Atmosfer təzyiqi.Atmosfer təbəqəsinin yer səthinə göstərdiyi təzyiq – atmosfer təzyiqi adlanır.Dəniz səviyyəsində,0 dərəcə tempuraturda,45 dərəcə en dairsində bu təzyiq 760 mm civə sütununa bərabərdir.Bu,vahid kimi qəbul edilmişdir.Atmosfer təzyiqi gün ərzində az dəyişir.Mövsüm üzrə fərq 20-30 mm civə sütununa çata bilər.
Günəş radiasiyası.Yer kürəsində enerji,istilik və işıq mənbəyi günəşdir.Günəşin şüua enerjisi elektromaqni rəqslərindən ibarət olub 300000 km/san sürətlə düz xətt üzrə yayılır.Günəş şüuası görmə analizatoru vasitəsilə mərkəzi sinir sisteminə təsir edib,böyük yarımkürələrin qabıqının fəaliyyətini artırır.İnsanın emosional vəziyyətinə müsbət təsir edir,onun əhvali-ruhiyyəsinin yaxşılaşdırır.
Atmosferin elektrik halı.Havanın fiziki xassələrindən biri də onun elektrik vəziyyətidir.Atmosferin elektrik halını xarekterizə edən ən ühüm elementlər onun ionlaşması,elektrik və maqnit sahəsidir.
Mikroiqlim şəraitinin orqanizmə kompleks təsiri
Həyat fəaliyyəti zamanı insan orqanizmi havanın fiziki xassələrinin kompleks təsirinə məruz qalır.Gigyenik cəhətdən havanın tempuraturunun,rütubətinin,hərəkətinin,istilik balansının dəyişməməsi nisbətən əlverişli sayılır.Bu zaman insanın əhvalı yaxşı olur və orqanizmin fizioloji funksiyaları normal gedir.Bu cür metroloji şəraitə komfort deyilir.Havanın fiziki xassələrinin birlikdə təsirinə qiymət vermək üçün bir sıra üsullar təklif edilir (effektiv tempuraturun təyni,katotemometriya və s.).
Havanın tempuraturunun 18-00 C,rütubətinin 40-60% olması orqanzim üçün əlverişli sayılır.
Havanın mikroblarla çirklənməsi.Hava mikrobların inkişafı üçün əlverişsiz mühitdir.Lakin bu mikroblar bir müddət havada qalaraq sağlam və həssas orqanizm düşdükdə xəstəlik törədə bilər.Hava vasitəsilə yayılan xəstəliklər hava-damcı infeksiyası adlanır.Bu cür xəstəliklərdən qrip,qızılca,ağciyər vərəmi və s. göstərmək olar.
Mikroblar havaya xəstənin ifrazından düşür.Havada mikrobların miqdarı çox dəyişkən olur.Yaşayış yerlərinin atmosfer havasında mikrobların miqdarı şəhərkənarı zonanın havasındakına nisbətən daha çox olur.Havada mikrobların sayının dəyişməsinə meteoroloji amillərin təsiri böyükdür.
Havanın kimyəvi tərkibi
Atmosfer havası oksigen,azot,karbon qazı,azon,arqon və s. qazların qarışıqından ibarətdir.Bəzən atmosfer havasında zərərli qazlar – dəm qazı,kükürd qazı,fenol,xlor,fulor birləşmələri və s. də olur.