Bəşər səmasına yüksələnlər



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə1/20
tarix28.04.2017
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   20


 
 
 
 
Bəşər səmasına yüksələnlər 
        
 
Şəxsiyyət anlayışı barədə  
 
(Xeyirə  kahin  xidməti,  şərə  qarşı  isə  məğlubedilməz  qladiator  cəsarəti 
göstərən R.A.-ya)  
 
 
 
Şəxsiyyətlər  daim  ehtiram  bəslənən,  bəzən  hətta  sevilən  insanlar  olmuşlar. 
Özlərinə məxsus olan keyfiyyətlərə görə şəxsiyyətlər onları əhatə edənlərdən ciddi 
surətdə  fərqlənir,  hər  bir  cəmiyyətdə  aparıcı  qüvvəyə  çevrilir,  ictimai  həyatda 
bəzən hətta xırda dairədə də olsa liderlik imkanı qazanmağa cəhd edirlər. Şəxsiyyət 
anlayışı  əslində  müxtəlif  cəhətləri  əks  etdirən  məfhum  olduğundan,  buna  fəlsəfi 
qaydada yanaşdıqda öz mahiyyətini daha yaxşı biruzə verir. Fəlsəfə isə hələ qədim 
zamanlardan  cəmiyyəti  və  onun  üzvü  kimi  insanı  öyrənməklə  məşğul  olmuşdur. 
Fəlsəfi  bilik  hər  şeydən  əvvəl  insan  haqqındakı  bilikdir.  Fəlsəfə  insanı  dünyada, 
dünyanı  isə  insanda  təhlil  edir.  İnsan  isə  o  vaxt  şəxsiyyətə  çevrilir  ki,  o, 
ətrafındakılara münasibətini şüurlu surətdə müəyyən edir. 
Şəxsiyyətlə fərd arasında mühüm fərqlər mövcuddur. Şəxsiyyət fərdin sosial 
cəhətdən  əhəmiyyət  kəsb  edən  xüsusiyyətləri  sistemidir,  onun  sosial  dəyərləri 
mənimsəmək  ölçüsüdür,  həm  də  bu  dəyərləri  həyata  keçirmək  qabiliyyətinin 
sahibidir.  Şəxsiyyət  anlayışı  özünəməxsusluğu  ilə  seçilməklə  fərddə  ümumsosial 
xüsusiyyətlərin ifadə olunması ilə əlaqədardır. Bu xüsusiyyətlər isə konkret insanın 
dünyaya  təkrar  olunmaz  qaydada  sistemli  münasibətindən,  onun  sosial  qarşılıqlı 


 
təsirdə  meydana  gələn  fərdi  bacarığından  irəli  gəlir.  İnsan  şəxsiyyət  kimi  öz 
şüurunun  inkişaf  səviyyəsi  ilə,  bunun  ümumi  şüura  uyğunluğu  ilə  xarakterizə 
olunur, axırıncı isə öz növbəsində həmin cəmiyyətin inkişaf səviyyəsi ilə müəyyən 
olunur. 
Şəxsiyyət ictimai münasibətlərdə bilavasitə iştirak edir. Şəxsiyyətin mühüm 
cəhəti  ayrı-ayrı  adamlara,  özünə,  öz  ictimai  və  zəhmət  vəzifəsinə  münasibətidir. 
Şəxsiyyətdə  ən  başlıca  xüsusiyyət  təkcə  onun  mövqeyi  deyildir,  həm  də  öz 
münasibətlərini  bütün  müqavimətlərə  və  maneələrə  baxmayaraq  həyata  keçirmək 
bacarığıdır.  Bu,  insanın  yaradıcı  imkanlarından,  onun  qabiliyyətlərindən, 
biliklərindən 
və 
bacarıqlarından, 
iradəli-emosional 
və 
intellektual 
xüsusiyyətlərindən  asılıdır.  İnsan  heç  də  hazır  qabiliyyətlərlə,  maraqlarla, 
xarakterlə  dünyaya  gəlmir.  Bu  xüsusiyyətlər  yalnız  ömür  çərçivəsində,  sürülən 
həyat  boyu,  ancaq  həm  də  müəyyən  təbii  əsas  üzərində  formalaşır.  İnsanın  təbii 
cəhətləri  heç  də  onun  sosial  mahiyyətinə  əkslik  kimi  qəbul  olunmamalıdır.  Axı 
insanın təbiətinin özü də, təkcə bioloji təkamülün məhsulu olmayıb, həm də tarixin 
məhsuludur. 
Lakin  şəxsiyyətin  təşəkkül  tapması  yalnız  konkret  ictimai  şəraitlərdə  baş 
verir.  Cəmiyyətin  tələbləri  adamların  davranış  modelini,  həm  də  bu  davranışın 
qiymətləndirilməsi  meyarlarını  müəyyən  edir.  Şəxsiyyətin  inkişafı,  əslində  onun 
imkanlarının  daim  genişlənməsi  və  həm  də  yeni  tələbatlarının  formalaşmasıdır. 
Şəxsiyyətin  inkişafının  daha  yüksək  səviyyəsi  ictimai  cəhətdən  əhəmiyyət  kəsb 
edən  münasibətlərin  üstünlüyü  ilə  xarakterizə  olunur.  Hər  bir  fərd  həyatın 
mürəkkəb  vəzifələrini  həll  edir.  Şəxsiyyətin  rolu  da  məhz  bu  problemləri  həll 
etdikdə  üzə  çıxır.  Eyni  çətinliklər  müxtəlif  adamlar  tərəfindən  müxtəlif  üsullarla 
yoluna qoyulur. Bəziləri hətta cinayət əməllərinə də əl atır. İnkişaf etmiş şəxsiyyət 
yüksək  dərəcədə  olan  ədalət,  vicdan  və  şərəf  hissinə  malikdir.  Belə  şəxsiyyət  öz 
davranışına  düzəliş  verməyə,  səhvindən  nəticə  çıxarmağa  qadirdir.  O,  öz 
uğurlarının  və  uğursuzluqlarının  mənbəyini  heç  də  xarici  şəraitlərdə  deyil,  məhz 
özündə  görür.  Belə  adam  çəkinmədən  öz  üzərinə  məsuliyyət  götürür  və  çox 
hallarda hətta haqlı sayılan risqlərə gedir. 
Şəxsiyyətin  özəyi  onun  yüksək  psixiki  xassəsi  ilə  -  mənəviyyatla 
əlaqədardır.  İnsanın  mahiyyətinin  mənəvi  cəhətdən  ən  yüksək  qaydada  təzahürü 
onun  əxlaqi  borca  daxilən  bağlılığıdır,  insan  varlığının  yüksək  mənasından 
asılılığıdır.  Təsadüfi  deyildir  ki,  görkəmli  insanlar,  qəhrəmanlıq  səviyyəsinə 
yüksələnlər  həyatın  mənasını  həyatın  özündən  qiymətli  bildiklərindən,  əzabdan 
qurtulmaq üçün özünü tonqala atan Herakl kimi, mübarizə tonqalında yanmaqdan 
da qorxmurlar. Ona görə də şəxsiyyət yüksək ideallara sönməz sədaqəti ilə seçilir. 
Şəxsiyyət  açıq  davranış  fövqündə  dayanan  faktorların  geniş  sırasında 
qarşılıqlı  əlaqədə  olanların  ifadəsidir,  bura,  kompleksə  malik  olmaq  nöqteyi-
nəzərindən fərdin bədən quruluşu və onun keçmiş şəxsi təcrübələrinin effektləri də 
daxildir. İnsanın mürəkkəb davranışı daim dəyişən həyat çağırışlarının, həzzlərin, 
tələblərin  və  gündəlik  stresslərin  təsiri  altında  baş  verir.  Beləliklə,  insan  ölçüsü, 
tipləri  və xüsusiyyətləri  yaranır. Bu halda  meydana çıxan nəticə  müşahidə edilən 
davranışdan çıxarılır. Spesifik davranış isə böhranlı hadisələr vaxtı baş verir. 


 
Şəxsiyyət  termini  bir  sıra  mənalara  malikdir.  Lakin  onların  hamısının 
özəyində  xüsusiyyətlərin  təşkili  və  ya  fərdin  daxilinə  aid  xarakteristikalar  durur. 
Hər  bir  fərd  digərindən  bu  xarakteristikaların  ayrıca  birləşməsi  qaydası  və  onun 
bunları  hansı  dərəcədə  nümayiş  etdirməsi  ilə  fərqlənir.  Şəxsiyyət  anlayışı  altında 
münasibətlərin  və  şüurlu  fəaliyyətin  subyekti  kimi  insan  fərdi,  həm  də  bu  və  ya 
digər cəmiyyətin və ya icmanın üzvü kimi fərdə xarakterik qaydada məxsus olan 
xüsusiyyətlərin dayanıqlı sistemi başa düşülür. 
Şəxsiyyət  barədə  ideyaların  tam  sırası  bədii  əsərlərdə,  qanuna  aid  olan  və 
həmçinin dini və fəlsəfi ədəbiyyatda əks olunmuşdur. Biz Viktor Hüqonun dühası 
hesabına monsenyor Byenvenyu və ya Jan Valjan kimi başqalarından öz həyat tərzi 
və fəlsəfəsi ilə tam fərqlənən, ikincisinin timsalında nəcib təsirdən sonra dünyaya 
baxışını  bütünlüklə  dəyişib,  örnək  saydığı  nümunə  kimi  özünü  yalnız  insanlığa, 
ləyaqətə həsr edən bu iki qeyri-adi varlıqla, daha doğru deyilsə, nəhəng şəxsiyyətlə 
tanış  oluruq.  Şekspirin  qəhrəmanları  Hamlet  və  kral  Lir  həyatın  ağır  sınaqları 
qarşısında  olanda  bizə  öz  kömək  əlini  uzadır,  məkrə  və  nankorluğa  biganə 
qalmamağa çağırır. Onun Makbeti və ledi Makbeti isə məkr və qaniçicilik simvolu 
kimi  gözlərimizin  önündən  getmədiklərindən,  həyatda  belələri  ilə  qarşılaşanda 
ehtiyatlı olmaq xəbərdarlığını alırıq. 
Ümumiyyətlə yuxarıda saydığımız kimi minlərlə məxəzlərdə insan təbiətini 
əmələ gətirən saysız-hesabsız nümunələr, mülahizələr mövcuddur. 
İnsanların hamısı şəxsi xarakteristikalar əsasında bir-birlərindən fərqlənirlər. 
Tarixi  araşdırdıqda,  şəxsiyyətlərin  ağır  sınaq  anlarındakı  rolu  daha  çox  nəzərə 
çarpır. Onlar bir qayda olaraq istənilən mühüm ictimai prosesdə xüsusi yer tuturlar, 
uğurun  və  ya  uğursuzluğun  birbaşa  baiskarlarına  çevrilirlər.  Yüz  minlərlə  həlak 
olanlar  yaddan  çıxsalar,  xatirələrdən  silinsələr  də,  liderliyi  öz  üzərinə  götürmüş 
şəxsiyyətlər,  hətta  çox  sayda  qüsurlarına  baxmayaraq,  öz  adlarını  bəşər 
salnaməsinin məhv olmayan vərəqlərinə və ya öz xalqının yaddaş cədvəlinə nəqş 
edirlər. Belələrindən nəinki xalqının, ölkəsinin, hətta bəzən bütöv dünyanın taleyi 
asılı  olur.  Napoleon  on  beş  il  ərzində  uğur,  qələbə  simvolu  idisə,  axırda  xalqını 
alçaldıcı məğlubiyyətlə üzləşdirdi. Hitler ölkəsini dirçəldib hərbiləşdirdi, Avropada 
qan çayı axıtdı və axırda Almaniyanı xarabalığa, qəbiristanlığa döndərdi. 
Şəxsiyyətin psixikası onun uğur və ya uğursuzluq qazanmasında böyük rol 
oynayır.  Mark  Antoni  sərkərdəyə  məxsus  iti  ağlını  itirib,  dəlicəsinə  sevdiyi 
Kleopatranın  gəmisini  uzaqlaşdığını  gördükdə,  onun  arxasınca  dəniz  döyüşünü 
biabırçı  qaydada  tərk  etməsəydi,  Aktsi  döyüşü  bəlkə  belə  fəlakətli  məğlubiyyətlə 
nəticələnməzdi  və  onun  bir  il  sonra  baş  verən  özünə  sui-qəsd  etməklə  həyatdan 
getməsi  ehtimalının  mövcudluğunu  da  meydana  çıxarmazdı.  Bircə  anlıq  Antoni 
gözləri  ilə  gördüyünə  deyil,  ağıl  gözünün  diqtəsinə  inansaydı,  yəqin  ki,  özünün 
məharətli  sərkərdə  adına  da  belə  ləkə  yaxmazdı.  Xalqı  Sezarın  qatillərinə  qarşı 
qaldırmağı bacaran bir adam, eyş-işrətin və şəhvətin hesabına psixoloji cəhətdən də 
ağır  zərbələrə  məruz  qalmışdı.  Psixoloji  cəhətlər  isə  ayrıca  elmi  axtarış  obyekti 
olmaqla,  bu  sahədə  Freydin  psixoanaliz  nəzəriyyələri  daha  böyük  təsir  gücünə 
malikdir. 


 
Şəxsiyyət davranışının xarakterik nümunələri fərdi qaydada əks olunanların 
bir  toplusudur,  bunlar  həm  şüurlu,  həm  də  şüursuz  səviyyələrdə  gündəlik 
fəaliyyətlə müəyyən olunur. Bu, daxili stimulların və vicdan tərəfindən icra edilən 
xarici nəzarətlərin birliyinin tarazlığını təmsil edir. Şəxsi nizamın olmaması o vaxt 
mövcud  olur  ki,  şəxsiyyətin  xüsusiyyətləri  fərdlər  arasındakı  əlaqələrin  uyğun 
səviyyədə olmasının formalaşmasını məhdudlaşdırır. Dəyişilməyən və ya pis idarə 
edilən xüsusiyyətlərin nəticəsi kimi, fərdin fəaliyyət bacarığı zədə alır və qeyri-adi 
şəkildəki  obyektiv  bir  taqətdən  düşmə  hadisəsi  baş  verir.  Şəxsiyyətin 
nizamsızlığının görünüşü müxtəlif psixiatriya təsnifatında xeyli dərəcədə fərqlənir, 
onun nümunələrinə isə, əlbəttə, asılı vəziyyətdə olan və dəli adamlar daxildir. 
Şəxsiyyət insanı xarakterizə edən dünyagörüşün, psixoloji və davranışa aid 
əlaqələrin  dayanıqlı  sistemidir.  Şəxsiyyət  ictimai  inkişafın  məhsulu  olub,  fərdləri 
aktiv fəaliyyətə və sosial münasibətlər sisteminə qoşur. Şəxsiyyətin formalaşması 
anadangəlmə  və  qəbul  edilmiş  bioloji  şərtlərin  məcmuu  əsasında,  həmçinin 
fərdlərin  sosiallaşması  və  istiqamətləndirilmiş  tərbiyə-sosial  normaların  və 
funksiyaların mənimsənilməsi prosesində gedir. 
Şəxsiyyətin  formalaşmasında  tərbiyə  də  mühüm  rol  oynayır.  Tərbiyə 
gerçəkliyə  və  cəmiyyətdəki  normalara  müvafiq  olaraq  məqsədyönlü  və  sistemli 
şəkildə  gedən  bir  prosesdir.  Bu  iş  cəmiyyətdə  qüvvədə  olan  normativ  modellərə 
uyğun  olaraq  aparılır.  Şəxsiyyət  tərbiyə  və  özünütərbiyə  prosesinin  nəticəsidir. 
Şəxsiyyət doğulmur, ancaq təşəkkül tapır. 
Şəxsiyyətin imicinə gəldikdə, bəzən bu obyektiv xarakter daşımır, məqsədli 
reklam  və  təbliğat  tərəfindən  şəxsin  adına  yazılan  və  deyilən  xüsusiyyətlərin 
məcmuu kimi nəzərə çarpır. Təbliğat bəzən həddi aşaraq, konkret şəxsin şöhrətini 
artırmaq  üçün  tarixi  təhriflərə  yol  verir,  ona  aid  olmayan  əməlləri  də  onun  adına 
yazmaqla,  əslində  saxtakarlığa  əl  atır.  Belə  panagirik  tipli  təbliğat  bir  müddət 
məqsədinə çatsa da, sonradan həmin şəxsin ifşası üçün tutarlı vasitəyə çevrilir. 
Şəxsiyyətin  təşəkkül  tapmasında  onun  özünü  necə  qiymətləndirməsi  də  az 
rol oynamır. Özünə güvənmə vəzifələrə uyğun gəldikdə, müsbət nəticələrə gətirib 
çıxarır. Lakin öz qüvvəsini şişirdilmiş şəkildə qəbul etmə çox vaxt həmin adamın 
vəziyyətini nəinki çətinləşdirir, bəzən hətta onu istehza obyektinə çevirir. Axı hər 
bir  fərd  həm  də  başqaları  tərəfindən  qiymətləndirilir  və    bu  vaxt  bəzən  özü 
barədəki  yüksək  fikirlə  ümumi  rəy  arasında  uçurum  yaranır,  özünə  vurğunluq, 
nartsissizm  həddi  aşdıqda  bu  uçurum  daha  da  dərinləşir.  Özündən  razılıq, 
xudpəsəndlik bütövlükdə insanın kasad təbiətini biruzə verir, onun qüsurlarını daha 
aydın  şəkildə  göstərir.  Özlərinə  belə  vurulmuş  nartsisslər  adi  bayağılıqlarını  da 
dahiyanə qeyri-adilik kimi qələmə verməyə çalışırlar. Bəzən kütlə Moisey, Esxil, 
Dante,  Mikelancelo  və  Napoleon  kimi  insanların  doğulmasını  mümkün  edən 
vergiyə, öz məqsədinə, burada əsasən siyasi səhnə nəzərdə tutulur, çatanları da heç 
bir  başqa  amilə  məhəl  qoymadan  tələsikliklə  və  yekdil  qaydada  sahib  olanların 
siyahısına  daxil  etməklə,  onları  ədalətsizcəsinə  mükafatlandırırlar.  Səhvən 
yaradılan və şişirdilən şöhrət həmin adamları özlərinin fövqəlbəşəri varlıq olmaları 
kimi haqsız və səfeh bir fikirə düşmələrinə gətirib çıxarır. 


 
Karlik təbiətlilər belə mühitdə asanlıqla monstrlara çevrilirlər. Onlar əslində 
insanlıq  aləmindəki  xərçənglərə  bənzəyirlər,  irəli  getmək  əvəzinə,  ardıcıl  olaraq 
qaranlığa  doğru  geriyə  hərəkət  edirlər.  Qazandıqları  həyat  təcrübəsindən  də  öz 
mənəvi  eybəcərliklərini  gücləndirmək  üçün  istifadə  edirlər,  öz  pozulmalarını 
nifrətdən xəbər verən əlçatmaz bir zirvəyə çatdırmaq istəyirlər. Axı iyrənclik tənəsi 
onların şöhrətinə xələl gətirərdi, yalnız zirvə onlar haqqında lazımi təsəvvür yarada 
bilər.  Cəmiyyətdə  haqsızlıqlar  daim  mövcud  olmuşdur,  plebeylər  patritsi 
qiyafəsində,  qorxaqlar  qəhrəmanlıq  haləsində  olduqda,  özlərinin  əvəzedilməz 
olduqları qənaətinə gəlirlər. 
Böyük  rus  yazıçısı  L.N.Tolstoy  insanın  özü  barəsindəki  qeyri-məhdud 
rəyini,  özünəvurğunluğunu  qamçılamaq  üçün  qəribə  bir  metaforadan  istifadə 
etmişdir.  İnsan  ruhunun  böyük  tədqiqatçısı  kimi,  o,  bəşər  övladını  riyazi  kəsirə 
bənzədir,  kəsirin  surəti  onun  daxili  aləmini,  məxrəci  isə  özü  haqqındakı  rəyini 
bildirir.  Surət  böyüyəndə  kəsirin  qiyməti  də  artır.  Kəsirin  məxrəci  böyüdükcə, 
onun  qiyməti  azalır,  bu  böyümə  hədsiz  olduqda  kəsirin  qiyməti  sıfıra  yaxınlaşır. 
Həqiqətən, insan da belədir. Zənginlikdən xali daxili aləmə malik olanların özləri 
haqqındakı  yüksək,  izafi  rəyi  onların  varlığının  ictimai  dəyərini  az  qala  heçə 
endirir.  Ona  görə  də  özü  barədə  yüksək  fikirdə  olanlar,  buna  təbliğat  ruporu  da 
əlavə  olunsa,  ictimai  rəydə  hökmən  uduzmağa  məruz  qalırlar,  can  atdığı,  daim 
gözlədiyi məhəbbət hisslərinin əvəzinə hətta nifrətlə mükafatlanmağa yaxınlaşırlar, 
bir şəxsiyyət kimi mənəvi iflasa uğrayırlar. 
Şəxsiyyətin  quruluşuna  gəldikdə,  bu  anlayışın  özü,  fərd  və  fərdiyyətçilik 
anlayışlarından xeyli genişdir. Şəxsiyyət adamın sosiallaşması, dünya ilə qarşılıqlı 
əlaqə  prosesində  formalaşmasıdır.  Fərd  isə  ancaq  genetik  cəhətcə  şərtlənən 
xüsusiyyətlərin  daşıyıcısıdır.  Yalnız  sosial,  mədəni,  tarixi  təcrübəni  mənimsəmək 
prosesində insan şəxsiyyətə çevrilir. 
Şəxsiyyətin  psixiki  strukturasına  onun  xüsusiyyətləri  adlandırılan  bütün 
fərdi özünəməxsusluqlar daxildir. İnsan üçün irrasional instinktlər üzərində nəzarət 
zərurəti yaranır. Belə nəzarəti icra etməyi bacarmayan, pis instinktlərə əsir olanlar 
heç vaxt şəxsiyyət səviyyəsinə yüksələ bilmirlər. Şüurlu fəallığın daimi səviyyəsi 
isə fərdi qıcıqlaşdırıcıların təsirinə daha yaxşı uyğunlaşmağı təmin edir. 
İnsanın daxili aləmini tədqiq edən fəlsəfə o vaxt həqiqətən bu adı daşımağa 
layiq olur ki, onun köməyi ilə  insan  “özü özünə”, şəxsi həyatındakı fəaliyyətinin 
formalarına, mənəvi dünyasına, onun zaman və məkanla bağlı olmasına, əzablarla, 
uğursuzluqlarla,  sevinc  və  xoşbəxtliklərlə  dolu  olmasına  diqqət  verməklə,  özünü, 
heç bir güzəştə getmədən təhlil edir. 
Fəlsəfə - fikrin mikroskopudur. Özünün satılmayan baxışı ilə şəri təqib edir 
və onun izsiz yox olmasına yol vermir. 
Fəlsəfəyə  gəldikdə,  elə  cərəyanlar  mövcuddur  ki,  onlar  nəhayətsizliyi, 
günəşi  də  inkar  edirlər.  Fəlsəfə  təsirli,  kəsərli  olmalıdır.  Onun  səyi  və  məqsədi 
insanın kamilləşməsi olmalıdır. 
Fəlsəfə həqiqəti etiraf etməlidir, onu təkzib etmək yollarını aramalıdır. Əgər 
ideal  olan,  nümunə  simvoludursa,  təəssüf  ki,  elə  alçaq  ruhlu  adamlar  vardır  ki, 
onlar həzzi də mənəvi prinsipə çevirirlər, iyrənc maddi nemətlərə vurulurlar. Bəzən 


 
cəmiyyətlərdə pozğunluq yayan  xüsusiyyətlər  vulkanın  ağzından çıxan  lava axını 
kimi onun bütün məsamələrinə yayılır. 
İnsan ali məxluq olub, əmək qabiliyyəti ilə heyvanlardan fərqlənir. Bununsa 
nəticəsi  nemətlər  yaratmaqdır.  Bu  nemətlər  isə  tələbatları  ödəmək  üçün  istifadə 
edilir. 
İnsanın həyatı və fəaliyyəti sosial faktorun aparıcı rolu şəraitində bioloji və 
sosial  faktorların  birliyi  və  qarşılıqlı  təsiri  ilə  şərtlənir.  Çünki  təfəkkür,  nitq  və 
digərləri  adamlara  bioloji  irs  şəklində  çatdırılmır,  bütün  ömür  boyu  ərzində 
formalaşır.  İnsan  başqaları  ilə  birgə  fəaliyyət  və  ünsiyyət  nəticəsində  şəxsiyyətə 
çevrilir.  İnsan  öz  fəaliyyətinə  və  girdiyi  ünsiyyətə  davranışının  mühüm 
orientirlərini  daxil  edir,  hər  şeydə  onun  nə  etdiyini  yoxlayır.  Şəxsiyyətin  özəyi, 
dəyər – dünyagörüş istiqamətləri kimi çıxış edir, bunlar isə fərdin tərbiyə edilməsi 
və həyat təcrübəsi prosesində meydana gəlir. O, müxtəlif alternativlər və imkanlar 
arasında  şüurlu  surətdə  seçim  edir.  Bunun  hesabına  insan  öz  şəxsiyyətinin 
istiqamətini  müəyyən  edən  müvafiq  şərtlərdən  yuxarı  qalxmağa  və  öz 
hərəkətlərinin xarakterini dəyişdirməyə qadir olur. 
Şəxsiyyət  həm  də  açıq  və  şüurlu  fəaliyyət  subyekti  kimi  insanın  sosial 
təbiətini  əks  etdirmək  üçün  irəli  sürülən  anlayışdır.  İnsan  bəşər  nəslinin 
nümayəndəsi (Homo sapienc) olmaqla, cəmiyyətin bir hissəsi kimi fərddir. Fərd bir 
orqanizm kimi insanı ümumi xüsusiyyətləri vasitəsilə ifadə edir. Şəxsiyyət kimi isə 
insan öz daxilindəki sosial arakəsmələrin öhdəsindən də gəlməyi bacarır. 
Çox  vaxt  ələ  keçirdiyi  sosial  yüksəkliyə,  tutduğu  vəzifəyə  görə  adamlara 
əlçatmazlıq  qiyafəsi  geyindirilir,  onlar  bütləşdirilirlər.  Təəssüf  ki,  bəzən  mühit, 
ətrafdakıların az qala sitayişə bənzər münasibəti zülmkarları belə layiq olmadıqları 
səviyyəyə  qaldırır.  Tarixdə  elə  səfeh  adətlər  mövcud  olmuşdur  ki,  xalqlar  öz 
igidliyini  də  kralların  adına  yazmış,  saysız-hesabsız  qüsur  sahibi  olanları  az  qala 
bütə  çevirmişlər.  Avropada  ardı-arası  kəsilməyən  müharibələr  gedəndə,  daim 
vuruşan xalqın özü olsa da qələbə şərəfi krala çatırdı. Xalqın vergi şəklində ödədiyi 
pulu  kral  istədiyi  kimi  xərcləyirdi.  Xalqa  da  elə  bil  ki,  kralın  varlı  olması, 
dəbdəbəsi xoş gəlirdi. Xalqa qəpik qaytarılanda kral əliaçıq hesab edilirdi. Elə bil 
ki,  piqmeylərdən  düzəldilən  pyedestal  üzərində  kolossun  qaməti  ucalırdı. 
Bədbəxtlikdən,  həm  də  karlikin  xalq  adlanan  nəhəngdən  yüksək  olmaq  imkanı 
meydana  gəlir,  bunun  üçün  o,  yalnız  nəhəngin  çiyinləri  üzərinə  dırmaşmalıdır. 
Qəribəsi  odur  ki,  həmin  nəhəng  nəinki  bununla  razılaşır,  hətta  karlikin 
əzəmətindən vəcdə gəlir. Nə etmək olar, adamlar olduqca sadəlövh olurlar və hətta 
acı taleləri ilə də barışırlar.  
Bəzi hakimiyyət həvəskarları öz məqsədlərinə çatmaq üçün hər şeyə, hər cür 
əclaflığa belə əl atmağa hazırdır. Şekspir belələrini özünün “III Riçard” pyesindəki 
kral  III  Riçard  obrazında  ifşa  edir:  “Taxt-tac  üçün  niyə  andını  pozmayasan?  Bir 
gün  hökmranlıq  etmək  üçün  mən  onların  yüzünü  pozaram”.  Belələri  iezuitlərin 
“məqsəd vasitələrə haqq qazandırır” kredosundan istifadə etməyə üstünlük verirlər. 
Terrorun görkəmli təbliğatçısı S.Q.Neçayev deyirdi ki, “inqilabın zəfərinə kömək 
edən  hər  şey  əxlaqi  hesab  edilməlidir”.  Pozulmuş  cəmiyyətlərdə  yalançı 
qəhrəmanlar,  saxta  dahilər  çox  asanlıqla  meydana  gəlir  və  mikroorqanizmlər, 


 
amyoblar kimi çoxalırlar. Cəmiyyətin tələbləri aşağı düşdükcə, ümumən zövqlər də 
korlanmağa üz tutur. A.S.Qriboyedovun “Ağıldan bəla” pyesində Skalozub deyirdi 
ki,  “Mən  feldfebelə  Volter  adını  verərəm”.  Böyük  filosofla  kapralı  ayırd  edə 
bilməyən  cəmiyyətlərdə  dəyərlərin  də  baş-ayaq  olması  heç  də  təəccüblü  deyildir. 
Həqiqi dahilər isə az qala cahil hesab edilməyə başlanır. Rusiya sinodunun ober-
prokuroru K.P.Pobedonostsev irticaya xidmət naminə dahi yazıçı L.N.Tolstoyu az 
qala təqib etmək istəyirdi.  
Avropada atlı heykəl monarxiyanın simvolu kimi yalnız krallara qoyulurdu. 
At,  əslində  belində  ağır  yükü  daşıdığına  görə,  xalq  demək  idi.  Lakin  bu  at  da 
tədricən  öz  şəklini  dəyişir,  bəzən  kiçilir  də,  axırda  isə  şirə  çevrilir.  Bu  vaxt 
gözlənilməz hadisə baş verir, o, atlını belindən atır. Şir atlını udur. Tarixə müraciət 
etsək,  bunu  1649-cu  il  İngiltərəsində,  1793-cü  il  Fransasında,  1917-ci  il 
Rusiyasında görə bilərik. 
Bəzən  mürgüləmiş  xalq  belə  çiynində  gəzdirdiyinin  buna  layiq  olmadığını 
anlamağa başladıqda, hansısa sirrli təkanın təsiri ilə oyanır, ona yük heyvanı kimi 
baxanı nəinki öz üzərindən atır, hətta onun cəzasını vermək fikrinə də düşür.  
Şəxsiyyətin  atributlarına  iradə,  sərbəstlik,  zəka  və  hisslər  daxildir.  İradə 
fəaliyyətin məqsədində və daxili cəhdlərdə seçim etmək xüsusiyyəti və bacarığıdır, 
bunlar isə onun icra edilməsi üçün vacibdir. İradə hansısa fiziki və ya emosional 
fəaliyyət deyildir və həm də həmişə heç də insanın sosial fəaliyyəti deyildir. Lakin 
elə  fəaliyyətdir  ki,  o,  həmişə  əxlaq  prinsiplərini  və  şəxsiyyət  normalarını  əks 
etdirir. İradə (hüquq) şəxsin öz hərəkətlərinə rəhbərlik etmək bacarığıdır. 
Hər  bir  şəxsiyyət  hisslərə  malik  olmaqla  yanaşı,  onları  cilovlamağı  da 
bacarmalıdır. Səbirsiz, ehtiyatsız adam  birinci növbədə özünə zərbə vurmuş olur. 
Viktor Hüqo özündən tez çıxan belələrini, bişiriləndə südün köpməsinə, daşmasına 
bənzədir. Süd köpəndə bircə damcı soyuq su onun köpünü yatırdır. Fransız dilində 
idioma  kimi  “s`emporter  comme  une  soupe  au  lait”  ifadəsi  hərfi  qaydada  “süd 
şorbası  kimi  qızışan”  mənasını  versə  də,  “tündməcazlıq”  kimi  işlədilir.  Dildən 
gələn bu ifadəyə böyük fransız yazıçısı belə izah vermişdir. 
Şəxsiyyət  özünün  həyat  tərzi,  insanlara  və  hadisələrə  münasibətilə  bir  növ 
qəhrəmanları andırırlar. “Qəhrəman” yunan dilində “ heros” sözü kimi işlədilir, bu 
sözdə həm ilahə Heranın adı əks olunmuşdur, həm də gədim hindlilərin dili olan 
sanskritdə  “ləyaqətli  insan”  deməkdir.  Buradan  belə  çıxır  ki,  qəhrəmanlar  kimi 
şəxsiyyətlər də daim ləyaqəti təcəssüm etməlidirlər 
Şəxsiyyət  düşdüyü  şəraitdən  asılı  olmayaraq  özünəməxsus  ləyaqətini  daim 
qoruyub  saxlamalıdır.  Onun  bəşəri  dəyərlərə  münasibəti  sınaq  anlarında  sınağa 
çəkilsə  də,  öz  möhkəmliyini  qoruyub  saxlamalıdır.  XIII  əsrdə  yaşayıb  yaratmış 
böyük  Şərq  şairi  Cəlaləddin  Rumi  şəxsiyyət  məsələsində  güzəştə  getməməklə, 
oriyentirləri  qələmə  alır:  “Şəfqət  və  mərhəmətdə  Günəş  kimi  ol!  Sadəlikdə  və 
yardım etmədə axar su kimi ol! Başqalarının qüsurunu örtməkdə gecə kimi ol! Ya 
göründüyün  kimi  ol,  ya  olduğun  kimi  görün”.  Həqiqətən  də,  şəxsiyyət  heç  vaxt 
maskaya ehtiyac duymamalıdır, baxmayaraq ki, latın dilində “persona” sözü həm 
“maska”,  “teatr  rolu”,  həm  də  “şəxsiyyət”,  “şəxs”  mənasını  verir,  ancaq 
“şəxsiyyət” sözünün mahiyyətində maska ilə heç bir əlaqə yoxdur. 


 
İnsanlara  zülm  etmək,  onları  bədbəxtliklərə  düçar  etmək  heç  də  sağlam 
iradədən  xəbər  vermir.  İradə  mənfur  qərarlar  verməyə,  həyatda  cəhənnəm 
əzablarını bərqərar etməyə xidmət etməməlidir, belə iradə yalnız bəla simvolu ola 
bilər.  İradə  əməldə  və  düşüncədə  irrasional  cəhətlərdən  kənarda  dayanmalıdır. 
İnsan şəxsiyyət kimi özünü, yalnız iradəsini sərbəst ifadə etmək yolu ilə təsdiq edə 
bilər. 
Atributlardan  digəri  olan  sərbəstlik  hadisənin  mümkün  sonu  variantlarını 
seçmək imkanıdır. İradə sərbəstliyi isə insan üzərinə məsuliyyət qoyur. Zəka yeni 
ideyalar meydana gətirən sintez edilmiş yaradıcı fəaliyyətin əsasıdır. Hiss isə, açıq 
gerçəkliyə öz münasibətini aşılamaqdır. 
Şəxsiyyətin  sabit  komponentləri  toplusuna  temperament,  xarakter, 
motivasiya  daxildir.  Temperament  psixikanın  xüsusiyyətidir.  Xarakter  isə  insanın 
tipik  davranışıdır.  Motivasiya  insan  davranışını  idarə  edən  planın  dinamik 
prosesidir,  bu  onun  istiqamətini,  təşkilatlanmasını,  fəallığını  və  dayanıqlığını 
müəyyən edir. Şəxsiyyətin motivasiya özəyi hər bir adam üçün müəyyən edilmişdir 
və dayanıqlığı ilə xarakterizə olunur. 
XX əsrdə yaranmış fəlsəfi cərəyan olan eksiztensializm öz diqqətini insanın 
irrasional  varlığının  unikallığı  üzərində  cəmləşdirir.  Eksiztensializm  mövcudluq 
fəlsəfəsi  deməkdir,  həm  də  insan  varlığı  barədə  fəlsəfədir.  Bu  cərəyan  insanı 
mənəvi varlıq kimi götürür. Eksiztensiya hansısa bir irrasional reallıqdır, obyektin 
və  subyektin  vəhdətidir.  Eksiztensializmdə  azadlıq  problemi  ideal  azadlıqdan 
ibarətdir, bu isə şəxsiyyətin cəmiyyətdən azad olmasıdır.  
Ekzistensializm  adətən  empirik  və  rasional  ənənələrə  ziddir,  onun  tezisi 
ondan  ibrətdir  ki,  burada  heç  bir  qəti  niyyət  və  ya  ümumiyyətlə  dünyada  qayda 
yoxdur.  Dünya  qeyri-müəyyən  şəkildə  düşməndir.  Fərdlər  öz  xarakterlərini  və 
məqsədlərini  seçirlər,  bu  seçməkdən  qaça  bilməzlər,  buna  isə  onlar  özlərinin 
yaratdıqları “sıçrayışla” nail olurlar və həm də eyni qaydada buna borclu olurlar. 
Dünya  haqqında  həqiqət  və  bizim  vəziyyətimiz,  fokuslaşmamış  psixoloji 
qayğı  və  ya  qorxu  altında  daha  təmiz  şəkildə  açılır.  Bu  mövzulara  XX  əsrdəki 
Avropa  ədəbiyyatı,  psixoanalizlər  və  ilahiyyat  güclü  təsir  göstərmişdi.  Böhranlı 
anlar, çətinliklər şəxsiyyətin nəyə qadir olduğunu göstərir.  
Ümumiyyətlə, sınaqlar şəxsiyyət barədə daha düzgün rəy çıxarmağa imkan 
verir. Şəxsiyyət nə qədər qüvvətli və iradəli olsa da, heç də zəifliklərdən tamamilə 
xali deyildir. Bəzən kiçik bir zəiflik bütün müsbət keyfiyyətlərin də üzərindən xətt 
çəkə bilir. Böyük filosof Biez Paskal deyirdi ki, insanlar kövrək məxluqlardır, çox 
vaxt hissləri tərəfindən aldadılırlar, ağılları ilə azırlar və öz emosiyaları tərəfindən 
məğlub  olurlar.  Həm  də  onlar  elə  varlıqlardır  ki,  təbiətin  özü  belə  onları 
düşünməyə  sövq  edir:  “İnsan  yalnız  qamışdır,  təbiətdə  ən  zəif  olandır,  lakin  o 
düşünən qamışdır”. Yalnız ağılı və düşünmə qabiliyyəti ilə insan öz ətrafını, təbiəti 
və  cəmiyyəti  dərk  edə  bilir.  Humanizmin  görkəmli  nümayəndəsi  Benedikt  de 
Spinoza  isə  qeyd  edirdi  ki,  hər  şey  rasional  izaha  malikdir  və  insanlar  onları 
tapmağa  qadirdir.  İnsanlar  real  azadlığı,  təbiətin  qaydasını  və  zəruriliyini  başa 
düşdükdə  və  ya  ötüb  keçən  maraqlardan  uzaqlaşdıqda,  onların  əsl  azadlığı 
gələcəkdir. Onun düşüncəsinə görə təbiət tufanlar, zəlzələlər və xəstəliklər şəklində 


 
insanlara dost  olmayan qaydada özünü  biruzə verəndə “onlar  bəyan  edirlər ki, bu 
şeylər ona görə baş vermişdir ki, Allah adamların düzgün olmayan əməllərinə və 
sitayişində  hansısa  səhvə  yol  verdiklərinə  görə  onlara  acıqlanmışdır”.  Görünür, 
şəxsiyyətlər  səhv  addım  atdıqda,  gerçəkliyə,  reallığa  göz  yumduqda,  gözlədiyi 
uğur əvəzinə məğlubiyyətlə qarşılaşır və yəqin ki, bu məsələdə də Allahın ondan 
narazı qalması öz işini görmüş olur. 
Bəzən  təsadüflər  iri  şəxsiyyətləri  də  çıxılmaz  vəziyyətdə  qoyur.  Napoleon 
Vaterlooda məğlub oldu, çünki onun bu döyüşdəki qələbəsi XIX əsrin hesablarına 
daxil  deyildi.  Ona  heç  də  böyük  sərkərdələr  –  Vellinqton  və  Blyuxer  maneə 
olmadı, ona allahın özü mane oldu. Axı digər hadisələr sırası hazırlanırdı, orada isə 
Napoleona artıq yer yox idi. Öz şəxsində Hannibalı, Yuli Sezarı və Böyük Karlı bir 
yerdə təcəssüm edən bu böyük şəxsiyyət tarix səhnəsini tərk etməli idi. Qeyri-adi 
adamın yıxılması saatı gəlib çatmışdı. Buğlanan qan, dolub daşan qəbiristanlıqlar, 
anaların göz yaşları qorxulu ittihamçılar olmaqla, onun taleyi barədə öz hökmünü 
vermişdi.  Ona  görə  də  Vaterloo  sadəcə  döyüş  deyildi,  bütün  kainatın  sifətinin 
dəyişilməsi idi. Bu zərurətdən Napoleon da qaça bilməzdi. 
Bu  hadisədə  qalib  sərkərdələr  nə  qədər  öyünsələr  də,  onlar  məğlub 
etdiklərinin  şöhrətinə  yiyələnə  bilmədilər.  Artıq  epoxa  başqalarını  yüksəldirdi, 
Almaniyada  Blyuxerin  başı  üzərində  Höte,  İngiltərədə  isə  Vellinqtonun  başı 
üzərində  Bayron  dühaları  işıq  saçırdı.  Onlardan  əzəmət  yağırdı.  Çünki  onlar 
düşünürdülər və insanları düşünməyə dəvət edirdilər.  
Bəzən  məslək  adamları  mübarizədə  əsl  qəhrəmanlara  xas  olan  xüsusiyyət 
nümayiş  etdirirlər.  Əgər  Brut  qılıncla  diktatorun  həyatına  son  qoymuşdusa, 
Tsitseron Sezara öz fikirləri ilə hökmünü oxumuşdu. Məslək bahadırları, az sayda 
asketlər  istisna  olmaqla,  gözəlliyi  sevir,  bu  yolla  işığa  can  atırlar.  Böyük  rus 
yazıçısı  F.M.Dostoyevski  dünyanı  gözəllik  xilas  edəcəyini  dedikdə,  hər  şeydən 
əvvəl  ruhun,  könülün  gözəlliyini  nəzərdə  tuturdu.  Böyük  şəxsiyyətlər  yetişdirən 
xalqlar, ehkamlarda donub qalmış və ya təmənna ilə pozulmuş digərlərindən fərqli 
olaraq məhz sivilizasiyanı irəli aparırlar. Qızıl və ya başqa bütlərin qarşısında diz 
çökənlər  isə  canlı  əzələlərin  və  kəsərli  iradənin  atrofiya  olmasına  səbəb  olurlar. 
İyrənc  prinsiplər  iyrənc  adətlər  kimi  hökmən  insanları  uçuruma  aparır.  Bizim 
qüsurlarımızı  cilovlayan  məğrurluq  çox  vaxt  əks  mövqedəki  qüsurlara  istiqamət 
götürür.  Qaniçənlərin  məğrurluğu  bu  sahədəki  iştahının  doymasına  əsaslanır. 
Hollandiyada  ispan  ağalığının  zülmünü  qoruyub  saxlayan  hersoq  Alba  adamların 
yandırıldığı  tonqalda  əllərini  qızdırırdı.  Torkvemada  inkvizisiya  qurbanlarının 
artan  çoxluğundan  ilham  alırdı.  Hitler  yəhudi  problemini  ölüm  düşərgələri,  qaz 
“hamamları” ilə birdəfəlik həll edirdi. Tarix bu barədə bizə çoxlu nümunələr bəxş 
edir, axı keçmişin gələcəkdəki əks-sədası gələcəyin keçmişə atdığı işıqdır.  
Tiraniya tirandan çox yaşayır. Ar olsun o adama ki, öz obrazında təcəssüm 
olunan mənəvi zülmət qoyub gedir.  
Tarixin aydınlığı mərhəmətsizdir. Vaxtilə parıltı görünən yerə kölgə salır. 
Tarix təkcə böyük zəka sahiblərini nişan verən panteon hesab edilməməlidir. 
Orada  elələri  vardır  ki,  fövqəl  istedadı  hesabına  liderliyə  yüksəlmiş,  min  illər 
ərzində  azadlıq  uğrunda  yenilməz  mübarizlər  simvoluna  çevrilmişlər.  Frakiyalı 

10 
 
hesab  edilən  Spartak  qul  kimi  qladiator  məktəbinin  sahibi  tərəfindən  satın 
alınmışdı  və  b.e.ə.  73-71-ci  illərdə  İtaliyada  qul  üsyanına  başçılıq  etmişdi. 
Romanın  görkəmli  siyasi  xadimi  Krassın  başçılıq  etdiyi  sayca  çox  böyük  ordu 
Spartakın  döyüşçülərini  məğlub  etdi  və  qul  sərkərdəsi  özü  məhv  oldu.  Bu  işdə 
Pompey  də Krassa  köməyə gəlmişdi. Lakin  tarix öz ədalətini biruzə verdi. Krass 
parfiyalılarla  döyüşdə  18  il  sonra,  b.e.ə.  53-cü  ildə  məğlub  edilib,  öldürüldü, 
Pompey  isə  bundan  beş  il  sonra  Sezar  tərəfindən  Farsaladakı  ağır 
məğlubiyyətindən sonra Misirə qaçdıqda, orada öldürüldü. Ən böyük tarixi ədalət 
isə ondadır ki, Krass və Pompey son yarım min illikdə yalnız Qədim Roma tarixi 
ilə  məşğul  olanların  diqqətini  cəlb  etdiyi  halda,  Spartak  azadlıq  məşəlini  yuxarı 
qaldıran,  quldarlığın  ləğvinin  mümkün  olduğu  müjdəsini  bəşəriyyətə  çatdıran  ilk 
qəhrəman  olmaqla,  ölməzliyə,  əbədi  həyata  qovuşmuşdur.  İki  min  ildən  artıq  bir 
müddət  keçsə  də,  Spartak  azadlığın  sönməz  günəşi  kimi  işıq  saçmaqda,  yol 
göstərməkdə  davam  edir.  Spartak  qulları  azad  edə  bilmədi,  lakin  əsrlər  ərzində 
dünyanın hər tərəfindən zülmə qarşı mübarizə aparanlar üçün mayak, yol göstərən 
oldu. Bəşəriyyət Fermopil keçidindəki spartalıların igidliyi kimi, Spartakın zülmə 
qarşı mübarizəsi qarşısında böyük ehtiramla baş əyməkdə davam edir.  
Böyük şəxsiyyətlər bir qayda olaraq yaşadıqları zamanı və məkanı tərk edib 
az qala əbədi həyata qovuşurlar. Onlar, əlbəttə, hansısa ölkəyə, xalqa və müəyyən 
dövrə  mənsubdurlar,  lakin  zaman  və  məkan  çərçivələrini  qırıb  dağıtdıqlarından 
başqalarından  fərqlənməklə  dünya  vətəndaşlarına  çevrilirlər.  Qədim  yunanlar 
dünya  vətəndaşlarını  kosmopolites  –  kosmopolit  adlandırırdılar.  Kosmopolitizm 
dünya  vətəndaşlığı  adlanan  bir  ideologiya  idi.  Bu  anlayışda  vətən  ideyası  bütün 
dünyanın üzərinə yayılırdı, insanlar üçün ümumi ana, torpaq olduğu kimi, ümumi 
vətən də dünyadır. Dünyaya xidmət həm də bəşəriyyətə, insanlığa xidmətdir. İnsan 
həyatı  əgər  bir  andan  ibarətdirsə,  onun  mahiyyəti  əbədi  axındır.  İnsan  bir  xalqın 
içərisində dünyaya gəlsə də, əməlləri, mübarizəsi ilə kiçik bir icmaya deyil, bütün 
dünyaya  mənsub  olduğunu  sübut  edir.  Misal  çəkdiyimiz  Spartak  da  bütün  dünya 
xalqları üçün xeyirə qovuşmaq uğrunda mübarizənin simvoluna çevrildi.  
Tarix  təkcə  onun  səhnəsində  baş  verən  və  sonrakı  dövrə,  gələcəyə  təsir 
göstərən  hadisələr  yığını  deyildir,  həm  də  insan  ehtiraslarının  və  ağlının  həmin 
hadisələrə göstərdiyi təsiri qeydə almaqla, böyük şəxsiyyətlər sərgisidir. Onlar heç 
də ideal varlıqlar deyillər, digərləri kimi səhvlərdən də bütünlüklə qaça bilmirlər. 
Lakin  onların  öz  əməllərində  kristallaşmış  mənəvi  boyu  təkcə  bu  adamları  əhatə 
edənlər arasında fərqləndirməklə kifayətlənmir, həm də əsrlərin dumanından keçib 
öz  ruh  qamətini  yüksəltmiş  olur.  Bəzi  şəxsiyyətlər  həm  də  qüsurlu  əxlaq 
daşıyıcıları  olurlar.  Lakin  bu  onların  tarixi  düzəltməkdəki  rollarını  nəinki 
bütünlüklə  poza,  heç  azalda  da  bilmir.  Seçim  qaydasında  onların  bəzilərinə 
müraciətə  keçməmişdən  əvvəl  öz  müdriklikləri  ilə  min  illər  keçsə  də  bəşəriyyəti 
heyran  edən  şəxsiyyətlərə  ani  də  olsa  nəzər  salmamağın  özü  də  günah  olardı. 
Söhbət dünyanın məşhur  yeddi  müdrikindən  gedir. Antik  rəvayətlərə görə bu adı 
daşımağa layiq olan iyirmiyə qədər dühanı aid etmək olardı. Yeddi müdrik, əlbəttə 
ki,  mifik  deyil,  tarixi  şəxsiyyətlərdir  və  onların  aforizmləri  rəvayətlər  əsasında 
saxlanmışdır.  Onların  xarakteristikalarında  isə  qədim  yunanların  gördükləri  və 

11 
 
nəyə  can  atdıqları  əks  olunmuşdur.  Onlara  Miletdən  olan  Fales,  Afinadan  olan 
Solon,  Korinfdən  olan  Periandr,  Pittak,  Spartadan  olan  Xilon,  Priyenadan  olan 
Biant, Skifiyadan olan Anaxarsis daxildir. 
Falesin (b.e.ə. 583 və ya 547-ci ildə ölmüşdür) ibarəli sözlərinə “Hər şeydən 
böyük məkandır, çünki hər şeyi əhatə edir. Hər şeydən iti ağıldır, çünki hər şeydən 
irəli  qaçır.  Hər  şeydən  güclü  zərurətdir,  çünki  hamı  üzərində  hökm  edir.  Hər 
şeydən  müdrik  zamandır,  çünki  hər  şeyi  açır”  kəlamları  daxildir.  O,  həm  də 
öyrədirdi ki, “Özünü dərk et!” 
Solon ((b.e.ə. 560 və ya 547-ci illərdə ölmüşdür) Afinanın populyar arxontu 
olmaqla,  ona  təklif  edilən  təkbaşına  hakimiyyətdən  imtina  etmiş  və  Pisistratın 
tiraniyasının  qurulmasına  mane  olmağa  cəhd  etmişdi.  Rəvayətə  görə  o,  Xalq 
yığıncağında  bəyan  etmişdi:  “Vətəndaşlar!  Sizin  bəzilərinizdən  mən  ağıllıyam, 
bəzilərindən  isə  daha  cəsarətliyəm.  Pisistratın  yalanını  başa  düşməyənlərdən 
ağıllıyam, başa düşüb, dillənməyənlərdən isə mən cəsarətliyəm”. Bundan sonra o, 
dəli  elan  edildi  və  sürgünə  yollandı.  Solonun  qanunlarında  deyilirdi:  “Özün 
qoymadığın şeyi ölüm qorxusu altında da götürmə!”. “Gözü çıxardanın iki gözünü 
də çıxarmaq lazımdır”. Onun başlıca aforizmi “Heç nə çox olmasın” idi. 
Periandr  (b.e.ə.  627  və  ya  587-ci  ildə  ölmüşdür) Kinsemin  oğlu  və  ardıcılı 
idi,  çevriliş  yolu  ilə  hakimiyyəti  tutmuşdu.  Yaşlı  vaxtında  hamilə  arvadını 
öldürmüş,  kənizlərini  diri-diri  yandırmış,  oğlunu  sürgünə  göndərməklə  labüd 
ölümə məhkum etmişdi. Güman ki, o, demişdir: “Hökmdarın ən yaxşı mühafizəsi 
nizə  deyil,  ümumxalq  məhəbbətidir”.  “Özünü  təkcə  xətaya  görə  deyil,  həm  də 
niyyətə görə cəzalandır” sözləri də ona aid edilir. 
Pittak (b.e.ə. 620-570-ci illər) Afina ilə müharibədə qoşunlara komandanlıq 
edəndə  afinalı  sərkərdəni  döyüşə  çağırmış  və  aldatmaqla  onu  öldürmüşdü. 
Hökmdar  olduqda  qanunları  və  idarəetməni  qaydaya  salmış,  sonra  isə 
səlahiyyətlərindən imtina etmişdi. Ona bu ibrətamiz sözlər aid edilir: “Mülayimliyi 
sev!”, “Hər şeyin vaxtını bil”. 
Xilona  (b.e.ə.  600-540-cı  illər)  belə  nəsihətlər  aid  edilir:  “Dilini  saxla!”, 
“Hədələmə - bu arvad işidir”, “Öz evində ağalıq etməyi öyrən!” 
Biant  (b.e.ə.  590-530-cu  illər)  məhkəmədəki  nitqləri  ilə  məşhurlaşmışdı. 
Demişdi  ki,  daha  yaxşısı  odur  ki,  dostlarının  yox,  düşmənlərin  arasındakı 
mübahisəni  araşdırasan,  dostlarından  biri  bundan  sonra  düşmən  olacaq, 
düşmənlərindən  isə  biri  dostun  olacaqdır.  “Çoxluq  –  şərdir”  məşhur  aforizmi  də 
ona məxsusdur. 
Anaxarsis  (b.e.ə.  VI  əsrin  birinci  yarısı)  çar  nəslindən  olan  skif  idi.  Onun 
nitqlərinin  ağıllılığı  afinalıların  “skif  kimi  danış!”  zərb-məsəlinə  çevrilmişdi. 
Afinaya  gələndə  Solona  çatdırdı  ki,  onu  görmək  və  onunla  dost  olmaq  istəyir. 
“Dostluğu vətəndə qururlar” cavabına o, etiraz etdi: “Solon elə vətənindədir, niyə 
özünə əlavə dost tapmasın”. Onun bəzi məşhur iti sözləri bunlardır: “Hər bir üzüm 
tənəyi  üç  salxım  verir:  həzz,  sərxoşluq  və  ikrah  hissi”,  “Ən  təhlükəsiz  gəmi  – 
sahilə çıxarılan gəmidir”, “Bazar – qanunsuzluğun qanuniləşdirildiyi yerdir”. 
Dünyanın  yeddi  müdriki  barədəki  lakonik  məlumat  heç  də  belə  təsəvvür 
yaratmamalıdır  ki,  yalnız  iti  düşüncə  tərzinə,  hazırcavablığa  malik  olanlar, 

12 
 
danışıqları  zərb-məsələ  çevrilənlər  şəxsiyyət  adlandırılmalıdır.  Bu  büsbütün  səhv 
fikir  olardı.  Bəzən  savadsız  şəxsiyyətlər  belə  adamları  heyran  edən  ağıla  və 
qabiliyyətlərə  malik  olurlar  və  onlar  öz  əməllərinin  miqyası  ilə  bəşər  tarixinə 
təkrarı olmayan hərbi qələbələr çalmaq və ya iri imperiyalar yaratmaqla düşmüşlər. 
Çingiz  xan,  bu  ad  “Kainat  hökmdarı”  mənasını  verirdi,  dünyada  misli  bərabəri 
olmayan iri qitə imperiyası yaratmışdı. Onun imperiyasının ərazisi 31 milyon kv. 
kilometri əhatə edirdi, bu, XX əsrin imperiyası olan SSRİ ərazisindən 9 milyon kv. 
kilometr  böyük  idi  və  ya  Yerin  quru  hissəsinin  beşdə  birini,  o  vaxt  məlum  olan 
Avroasiyanın 2/3-ni təşkil edirdi. Çingiz xanın imperiyasının ərazisi ABŞ-ın indiki 
ərazisindən 3,5 dəfə böyük idi. Çingiz xan ilk dəfə həmin dövr üçün ən qabaqcıl 
konstitusiyanı – “Yasanı” meydana gətirmişdi. O, anlamışdı ki, xalqı idarə etmək 
üçün qanunlar lazımdır. Çingiz xanın qanunları sərt cəzalar nəzərdə tuturdu. Hərbi 
yürüşlərində  çoxlu  qan  axıtmasına  baxmayaraq,  buna  istər  arvadı  Börteni  xilas 
etmək üçün  boyu arabanın oxundan  yuxarı  olan bütün   tatarları  qırmaq haqqında 
əmr  verməsi,  istər  Xarəzmi  işğal  edəndə  şəhəri  qarət  etmək  siqnalı  kimi  uca  bir 
yerdən  “İndi  ot  biçmək  vaxtıdır”  çağırışı  ilə  döyüşçülərini  vəhşiliyə  səsləməsi 
nümunələri  daxildir.  Ancaq  öz  imperiyasının  idarə  edilməsində  heç  də  qəddar 
tədbirlərə  əl  atmırdı.  Bir  sərkərdə  və  dövlət  xadimi  kimi  o,  indiyədək  öz 
unikallığını qoruyub saxlayır. 
Teymurləng  və  ya  əmir  Teymur  savadsız  adam  olsa  da  şahmat  oynamağı, 
müdrik alimlərlə söhbət etməyi çox xoşlayırdı. O, öz imperiyasına Səmərqənd kimi 
gözəl paytaxt şəhəri saldırmışdı və işğal etdiyi bütün ölkələrdən bura ən istedadlı 
memarları dəvət edirdi. Köçəri tayfalardan olan ilk sərkərdə və dövlət xadimi idi 
ki,  bu  günə  qədər  memarlıq  abidələrinin  gözəlliyi  və  möhtəşəmliyi  ilə  hamını 
heyran  edən  bir  şəhər  yaratmaqla,  gələcək  üfüqlərə  boylanmaqla  öz 
uzaqgörənliyinə əsl abidə qoymuşdur. 
Pont  çarı  VI  Mitridat  Yevpator  savadsız  olsa  da,  otuza  qədər  dil  bilirdi. 
Misir  çariçası  Kleopatra  təkcə  öz  dövrünün  geniş  yayılmış  dillərini  deyil,  hətta 
ölkəsindəki  xalqların  dillərini  bilməklə,  onlarla  öz  dilində  ünsiyyətə  girməklə 
fərqlənirdi. 
VI Mitridat da, Çingiz xan da, Termurləng də başqa fatehlər kimi çoxlu qan 
axıtmışdılar,  hərbi  uğur  qazanmaq  üçün  hiyləgərliyə  də  əl  atırdılar,  məsələn, 
Mitridat  bir  gündə  Kiçik  Asiyada  80  min  mülki  romalının  qətlinə  səbəb  olmuş, 
Çingiz  xan  Çinə  hücum  vaxtı  döyüşdə  əsir  götürdüyü  çinliləri  qabağa  salıb  öz 
döyüşçülərini onların arxasınca düzürdü və özlərini müdafiə etmək üçün bu əsirləri 
qəddarlıqla ölümə məhkum etməklə, onların əks tərəfdə döyşən həmvətənlərini isə 
yaxınlarının günahsız qatillərinə çevirirdi. Hansı rakursdan baxılsa da, onlar heç də 
dünya  tarixində  əlamətsiz  ötüb  keçən  şəxslər  olmamışlar,  tarixi  yaradanlar  kimi 
onun səhifələrini, tutduqları ərazilərdən fərqli olaraq əbədi olaraq zəbt etmişlər. 
Bəlkə də şəxsiyyəti təkcə məşhur ağıl və fərasət adamları arasında axtarmaq 
da  düzgün  deyildir.  İnsan  çox  vaxt  davranış  motivasiyasına  görə  bütün 
başqalarından yaxşı tərəfə fərqlənməklə, özünün həqiqətən də şəxsiyyət olduğunu 
biruzə  verir.  Bununla  əlaqədar  german  xalqlarının  mifologiyasından  olan  bir 
nümunəyə  müraciət  etmək  istərdim.  Bu  əsatirdə  deyilir  ki,  qüdrətli  knyazlardan 

13 
 
birinin  ailəsində  bir  qız  uşağı  dünyaya  gəlir.  Körpə  gözəl  cizgilərə  malik  idi  və 
yeniyetməliyə  qədəm  qoyduqda  füsunkar  bir  gözələ  çevrildi.  Lakin  qızın 
anadangəlmə  bir  qüsuru  da  var  idi  –  ağlayanda  gözlərindən  yaş  əvəzinə  daş-qaş 
tökülürdü.  Bunu  qız  özü  üçün  qüsur  saysa  da,  valideynləri  üçün  ən  arzu  olunan, 
sevinc  gətirən  bir  xüsusiyyət  idi.  Onlar  istəyirdilər  ki,  qız  tez-tez  ağlasın  ki, 
knyazın  xəzinəsi  daha  da  zənginləşsin.  Ətrafdakı  feodallar  da  bunu  eşidib 
oğlanlarına  almaq  üçün  qıza  elçi  düşdülər,  axı  belə  qızı  almaq  sehrli  xəzinə 
tapmağa bərabər olardı. Lakin qız hətta valideynlərinin təkidinə baxmayaraq belə 
nikah  təkliflərindən  imtina  edirdi.  Bir  dəfə  bir  gənc  çoban  qızı  gördükdə  ona 
vuruldu,  oğlan  da  ilk  görüşdən  qıza  xoş  gəlmişdi.  Oğlan  knyazın  qızına  elçi 
düşdükdə, hamının təəccübünə səbəb olan bir hadisə baş verdi – qız çoban oğlana 
ərə  getməyə  razılıq  verdi.  Knyaz  çobanın  cəsarətinə,  qızının  qərarına  da  məəttəl 
qalmışdı,  bu  suallara  cavab  tapa  bilmirdi.  Ona  görə  ata  qızının  əlini  xahiş  edən 
oğlanla  görüşüb,  belə  qəribə  istəyinin  səbəbini  öyrənmək  istədi.  Oğlan  knyazın 
“nəyə görə bu qıza evlənmək istəyirsən” sualına qısa cavab verdi: 
-  Qızınızı  görən  kimi  ona  vuruldum.  Bircə  şeyə  and  içmişəm  ki,  əgər  ona 
evlənsəm, ömrümdə bir dəfə də olsun onun ağlamasına imkan verməyəcəm. 
Ata  oğlanın  pak  hisslərini  anlasa  da,  dünyada  belələrinin  olmasına  öz 
təəccübünü  gizlədə  bilmirdi.  Digər  bütün  varlı  elçilər  qıza  yalnız  sərvət  mənbəyi 
kimi baxdıqlarından ona sahib olmağa can atırdılar, bu kasıb çoban oğlan üçün isə 
daş-qaşın  heç  bir  əhəmiyyəti  yox  idi,  onun  üçün  ən  vacib  olan  onun  hissləri, 
müqəddəs məhəbbəti idi. 
Bütün başqaları maddi maraq prizmasından qızla nikaha girməyə çalışsa da, 
çoban tam başqa motivasiya üzrə - sevdiyi qızla müqəddəs ittifaqa girmək barədə 
düşünürdü.  O,  bilirdi  ki,  sevənlərin  kəbini  göylərdə  kəsilir  və  göylər  də  onun  bu 
izdivacını  alqışlayacaqdır.  Təkcə  bir  motivasiya  baxımından  bu  oğlanı  şəxsiyyət 
adlandırmaq daha düzgün olardı, çünki o, xalqının adlı-sanlı adamlarından, şöhrət 
dənizində üzən feodallardan daha yuxarıda dayandığını təkcə bu məqsədinin saflığı 
ilə sübut etmişdi. 
İnsan  daim  həyatın  irəli  sürdüyü  suallara  cavab  verməyə,  imkanlar 
çoxluğunda  düzgün  seçim  etməyə  çalışır.  Şəxsiyyət  müvafiq  şərtlərdən  yuxarıda 
dayanmağa  və  öz  hərəkətlərinin  əvvəlki  xarakterini  də  dəyişməyə  qadir  olur. 
Günah  hissini  və  qəzəb  hissini  aydınlaşdırmağın  özündə  şəxsiyyətə  məxsus  olan 
xüsusiyyət  meydana  çıxır.  Bunu  biz  bir  qəribə  yapon  pritçasının  timsalında 
görürük.  Samuray  yolla  gedirdi  və  bir  rahiblə  qarşılaşdı  və  ona  müraciət  etdi: 
“Müdrik  adam,  mənə  cənnətin  və  cəhənnəmin  nə  olduğunu  söylə”.  Rahib  ona 
baxıb,  dedi:  “Sən  belə  iri  və  güclüsən,  ancaq  çox  kobudsan,  səndə  bu  qədər  güc 
vardır,  şüur  isə  tamamilə  yoxdur,  -  sən  heç  vaxt  cəhənnəmin  və  cənnətin  nə 
olduğunu başa düşməyəcəksən”. 
Samuray  hiddətləndi,  qılıncını  çıxarıb  rahibi  vurmaq  istədi:  “Mən  səni  bu 
saatca  yarı  böləcəyəm,  sən  məni  necə  təhqir  edə  bilərsən?”  Elə  bu  an  rahib  ona 
dedi:  “Bax  bu  –  cəhənnəmdir”.  Samuray  fikrindən  daşındı,  qılıncı  qınına  qoydu, 
rahibə baş əyib, üzr istədi. Bu vaxt rahib dedi: “Bax, bu isə - cənnətdir”. Əvvəlcə 

14 
 
kobudluqla hərəkət edən samuray öz reaksiyasını və düşüncə tərzini dəyişdirməyi 
bacardı. Məhz belə davranışı onu şəxsiyyət səviyyəsinə yüksəldir. 
Bunlar  həyatda  nadir  hallarda  da  olsa  rast  gəldiyimiz  nümunələr  sırasına 
daxildir.  Tarixi  yaradanlar  isə  daha  nəhəng  şəxsiyyətlər  olub,  əsrlər  keçsə  də  
insanların  maraq  dairəsini  tərk  etmirlər.  Onların  ölməz  əməllərinə  ehtiramı  isə, 
əsasən özünün böyük amallarına bəşəriyyətin bəslədiyi vurğunlugun bir nümunəsi 
kimi qiymətləndirilmək lazımdır. 
Şəxsiyyətlərdən  söhbət  gedərkən,  onların  qüdrəti  və  zəkası,  mərdliyi  və 
cəsarəti ilə fərqlənən bəzi əcdadlarını yada salmamaq insafsızlıq olardı. Axı onlar 
əsrlər ərzində və nəsilbənəsil öz ağılları və əməlləri ilə nümunə rolunu oynamaqda 
davam  ediblər,  insanları  böyük  ideallar  uğrunda  mübarizə  aparmağa  səsləyiblər. 
Onlar bir-birlərinə bənzəmirlər, heç kəsi təqlid etməyə də səy göstərməmişlər. Ona 
görə də gələcək nəsillər üçün müəyyən ali məqsədlərin simvollarına çevrilmişlər. 
Onların hərəkətlərində bəzən gizli hazırlıq və hiyləgərlik nişanələri olsa da, böyük 
əməllərində  özlərinə  məxsus  olan  qeyri-adi  cəsarət  nümayiş  etdirmişlər.  Onların 
bütün həyatı igidlik, cəsarət üçün birinci əlamət olduğu kimi, ömürlərinin sonunda 
da  onun  son  təsdiqini  üzə  çıxaran  axırıncı  nəcib  akkordu  da  vurmağı  bacarırlar. 
Onlar  haqlı  risqlərə  getməkdən  çəkinməmişlər,  geri  çəkilib  xilas  olmaqdansa,  hər 
cür sınaqlara sinə gərib həlak olmaq variantını da nəzərdən qaçırmamışlar. 
Onların  hər  biri  təkcə  özlərinə  ad-san,  şöhrət  qazanmamışlar,  həm  də 
xalqlarını  belə  yüksəklik  əlaməti  ilə  mükafatlandırmış,  ölkələrinə    özlərinin 
şəxsində iftixar mənbəyi, sitayiş edilməyə layiq olan bir mehrab bəxş etmişlər. Ona 
görə  də  onların  təkcə  əməlləri  deyil,  bəlkə  də  birinci  növbədə  ruhları  yaddaşlara 
həkk  olunmuşdur.  Vicdan  yanğısı  kimi,  əlçatmazlığa  can  atmaq  da  heç  vaxt 
qocalmır,  axı  ömürün  sonunda  cismani  həzzlər  yoxa  çıxdıqda  insanlara  əsasən 
şöhrət  həzz  verir.  Bəlkə  də  onların  bəziləri  həyatdan  çox  tez  getmişlər,  öz 
becərdikləri ağacın meyvəsini dadmağa da macal tapmamışlar, lakin onlar sonrakı 
əsrlərdə  də  yaşadıqlarından,  bir  qədər  paradoksal  görünsə  də,  ölümə  də  qalib 
gəlmişlər.  Onlarla  bir  dövrdə  yaşamış  milyonlar  toz  dənələrinə,  kölgələrə 
çevrilmişlər,  özləri  isə  bəşəriyyətin  əbədi  yolçuları  adını  qazanmaqla,  ömürlərini 
min illərlə, yüz illərlə uzatmağa müvəffəq ola bilmişlər.  
Təbii  kataklizm  dövrlərində,  dəhşətli  xəstəliklər  yayılanda  çoxları  uzun 
müddət  əzab  çəkməmək  üçün  gözəl  və  faydalı  bildiklərinə  nail  olmağa  can  atır. 
Onları nə Tanrıdan qorxu, nə insan qanunları saxlaya bilmir, çünki belə vaxtlarda 
heç kəs öz cinayətinə görə məhkəməyə və cəzaya çatacağına qədər yaşamağa ümid 
etmir.  Belələri  ağır  hökm  başlarının  üstünü  alana  qədər  həyatdan  nə  vasitə  iləsə 
səfehcəsinə həzz almaq istəyinə əsir olurlar. Şəxsiyyətlər isə ölümün onları kölgə 
kimi izlədiyini hiss etdikdə belə, öz nəcib məqsədlərindən uzaqlaşmırlar. Aristotel 
hesab  edirdi  ki,  hər  şey  öz  səbəb  mənbəyinə  və  öz  məqsəd  təyinatına  malikdir. 
Böyük şəxsiyyətlər yəqin ki, böyük işlər üçün dünyaya gəlmişlər və xoşbəxtlikdən 
onlar özlərinin məqsəd təyinatlarını da çox erkən anlamağa başlayırlar. Bu məqsəd 
onlar  üçün  yol  göstərən  ulduz  rolunu  oynayır,  ona  çatmaq  yolunda  onlar  hər  cür 
əzab-əziyyətlərə  dözürlər,  hətta  özlərinin  həyatlarını  qurban  versələr  də, 
bəşəriyyətin  təəccübünə  və  heyrətinə  səbəb  olan  bu  məqsədin  zəfərində, 

15 
 
təntənəsində bilavasitə iştirak etməsələr də, onların məhz hökmən baş verməsinin 
ilkin şərtlərini hazırlayıb həyata keçirirlər, bunu isə özlərinə  müqəddəs borc hesab 
edirlər.  
Təbabətin atası sayılan Hippokrat ilk dəfə insan orqanizminə, bütün təbiətin 
tabe  olduğu  tarazlıq  qanununa  tabe  olan  mikrokosmos  kimi  baxmağa  başladı. 
İnsanın  fəaliyyətinə  də  belə  səbəblə  şərtlənən  münasibət  bəslənirdi.  Əlbəttə, 
kainatla, makrokosmosla müqayisədə bütün insanlar mikrokosmos hesab olunurlar. 
Təbiətin  hər  bir  hissəsində  kosmos  mövcuddur,  hətta  otda  da,  böcəkdə  də.  Lakin 
mikrokosmoslar 
da 
bir-birindən 
fərqlidir,  çünki  insanlar  istedadlarına, 
qabiliyyətlərinə, zəkalarına görə müxtəlif ölçülərə sahibdirlər. Bu nöqteyi-nəzərdən 
böyük  şəxsiyyətləri  fövqəl  mikrokosmoslar  hesab  etmək  olar  və  onlar  bacarığı, 
istedad  və  qabiliyyətlər  mozaikasının  bütün  komponentlərini  götürdükdə,  hətta 
onlarla eyni panteonda uyuyanlardan da xeyli fərqlənirlər. 
Bəzi filosoflar, məsələn IV əsrdə yaşamış  Sallyusti məntiqi sistemləşdirmə 
planında  allahların  təsnifatını  verir.  Onlara  görə  fövqəlkosmik  allahlar  (Uran, 
Kronos  və  Zevs)  və  kosmik  allahlar  var.  Axırıncılar  dünyanı  yaradan,  dünyanı 
canlandıran və dünyanı qaydaya salanlara bölünürlər. Digər allahlar bu və ya digər 
dərəcədə  həmin  12  əsas  allaha  tabedirlər.  Deməli  allahlar  arasında  ierarxiya 
bölgüsü heç vaxt pozulmur. 
Əgər şəxsiyyətlər də belə təsnifləşdirilsəydi, yəqin ki, fövqəl şəxsiyyətlərlə 
yanaşı  böyük  şəxsiyyətlər,  həmçinin  tarixi  missiyasının  miqyasına  görə  daha  az 
əhəmiyyətli  olanlar  dəqiq  ölçülərində  tanınardı.  Təəssüf  ki,  belə  təsnifat  yoxdur, 
ona  görə  də  ayrı-ayrı  xalqlar  öz  tarixi  liderlərinə  qiymət  verdikdə  ölçü  hissini 
unudub,  mənəvi  və  zəka  ölçüləri  o  qədər  də  böyük  olmayan  nümayəndələrini  az 
qala  titanlar  dərəcəsinə  qaldırmağa  çalışırlar  və  hətta  Qədim  Yunanıstanı  da  bu 
yarışda kölgədə qoymaq kimi ağılsız bir cəhddə bulunurlar. 
Aristotelin  ən  möhtəşəm  konsepsiyalarından  biri  –  ilk  hərəkətverici  zəka 
haqqındakı  təlimdir.  Bütün  eydosların  (ideyaların)  kosmik  eydosunu  Aristotel 
“zəka”  adlandırır.  Belə  ki,  hər  bir  eydos  hökmən  həm  də  səbəb-məqsəd  enerjisi 
olduğundan, ümumi kosmik zəka birinci hərəkətverici kimi izah olunur. Bu birinci 
hərəkətverici  zəka  təkcə  ümumi  kosmik  enerji  deyildir,  həm  də  kosmosa 
münasibətdə müstəqildir və ondan asılı deyildir. Kosmik zəka hər şeyi əhatə edir. 
Kosmik zəka eyni zamanda düşünəndir və düşünüləndir. Birinci hərəkətverici zəka 
ümumiyyətlə istənilən eydos kimi hökmən maddidir. 
Böyük filosofun metodikasından istifadə edərək on müxtəlif tarixi şəxsiyyət 
barədə qısaca da olsa söhbət açmaq istəyi meydana gəldikdə, seçim tam subyektiv 
olsa  da,  müəyyən  qanunauyğunluğun  tələbləri  də  yaddan  çıxarılmamışdır.  Bu 
şəxsiyyətlərin hər biri məxsus olduqları xalqların görkəmli insanları qalereyasında 
ən  hörmətli  yeri  tuturlar.  Onlardan  əksəriyyəti  ilə  öz  xalqları  əsrlər  boyu  fəxr 
etmişlər və müasir nəsil də həmin ənənəni pozmağa cəsarət etmir. Onların çoxu öz 
adı  ilə  epoxa  yaratmışlar,  bəzilərinin  adı  epoxaya  verilməsə  də,  dünya  tarixinin 
zənginləşməsində  onların  rolu  danılmazdır,  heç  bir  şübhənin  yaranmasına  imkan 
vermir.  

16 
 
Haqqında  söhbət  açılanların  seçilməsi  tam  subyektiv  xarakter  daşısa  da, 
əvvəllər  təcrübədən  keçirilmiş  metodikaya  pozitiv  münasibət  bəslənilməsi  də  bu 
məsələdə  müəyyən  rol  oynamışdır.  XX  əsrin  ikinci  yarısında  hələ  ABŞ 
prezidentlərinin sayı qırxa çatmayanda jurnalistlər, politoloqlar, tarixçilər arasında 
ölkənin on ən yaxşı prezidentini seçmək barədə rəy sorğusu keçirilmişdi. Abraham 
Linkoln  rəy  sorğusuna  görə  tarixdəki  ən  yaxşı  prezident  olmaqla,  birinci  yeri 
tutmuşdu.  Lakin  onuncu  yer  tutan  prezident  müəyyən  olunanda  iki  nəfər  eyni 
miqdarda səs topladığına görə 11 ən yaxşı prezident müəyyən olunmuş və onların 
fəaliyyətinə dair xüsusi kitab buraxılmışdı. Kitabın üzərində 10 rəqəmi üzərindən 
xətt çəkilib, “11 ən yaxşı prezident” yazılmışdır. Məhz bu təcrübəni əsas götürərək
on  tarixi  şəxsiyyət  barədə  söhbət  açmaq  planlaşdırılsa  da,  formalaşan  siyahıdan 
kimisə  pozmağa  əl  gəlmədiyindən,  11  tarixi  şəxsiyyət  barədə  yazmaq  lüzumu 
yarandı. 
Hər  biri  haqqında  bir-iki  sözdən  ibarət  məlumat  da  onların  böyüklüyünü 
təsdiq edir.  
Böyük  Karl  ilk  birləşmiş  Avropanın  yaradıcısı  kimi  öz  böyük  ideyasının 
sönməz  təsirini  özündən  min  il  sonraya  –  XX  əsrə  ötürmüşdü.  Səlahəddin  Yaxın 
Şərqi  səlibçilərin  istilasından  qorumaqla,  Qərbin  müstəmləkəçilik  zülmünü  bu 
zonadan  tarixən  xeyli  uzaqlaşdırmışdı.  Kolumb  özünə  qədər  olan  dünyanın 
sərhədlərini  xeyli  genişləndirmiş,  Yer  kürəsini  yenicə  məlum  olan  torpaqlar 
hesabına  xeyli  böyütmüşdü.  XXI  əsrdəki  dünyanın  yeganə  fövqəldövləti  olan 
Birləşmiş  Ştatlar  da  öz  mövcudluğunun  ilkin  şərtlərinin  yaranmasına  görə,  yəqin 
ki,  bilavasitə  olmasa  da  bu  böyük  səyyaha  borcludur.  Mikelancelo 
heykəltəraşlıqda, rəssamlıqda elə sənət zirvəsi yaratmışdır ki, sonrakı beş əsr də bu 
zirvəni  başqa  yenidən  fəth  edənlərin  varlığı  ilə  öyünə  bilməmişdi.  Magellan  ilk 
dəfə  dünya  ətrafına  səyahətə  çıxmış,  Qərbə  üzməklə  Şərqə  başqa  qapı  açmış  və 
bəlkə  də  Makedoniyalı  Aleksandrdan  və  Vasko  da  Qamadan  sonra  Qərblə  Şərqi 
birləşdirməyə  və  ya  yaxınlaşdırmağa  cəhd  göstərmişdi.  XIV  Lui  –  Günəş  Kral 
Fransanı  öz  şöhrətinin  zenitinə  yüksəltmiş,  onun  mədəniyyətinin  inkişafına 
himayəçilik göstərmişdi. Böyük Yekaterina öz sələfi Böyük Pyotrdan fərqli olaraq 
Rusiyada milli mədəniyyətin inkişafına mühüm töhfə vermiş, imperiyanın ərazisini 
xeyli böyütmüşdü. Tomas Cefferson Amerika demokratiyasının atası hesab olunur, 
o, prezident olanda ölkə ərazisini iki dəfəyə yaxın böyütmüşdü, özü də buna heç də 
müharibə  yolu  ilə  nail  olmamışdı.  Simon  Bolivar  yeganə  beynəlmiləlçi  idi  ki, 
bütöv  qitəni  ispan  ağalığından  azad  olması  uğrunda  mübarizə  aparmaqla,  Cənubi 
Amerika xalqlarının inkişafına əslində yeni yol açmışdı. Uinston Çörçill görkəmli 
siyasi  xadim  olmaqla  yanaşı,  İkinci  Dünya  müharibəsində  Hitler  Almaniyası 
üzərində  qələbənin  arxitektorlarından  biri  olmuşdu.  Şarl  de  Qoll  faşist  işğalından 
alçalan  Fransanı  düşmənə  qarşı  mübarizəyə  qaldırmış,  XX  əsrin  ikinci  yarısında 
dövlətin qüdrətinin və nüfuzunun yüksəlməsi  naminə böyük işlər görmüşdü. Ona 
görə  də  bu  on  bir  nəfər  tarixi  yaradan  və  ya  ona  özünəməxsus  naxış  vuran 
şəxsiyyət barədə söhbət açmaq istəyi meydana gəldi. 
  1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə