi və körpələrdə İİÇ
infeksiyasının qarşısının alınması üçün antiretrovirus dərmanlar: məhdud resurslu şəraitlərdə
İİÇ/QİÇS ilə yaşayan qadınlar və onların uşaqları üçün tibbi xidmət, müalicə və dəstəklə bağlı
təlimat, ÜST, Cenevrə, 2004)
2003
Guidelines for Medico‐Legal Care for Victims of Sexual Violence, WHO, Geneva, 2003. (Cinsi is‐
tismara məruz qalmış qurbanlara məhkəmə‐tibbi xidmət lə bağlı təlimat sənədi, ÜST, Cenevrə,
2003)
63
İnsan alveri̇ qurbanlarina ti̇bbi̇ xi̇dmətləri̇n göstəri̇lməsi̇
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
TƏDBİR
LƏR
Tədbirlər Planı 6:
İnsan alverindən şübhələndikdə
nə etməli?
PLANI
ALTI
Tədbirlər Planı 6:
İnsan alverindən şübhələndikdə nə etməli?
ƏSASLANDIRMA
Səhiyyə sistemi insan alveri qurbanlarını müdafiə etmək üçün unikal imkanlara malikdir. Səhiyyə işçiləri yardım
təşkilatları və ya polis tərəfindən aşkar edilmiş şəxsləri müalicə edə bilərlər; lakin həmçinin səhiyyə işçisi rəsmi
olaraq insan alveri qurbanı kimi müəyyən edilməmiş xəstə ilə təmasda ola və şəxsin keçmişdə insan alveri qurbanı
olduğuna və ya hələ də bu cür vəziyyətdə ola biləcəyinə aid əlamətlər aşkar edə bilər.
İnsan alveri qurbanlarının aşkarlanmadığı hallar ümumi klinika və ya şəxsi təcrübə şəraitində; immiqrasiya
zəminində saxlanılmış şəxslərin qəbul şöbəsində, saxlama mərkəzi və ya həbsxanada tibbi yardım zamanı; və ya
seks‐işçiləri və ya miqrant əhali üçün fərdi dəstək xidmətləri zamanı baş verə bilər. Hər bir halda vəziyyəti
təhlükəsiz şəkildə qiymətləndirmək və müvafiq cavab tədbiləri haqqında qərar qəbul etmək vacibdir (bax:
Tədbirlər planı 17).
Hələ də insan alveri qurbanı vəziyyətində olan şəxsə xidmət göstərilməsi həmin şəxsin, tibb işçisinin və onların
yaxınlığında ola biləcək şəxslərin təhlükəsizliyini əsas götürməklə yaxşı düşünülmüş tədbirlər tələb edir (bax:
Tədbirlər planı 7). İnsan alveri vəziyyətinə düşmüş şəxslər ümumiyyətlə potensial yardım mənbələrindən uzaq
saxlanılsalar da, insan alveri ilə bağlı zorakılıq və istismarın xarakterini nəzərə alaraq, insan alveri qurbanlarının
xəstələnməsi və ya yaralanması, onların faydalı cəhətlərinin məhdudlaşması və insan alverçisinə gəlir gətir mə lə ‐
ri nin azalması qeyri‐adi hal deyil. Hər hansı şəxsin tibbi yardım ehtiyaclarını nəzərə alaraq və insan alverçiləri tibb
işçilərini digər xidmət təchizatçıları ilə müqayisədə daha təhlükəsiz hesab edə biləcəklərindən, insan alverçiləri
öz qurbanları üçün tibbi yardım axtara bilərlər.
Bu Tədbirlər planı tibb işçisinin şəxsin insan alveri, zorakılıq və ya istismar vəziyyətində (məsələn, qaçaqçılıq və
ya əməyin zorakı üsullarla istismarı) ola biləcəyindən şübhələndiyi zaman klinik təmas zamanı nəzərdən keçirməli
olduğu məsələləri əhatə edir. Tədbirlər Planında insan alverinin əlamətlərini müəyyənləşdirmək üsulları sadalanır
və təhlükəsiz, yaxşı düşünülmüş və peşəkar müdaxilə haqqında məlumat verilir.
Əlamətləri görmək, risk göstəricilərini aşkarlamaq
Simptomların və ya əlamətlərin heç biri şəxsin insan alveri qurbanı olduğunu dəqiq şəkildə ifadə etməsə də, insan
alveri vəziyyətləri, birlikdə, şəxsin insan alverinə cəlb edildiyini güman etməyə əsas verən ümumi xüsusiyyətlərlə
bağlıdır. Qrafik 3‐də şəxsin insan alveri qurbanı olduğunu fərz etməyə əsas verən 3 əsas amil qeyd edilmişdir.
67
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
Qrafik 3: Şəxsin insan alveri qurbanı olduğunu fərz
etməyə əsas verən əlamətlərin ümumiləşdirilməsi
Xəstə beynəlxalq miqrant olduqda və ya xəstənin iş üçün ölkə daxilində miqrasiya etdiyi bəlli olduqda, bu
göstəricilər xüsusilə aktualdır. Şəxs əvvəllər və ya hal‐hazırda adətən insan alveri ilə bağlı olan iş sektorunda
işlədiyini açıqladıqda və ya bu müəyyən edildikdə; şəxsdə zorakılığın baş verdiyini və ya şəxsin istismarçı şərtlərdə
işlədiyini güman etməyə əsas verən travma reaksiyaları, xəsarətlər, xəstəliklər və ya infeksiyaların əlamətləri və
ya simptomları nəzərə çarpdıqda; və ya xəstə pis qidalanma, gigiyena və özünəxidmətlə bağlı fiziki təzahürlərə
malik olduqda, insan alveri haqqında şübhələr artmalıdır (bax: Fəsil 1 və 2).
Həmçinin insan alveri qurbanlarının ətrafdakılarla bağlı qorxu, inamsızlıq və narahatlıq hissi keçirdiklərini
müşahidə etmək olar. Onlar tibbi şikayətlərini dilə gətirməkdə çətinlik çəkə; bəzən yerli dildə danışmaya bilərlər.
Onların qorxu və inamsızlıq hisslərindən əlavə immiqrasiya statusu və ya bəlkə də cinayət statusu ilə bağlı
problemlər də daxil olmaqla hüquqi problemləri də ola bilər. Daha aydın insan alveri vəziyyətlərində, “nəzarətçi”
insan alveri qurbanını müşayiət edə, tərcüməçilik edə, onun davranışlarına nəzarət edə və ya onun üçün nəqliyyat
vasitəsi təmin edə bilər. Hədə‐qorxu həmişə açıq‐aşkar olmasa da, çox zaman sakit zorakılıq əlamətləri müşahidə
oluna bilər.
Nəhayət, insan alverinə cəlb edilmiş şəxsin cinayətin qurbanı olduğundan xəbərsiz olması qeyri‐adi hal deyil.
İnsan alveri qurbanları “insan alveri” cinayəti haqqında eşitməmiş ola və məruz qaldığı istismar və ya zorakılıqları
bəxtsizlik və ya zəif mühakimə nəticəsində meydana gəlmiş vəziyyət hesab edə bilər.
ZƏRURİ TƏDBİRLƏR
Yuxarıda təsvir olunan təhlükə göstəricilərini ümumiləşdirməklə aşağıda göstərilən tədbirləri nəzərdən
keçirməlisiniz.
Xəstənizin insan alveri qurbanı olduğundan şübhələnir və ya bunu müəyyən etmisinizsə
İnsan alveri ilə bağlı şübhəli vəziyyətlərdə atılacaq addımların ən mühüm hissəsi reaksiya verməzdən əvvəl görməli
olduğunuz işdir. Ölkənizdə və yerli səviyyədə insan alveri qurbanları və ya oxşar həssas qruplarla bağlı mövcud
olan müdafiə imkanları haqqında məlumat əldə edin. Əlaqə saxlamaq üçün şəxslərin adları və telefon nömrələri
daxil olmaqla, yönləndirmə məlumatlarını mümkün qədər müxtəlif dillərdə saxlayın və həmin yönləndirmə
imkanlarının insan alveri qurbanlarının, xüsusi xəstənizin ehtiyaclarını dəstəkləmək imkanında olub‐olmadığından
xəbərdar olun (bax: Tədbirlər planı 10).
Adətən insan
alveri ilə bağlı
olan iş üçün yerli
və ya beynəlxalq
səviyyədə
miqrasiya
l
Travma simptomları
l
Zorakılıqla bağlı xəsarətlər
l
Mühafizəsiz əmək və ya acınacaqlı
və yaxud istismar olunan iş və ya
yaşayış şəraiti ilə bağlı yaralar və
ya xəstəliklər
Nəzarətçinin qurbanın yanında olması
Qorxu, etibarsızlıq
Yerli dildə danışmamaq
Mümkün
insan alveri
vəziyyəti
68
İnsan alveri̇ qurbanlarina ti̇bbi̇ xi̇dmətləri̇n göstəri̇lməsi̇
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
Yadda saxlayın ki, özünüzün və/yaxud xəstənizin təhlükəsizliyi ilə əlaqədar xəstənizi xilas etməyiniz mümkün
olmaya bilər və məsuliyyət təkcə sizin üzərinizə düşmür. Xəstənizlə yalnız bir görüşünüz olsa belə, xəstənizin
bundan maksimum dərəcədə faydalanması üçün müxtəlif imkanlar mövcuddur. Aşağıdakı mühüm məsələləri
nəzərə alın:
l
Ölkənizdə və ya ərazidə insan alveri qurbanları üçün mövcud müdafiə sistemi ilə əlaqə yaratmamısınızsa
və mövcud istiqamətləndirmə şəbəkələri və xidmətlər haqqında müvafiq məlumatınız yoxdursa, xəstənizi
xilas etməyə cəhd göstərməyin (bax: Tədbirlər planı 10).
l
Hər şeydən əvvəl xəstənizin, özünüzün və tibb müəssisənizin təhlükəsizliyini təmin edin (bax: Tədbirlər
planı 7).
m
Xəstə ilə təklikdə danışmaq üçün yollar axtarın. Digər şəxslərin, o cümlədən xəstəni müşayiət edən
şəxsin yanında insan alveri ilə bağlı hallar haqqında sual verməyin. Xəstə ilə təklikdə qalmaq üçün
siz, məsələn, xüsusi müayinənin tələb olunduğunu təklif edə bilərsiniz.
m
Xəstədən konkret vəziyyətdə onu narahat edə biləcək məsələlər haqqında danışmaq üçün özünü
təhlükəsiz hiss edib‐etmədiyini soruşun.
m
Şəxsi ünvanınızı xəstəyə açıqlamayın və ya ona öz evinizdə sığınacaq verməyə cəhd göstərməyin.
l
Variantlardan biri olduğunu izah etmədən və xəstənin razılığını almadan (aşağıya bax) dövlət orqanlarına
(məsələn, polis, immiqrasiya orqanlarına) müraciət etməyin.
l
Xəstənin vəziyyətini daha yaxşı anlamaq üçün aşağıdakı sualları verə bilərsiniz. Həmişə suallarınızı
xəstənin sağlamlığı ilə bağlı və mümkün qədər ən sadə şəkildə verin. Verilən məlumatlara xeyirxahlıqla
reaksiya bildirin. Müvafiq olan sualları seçin və ya aşağıdakı simptomlardan hər hansı birini şəxsin
sağlamlıq vəziyyətinə uyğunlaşdırın:
m
Çox solğun görünürsünüz. Qidalanmanız haqqında mənə danışa bilərsiniz? Bu həftə nə yemisiniz?
Son ay ərzində nə yemisiniz?
m
Çox öskürürsünüz. Mənə sizin mənzil şəraitiniz haqqında məlumat lazımdır. Eviniz və yataq otağınız
haqqında danışa bilərsiniz? Otağı başqası ilə paylaşırsınız? Otağınızda pəncərə var? Pəncərə asan
açılır?
m
Məncə siz burada çox da rast gəlinməyən xəstəlikdən əziyyət çəkə bilərsiniz. Əslən haralısınız? Nə
vaxtdan buradasınız?
m
İşdə xəsarət almısınız? İşiniz və necə xəsarət aldığınız barədə mənə danışa bilərsiniz? Birinci dəfədir
xəsarət alırsınız, yoxsa başqa yerdə də xəsarət aldığınız vaxt olub? Mənə sizin hər yerdə
vəziyyətinizin yaxşı olduğundan əmin olmaq lazımdır.
l
Hətta əgər xəstə ilə eyni dildə danışmasanız və həmin anda tərcümə xidmətlərindən istifadə etməyiniz
mümkün olmasa belə, şəxsi müşayiət edən hər hansı şəxsdən tərcüməçilik etməyi xahiş etməyin (bax:
Tədbirlər planı 3).
l
Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Xəstənizə ümid verməyə çalışarkən, yalnız təşkil edə
biləcəyinizdən əmin olduğunuz təkliflərlə çıxış edin.
l
Xəstənizin zəruri səhiyyə xidmətləri müqabilində ödəniş etmək imkanı olmaya bilər; ölkənizdə və ya
ərazinizdə əsas sosial xidmətlərə verilən maliyyə dəstəyini qiymətləndirməlisiniz (bax: Tədbirlər planı
10).
İlkin qiymətləndirmədən sonra
İlkin qiymətləndirmədən sonra müxtəlif ssenarilər mümkündür.
l
Xəstənizi müdafiə və yardım üçün digər təşkilata yönləndirə bilərsiniz.
l
Yönləndirmə həyata keçirməyiniz qeyri‐mümkündür, lakin xəstənin növbəti müayinə və dərmanlar üçün
bir daha klinikaya gəlməyə razı sala biləcəyinizi hiss edirsiniz.
69
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
l
Xəstənin klinikaya gəlişinin, çox güman ki, hər hansı səbəbdən yeganə olacağını hiss edirsiniz.
l
Qaçılmaz təhlükənin olduğu bəllidir və təcili şəkildə yardım etmək tələb olunur.
İstiqamətləndirmə mümkün olduqda və mövcud xidmətlərdən və kiminlə əlaqə saxlamalı olduğunuzdan
xəbərdar olduğunuzda, aşağıdakıları nəzərdən keçirin (bax: Tədbirlər planı 10):
l
Ölkənizdə və ya ərazidə insan alveri qurbanları üçün hansı müdafiə xidmətləri mövcuddur? İlkin xidmət
məntəqəsi kimi təyin edilmiş xüsusi agentlik varmı? İnsan alveri və/yaxud zorakılıq hallarını xəbər
verməyin icbari olduğunun təsbit edildiyi yerli qanunlar mövcuddurmu?
l
Sizin qəbulunuzda olarkən xəstənizin ən çox hansı xidmət(lər)ə ehtiyacı vardır? Sığınacaq və qida? Daha
kompleks tibbi və psixoloji yardım? Hüquqi və ya immiqrasiya yardımı? Tərcümə xidmətləri? İnsan alveri
qurbanı mümkün olduğu qədər bu qərarın qəbul edilməsində söz sahibi olmalıdır (bax: Tədbirlər planı 1
və 16).
l
Əvvəlcə prosedurları xəstəyə izah etmədən hər hansı dəstək təşkilatı və ya polisə müraciət etməyin.
Mövcud variantları müzakirə edin və onların necə həyata keçirildiyini və hansı faydalarının olduğunu izah
edin. Yalnız xəstənizin razılığı əsasında hərəkət edin.
28
l
Xəstənizin immiqrasiya və hüquqi statusundan, müvafiq sənədlərinin olmasından və iş növündən (qanuni
və ya qanunsuz iş olmasından) asılı olaraq, onun hüquqları baxımından müxtəlif vəziyyətlər mövcud ola
bilər. Bu halların hamısı xəstənin təhlükəsizliyinə təsir edə bilər. Xəstənizə vəziyyəti izah edin və ona ən
yaxşı qərar qəbul etməkdə köməklik göstərin.
Xəstənizi yönləndirə bilmədikdə, lakin onun növbəti müayinə və müalicə təyinatına riayət edəcəyindən əmin
olduqda, aşağıdakıları nəzərdən keçirin:
l
Tibb işçisi kimi peşəkar rolunuzu saxlayın. Növbəti tibbi yardım və konsultasiyalar da daxil olmaqla,
xəstəniz üçün hərtərəfli idarəetməni təmin edin.
l
Xəstənizlə növbəti dəfə qarşılaşarkən fərqli hallarla üzləşə bilərsiniz. Xəstənizdə inam yarana və fərqli
yardım üçün müraciət edə bilər.
l
Təhlükəsiz şəkildə təmin edilə biləcək müvafiq yönləndirmə məlumatları ilə hazırlıqlı olun.
Xəstəniz istəmədikdə, yönləndirməni həyata keçirmək üçün vəziyyət olduqca təhlükəli olduqda və ya xəstə
deportasiya edilməli və ya dərhal öz ölkəsinə qayıtmalı olduqda, onunla konsultasiyanızı mümkün qədər uzadın,
çünki bu, xəstənin vəziyyətini yaxşılaşdırmaq üçün yeganə imkan ola bilər:
l
Xəstəyə onun sağlamlıq vəziyyəti, müalicə və zəruri müayinələrlə bağlı mümkün qədər çox məlumat
verin. İnsan alverinin cinayət əməli olması, qaynar xətt nömrələri də daxil olmaqla mövcud dəstək
xidmətləri, xəstənin müraciət edə biləcəyi yerlərin təfərrüatları və xidmətlərdən daha sonra yararlanmaq
istədikdə gələcəkdə kimə müraciət etməklə bağlı məlumatlar verin.
l
Məlumatları ehtiyatla çatdırın. Adətən təhlükəsizlik riskləri ilə nəticələnə biləcəyindən, xəstəyə
verəcəyiniz sənədlərin formasına diqqət yetirin. Sənədlər sizi və ya işlədiyiniz tibb müəssisəsini tapmaq
üçün istifadə edilə bilər; buna görə də zəruri məlumatları xəstənin paltarlarının altında (məsələn, alt
paltarlarının arasında) gizlədə bilməsi üçün kifayət qədər kiçik kağız parçasında qeyd edə bilərsiniz.
l
Müvafiq və mümkündürsə, həmin yeganə qəbul zamanı müəyyən edilmiş dərmanların tam rejimini təmin
edin. Xəstənin növbəti müalicə və qiymətləndirilmə və ya əlavə diaqnostik müayinələr üçün yenidən
gəlmək imkanının olmayacağını fərz edin. Mümkün olduqda tək dozalı terapiyadan istifadə edin və xəstəni
müvafiq tibbi xülasə və yönləndirmə sənədləri ilə təmin edin.
Dostları ilə paylaş: |