AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU
Akif Nəzərov
MÜASİR TƏLİM
TEXNOLOGİYALARI
(Mühazirə xülasələri)
DƏRS VƏSAİTİ
(Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji
məktəblərin bakalavr pilləsi üçün, habelə magistrlər üçün
nəzərdə tutulmuşdur)
(Vəsait “Müasir təlim texnologiyaları” mövzusunda hazırlanmış
Proqrama uyğun olaraq Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 29.06.2010-cu il tarixli 870 №-li əmrinə müvafiq
olaraq yazılmışdır)
Bakı – 2012
Dərs vəsaiti AMİ-nin Pedaqogika kafedrasında hazırlanmışdır
Müəllif:
Akif Məmmədağa oğlu Nəzərov
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Əməkdar Müəllim
Redaktor:
Rüfət Lətif oğlu Hüseynzadə
Pedaqogika üzrə elmlər doktoru, professor
Əməkdar Müəllim
Rəyçilər:
Akif Nurağa oğlu Abbasov
Pedaqogika üzrə elmlər doktoru, professor
Qabaqcıl Təhsil İşçisi
Ağahüseyn Məmmədhüseyn oğlu Həsənov
Pedaqogika üzrə elmlər doktoru, professor
Əməkdar Müəllim
Mircəfər Mirməsi oğlu Həsənov
Pedaqogika üzrə fəlsəfə doktoru, professor
Əməkdar Müəllim
A.M.Nəzərov. Müasir təlim texnologiyaları. Dərs vəsaiti.
ADPU-nəşriyyatı. Bakı-2012. 103 səh
Pedaqoji texnologiya dedikdə, əvvəlcədən verilmiş xarak-
teristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal
didaktik proseslər başa düşülür. Dərs vəsaitində məsələlərin
açıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır.
3
ÖN SÖZ
Hazırkı dövrdə Azərbaycanın təhsil sistemində zəruri
islahatın aparıldığı bir şəraitdə tədris proqramlarının təkmilləş-
dirilməsinə, yeni dərsliklərin yazılmasına böyük ehtiyac duyulur.
Dünyada gedən qloballaşma və Azərbaycan təhsil sisteminin
Avropa təhsil sisteminə inteqrasiyası təhsil sistemində yeni təlim
texnologiyalarından, fəal və interaktiv təlim metodlarından, yeni
texnologiyalardan istifadə edilməsini tələb edir. Bu baxımdan,
“Müasir təlim texnologiyaları” fənni üzrə hazırladığımız dəsr
vəsaiti (mühazirə xülasələri) aktuallığı ilə seçilir.
Bu vəsait “Məktəbəqədər və ibtidai təhsilin pedaqogika və
metodikası”, “Pedaqogika və psixologiya” ixtisasları üzrə təhsilin
bakalavr pilləsi üçün hazırlanmışdır.
Vəsaitdə müasir təhsil metod və texnologiyalardan isti-
fadənin nəzəri və təcrübi məsələlərindən geniş bəhs olunmuşdur.
Burada pedaqoji texnologiyalara tarixi-nəzəri baxış, təlim texno-
logiyaları haqqında anlayış, təlim texnologiyalarının struktur və
funksional komponentləri, təlim texnologiyalarının yaradılması və
tətbiqi prinsipləri, fəal və interaktiv təlim metodları, habelə tər-
biyə texnologiyaları kimi aktual problemlərin təhlilinə xüsusi
diqqət yetirilmişdir.
Pedaqoji texnologiya dedikdə, əvvəlcədən verilmiş xarak-
teristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal
didaktik proseslər başa düşülür. Dərs vəsaitində məsələlərin
açıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır.
Həmçinin, vəsaitdə pedaqoji texnologiyalarla təlim pro-
sesinin idarə olunmasına, təlim texnologiyalarnın spesifik əlamət-
lərinə diqqət yetirilmişdir. Ən nəhayət, vəsaitdə nəzərdə tutulmuş
hər bir ayrı-ayrı mövzunun sonunda istifadəsi zəruri sayılan ən
vacib pedaqoji-psixoloji ədəbiyyatın siyahısı verilmişdir.
Dərs vəsaitindən bakalavr təhsili alan tələbələrlə yanaşı
magistrlər, habelə pedaqoji ictimaiyyət də faydalana bilər.
Rüfət Lətif oğlu Hüseynzadə,
Pedaqogika üzrə elmlər doktoru, professor,
Əməkdar Müəllim
4
I MÖVZU
PEDAQOJİ TEXNOLOGİYALARA
TARİXİ-NƏZƏRİ BAXIŞ
PLAN:
1. Təlim və tərbiyənin bəşəriyyətin mədəni fəaliyyətinin
ən qədim növü hesab edilməsi
2. Sivilizasiyanın inkişafı tarixində ilk mədəni inqilab
3. Eramızın bütün əsrlərində təhsil, təlim, tərbiyənin
təkamül və inkişafının əsas vasitəsi hesab edilməsi
4. XX əsr təhsilin insanları peşəkar fəaliyyətə və həyata
hazırlanmasının önə çəkildiyi dövr kimi
5. Hər bir ölkənin özünəməxsus təhsil sistemi, təhsil
siyasəti, təhsil və inkişaf konsepsiyasına malik olması.
Tərbiyə işi insan cəmiyyəti mövcud olan gündən daim
insanların diqqət mərkəzində olmuşdur. Məlumdur ki, ibtidai
icma quruluşu dövründə heç bir məktəb, heç bir təhsil sistemi yox
idi. İnsanlar hamısı bir yerdə müəyyən mağaralara toplaşır, ov-
çuluqla məşğul olur və ehtiyaclarını ödəməyə çalışırdılar. Qul-
darlıq quruluşunda oğlanların tərbiyəsi ilə kişilər, qızların tərbi-
yəsi ilə isə qadınlar məşğul olurdular. Kişilər oğlanlara ov ovla-
mağı öyrədir, qızlar isə mağarada onlara məxsus olan işlərdə
fəaliyyət göstərməklə məşğul olmuşdular. Lakin təlim isə savadla,
yazı ilə əlaqədar olduğu üçün sonralar meydana çıxmışdır.
Sivilizasiyanın inkişafı tarixində ilk mədəni inqilab ya-
zının meydana çıxması ilə yarandı. Çünki yazı meydana çıxandan
sonra savad təlimi yarandı. Müəllimlər şagirdlərə dərs deməyə
başladılar. Həyat inkişaf etdikcə elm, təhsil, savad da inkişaf
etməyə başlayır. Məktəblərin şəbəkəsi genişlənir. Bu məktəblərdə
dünyəvi elmlər və dini elmlər öyrədilməyə başlandı. Qədim
Hindistanda, Çində, Yunanıstanda, Romada təlim və təhsil sahə-
sində olduqca böyük uğurlar və nailiyyətlər əldə edildi. Qədim
Romada və Yunanıstanda Sokrat, Aristotel və Platon kimi dahi
filosoflar öz dövrünün eradan qabaq yaşamış çox görkəmli
5
filosofları olmuşdur. Qədim Çində Konfutsi adlı dahi filosof
meydana gəlmişdir. Azərbaycanda isə zərdüştlük fəaliyyət
göstərməyə başlamışdır. Eradan qabaq VI əsrdə yaşayıb-yaradan
Zərdüşt bir azərbaycanlı olaraq dünya mədəniyyəti xəzinəsinə
“Avesta” adlı məşhur əsərini bəxş etmişdir. Neçə min öküz dərisi
üzərində yazılmış bu əsərin olduqca çox cüzi bir hissəsi gəlib bizə
çatmışdır. “Avesta”da təlim-tərbiyə məsələlərinə çox geniş yer
verilmişdir. Burada torpağa bağlılıq, torpağı sevmək, zəhmətə
aludə olmaq, böyüklərə, uşaqlara, qocalara, ata və analara hörmət
və qayğı, vətən torpağını qorumağa daim hazır olmaq və s. bu
kimi yüksək əxlaqi, etik normalar öz əksini tapmışdır. Elmə,
təhsilə, müəllimə böyük ehtiram və və hörmət bəsləyən Zərdüşt
“Avesta” əsərində bu məsələlərin də şərhinə və izahına xüsusi
diqqət yetirmişdir.
Eramızın bütün əsrlərində təhsil, təlim, tərbiyəçinin təka-
mül və inkişafı əsas vasitə hesab edilmişdir. Tərbiyəçi-müəllim
öyrədən, şagird isə öyrənəndir. Bu mənada yaxşı müəllim
şagirdlər üçün ideallıq rəmzinə çevrilməlidir. Onlar üçün əsl
nümunə, örnək olmalıdır. Rusiya ilə birləşəndən sonra rus mədə-
niyyətinə, rus ədəbiyyatına, rus elminə sonsuz maraq yarandı.
Rusiyada təhsillərini davam etdirən çoxlu azərbaycanlı balaları
rus dili vasitəsilə dünya mədəniyyətinə yiyələnməyə və onun
nailiyyətlərinin öyrənilməsinə imkan tapdılar. XIX əsr Azər-
baycanın bir sıra bölgələrində Şəki, Şamaxı, Gəncə, Naxçıvan,
Bakı, Lənkəranda rus dilində qəza məktəbləri açıldı və həmin
məktəblərdə mütəxəssis müəllimlər dərs deməyə başladılar.
XIX əsrdə artıq təhsil modellərində aktuallaşma prosesi
gedirdi. Təhsilin insanları peşəkar fəaliyyətə, həyata hazırlan-
masının ön plana çəkildiyi hiss olunmağa başladı.
Çar Rusiyasına Azərbaycan dilini bilən məmurlar lazım
idi. Ona görə də Bakı, Şamaxı, Şəki, Lənkəran, Gəncə və bu kimi
Azərbaycanın iri yaşayış, sənaye mərkəzlərində Azərbaycan dili
ilə yanaşı Rus dili məktəbləri də açıldı. Məsələn, məşhur yazıçı və
dramaturq M.F.Axundov 1830-cu illərdə Şəkidə açılan rus-tatar
məktəbində oxumuşdur. Məşhur yazıçı, şair, filosof Bakıxanov
6
Bakıda açılmış eyni tipli məktəbdə təhsil almışdır. Sonralar hər
iki dahi şəxsiyyət çar ordusunda xidmət edərək palkovnik rütbə-
sinə qədər yüksəlmişlər. Məktəblərin açılması xalqın maariflən-
məsində çox böyük rol oynadı.
Hər bir ölkənin özünəməxsus təhsil sistemi, təhsil siyasəti,
təhsil və inkişaf konsepsiyası vardır. 70 il SSRİ dövründə inzibati
amirlik metodu hökm sürmüşdür. Yəni yuxarıdan əmr və sərən-
camlarla məktəblər idarə olunurdu. Demokratizm və prularizmin
hökm sürdüyü müstəqil Azərbaycan hökumətinin isə özünə-
məxsus təhsili və təhsil konsepsiyası vardır. Məktəblərin yenidən
qurulması ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Qanunu
və Təhsil Haqqında İslahat proqramları qəbul edildi. İstər Təhsil
Qanunu, istərsə də təhsil haqqında İslahat proqramlarının tələb-
lərinə uyğun olaraq Respublika Pedaqoji ictimaiyyətinin qarşısına
aşağıdakı vəzifələr qoyulmuşdur:
1. Yeni insan şəxsiyyətinin hərtərəfli və ahəngdar inki-
şafını təmin etmək
2. Şəxsiyyətin
formalaşması
qanunauyğunluqlarını
aşkara çıxarmaq
3. Qabaqcıl pedaqoji təcrübəni ümumiləşdirmək və yay-
maq
4. Müəllimin təlim-tərbiyə fəaliyyətini nəzəri metodika
əsasında işləyib hazırlamaq
5. Gənc nəslin təlim-tərbiyə işini təşkil etmək.
Hər bir xalq dünya mədəniyyətinin inkişafına öz töhfəsini
vermişdir. Bu mənada böyüyən nəslin təhsil və tərbiyəsi ilə bağlı
yaranmış baxışların, nəzəriyyə və təcrübənin inkişafına təsir
göstərən pedaqoji ideyaları bu və ya digər xalqın müstəsna
xidmətlərinin nəticəsi hesab etmək olmaz. Elm və sənət hansı
ölkədən gəlirsə gəlsin bütün insanlara aiddir. Ona görə də xüsusi
qeyd olunmalıdır ki, dünya pedaqoji fikrinin dəyər statusu
qazanmış nümunələri ayrı-ayrı seçilmiş xalqa və millətə deyil,
bəşər mədəniyyətinə məxsusdur. Ona görə də, bu tarixi-pedaqoji
irs dünya xalqları tərəfindən eyni dərəcədə öyrənilməli, tədqiq və
təbliğ olunmalıdır. İndiki dövrdə bu böyük aktuallıq kəsb edir.
7
Müasir pedaqoji nəzəriyyələr tarixi inkişafın nəticəsidir. Tərbiyə
və təhsilin müasir nəzəriyyəsi bükülüb-örtülmüş tarix, zəngin
xəzinə və qiymətli mənbədir. Tarixsiz nəzəriyyə, nəzəriyyəsiz sə-
mərəli təcrübə yoxdur. Keçmişlə hazırkı dövr və gələcək arasında
qarşılıqlı əlaqənin dinamikası belədir. Buna görə də bizim bilik və
təcrübəmiz zaman keçdikcə elə bir əsasa çevriləcəkdir ki, gələcək
nəsil ona istinad edərək öz övladlarına təhsil, tərbiyə verə biləcək
və eynilə bizim kimi öz dövrünün tələblərinə uyğun olaraq əldə
etdiyi nəticələrlə bu təcrübəni zənginləşdirəcəkdir. Təkcə bu gün
deyil, gələcəyi dərindən dərk etmək və qiymətləndirmək nöqteyi
nəzərindən keçmişi yaxşı bilmək lazımdır. Keçmiş bu günlə sıx
bağlı olduğu kimi, bu gün də gələcəklə sıx bağlıdır. Bir çox
məsələlərdə gələcək üçün zəmin təşkil edəcək bu günün ağıllı,
qabaqcıl fikirli ideyaları keçmişin mütərəqqi irsi ilə bağlıdır.
Həmin irs bu gün də insanın ağlına, zəkasına qida və qüvvət verir.
Eyni zamanda gələcək üçün daha yaxşı perspektivin yaradıl-
masına, təhsil və tərbiyənin daha optimal üsulunun tapılmasına
yardım edir. Məktəb və pedaqogika ideyalar və konsepsiyalar
məcmusundan tədricən artıq elmə çevrilmişdir. Pozitiv pedaqoji
ideyalar tarixin ayrı-ayrı məqamlarında tez-tez öz əhəmiyyətini
itirərək aradan çıxmış, lakin sonralar başqa şəkildə özünü büruzə
vermişdir. Təhsil, tərbiyə təchizatlarının inkişafı müxtəlif və
ziddiyyətli olmuşdur. Zaman keçdikcə səviyyəsi, miqdarı və
nəticələri daha da yüksəlmişdir. XX əsr təhsil modelləri cərə-
yanlarının meydana çıxdığı, təhsilin insanları peşəkar fəaliyyətə
və həyata hazırlanmasının ön plana çəkildiyi bir dövr kimi səciy-
yələnir. Ənənəvi təhsildən fərqli olaraq müasir təhsil model-
lərinin, konsepsiyalarının əsas ideyaları sadəcə olaraq təhsil
alanların yaddaşını nəzəri faktlarla doldurmağa yönəlmişdir.
Ənənəvi təhsildə fakt və hadisələri əzbərləməyə diqqət yetirilir-
disə, müasir məktəbin əsas məqsədi isə rəqabətə qabil, tənqidi
təfəkkürə malik, çevik idarəetmə təfəkkürünə malik, onu əhatə
edən təsirlərə tənqidi yanaşmaq bacarığına malik, sərbəst qərar
qəbul etmək qabiliyyətinə malik, dəyişən şəraitə çevik uyğun-
laşmaq qabiliyyətinə malik, əməkdaşlıq etmə, “ünsiyyətqurma”,
8
müstəqil öz fikrini ifadə edə bilən şəxsiyyət formalaşdırmaqdır.
Müasir təhsil sisteminin əsas tərəfi təhsilalana subyekt kimi ya-
naşmaqla yeni insanın formalaşmasını cəmiyyətin əsas məqsədinə
çevirməkdir. Bu isə insanların öz bacarıq və qabiliyyətlərinin
reallaşması üçün maksimum şərait yaratmağı tələb edir. Müasir
şəraitdə ölkələrdə tərbiyə işinin əsas məqsədi böyüyən nəsildə əsil
vətəndaşlıq keyfiyyətlərini formalaşdırmaqdan ibarət olmalıdır.
Çünki, təhsil insanın özünü və dünyanı dərk etməsinin təminatçısı
rolunda çıxış edir. Təhsilin hərtərəfli və ahəngdar inkişafına təkan
verir. Buna görə də, təlim təhsil vasitəsilə şəxsiyyətin yetkin-
ləşməsi prosesində daha üzvi amilə çevrilir. İlk növbədə, təhsil
vasitəsilə şəxsiyyətin inkişafı və tərbiyəsinin daha optimal,
səmərəli, daha düzgün elmi əsaslarla qurmaq barəsində düşünmək
lazım gəlir. İnsan 3 cəhətdən tərbiyə olunursa, o, şəxsiyyət
bütövlüyünə yiyələnə bilər. Bunlar aşağıdakılardır:
1) mənəvi-ruhi tərbiyə;
2) əxlaqi və etik tərbiyə;
3) ağlın, iradə və xarakterin tərbiyəsi.
Bütün zamanlarda
əxlaq və
mənəviyyat şəxsiyyət
bütövlüyünün meyarı kimi götürülmüşdür. Azərbaycan pedaqoji-
ictimai fikrində şəxsiyyətin mənəviyyatı dedikdə, bütün insanlığın
xeyrinə xidmət edən ümumbəşəri mənəviyyat nəzərdə tutulur.
Müasir təhsil sistemində insanlara subyekt kimi yanaşmaq onun
unikal, fəal, daxilən azad və mənəviyyatlı bir şəxsiyyət kimi ta-
nınması əsas faktor kimi qəbul olunur. Fərdin imkanlılığı dedikdə,
hər bir şəxsin təkrarolunmazlığı, bənzərsizliyi başa düşülmüşdür.
Unikallıq fərdi xüsusiyyətlər və qabiliyyətləri müxtəlif
olan şagird kontingentləri üçün variativ təhsil proqramlarının
hazırlanması və tətbiqi yolu ilə təlim-tərbiyə proseslərini fərdi-
ləşdirməyi və differensiallığı təmin edir.
Təhsilin keyfiyyətini yaxşılaşdırmaq və bununla da XXI
əsrdə ölkənin sosial, siyasi və iqtisadi tələbatlarını təmin etmək
təhsil sahəsində islahatın əsas məqsədi kimi qarşıya qoyulmuşdur.
“Bu məqsədlə Azərbaycan hökuməti maliyyə üçün ABŞ,
İngiltərə, Yaponiya, Çin, Almaniya, Rusiya, Hollandiya kimi
9
inkişaf etmiş ölkələrlə və Dünya Bankı, UNİSEF, SOROS Fondu
kimi təşkilatlarla iş birliyi qurmuşdur. Odur ki, 1999-cu ildən
Təhsil Sahəsində İslahat Proqramı həyata keçirilməyə başlanmış
və bu layihə təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi
və səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata keçirilməsi
istiqamətinə yönəldilmişdir. Bunun da mərkəzində ilkin müəllim
hazırlığı, təhsilin məzmununun təkmilləşdirilməsi, idarəetmənin
yeniləşdirilməsi, maliyələşmənin, qiymətləndirmənin yeni mode-
linin işlənməsi və sairə durmuşdur”. (Bax: A.Mehrabov, Ə.Abba-
sov, Z.Zeynalov, R.Həsənov. Pedaqoji texnologiyalar. Bakı-2006,
səh. 17)
Texnologiya yunan mənşəli söz olub, sənətə sistemli
yanaşma deməkdir. Başqa sözlə texnologiya xüsusi sahələrdə
biliklər sisteminin tətbiqi nəticəsində xüsusi metodlardan istifadə
edərək tapşırığı yerinə yetirmək tərzi kimi dərk olunur.
ƏDƏBİYYAT
1. Ağamalıyev R. Azərbaycan təhsili XXI əsrə doğru:
idarəetmə, prioritet, islahatlar. Bakı, 1998.
2. Ağayev Ə., Talıbov Y., Eminov A., İsayev İ. Pedaqogika.
Bakı, 2006.
3. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu.
Bakı, 2009.
4. Əlizadə
Ə. Müasir Azərbaycan təhsilinin psixoloji
problemləri.
5. Əsgərov Ş. Təhsilimiz dünən, bu gün, sabah. Bakı, 2003.
6. Mehrabov A. Azərbaycan təhsilinin müasir problemləri.
Bakı, 2007.
10
II MÖVZU
TƏLİM TEXNOLOGİYALARININ MAHİYYƏTİ
VƏ MƏZMUNU
PLAN:
1. Pedaqoji texnologiyanın təlim prosesinə yeni baxış
kimi daxil olması
2. Ənənəvi yanaşma və texnologiyanın köməyi ilə
təlim prosesinin idarə olunmasındakı başlıca fərqlər
3. Əməkdaşlıq (kollektiv) təlim texnologiyası
4. Layihələr metodu ilə təlim texnologiyası
5. Modullu təlim texnologiyası
Pedaqogika texnoloji təlim prosesinə yeni baxışdır. Bu
baxışa görə təlim prosesi ənənəvi təlimdən fərqli olaraq mak-
simum idarə olunan proses olmalıdır. Təlim texnologiyasının
tarixi XX əsrin II yarısında bilikləri yoxlamaq üçün texniki
qurğuların meydana gəlməsindən başlamışdır. Bir müddət təlim
texnoloji təlimdə
texniki vasitələrdən istifadə
kimi başa
düşülürdü. Alimlər belə hesab edirlər ki, texnikadan istifadə daha
çox informasiya vermək üçün köməkçi xarakter daşıyır. Amma
tədris prosesinin ayrı-ayrı mərhələlərində texnikanın tədris pro-
sesinə daxil edilməsi aktiv inkişaf edir. Alimlər gələcəkdə müəl-
lim və məktəbin köməyi olmadan öyrədici (təlimedici) sistem-
lərdən müstəqil istifadə olacağını praqnozlaşdırırlar.
XX əsrin 50-ci illərindən başlayaraq alimlərin axtarışları
başqa istiqamət götürdü. Nəticədə təlim texnikası və texnizasiyası
deyil, təlim texnikasə və texnologizasiyası anlayışları elmi döv-
riyyəyə daxil olur. Proqramlaşdırılmış təlim, daha sonra infor-
matika, kibernetika və sistemli yanaşma təlim prosesini texno-
logiya kimi başa düşmək üçün bir əsas oldu. Təlim prosesinə
geniş sistem kimi baxmağa başladılar. Buraya məqsədlərdən
tutmuş, nəticələrə nəzarətə qədər hər şey daxil oldu. Başlıca ideya
öyrədici (təlimedici) texnologiyanı ekranda canlandırmaq ideyası
idi.
11
Mütəxəssislər və müəllimlərin özləri, təlimin texnikası
ideyasına birmənalı münasibət bəsləmirlər. Müəllim əməyi hələ
də mexanikləşdirilməmiş əl əməyi olaraq qalır. Bir çox peda-
qoqlar belə hesab edirlər ki, bu belə də olmalıdır, çünki yalnız
canlı insan oxuda, öyrədə bilər. Lakin təlim texnologiyasının
inkişafı göstərir ki, hər bir fənni öyrətmək üçün texnoloji prosesi
yaratmaq mümkündür. Texnologiya üzrə mütəxəssislər “Texno-
loji proqramlar” təlim layihələri işləyib hazırlayırlar.
Müəllimlər həmin paketlər və layihələrlə işləyən zaman
məsləhətçi – təşkilatçı funksiyasını yerinə yetirirlər. Çoxlarına elə
gəlir ki, bu hamının müqəddəs saydığı müəllimlik peşəsinə
hörmətsizlikdir. Amma yadda saxlamaq lazımdır ki, bir çox müəl-
limlər metodistlərin onlar üçün hazırladığı metodiki işləmələrdə,
dərs planlarından məmnuniyyətlə istifadə edirlər. Köhnə əmək
əməliyyatlarından azad olan müəllim sözün həqiqi mənasında
pedaqoji işlə, şagirdlərin inkişafı ilə məşğul olur. Təlimdə şəxsiy-
yətin, yaradıcılığın və mexanikləşdirmənin nisbəti məsələsi
həqiqətən adi məsələ deyil, həll olunmalıdır. Beləliklə, pedaqoji
texnologiya dedikdə, qabaqcadan verilmiş xarakteristikalar üzrə
kompüter təlimi üçün işlənib hazırlanmış, optimal, didaktik
proseslər başa düşülür.
Bundan başqa, praktik planda pedaqoji texnologiya
müəllimin hər hansı bir texnoloji cəhətdən işlənib hazırlanmış
metodlar və priyomlar sistemini, nəhayət tərbiyə işinin meto-
dikasını və metodlarını da ifadə edə bilər.
Texnologiyanın köməyi ilə həll olunan başlıca problem
təlim prosesinin idarə olunmasıdır. Ənənəvi “qeyri-təlim texno-
logiyası” metodlarının nöqsanları vardır. Qeyri müəyyənlik öy-
rənmə əməliyyatlarının az idarə olunması mənimsənilmənin yox-
lanılmasının obyektiv və epizodik xarakter daşıması buna misal
ola bilər.
Ənənəvi yanaşmada müəllim teoremi öyrətmək, şeri təhlil
etmək, kvadrat tənlikləri həll etmək və s. məqsədləri qoyur. Bu
məqsədlər şagirdlərin fəaliyyətini təsvir etmir. Texnologiyaya
görə təlimin məqsədi şagirdin vəziyyətini, onun biliklərini,
12
fikirlərini, hisslərini, davranışını dəyişməkdir. Texnologiyanın
vəzifəsi təlimedici sistemin bütün elementlərini öyrənmək və
təlim prosesini layihələşdirməkdir.
Təhsil məktəblərində geniş yayılmış, lakin şəxsiyyətin
hərtərəfli inkişaf etməsində imkanları məhdud olan ənənəvi təlim
texnologiyaları XX əsrin sonunda bir çox yaradıcı, yenilikçi
pedaqoqlar tərəfindən təhsildə effektiv olmayan, hətta zərərli
nəticələr verən texnologiyalar kimi qiymətləndirilməyə başlandı.
Bu cür qiymətləndirmə inkişaf etmiş ölkələrdə cəmiyyətin məlu-
matlılıq səciyyəsinin kifayət qədər yüksək olması ilə qiymət-
ləndirilirdi. Tədris prosesində təhsil alanın hərtərəfli şəxsiyyət
kimi formalaşması üçün yeni pedaqoji texnologiyalardan məq-
sədəuyğun və kompleks şəkildə istifadə edilməsi daha yüksək
nailliyyətlər əldə etməyə imkan verir. Burada məqsədə və təlimin
məzmununa uyğun texnologiyalar seçilməsi və onların ardıcıl,
qabaqcadan müəyyənləşdirilmiş vaxtda yerinə yetirmək məqsədə-
müvafiqdir. Hazırda müasir pedaqoji praktikada daha geniş tətbiq
olunan şəxsiyyətyönümlü-inkişafetdirici pedaqoji texnologiyalar
aşağıdakılardır:
1) Əməkdaşlıqla təlim texnologiyası;
2) Layihələr metodu ilə təlim texnologiyası;
3) Modulla təlim texnologiyası.
Son illər tədris prosesində istifadə olunmağa başlayan
daha artıq maraq göstərilən təlim texnologiyasının mahiyyəti və
məzmunu ilə bir qədər ətraflı tanış olaq:
Dostları ilə paylaş: |