Gigiyena elmi,məqsədi,vəzifələri və inkişaf tarixi
Gigiyena qədim yunan sözü olub,sağlamlıq gətirən deməkdir.Rəvayətə görə Təbabət allahı Eskulapın iki qızı varmış,onlardan biri xəstələri sağaldırmış.Higiyena adlı digəri isə sağlamlıqı qoruyurmuş.Həmin qızı əlində ilan sarınan badə tutmuş kimi təsvir edirlər.Görünür gigiyena elminin adı həmin qızın adı ilə bağlıdır.
Gigiyena profilaktik təbabətin elmi əsaslarını təşkil edir.Onun əsas məqsədi ətraf mühitin müxtəlif amillərinin və istehsalat şəraitinin insan orqanizminə,onun iş qabiliyyətinə və ömründün uzadılmasına təsirini öyrənməkdir.
Gigiyenanın vəzifələrindən ən başlıcası insanın əmək və həyat şəraitinin sağlamlaşdırılması üçün profilaktik tədbirlər işləyib hazırlamaqdır.
Gigiyenanın digər vəzifələrindən aşaıdakıları göstərmək olar:
Ətraf mühitin amillərinin insan orqanizminə və onun sağlamlıqına təsirini öyrənmək;
İnsan orqanizminə müsbət təsir göstərən amillərdən iftifadə etmək,zərərli təsir göstərən amilləri aradan qaldırmaq üçün elmi müddəalar əsasında normativlər,qaydalar və profilaktik tədbirlər işləyib hazırlamaq;
Hazırlanmış gigyenik normativləri,tədbirləri və qaydaları həyata keçirmək.
Xəstəliklərin qarşısını almaq hələ qədim zamanlarda meydana çıxmışdır.Belə ki,qədim Çin kəlamında deyilirdi: “Təbabət ölümün qabaqını ala bilməz,lakin ömrü uzada bilər,dövlətləri və xalqaları öz tövsüyələri ilə möhkəmlədə bilər.
Məşhur yunan həkimi Hipokrat həkimlərdən tələb edirdi ki,onlar “sağlam adamaların qayğısına qalmalıdır ki,xəstələnməsinlər”
Gigiyena,insan orqanizminin inkişafını daha da təkmilləşdirmək,ömrü uzatmaq,qocalmanı mümkün qədər ləngitmək,ölümü uzaqlaşdırmaq kimi bəzi məsələlərə xidmət edir.
İnsanı əhatə edən ətraf mühit daima hərəkət və inkişaf edib dəyişdiyi üçün insan orqanizmi arası kəsilmədən dəyişən amillərin təsirinə məruz qalır.Lakin xarici mühit amillərinin adi dəyişmələri insanlarda pataloji hal törətmir,çünki insan orqanizmi bunlara uyğunlaşır və orqanizmlə mühit arasında dinamik tarazlıq yaranır,bu tarazlıq pozulduqda isə xəstəlik baş veriri.
Orqanizmə təsir edən mühit amillərini bir neçə əsas qrupa bölmək olar: