Bu vəsaitdəki fikirlər müəlliflərə aiddir və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) mövqeyini əks etdirmir



Yüklə 19,66 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix02.03.2017
ölçüsü19,66 Kb.
#9916
1   ...   9   10   11   12   13   14   15   16   17

121
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

ZƏRURİ TƏDBİRLƏR
Ümumi
l
Travmadan xəbərdar tibbi yardım (bax: Tədbirlər planı 1)  və xəstəyə yönəlik tibbi yardımla (bax: Tədbirlər
planı 2) bağlı tövsiyələrə riayət edin.
l
Cinsi və reproduktiv sağlamlıq xidmətləri göstərilmiş insan alveri qurbanları ilə müsahibə aparın və onların
reproduktiv və cinsi sağlamlıq haqqında hər hansı spesifik narahatlıqları ilə maraqlanın.
l
Aydın şəkildə və nəzakətlə bütün prosedurların və testlərin potensial faydaları, eləcə də onların səbəb
ola biləcəyi mümkün ağırlaşmalar haqqında məlumat verin. Cinsi və reproduktiv sağlamlıq problemləri
həll olunmadıqda  onların potensial fəsadlarını xəstələrə izah edin.
l
Zəruri hallarda tərcüməçilər vasitəsilə müsahibələri və müayinələri xəstənin öz dilində həyata keçirmək
lazımdır (bax: Tədbirlər planı 3).
l
Özünüzü təqdim edin və prosedurları əvvəlcədən, onların həyata keçirilməsi zamanı və sonra izah edin.
Xəstə ilə bağlı gözləntilərinizi aydın şəkildə ifadə edin. Xəstəyə istənilən zaman müalicədən imtina edə
biləcəyini bildirin. Uşaqların və yeniyetmələrin də fikirlərini dinləmək lazımdır (bax: Tədbirlər planı 5 və
12).
l
Xəstədən yardımçı şəxsin onu müşayiət etməsini istəyib‐istəmədiyini soruşun.
50
l
Xəstə ilə onun tibbi problemləri ilə bağlı yarana biləcək fəsadlar haqqında səmimi danışın və gələcək re‐
produktiv imkanlar haqqında realist olun.
l
Ölkənin hüquqi kontekstinə uyğun olaraq, hamiləliyi davam etdirmək və ya dayandırmaq variantları ilə
bağlı qadınları məlumatlandırmaq məqsədilə reproduktiv və seksual hüquqlar barədə məlumat verin.
l
İnsan alveri qurbanının insan alverinə məruz qalarkən və ya sonra razılıq əsasında, qorunmasız cinsi
əlaqəyə girmiş ola biləcəyini nəzərə alın.
l
Xəstənin öz dilində cinsi və reproduktiv sağlamlıq məsələləri ilə bağlı aydın və sadə məlumat hazırlayın.
l
Həkimlər seks və cinsi sağlamlıqla bağlı yerli və ənənəvi inanclardan və təcrübələrdən xəbərdar
olmalıdırlar. 
l
Sosial və emosional dəstək, təhlükəsizlik, sığınacaq və s. daxil olmaqla, xəstənin razılığı ilə digər
xidmətlərə istiqamətləndirin (bax: Tədbirlər planı 10). Cinsi zorakılıq qurbanlarını təhlükəsiz şəkildə
haraya istiqamətləndirmək lazım olduğunu əvvəlcədən bilmək vacibdir.
l
Cinsi və reproduktiv sağlamlıq problemləri haqqında məlumatları aydın və həssas şəkildə çatdırın. Cinsi
və reproduktiv sağlamlıq müayinələri və tibbi yardım intim xarakterli olduğundan, xəstəyə prosedurlar
və diaqnozlar haqqında məlumat vermək və onların yaşını, sosial və mədəniyyət xüsusiyyətlərini nəzərə
alan üsullarla qərarların qəbulunda iştirakını təmin etmək vacibdir (bax: Tədbirlər planı 2, 5 və 16).
Uşaqları və yeniyetmələri  müalicə edərkən, səhiyyə işçiləri razılıq, sərbəstlik, hüququ qabiliyyət və
səlahiyyətlərə aid qanun və təcrübələri aydın şəkildə ifadə etməlidirlər.
Müayinə
l
Tibbi müayinələri yalnız xəstənin razılığı ilə aparın. Müayinə mərhəmətlə, məxfi, sistemli və tam şəkildə
aparılmalı və müayinə zamanı və müayinədən sonra izah olunan protokolla müşayiət olunmalıdır. İcra
zamanı nə etdiyinizi xəstəyə izah etmək vacibdir.
l
Hər bir tibbi müayinədə xəstənin üstünlük verdiyi cinsin nümayəndəsi olan həkim və ya müşayiətçi və
əgər tələb olunarsa, əlavə yardımçı şəxs iştirak etməlidir.
50
Şəxsin insan alveri qurbanı olduğundan və onun müşayiət olunduğundan şübhələndikdə, ehtiyatlı olun (bax: Tədbirlər
planı 6).
122
İnsan alveri̇ qurbanlarina ti̇bbi̇ xi̇dmətləri̇n göstəri̇lməsi̇
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

l
Xəstələri müayinə tempinə özlərinin nəzarət etdiyini bildirin və hər hansı məqama dair imtina etmək
hüququna malik olduqlarından arxayın edin. Nəticələrin məxfi qalacağını bildirin, lakin hüquqi öhdəliklərə
riayət etmək məqsədilə hansı nəticələrin məruzə edilməli olduğu və ya edilə biləcəyini izah edin.
l
İnsan alverinə məruz qalmış qadın və qızların cinsi zorakılıq və ya təhlükəli abort səbəbiylə vaginal və
perineal yırtıqlardan, eləcə də digər xarici və daxili xəsarətlərdən əziyyət çəkə biləcəyini nəzərə alaraq,
tam ginekoloji müayinə aparın. Ağrı və narahatlıqları mümkün qədər azaltmaq üçün tədbirlər
görülməlidir.
l
Seksual travmadan əziyyət çəkmiş kişi və oğlanlarda tam genital və rektal müayinə həyata keçirin.
l
İnsan alverinə məruz qalmış hamilə qadın və döl üçün mövcud riskləri qiymətləndirin; hamilə qadınlar
yubanmadan doğuşqabağı tam müayinədən keçməlidirlər. Təhlükəsiz doğuş və doğuşdan sonrakı nəzarəti
təşkil edin. 
l
Fiziki müayinə zamanı tibbi cəhətdən izahı olmayan (yəni, üzvi səbəbi olmayan) başgicəllənmə, nəfəs
çatışmazlığı, intensiv ürək döyüntüləri və boğulma hissi kimi hər hansı somatik təşviş və ya narahatlıq
simptomlarını normallaşdırın. Bunun üçün orqanizmin bu vəziyyətlərinin olduqca ciddi qorxu keçirmiş
şəxslərdə rast gəlindiyini və onların xəstəlik və ya zədə səbəbindən olmadığını bildirin; onların travma
ilə bağlı güclü emosiyaların bir hissəsi olduğunu sadə sözlərlə izah edin (bax: Tədbirlər planı 12).
l
Minimum məhkəmə‐tibbi ekspertiza dəlillərinin toplanması
m
Yerli hüquqi tələblər və laboratoriya imkanları əsasında cinayət təqibi üçün istifadə məqsədilə
sübutların toplanmalı olub‐olmadığı və əgər toplanmalıdırsa, hansı sübutların və kim tərəfindən
toplanmalı olduğu müəyyən edilir. Əgər mümkündürsə, məhkəmə‐tibbi ekspertiza sübutlarının
xüsusi təlim keçmiş peşəkar məhkəmə işçiləri tərəfindən toplanması daha yaxşıdır. Səhiyyə işçiləri
emal və ya istifadə edilə bilməyən sübutları toplamamalıdrlar.
m
Sübutların məqsədləri və cinayət təqibi üçün istifadə edilməsi haqqında dəqiq məlumat verin.
Yalan vədlər verməkdən və ya cinayət icraatı haqqında qeyri‐real gözləntiləri artırmaqdan çəkinin.
m
Xəstəni məlumatların yalnız onların razılığı ilə dövlət orqanlarına açıqlanacağından əmin etmək
lazımdır.
m
Cinsi zorakılıq halları ilə bağlı tibbi müayinələrin bütün nəticələri yazılı şəkildə dəqiq
sənədləşdirilməlidir; bu tibbi yardımın təşkilinə və sonrakı hüquqi araşdırmalara kömək edə bilər.
Tibbi sənədlər hüquqi sənədləşmənin tərkib hissəsinə çevrilə və məhkəmə işi üzrə sübut kimi
təqdim ola bilər.
Müalicə
l
Xəstənin müalicə ilə bağlı vəziyyəti sizinlə əlaqələndirmək imkanında olub‐olmadığını müəyyənləşdirmək
lazımdır (Onlar hələ də insan alveri vəziyyətindədirlər? Deportasiya olunmaqdadırlar? Başqa mərkəzə
köçürülürlər?). Əlaqələndirmənin mümkün olmayacağı bəllidirsə, cinsi yolla yoluxan hər hansı infeksiya
və ya digər problemin müalicəsini tamamlamaq və ya müalicəni davam etdirməklə bağlı təlimatları
təqdim etmək (əgər müalicə üçün çox gün tələb olunursa) lazımdır.
l
Mümkün olduqda, reproduktiv sağlamlıq və genderlə bağlı məsələlərin uzun müddət ərzində nəzarətdə
saxlanılması təmin edilməlidir. Bu cür məsələlərə Papanikolau yaxması, döş xərçəngi müayinələri və erek‐
siya pozulmaları testləri və s. daxil ola bilər.
Cinsi və reproduktiv sağlamlıqla bağlı spesifik məsələlər
l
Kontrasepsiya 
m
Kontrasepsiya variantları haqqında məlumatlar insan alveri qurbanlarına çatdırılmalıdır. Kontrasep‐
tiv vasitələrin seçimi zamanı qurbanların ailə planlaması ilə bağlı ehtiyaclarını, cinsi yolla ötürülən
infeksiyaların qarşısının alınması, habelə onların mövcud vəziyyətdə üstünlük verilən kontrasepsiya
vasitələrindən istifadəni davam etdirmək qabiliyyətini nəzərə almaq lazımdır.
123
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

m
Konsultasiya zamanı prezervativ olmadan qorunmanın cinsi yolla ötürülən infeksiyaların qarşısını
ala bilməyəcəyi faktı daxil edilməlidir.
m
Reproduktiv yaşda olan hər bir qadına yerli səviyyədə hansı təcili kontraseptiv variantların mövcud
olduğu haqqında məsləhət xidməti təmin edilməlidir; müvafiq hallarda, onlar təcili olaraq kon‐
trasepsiya vasitələri ilə təmin edilməlidir. 
l
Hamiləlik testləri və mamalıq yardımı 
m
Reproduktiv yaşda olan bütün qadınlar üçün hamiləlik testləri təşkil olunmalıdır. Sidik test‐zolaqları
müvafiqdir.
m
Hamilə olan bütün qadınlarda hamiləlik müddəti müəyyən edilməlidir; həmin qadınlara hamiləliyi
davam etdirmək və ya dayandırmaq variantları ilə bağlı məsləhət verin.
m
Hamiləliyi davam etdirən qadınlar üçün Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarından istifadə
etməklə doğuşqabağı yardım, doğuş üçün imkanların yaradılması və doğuşdan sonrakı tibbi yardım
məsələləri müzakirə və təmin edilməlidir.
m
Hamiləliyi dayandırmaq variantını seçən qadınları qanuni və mümkün hallarda, hamiləliyi
dayandırmağın təhlükəsiz, yerli səviyyədə mövcud olan variantları haqqında məlumatlarla təmin
edilməlidir. 
l
İİV və cinsi yolla ötürülən infeksiyaların qarşısının alınması və müalicəsi
m
Xəstələrin təhlükəsiz və məxfi qəbul vasitəsilə könüllü İİV konsultasiyası, test və müalicələrdən
istifadə etmək imkanı əvvəlcədən müəyyən edilməlidir. İİV‐in qarşısının alınması, müalicəsi, tibbi
yardım göstərilməsi və dəstək imkanlarından hərtərəfli istifadə etmək vacibdir.
m
72 saat ərzində qoruyucu vasitəsiz cinsi əlaqədə olmuş bütün şəxslər üçün İİV‐lə bağlı əlaqəsonrası
profilaktik tədbirlərin təmin edilməsi nəzərdən keçirilməlidir.
m
Cinsi yolla yoluxan xəstəliklərin müalicə və profilaktikası zamanı nəzərə almaq lazımdır ki, insan
alveri qurbanları dərman preparatlarının təsir göstərmədiyi mikroblarla yoluxmuş ola və ya uyğun
olmayan müalicə nəticəsində onlarda dərman vasitələrinə qarşı dözümlülük yarana və birinci xətt
antibiotikləri onlara təsir etməyə bilər. Mümkün olduqda, effektiv müalicəni təmin etmək yoxlama
müayinələri təmin edilməlidir.
Cinsi və reproduktiv sağlamlıq cinsi zorakılığa məruz qalmış şəxslərin əsas sağlamlıq problemləri arasında yer ala
bilər. İnsan alveri qurbanının cinsi və reproduktiv sağlamlığı ilə bağlı təxirəsalınmaz yardım onun ümumi sağlamlıq,
xüsusilə psixi sağlamlıq vəziyyətinə kömək edə bilər (bax: Tədbirlər planı 12).
İSTİNADLAR VƏ RESURSLAR
Hossain, M. və digələri
2005
Recommendations for Reproductive and Sexual Health Care of Trafficked Women in Ukraine:
Focus on STI/RTI care, First Edition, London School of Hygiene & Tropical Medicine and the İn‐
ternational Organization for Migration, 2005. (Ukraynada qaçırılan qadınların reproduktiv və cinsi
sağlamlığına dair tövsiyələr: STI/RTI Qayğı, birinci nəşr, London Gigiyena və Tropik Təbabət
Məktəbi və Beynəlxalq Miqrasiya Təşkilatı, 2005)
Inter‐Agency Standing Committee (Qurumlararası Daimi Komissiya)
2005
Guidelines for Gender‐Based Violence Interventions in Humanitarian Settings: Focusing on pre‐
vention of and response to sexual violence in emergencies, IASC, Geneva, September 2005. (Hu‐
manitar vəziyyətlərdə gender zorakılığı müdaxilələri üzrə təlimat: Fövqəladə hallarda cinsi
zorakılığın qarşısının alınması və cavab tədbirlərinin görülməsi, IASC, Cenevrə, sentyabr 2005)
124
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

BMT
1979
Convention on the Elimination of All Forms of Discrimination Against Women, adopted in 1979
by General Assembly Resolution 34/180, entry into force September 1981. (Baş Asambleyanın
34/180 saylı Qərarı ilə 1979‐cu ildə qəbul edilmiş və 1981‐ci ilin sentyabrında qüvvəyə minmiş
Qadınlara qarşı ayrı‐seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya.)
BMT‐nin Əhali Fondu 
2002
Trafficking in Women, Girls and Boys: Key issues for population and development programmes,
Report on the Consultative Meeting on Trafficking in Women and Children, Bratislava, Slovak Re‐
public, 2‐4 October 2002, UNFPA, New York, 2003. (Qadınların, qızların və kişilərin insan alverinə
cəlb olunması: Əhali və inkişaf proqramları ilə bağlı əsas məsələlər, Qadınların, qızların və kişilərin
insan alverinə cəlb olunması mövzusunda Konsultativ İclas, Bratislava, Slovakiya Respublikası, 2‐
4 oktyabr 2002‐ci il, UNFPA, Nyu‐York, 2003.)
Amerika Birləşmiş Ştatlarının Xəstəliklərlə Mübarizə və Profilaktika Mərkəzləri 
2006
“Sexually Transmitted Diseases Treatment Guidelines, 2006”, Morbidity and Mortality Weekly
Report, vol. 55, no. RR‐1, 4 August 2006. (“Cinsi yolla keçən xəstəliklərin müalicəsi ilə bağlı
Təlimatlar, 2006”, Xəstələnmə və ölümlə bağlı Həftəlik Hesabat, 55‐ci buraxılış, RR 1 saylı, 4 avqust
2006‐cı il tarixli.)
Ümumdünya Səhiyyə Təşkilatı
2007
Təlimat on Global Scale‐Up of the Prevention of Mother‐ to‐Child Transmission of HIV: Towards
universal access for women, infants and young children and eliminating HIV and AIDS among
children, WHO, Geneva, 2007. (İİÇ‐in anadan uşağa ötürülməsinin qlobal səviyyədə  qarşısının
alınması ilə bağlı Təlimat: qadınlar, körpələr və kiçik uşaqlar üçün universal imkanlar və uşaqlar
arasında İİÇ və QİÇS‐in aradan qaldırılması, Cenevrə, 2007.)  (ÜST‐nin anaların və yeni doğulmuş
körpələrin sağlamlığını artırmaq məqsədilə tövsiyə etdiyi müdaxilələr, Hamiləliyə kompleks
nəzarət və doğuşla bağlı Təlimatlar, Cenevrə, 2007.)
2007
WHO Recommended Interventions for Improving Maternal  and Newborn Health, Integrated
Management of Pregnancy and Childbirth Guidelines, WHO, Geneva, 2007. . (ÜST‐nin anaların
və yeni doğulmuş körpələrin sağlamlığını artırmaq məqsədilə tövsiyə etdiyi müdaxilələr,
Hamiləliyə kompleks nəzarət və doğuşla bağlı Təlimatlar, Cenevrə, 2007.)
2007
The WHO Strategic Approach to Strengthening Sexual and Reproductive Health Policies and Pro‐
grammes, WHO, Geneva, 2007. (Cinsi və reproduktiv sağlamlıq siyasətlərinin və proqramlarının
təkmilləşdirilməsinə ÜST‐nin Strateji Yanaşması, Cenevrə, 2007.)
2006
Pregnancy, Childbirth, Postpartum and Newborn Care: A guide for essential practice, Integrated
Management of Pregnancy and Childbirth Guidelines WHO, Geneva, 2006. (Hamiləlik, doğuş,
doğuşsonrası dövr və yeni doğulmuş körpələrə qayğı: əsas təcrübə təlimatı, Hamiləlik və doğuşa
kompleks nəzarətlə bağlı Təlimatlar, ÜST, Cenevrə, 2006.)
2005
Emergency Contraception, Fact Sheet no. 244, WHO, Geneva,revised October 2005. (Fövqəladə
vəziyyətlərdə Kontrasepsiya, İnformasiya Bülleteni, № 244, ÜST, Cenevrə, 2005‐ci ilin oktyabrında
yenidən işlənmişdir.)
2005
Sexually Transmitted and Other Reproductive Tract Infections: A guide to essential practice, WHO,
Geneva, 2005. (Cinsi yolla keçən və cinsiyyət yollarının digər infeksiyaları: əsas təcrübə təlimatı,
ÜST, Cenevrə, 2005.) 
2005
WHO Online Sex Work Toolkit: Targeted HIV/AIDS prevention and care in sex work settings, web
information available at «www.who.int/hiv/pub/prev_care/swtoolkit/en/» WHO, Geneva, 2005.
(ÜST‐nin seks işi ilə bağlı onlayn məlumat dəsti: Seks xidmətində İİÇ‐in/QİÇS‐in məqsədyönlü
şəkildə qarşısının alınması və tibbi qayğı,  veb‐məlumat: www.who.int/hiv/pub/prev_care
/swtoolkit/en/, ÜST, Cenevrə, 2005.)
125
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

2003
Guidelines for medico‐legal care for victims of sexual violence, WHO, Geneva, 2003. (Cinsi
zorakılıq qurbanları üçün tibbi‐hüquqi qayğı üzrə təlimatlar, ÜST, Cenevrə, 2003.)
Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı
2007
Post‐Exposure Prophylaxis to Prevent HIV Infection: Joint WHO/ ILO guidelines on post‐exposure
prophylaxis (PEP) to prevent HIV infection, WHO, Geneva, 2007. (İİÇ infeksiyasının qarşısını almaq
üçün təmas sonrası profilaktika: ÜST‐nin/BƏT‐in təmas sonrası profilaktika (PEP) üzrə birgə
təlimatları, ÜST, Cenevrə, 2007.)
World Health Organization Department of Reproductive Health and Research and Johns Hopkins Bloomberg
School of Public Health Center for Communication Programs INFO Project (Ümumdünya Səhiyyə Təşkilatının Re‐
produktiv Sağlamlıq və Araşdırma Departamenti və Johns Hopkins Bloomberg Məktəbinin Kommunikasiya
Proqramları üzrə İctimai Səhiyyə Mərkəzinin INFO Layihəsi)
2008
Family Planning: A global handbook for providers (2008 Edition), CCP and WHO, Baltimore and
Geneva, 2008. (Ailə Planlaması: Təchizatçılar üçün qlobal təlimat sənədi (2008‐ci il nəşri), CCP
və ÜST, Baltimor və Cenevrə, 2008.)
Zimmerman, C. və digərləri
2003
The Health Risks and Consequences of Trafficking in Women and Adolescents: Findings from a
European study, London School of Hygiene and Tropical Medicine, London, 2003. (İnsan alveri
qurbanları olan qadınların və yeniyetmələrlə bağlı sağlamlıq riskləri və fəsadları: Avropa üzrə
araşdırmanın nəticələri, London Gigiyena və Tropik Təbabət Məktəbi, London, 2003)
126
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

TƏDBİR
LƏR
Tədbirlər Planı 14:
Əlillik
PLANI
ON DÖRD

Tədbirlər Planı 14:
Əlillik
ƏSASLANDIRMA
Əlilliyi olan şəxslər insan alverinin risk qrupunda ola bilər və bəzi hallarda əlillik səbəbindən istismar hədəfinə
çevrilə bilərlər. Bundan başqa, bəzi insanlar insan alveri vəziyyətində başlarına gələnlər nəticəsində əlilliyi olan
şəxsə çevrilə bilərlər. İnsan alverinə məruz qalmış əlilliyi olan şəxslər barədə statistik məlumatların cari olmaması
problemin miqyasını müəyyənləşdirməyi çətinləşdirir.
Buna baxmayaraq, tibb işçiləri insan alveri qurbanlarının əlil ola biləcəyini nəzərə almalı və əlilliyi olan insan alveri
qurbanlarının spesifik sağlamlıq ehtiyaclarını ödəmək üçün hazır olmalıdırlar. Dünyada, 650 milyon insanın (dünya
əhalisinin təxminən 10%‐nin) əlilliyi vardır. Dünyanın bir çox yerlərində, əlilliyi olan şəxslər yardım alan insan
alveri qurbanları arasındadırlar.
Əlilliyin müxtəlif formalarının insan alverinin müxtəlif formaları ilə bağlı olduğuna dair müəyyən sübutlar vardır.
Görünən əlillik ictimaiyyətdə mərhəmət hissi yarada biləcəyindən, dünyanın bir çox yerində insan alverçiləri fiziki
əlilliyi olan uşaqları və böyükləri məcburi dilənçiliyə cəlb etmək məqsədilə hədəfə alırlar.
51
Əlləri və ya qolları
amputasiya olunmuş və ya minaya düşərək  eybəcər hala salınmış şəxslərin məcburi dilənçilik fəaliyyətlərinə cəlb
olunması aşkar edilmiş,
52
bəzi ölkələrdə isə məcburi dilənçilik məqsədilə insan alverinə cəlb edilmiş şəxslərin
silahlı münaqişələr nəticəsində veteran olduğu görüntüsü yaratmaq məqsədilə hərbi formalar geyindikləri aşkar
edilmişdir.
53
Həmçinin, fiziki, eşitmə və ya görmə məhdudiyyəti olan şəxslərin dünyanın müxtəlif yerlərində məcburi dilənçiliyə
cəlb olunması halları mövcuddur.
54
Bundan əlavə, insan alverçilərinin öz qurbanlarını əlilə çevirmək və ya onlarda
əlil görüntüsü yaratmaq və ya onları əlil arabasında oturmağa və ya əlil kimi görünmək üçün dərman qəbul etməyə
məcbur etmək üçün onları məqsədli şəkildə şikəst edirlər.
55
Digər məlumatlara görə əlilliyi olmayan uşaqlar əlil
böyüklərlə birlikdə dilənçilik etməyə məcbur edilirlər.
56
Psixi və əqli əlilliyi olan şəxslər riskləri qitmətləndirmək
və ya insan alveri vəziyyətindən yaxa qurtarmaq üçün  məhdud  potensiala  malik  olduqlarından,  insan  alverçiləri
bu  cür  şəxsləri  hədəfə  ala  bilərlər; insan alverinə  cəlb  olunmuş  şəxslərin  məcburi  dilənçilikdən  daha  çox
cinsi  istismara  məruz  qaldıqlarını güman etməyə  əsas  verən  sübutlar  vardır.
57
Lakin  əqli  və  intellektual  qü‐
51
Bax: Kropiwnicki, Z. D., Uşaqlar danışırlar: cənub‐şərqi Avropada insan alveri riski və müqavimət (regional hesabat), “Save
the Children” Albaniya, Tirana, Albaniya, iyul 2007; Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı,
Nigeriyada insan alveri: Köklü səbəbləri və tövsiyələr, Siyasət Sənədi № 14.2 (E), UNESCO, Paris, 2006. Surtees, R., Cənub‐
şərqi Avropada insan alveri qurbanları haqqında ikinci İllik Hesabat, BMqT, Cenevrə, 2005.
52
ABŞ Dövlət Departamenti, İnsan Alveri ilə bağlı Hesabat, iyun 2007.
53
Tiurukanova, E. V. və Şəhər İqtisadiyyatı İnstitutu, Rusiya Federasiyasında insan alveri: Mövcud vəziyyətin və cavab
tədbirlərinin araşdırılması və təhlili,  BMT‐nin Uşaq Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və Kanada Beynəlxalq İnkişaf
Agentliyi, Moskva, mart 2006.
54
Yenə də orada.
55
Surtees, R., Cənub‐Şərqi Avropada insan alveri qurbanları ilə bağlı ikinci İllik Hesabat, BMqT, Cenevrə, 2005.
56
Yenə də orada.
57
Surtees, R., Cənub‐Şərqi Avropada insan alveri qurbanları ilə bağlı ikinci İllik Hesabat, BMqT, Cenevrə, 2005; Zimmerman,
C., Oğurlanmış təbəssümlər: Avropada insan alveri qurbanları olan qadınların və yeniyetmələrin fiziki və psixoloji sağlamlıq
problemləri, London Gigiyena və Tropik Təbabət Məktəbi, London, 2006.
129
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

suru  olan  şəxslər  kənd  təsərrüfatı işlə ri
58
və kərpic istehsalı da daxil olmaqla, məcburi əməyin digər formalarına
cəlb edilirlər.
59
Əlillik xüsusilə əlilliyi olan şəxslərə qarşı ayrı‐seçkilik və zorakılıq hallarının geniş yayıldığı ölkələrdə insan alverinə
məruz qalma vəziyyətlərinin yaradılmasında mühüm rol oynayır. Bəzi qəzetlərin verdiyi məlumata görə bəzi
ölkələrdə əlilliyi olan uşaqların valideynləri onları tərk edə və ya insan alverçilərinə “sata” biləcəklərindən, əlilliyi
olan uşaqlar daha çox insan alveri qurbanına çevrilmək riskinə məruz qalırlar.
60
Əlilliyi olan uşaqlar xüsusilə
həssasdırlar və onların çoxu öz mədəni dəyərləri çərçivəsində ayrı‐seçkiliyə məruz qalırlar.
61
Əlilliyi olan insan
alveri qurbanları bir sıra ayrı‐seçkilik və təcrid formaları ilə üzləşə bilərlər. Onların əlilliyi cinsi, etnik mənsubiyyət
və immiqrasiya statusu ilə bağlı ayrı‐seçkiliyə məruz qalmaq risklərini artırır; bu, insan alverinə məruz qalmaq
damğasını və ya insan alveri vəziyyətdə olarkən məcbur edildikləri işlərlə bağlı xəcalət hissini daha da kəskinləşdirə
bilər. Əlilliyi olan insan alveri qurbanlarının spesifik ehtiyacları vardır və bu o deməkdir ki, tibb işçisi tibbi yardımla
bağlı bir sıra əlavə məsələləri nəzərdən keçirməlidir. Səhiyyə işçisi həmçinin tələb olunduqda bu cür şəxslər üçün
ixtisaslaşmış xidmətləri təşkil etməyə hazır olmalıdır.
ZƏRURİ TƏDBİRLƏR
Fiziki və ya əqli əlilliyi olan insan alveri qurbanları ilə işləyərkən, bu vəsaitin digər bölmələrində təsvir edilmiş
tibbi yardım standartları tətbiq edilməlidir. İnsan alverinə məruz qalmış və həmçinin əlil vəziyyətində yaşayan
şəxslərin digər insan alveri qurbanları kimi eyni tibbi ehtiyaclara malikdirlər və keyfiyyətli tibbi yardımla bağlı eyni
hüquqlardan faydalanmalıdırlar. Onların bu hüquqdan istifadə etməsi üçün maneələri aradan qaldırmaq və ayrı‐
seçkiliyin aradan qaldırılmasını təbliğ etmək, tibbi xidmətlərdən istifadə imkanı əldə etmək və məlumatlara çıxış
əldə etmək üçün müəyyən dəstək lazımdır. Xüsusilə, tibb işçiləri ayrı‐seçkiliyə yol verilməyən tibbi yardım
prinsipinə riayət etməlidirlər. Əlilliyi olan şəxslərin, insan alveri təcrübəsindən irəli gələn ehtiyaclarla yanaşı,
həmçinin əlillik vəziyyəti ilə bağlı spesifik tibbi yardım ehtiyacları ola bilər.
Yüklə 19,66 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin