Bu vəsaitdəki fikirlər müəlliflərə aiddir və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) mövqeyini əks etdirmir



Yüklə 19,66 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix02.03.2017
ölçüsü19,66 Kb.
#9916
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

İSTİNADLAR VƏ RESURSLAR
Avropa Şurası
2005 
Council of Europe Convention on Action Against Trafficking in Human Beings, treaty open for sig‐
nature by the member states, the non‐ member states which have participated in its elaboration,
and by the European Community, and for accession by other non‐member states, CETS no. 197,
Warsaw, Poland, 16 May 2005. (2005‐ci ildə İnsan alverinə qarşı fəaliyyət üzrə Avropa
Konvensiyası, Konvensiya üzv dövlətlər, onun işlənib hazırlanmasında iştirak etmiş üzv olmayan
dövlətlər Avropa ictimaiyyəti tərəfindən imzalanmaq və digər ölkələrin üzvlüyü üçün açıqdır.
CETS № 197, Varşava, Polşa, 16 may 2005.)
European Parliament and the Council of the European Union (Avropa Parlamenti və Avropa İttifaqı Şurası)
1995
“Directive 95/46/EC of the European Parliament and of the Council of 24 October 1995, on the
protection of individuals with regard to the processing of personal data and on the free move‐
ment of such data”, Official Journal of the European Communities, no. L 231/81, 23 November
1995. (“Fərdi məlumatların emalı və bu cür məlumatların sərbəst hərəkəti ilə bağlı şəxslərin
qorunması haqqında Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının 95/46/EC saylı, 24 oktyabr
1995‐ci il tarixli Direktivi Avropa İttifaqının rəsmi Jurnalı, L 231/81 saylı, 23 noyabr 1995‐ci il tar‐
ixli.)
EuroSOCAP Layihəsi
2005
European Standards on Confidentiality and Privacy in Health Care, EuroSOCAP and Queen’s Uni‐
versity, Belfast, November 2005. (Səhiyyədə Məxfilik və Özəlliklə bağlı Avropa Standartları, Eu‐
roSOCAP və Kraliça Universiteti, Belfast, noyabr 2005.)
Beynəlxalq Miqrasiya Təşkilatı
2007
Data Protection Principles: Information Bulletin IB/00047 2007   The IOM Handbook on Direct
Assistance for Victims of Trafficking, IOM, Geneva, 2007, section 5.17.1. . (Məlumatların qorunma
prinsipləri: Məlumat Bülleteni IB/00047 2007 , İnsan alveri qurbanlarına birbaşa yardım haqqında
BMqT‐nin təlimat sənədi, BMqT, Cenevrə, 2007, bölmə 5.17.1.)
Joint United Nations Programme on HIV/AIDS (UNAIDS) ) (BMT‐nin İİÇ/QİÇS‐lə bağlı Birgə Proqramı)
2007
Guidelines on Protecting the Confidentiality and Security of HIV Information: Proceedings from
a workshop 15–17 May 2006 Geneva, Switzerland, interim guidelines, UNAIDS, Geneva, 15 May
2007. (İİÇ məlumatlarının qorunması haqqında qaydalar: 15‐17 may 2006‐ci il tarixlərində
İsveçrənin Cenevrə şəhərində keçirilmiş seminarın materiallarından, aralıq qaydalar, UNAIDS,
Cenevrə, 15 may 2007)
BMT‐nin Uşaq Fondu
2006
Guidelines on the Protection of Child Victims of Trafficking, UNICEF Technical Notes, provisional
version 2.1, UNICEF, New York, September 2006. (İnsan alverinin qurbanı olmuş uşaqların
müdafiəsi haqqında Təlimat, BMT‐nin Uşaq Fondunun Texniki Göstərişləri, ilkin variant 2.1, BMT‐
nin Uşaq Fondu, Nyu‐York, sentyabr 2006.)
91
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı 
2002
Recommended Principles and Guidelines on Human Rights and Human Trafficking, Report of the
United Nations High Commissioner for Human Rights to the Economic and Social Council
(E/2002/68/Add.1), United Nations Economic and Social Council, New York, 20 May 2002. (İnsan
hüquqları və insan alveri ilə bağlı tövsiyə olunan prinsiplər və təlimatlar, Birləşmiş Millətlər
Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarının İqtisadi və Sosial Şurasına təqdim etdiyi hesabat
(E/2002/68/əlavə 1), Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası, Nyu‐York, 20 may
2002)
2014
Guidelines for the Regulation of Computerized Personal Data Files, adopted by General Assembly
Resolution 45/95 of 14 (Kompüterləşdirilmiş fərdi məlumat fayllarının tənzimlənməsi haqqında
təlimatlar, Baş Assambleyanın 45/95 saylı, 2014‐cü il tarixli qərarı ilə qəbul edilmişdir)
92
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

TƏDBİR
LƏR
Tədbirlər Planı 10:
Təhlükəsiz 
istiqamətləndirmə
PLANI
ON

Tədbirlər Planı 10:
Təhlükəsiz istiqamətləndirmə
Əsaslandırma
İnsan alveri qurbanlarının ehtiyacları təcili ərzaq və sığınacaq yardımı, eləcə də immiqrasiya, cinayət və ya
qəyyumluq məsələləri ilə bağlı hüquqi dəstək də daxil olmaqla, çox zaman tibbi ehtiyacları üstələyir. Bu
ehtiyaclarını təmin etmək üçün tibb mütəxəssisləri və digər xidmət təminatçıları arasında güclü istiqamətləndirmə
şəbəkəsinə ehtiyac vardır; istiqamətləndirmə sadəcə bir xidmətdən digər xidmətə yönləndirmək vasitəsi deyil,
həm də tibbi yardım göstərməyin əsas hissəsidir. Təhlükəsiz istiqamətləndirmə yardım təminatının şəxsin
sağlamlığına və ya təhlükəsizliyinə təhlükə törətməyən üsulla digər dəstək xidmətlərinə həvalə olunması
deməkdir.
44
Bu Tədbirlər Planında təhlükəsiz istiqamətləndirmə mövzusu əhatə edilmiş və mümkün yerli
istiqamətləndirmə tərəfdaşlarını müəyyənləşdirmək üçün forma daxil edilmişdir.
Səhiyyə işçiləri üçün xəstəni qəbul etməzdən əvvəl insan alveri qurbanını kömək üçün haraya yönləndirməyi
bilmək vacibdir. Eyni zamanda, insan alveri qurbanlarının istiqamətləndirilməsi, zəruri xidmətlər və əlaqədar
təhlükəsizlik riskləri ilə bağlı bir sıra xidmətlər səbəbindən, digər istiqamətləndirmələrə nisbətən daha
mürəkkəbdir (bax: Tədbirlər planı 6 və 7). Xəstənin bütün ehtiyaclarını ödəmək səhiyyə işçisinin məsuliyyəti deyil;
buna baxmayaraq, istiqamətləndirmə prosesi xəstənin rifahını yaxşılaşdırmaq və ya pisləşdirmək potensialına
malikdir. İstiqamətləndirmə düzgün həyata keçirilərsə, bütün səhiyyə işçiləri və insan alveri qurbanı özlərini
məlumatlı və təhlükəsiz hiss edirlər. Digər tərəfdən, zəif planlaşdırılan istiqamətləndirmə xəstələri risk qarşısında
qoya və tibbi yardım zəncirini poza bilər. Bu Tədbirlər Planı səhiyyə işçilərinə yaxşı planlaşdırılmış və yaxşı icra ol‐
unan istiqamətləndirməni planlaşdırmaq və həyata keçirməkdə kömək məqsədilə nəzərdə tutulmuşdur. Bu
Tədbirlər Planını 6 saylı Tədbirlər Planı ilə birlikdə oxumaq lazımdır.
ZƏRURİ TƏDBİRLƏR
Bəzi ölkələrdə insan alveri qurbanları üçün səmərəli istiqamətləndirmə sistemi mövcuddur. Bu sistem insan alveri
qurbanına lazım olan hərtərəfli yardım və müdafiəni əlaqələndirmək baxımından hökumət və qeyri‐hökumət
təşkilatlarını birləşdirir. Bu cür sistemlər mövcud olmadıqda, mövcud xidmətləri müəyyənləşdirmək və
qiymətləndirmək üçün zəruri addımlar atmaq vacibdir.
Xidmətləri müəyyənləşdirnmək və qiymətləndirmək
Xəstənizlə bağlı təhlükəsiz istiqamətləndirməyə hazır olmaq üçün insan alveri qurbanına lazım ola biləcək müxtəlif
xidmətlərin potensial təchizatçılarının mövcudluğu və keyfiyyəti haqqında məlumat əldə edin. Bu cür
təchizatçılara sosial xidmətlər, sığınacaq təminatı və hüquqi yardım təmin edən təşkilatlar və hüquq‐mühafizə,
konsulluq xidmətləri və miqrasiya kimi qurumlar aid edilə bilər. Daha ətraflı məlumat üçün bu Tədbirlər Planının
44
Milli istiqamətləndirmə mexanizmləri insan alverinə qarşı mübarizə fəaliyyətlərinin əsas komponentidir. Milli
istiqamətləndirmə mexanizmi “dövlət qurumlarının öz səylərini vətəndaş cəmiyyəti ilə strateji tərəfdaşlıq çərçivəsində
əlaqələndirməklə, insan alveri qurbanlarının hüquqlarını təbliğ etmək öhdəliklərini yerinə yetirdikləri əməkdaşlıq mex‐
anizmi” kimi şərh edilə bilər. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) / Demokratik Təsisatlar və İnsan Haqları
Bürosu (DTİHB), Milli istiqamətləndirmə mexanizmləri (National Referral Mechanisms), 2004.
95
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

sonunda planlaşdırma formasına baxın. Mümkün olduqda, gələcək istiqamətləndirmələrlə bağlı kömək etmək
üçün hər bir təminatçının və ya xidmətin aşağıdakı keyfiyyətlərini qiymətləndirməyə (və sənədləşdirməyə) çalışın:
l
Peşəkarlıq və tibbi yardımın keyfiyyəti;
l
Ayrı‐seçkiliyə yol vermədən həssas müalicə;
l
Xəstənin materialları və nümunələrin kod nömrələri, kilidli fayl saxlama yerləri, məlumatları anonim
ötürmək də daxil olmaqla, məxfilik qaydaları (bax: Tədbirlər planı 9)
l
Məlumatlı razılıq almaq qaydaları;
l
Təhlükəsizlik, məsələn, kilidli saxlama yerləri, təhlükəsiz yer, təhlükəsizlik işçiləri (bax: Tədbirlər planı 7);
l
Müsahibə, müayinə və müalicə üçün özəl otaqlar
l
Dil bilmək bacarığı.
l
Zorakılıq qurbanlarına dəstək və ya travmadan xəbərdar şəkildə tibbi yardım təcrübəsi (bax: Tədbirlər
planı 1)
l
Mədəniyyət və dini aspektlər, mədəni və ya dini xüsusiyyətlərin potensial təsiri (bax: Tədbirlər planı 2)
l
Ödənişlə bağlı qaydalar
l
Yer və əlçatanlıq (bax: Tədbirlər planı 14) 
İstiqamətləndirmə variantları düzgün və yaxşı təşkil olunmalıdır. İstiqamətləndirmənin həyata keçirildiyi təşkilatda
işçilərin və aparıcı şəxslərin miqrantlar, seks işçiləri və azlıqlar kimi marjinal qruplara ayrı‐seçkiliyə yol verilmədən,
dəstək yönümlü tibbi yardım göstərib‐göstərmədiyini bilmək xəstələr və istiqamətləndirməni təşkil edən təşkilat
üçün faydalıdır. Həmçinin hansı xidmət təminatçılarının müxtəlif dillərdə danışan işçilərinin olduğunu bilmək
faydalı ola bilər.
Təşkilatlararası istiqamətləndirmə mexanizmlərinin yaradılması
Mümkün hallarda, istiqamətləndirməni həyata keçirməzdən əvvəl razılaşdırılmış istiqamətləndirmə və informasiya
mübadiləsi prosedurlarını müəyyənləşdirmək lazımdır. Səmərəli istiqamətləndirmə prosesinin əsas komponentləri
aşağıdakılardır:
l
Təşkilat tərəfindən təmin edilən xidmətlər: xidmət təminatçıları tərəfindən təklif edilə bilən və bilməyən
xidmətlərin təfərrüatları.
l
İnformasiya və məlumatların paylaşılma üsulu: xəstənin istiqamətləndirildiyi təşkilata ötürüləcək (və
ötürülməyəcək) məlumatlar haqqında təfərrüatlar; fayllar və digər məlumatlar necə təqdim ediləcək;
və məlumatlı razılıq necə əldə olunacaq (bax: Tədbirlər planı 9).
l
Xidmətlər haqqında məlumatlar necə təqdim olunacaq və xəstənin razılığı ilə bağlı müraciət necə olu‐
nacaq: istiqamətləndirmə variantları, mexanizmləri və razılıq prosedurları aydın olmalıdır. 
l
İlk əlaqə necə təşkil olunacaq: hər bir qurumda əsas əlaqələndirici şəxs(lər), mövcud vaxt, tələb olunarsa,
cavab zəng üçün vaxt da daxil olmaqla, hər bir qurum haqqında təfərrüatlar və ilkin əlaqə zamanı tələb
olunan iş materialları.
l
İnsan alveri qurbanlarının təslim edilmə və qəbul edilmə üsulları: digər agentliyə və ya təşkilata
təslimetmənin planlaşdırılmasına istiqamətləndirmənin təşkil və təsdiq edilməsi və hər hansı zəruri fayl
informasiyalarının açıqlanması üçün kimlərin səlahiyyətli olması; istiqamətləndirməni qəbul etmək və
dəstək tədbirlərini həyata keçirmək üçün kimlərin səlahiyyətinin olması; və qəbul edən təşkilatda qəbul
şöbəsi işçilərinin istiqamətləndirilmiş şəxsi qəbul etməklə bağlı məlumatlı və hazırlıqlı olmasını təmin
etmək üsulları haqqında təfərrüatlar daxil edilməlidir. 
l
Lazımsız tədbirlərin minimuma endirilməsi: Mümkün olduqda, istiqamətləndiriləcək təşkilatın
nümayəndəsinin xəstənin yanına gəlməsini təşkil etməklə yerində müalicə və ya tibbi xidmət təmin
etməyin mümkün olub‐olmadığı haqqında düşünün.
96
İnsan alveri̇ qurbanlarina ti̇bbi̇ xi̇dmətləri̇n göstəri̇lməsi̇
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

l
İstiqamətləndirmə zamanı xəstənin müşayiət olunması: qurumlararası müşayiət xidmətlərindən nə
zaman istifadə etmək lazım olduğunu və bunu necə təşkil etməyi müəyyənləşdirin (bax: Tədbirlər planı
14).
l
Tibbi yardımın nəzarətdə saxlanılması və davamlılığı: istiqamətləndirmə üzrə tərəfdaşlar hər bir təşkilat
tərəfindən tələb oluna biləcək gələcək tibbi yardımı razılaşdırmalı və məsələn, reseptlər və müalicə rejimi,
potensial sağlamlıq riskləri (xüsusilə psixi sağlamlıq riskləri) və təhlükəsizlik riskləri haqqında
məlumatların ötürülməsi də daxil olmaqla, təyinatdan sonrakı məlumat mübadiləsi mexanizmləri
razılaşdırılmalıdır. 
Xəstənin məlumatlandırılması və razılığının alınması
Xəstəni təyin edilmiş müalicə və tövsiyə olunan tibbi və ya digər yardım variantları haqqında məlumatlandırmaq
və hər hansı istiqamətləndirmənin təşkilindən əvvəl onun razılığını əldə etmək lazımdır. Tibbi prosedurlar, təyin
edilmiş analiz və ya müalicə səbəbləri də daxil olmaqla, təklif olunan bütün tibbi yardımlarla bağlı şəxslərlə
məsləhətləşmək vacibdir; onlar həmçinin istiqamətləndirmə seçimləri və mövcud xidmətləri anlamalıdırlar.
Şəxslər müalicədən, eləcə də öz diaqnozlarının başqalarına açıqlanmasından imtina etmək hüququna malikdirlər.
Zəruri olduqda, xəstənin başa düşməsini təmin etmək üçün etibarlı tərcümə xidmətindən istifadə edin (bax:
Tədbirlər planı 3).
Yalnız tibbi yardım və təhlükəsizlik üçün zəruri olan məlumatların ötürülməsi 
Yalnız effektiv tibbi yardım üçün tələb olunan məlumatları paylaşmaq lazımdır. Araşdırma materialları və
müsahibələr zamanı şəxsi məxfilik həssas hallarda olduqca mühüm əhəmiyyət kəsb edir. Digər dəstək xidmətlərinə
məlumatları açıqlayarkən xəstəyə adekvat tibbi yardım təmin etmək üçün lazım olan detallarla məhdudlaşdırın.
Əlavə informasiyaları açıqlamayın. Personalın dedi‐qodu etməsi və ya xəstələrin hekayələrini və ya iş materiallarını
işdə digər şəxslərlə və ya evdə sərbəst şəkildə müzakirə etməməsinə diqqət yetirin (bax: Tədbirlər planı 7 və 9).
Xüsusi qeyd: Xəstənin icazəsi ilə eyni məlumatları bir neçə dəfə təkrarlanmasının qarşısını almaq üçün
sənədlərdəki ilkin məlumatları ötürmək mümkün ola bilər. Məlumatlar xəstə ilə razılaşdırılmış şəkildə
məhdudlaşdırılmalı və mümkün qədər ən təhlükəsiz şəkildə təmin edilməlidir.
İstiqamətləndirmə üçün təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi
İstiqamətləndirməni təşkil etməzdən əvvəl xəstə üçün hər hansı potensial təhlükəsizlik risklərini qiymətləndirmək
vacibdir. Risk səviyyəsindən asılı olaraq şəxslər xidmət yerləri arasında gizli və ya təhlükəsizlik personalı ilə
müşayiət oluna bilər. Personalın insan alveri qurbanı ilə bir yerdə görülmək və ya onunla əlaqəli olmaqdan
ehtiyatlanması risklərini nəzərə alın. Müvafiq olduqda və xəstənin razılığı əsasında təhlükəsiz şəkildə müşayiət
olunmaqla bağlı variantları polis və ya digər ixtisaslı təhlükəsizlik personalı ilə müzakirə etmək faydalı ola bilər
(bax: Tədbirlər planı 7).
İstiqamətləndirmə zamanı müşayiət
Xüsusilə insan alveri qurbanı öz doğma vətənində deyilsə, yerli dildə danışa bilmirsə və ya təhlükəsizlik riskləri
ilə üzləşirsə, istiqamətləndirmə zamanı müşayiətin təşkili vacibdir. Personal və ya yardımçı işçi ilk dəfə, bəzən də
ikinci dəfə şəxsi onun yönləndirildiyi tərəfdaşın yanınadək müşayiət edə bilər. Xüsusilə hər hansı dövlət qurumuna,
hüquq‐mühafizə orqanına və ya immiqrasiya və ya konsulluq xidmətlərinə istiqamətləndirmə zamanı bu, xəstə
ilə necə rəftar edilməsi baxımından əhəmiyyətli fərq yarada bilər.
97
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

Təşkilatlar arasında rəy mübadiləsi
İnsan alveri qurbanının işi ilə bağlı orqanlar arasında rəy mübadiləsi tibbi yardımın nəzarətdə saxlanılmasını və
əlaqələndirilməsini təmin edə bilər. Kazusla bağlı qeydləri bölüşmək üçün xəstədən icazə alın; onları xidmət
təşkilatları arasında müzakirə olunan məlumatlar barədə tam şəkildə məlumatlandırın.
İstiqamətləndirmə mümkün olmadıqda
Bəzən vəziyyətin olduqca təhlükəli olması və ya xəstənin istiqamətləndirmədən imtina etməsi və ya deportasiya
və ya dərhal vətəninə qaytarılmağa məcbur edilməsi səbəbindən, xəstəni istiqamətləndirmək mümkün olmur.
Xəstəni qəbul edərkən onun sağlamlığına mümkün qədər müsbət təsir göstərmək üçün klinik təması maksimum
həddədək artırın (bax: Tədbirlər planı 6). Mümkünsə, xəstə daha sonra əlaqə yaratmaq barədə qərar verdikdə,
məlumatları (məsələn, qaynar xətt telefon nömrələrini) paylaşın. Bu cür məlumatlar təklikdə və insan alveri
qurbanını riskə atmayacaq şəkildə çatdırılmalıdır (bax: Tədbirlər planı 6).
Potensial tərəfdaşların müəyyənləşdirilməsi
Sizin ölkənizdə mövcud ola biləcək insan alveri ilə mübarizə aparan mümkün tərəfdaşların aşağıdakı
müəyyənləşdirilmə formasına nəzər salın. Əlavə resurslarla bağlı bu vəsaitin sonunda verilmiş resursların və
istinadların siyahısına nəzər salın.
İSTİNADLAR VƏ RESURSLAR
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı / Demokratik Təsisatlar və İnsan Haqları Bürosu 
2004
National Referral Mechanisms: Joining Efforts to Protect the Rights of Trafficked Persons: A Prac‐
tical Handbook, OSCE / ODIHR, Warsaw, Poland, 2004. (Milli İstiqamətləndirmə Mexanizmləri:
İnsan alveri qurbanlarının hüquqlarını müdafiə etmək üçün səylərin birləşdirilməsi: Praktiki
Təlimat sənədi, ATƏT / DTİHB, Varşava, Polşa, 2004.)
International Organization for Migration
2007
The IOM Handbook on Direct Assistance for Victims of Trafficking, IOM, Geneva, 2007. (İnsan
alveri qurbanlarına birbaşa yardımla bağlı BMqT‐nin təlimat sənədi, BMqT, Cenevrə, 2007)
2004
The Mental Health Aspects of Trafficking in Human Beings: Training manual, IOM, Budapest,
Hungary, 2004. (İnsan alverinin psixi sağlamlıq aspektləri 2004: Təlim vəsaiti, BMqT, Budapeşt,
Macarıstan, 2004)
2004
The Mental Health Aspects of Trafficking in Human Beings: A set of minimum standards, IOM,
Budapest, Hungary, 2004. (İnsan alverinin psixi sağlamlıq aspektləri: minimum standartlar, BMqT,
Budapeşt, Macarıstan, 2004.)
2001
Medical Manual, 2001 Edition, IOM, Geneva, 2001. (Tibbi Təlimat sənədi, 2001‐ci il buraxılışı,
BMqT, Cenevrə, 2001.)
Zimmerman, C. və C. Watts,
2003
WHO Ethical and Safety Recommendations for Interviewing Trafficked Women, World Health
Organization, Geneva 2003. (ÜST‐nin İnsan alverinə məruz qalmış qadınların müsahibə olunması
ilə bağlı etik və təhlükəsizlik tövsiyələri, Ümumdünya Səhiyyə Təşkilatı, Cenevrə 2003.)
Zimmerman, C. və digərləri
2008
“The health of trafficked women: a survey of women entering posttrafficking services in Europe”,
American Journal of Public Health, vol. 98, no. 1, January 2008, pp. 55–59. . (“İnsan alverinə
məruz qalmış qadınların sağlamlığı: Avropada insan alveri sonrası xidmətlərdən faydalanan
qadınlarla sorğu”, Sakit Okean Hövzəsinin Amerika Səhiyyə Jurnalı, 98‐ci buraxılış, yanvar 2008,
səh. 55‐59.)
98
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

İnsan alveri qurbanlarının müdafiəsi və yardımla bağlı 
istiqamətləndirməni müəyyənləşdirmə forması
Təlimat: Bu forma ölkənizdə insan alveri ilə mübarizə üzrə tərəfdaşlıq edə biləcəyiniz dəstək xidmətlərinin
müəyyənləşdirilməsi və sənədləşdirilməsində sizə yardım etmək məqsədi daşıyır. Mümkün olduqda, insan alveri
ilə mübarizə mütəxəssisləri ilə əlaqə saxlanılmasına üstünlük verilir; lakin bir çox ölkələrdə insan alveri qurbanları
üçün ixtisaslaşmış xidmətlər mövcud deyil. İnsan alveri qurbanlarına xüsusi xidmətləri göstərmək üçün heç bir
formal xidmət mövcud olmadıqda, yardım edə biləcək digər müvafiq xidmət təminatçılarını müəyyən etmək
vacibdir. Uyğun qruplara çox zaman zorakılıq hallarında (məsələn, məişət zorakılığı və ya işgəncə) cavab tədbirləri
həyata keçirən və ya marjinal qruplara (məsələn, miqrantlara, qaçqınlara və ya evsizlərə) kömək edən qruplar
daxildir.
Aşağıdakı siyahıda ölkənizdə dəstəyin hansı növlərinin mövcud ola biləcəyi haqqında düşünməkdə sizə yardım
edəcək nümunələr təklif edilmişdir. Telefon nömrələrini və əlaqə saxlanılacaq şəxslərin adlarını qeyd edin.
Mümkün olduqda, xidmətlərin keyfiyyətini və etibarlılığını araşdırın. Mümkün tərəfdaşları müəyyən etmək
üçün apardığınız cari araşdırma insan alveri qurbanına tibbi yardım edərkən və kimə müraciət etməli
olduğunuzu bilmək istədikdə əhəmiyyətli olacaq.
Bu forma sizə bələdçilik etmək üçün nəzərdə tutulmuşdur və yerli resurslarla uzlaşmaq üçün uyğunlaşdırılmalıdır.
99
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
XİDMƏT
ƏLAQƏ MƏLUMATLARI
İnsan alverinə qarşı mübarizə üzrə yerli təşkilatlar
Qaynar telefon xətləri
İnsan alveri ilə mübarizə ilə əlaqədar qaynar xətt
Məişət zorakılığı ilə mübarizə ilə əlaqədar qaynar xətt
Uşaq xidmətləri ilə əlaqədar qaynar xətt
İntiharlarla əlaqədar qaynar xətt
İtkin düşmüş şəxslərlə əlaqədar qaynar xətt
Sığınacaq və mənzil təminatı xidmətləri
1
İnsan alveri qurbanları üçün sığınacaq
1
Sığınacaq bəzən hökumət tərəfindən idarə olunur; digər hallarda onlar yerli və ya beynəlxalq təşkilatlar tərəfindən idarə
olunur.

100
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
Məişət zorakılığı qurbanları üçün sığınacaq
Uşaqlar və yeniyetmələr üçün sığınacaq
Miqrantlar və qaçqınlar üçün sığınacaq
Evsizlər üçün sığınacaq
Dini və ya icma əsaslı təşkilatlar tərəfindən idarə olu‐
nan sığınacaqlar
Səhiyyə xidmətləri
Cinsi sağlamlıq xidmətləri göstərən klinika və fərdi
dəstək xidmətləri
Reproduktiv sağlamlıq xidmətləri, o cümlədən (qa‐
nunla icazə verildikdə) hamiləliyin dayandırılması
xidmətləri
Ümumi profilli həkimlər
Alkoqol və ya narkotik maddə klinikası
Mobil klinika və ya fərdi yardım xidmətləri
Pulsuz səhiyyə xidmətləri
Psixi sağlamlıq və konsultasiya xidmətləri
Psixoloqlar və ya terapevtlər
Zorakılıqla bağlı məsləhət üzrə mütəxəssislər
Psixi sağlamlıq/psixiatriya klinikası
Qeyri‐hökumət və icma təşkilatları
2
İnsan alveri ilə mübarizə
Məişət zorakılığı
Hüquq təşkilatları (məs., insan hüquqları, qadın və ya
uşaq hüquqları, əmək)
Qaçqın və ya immiqrant xidmətləri
Sosial dəstək xidmətləri
Dini və ya icma əsaslı təşkilatlar
Hüquqi xidmətlər
Müstəqil hüquqşünaslar (immiqrasiya və cinayət)
İcma əsaslı hüquqi yardım xidmətləri
2
Buraya yerli icma təşkilatları, eləcə də beynəlxalq qeyri‐hökumət təşkilatları aid ola bilər. Bax: İnsan alveri ilə mübarizə
sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti koalisiyaları haqqında məlumat əldə etmək üçün BMT‐nin İnsan Alverinə
qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsünün (UN.GIFT) səhifəsi:: http://www.ungift.org/ungift/en/partners/civil. html 

Yüklə 19,66 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin