ƏDƏBİYYAT
1. Ağayev Ə. və b. Pedaqogika. Bakı, 2006.
2. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.
3. Hüseynzadə
R. Təlimin humanistləşdirilməsi və
demokratikləşdirilməsi. Bakı, 1997.
4. Nəzərov A. “Müasir təlim texnologiyaları” fənni üzrə
proqram. Bakı, 2010.
5. Sadıqov F. Pedaqogika. Bakı, 2006.
6. Paşayev Ə., Rüstəmov F. Pedaqogika. Bakı, 2002.
7. “Təhsil haqqında” Azəraycan Respublikasının qanunu.
Bakı, 2009.
67
XI MÖVZU
BİLİK MƏNBƏLƏRİNİN MEYARINI TƏŞKİL EDƏN
TƏLİM METODLARININ PEDAQOJİ
TEXNOLOGİYALARIN ƏSASINI TƏŞKİL ETMƏSİ
PLAN:
1. Müəllimin şərhinin bütün təlim metodlarına daxil
olması
2. İnformasiya texnologiyaları bütün dünya birliyi
çərçivəsində vahid təhsil məkanının formalaşmasına
şərait yaratması
3. Şagirdlərə
biliklərin
verilməsi,
bacarıq
və
vərdişlərin aşılanması prosesi
Yeni
təlim
metodlarının
(proqamlaşdırılmış
təlim
metodları), təlimdə verbal (söz) metodlarının təbiiliyinə, ekoloji
cəhətdən təmizliyinə görə bundan sonra da öz əhəmiyyətini sax-
laya bilməsidir. Müəllimin şərhinin nəqletmə, izahetmə, müsa-
hibə, mühazirə, təlimatlandırılma formasında həyata keçiril-
məsidir. Bunun təlim prosesinin bütün həlqələri ilə bağlı olma-
sıdır. Müəllimin şərhinin idraki tapşırığı verəndə, hər hansı bir
qaydada yeni tədris materialını təqdim edəndə, məktəblilərin
fəaliyyətinə nəzarəti həyata keçirəndə və başqa hallarda tətbiq
olunmasıdır. Müəllimin şərhinin bütün təlim metodlarına daxil
olması:
1. Nəql;
2. izah;
3. məktəb mühazirəsi;
4. müsahibə;
5. təlim diskussiyası;
6. illüstrasiya metodu;
7. demonstrasiya metodu;
8. videometod;
9. çalışmalar;
10. laboratoriya metodu;
68
11. problemli-laborator metod;
12. praktik metod;
13. idraki (didaktik) oyunlar;
14. proqramlaşdırılmış təlim metodları;
15. öyrədici-nəzarət metodu;
16. situasiya metodu;
17. kitab üzərində iş metodu.
İnformasiya texnologiyaları bütün dünya birliyi çərçi-
vəsində vahid təhsil məkanının formalaşmasına şərait yaradır.
Təlim informasiya texnologiyaları uzaqdan, yaxından,
müxtəlif mənbələrdən, yerlərdən nəhayətsiz formada məlumat-
lanmadan bilik alma şəraiti yaradır. Təsadüfi deyildir ki, ilkin
pedaqoji texnologiya anlayışı təlimdə texniki vasitələrin tətbiqi ilə
əlaqədar olmuşdur. Sonralar yapon alim pedaqoqu T.Sakomo-
tonun verdiyi səciyyəyə görə pedaqoji texnologiya sistemli
təfəkkür vasitələrinin pedaqogikaya tətbiqi formasında təsəvvür
olunmağa başlamışdır.
Hazırda pedaqoji texnologiya adı altında pedaqoji
prosesdə müsbət nəticələrə gətirib çıxaran pedaqoji ideyalar
kompleksi başa düşülür.
Dünyadakı müxtəlif pedaqoji texnologiyalar ideyası və
praktikasını nəzərdən keçirən alimlərin əksəriyyəti belə bir
qənaətdədirlər ki, PT-nın əsas elementləri onun mikrotexno-
logiyasındadır. PT-nın mikrotexnologiyasına bunlar daxildir:
a) məqsədlər
b) diaqnostikalar (ilkin, cari, yekun) təlim prosesinə
subyektlərin birgə fəaliyyəti (əməkdaşlığı, müəllim-şagird,
şagird-müəllim, şagird-şagird), təlimin təşkili və forma,
metod və vasitələrinin seçilməsi;
c) refleksiyalar;
d) tədris olunan fənnin (fənlərin) məzmunu.
Bunlardan əlavə tam və sistemli pedaqoji texnologiya alt
sistem texnologiyalarını əhatə edir. Bir sıra ölkələrdə bunlardan
istifadə edilir. Məsələn, təbii təlim texnologiyaları; modul-reytinq
texnologiyaları; interaktiv təlim texnologiyası; parasentrik təlim
69
texnologiyası; biliklərin tam mənimsənilməsi texnologiyası; fərdi
təlim texnologiyası; kopeerativ təlim texnologiyası; təlimin
nəzarət-korrektə texnologiyası.
Bilik mənbəyinin meyarını təşkil edən təlim metodları
aşağıdakı prinsiplərə söykənir:
1. İnteraktiv təlim texnologiyası
2. Pedaqoji texnologiyaların ciddi elmi əsasa, didaktik
prinsiplərə söykənməsi
İnteraktiv təlim texnologiyası differensial-inkişafetdirici
təlimi sinifdə şagirdlərin müxtəlif tərkibini nəzərə almaqla həyata
keçirir. Fərdi təlim texnologiyası isə fərdi təhsilləndiricilik
dairəsini yaradır.
Parasentrik təlim texnologiyası təlimin müxtəlif vasitələri
ilə iş zamanı müstəqil təşkilini nəzərdə tutur.
Göründüyü kimi, təlim texnologiyası çoxdur. Hər biri
konkret təlim-tərbiyə
məqsədini həyata keçirməyə
xidmət
göstərir. Müxtəli təlim metod və vasitələrindən istifadə olunur.
Bütün bunlar son dövrlərdə qeyri-ənənəvi yanaşmalarla həyata
keçirilir. Təbii ki, bunun üçün müəllimdə ciddi ixtisas-peşəkarlıq
hazırlığı və təcrübəsi, təşəbbüskarlıq və yaradıcılıq, demokratiklik
və humanizm keyfiyyətləri olmalıdır.
XX əsrin 70-80-cı illərində Azərbaycanda yeni pedaqoji
texnologiyalarla işləyən müəllimlər və məktəb rəhbərləri var idi.
Onlar öz yenilikçi və səmərəli nəticə verən belə təcrübələrinə
xüsusi ad verməmişdilər. Lakin tətbiq etdikləri sistemin üsul və
vasitələrin nəticələrinin verdiyi təlim-tərbiyə
keyfiyyətini
səciyyələndirdilər. Bu yeni işlərdən özləri də, jurnalistlər də,
metodistlər də yazırdılar. Bu təcrübələr məqalələrə səpələnir və
bir də Maarif Naziri akademik M.Mehdizadənin məruzə və
kitablarında ümumiləşdirilirdi.
Beləliklə qeyd edə bilərik ki, pedaqoji texnologiyalar
əsasən mütəxəssislər tərəfindən yaradılsa da onlar digərləri
tərəfindən öyrənilir, yayılmasına, elmin onun tədqiqat obyektinə
çevirməsinə böyük ehtiyac vardır. Əks təqdirdə, yeniliklər
yarandığı ocaqdan kənara çıxmır, hamının yararlanmasına çatmır.
70
Bilik – təbiətin, cəmiyyətin, idrakın ümuminkişaf qanunauy-
ğunluqları, qanunlarına dair faktların, rəqəmlərin, məlumatların
və informasiyaların məcmuudur. Vəsait – biliklərin tətbiq olun-
ması, vərdiş ilə bacarıqların avtomatlaşdırılması kimi başa
düşülür. Hər bir tədris fənnində biliklər real predmetləri, pro-
sesləri, maddi aləmin təzahürlərini özündə əks etdirən və
müəyyən sistemdə verilən faktlarda, anlayışlarda, qanunlarda və
elmi nəzəriyyələrdə ifadə olunur.
Biliklər həm də praktikada tətbiq olunma prosesində
bacarıqla bağlıdır. Bacarıq – bu mənimsənilmiş biliklər əsasında
şüurlu surətdə yerinə yetirilən praktik fəaliyyətə insanın bir növ
hazır olmasıdır. Bacarıq biliklərin məzmunu ilə
birbaşa
əlaqədardır. Bacarıqların hər biri müəyyən nəzəriyyəyə əsaslanır.
Məsələn, riyazi qanunların dərk olunmaq bacarığı, yaxud oxun-
muş mətnin planını tutmaq bacarığı, məsələləri həll etmək
bacarığı, müəyyən dərəcədə mürəkkəb inşalar yazmaq bacarığı,
kimya üzrə müşahidə və ya təcrübə aparmağı, musiqi alətində
çalmaq bacarığı, rəqs etmək bacarığı və s. bu cür bacarıqlardır.
Vərdiş bacarıqların dəfələrlə təkrarı nəticəsində avto-
matlaşmış formasıdır. Vərdiş o qədər avtomatlaşmalıdır ki, o
sürətli və nöqsansız fəaliyyətə çevrilməlidir. Məsələn, qiraət,
məktub yazmaq, şifahi hesablama vərdişi, alətlərdə sərbəst
çalmaq, rəsmi təxəyyüldən kağıza köçürmə, topu dəfələrlə çiləmə,
turnikdə sərbəst yellənmə, aşma, fırlanma və s.
Şagirdlərin hadisələri mənimsəməsi zamanı şüurlarında
maddi aləmin düzgün, təhrif olunmamış şəkildə əksini necə təmin
etmək qaydalarını da onlara necə dərk və tətbiq olunmasını məhz
müəllim öyrədir. Şagirdlərin idrak prosesinin fəaliyyət dina-
mikasını elə tənzimləmək lazımdır ki, onlar duyduqları predmet
və hadisələri, yəni elmi-nəzəri faktları dərindən mənimsəyib
qavrasın, hafizəsində saxlasın, hifz etsin, sonra təfəkkür süz-
gəcindən keçirərək nitq vasitəsilə onu ifadə edə bilsin.
71
ƏDƏBİYYAT
1. Bayramov Ə., Əlizadə Ə. Psixologiya. Bakı, 1983.
2. Kərimov Y. Təlim metodları. Bakı, 2007.
3. Mərdanov M. Azərbaycan təhsili islahat yollarında:
uğurlar, problemlər, vəzifələr. Bakı, 2001.
4. Mehdizadə M. Ümumtəhsil məktəblərində təlim-
tərbiyə işinin təkmilləşdirilməsi yolları. Bakı, 1983.
5. Nəzərov A. Müəllimin pedaqoji mərifəti. Bakı, 1992.
6. Sadıqov F. Pedaqogika. Bakı, 2006.
7.
“Təhsil
haqqında”
Azərbaycan
Respublikasının
Qanunu. Bakı, 2009.
72
XII MÖVZU
TƏDRİS, TƏLİM VƏ TƏRBİYƏ PROSESİNİN VƏHDƏTİ,
FUNTAMENTALLIQ VƏ MƏDƏNİYYƏTƏMÜVAFİQLİK
PLAN:
1. Pedaqoji texnologiyaların mahiyyəti və didaktik
əsasları
2. Tədris və təlim fəaliyyətinin vəhdəti qanunu
3. Funtamentallıq qanunu
4. Mədəniyyətəmüvafiqlik qanunu
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri Təhsil
haqqında Azərbaycan Respublikasının Qanununda aşağıdakı
kimim müəyyənləşdirilmişdir: humanistlik, demikratiklik, bəra-
bərlik, millilik və dünyəvilik, keyfiyyətlilik, səmərəlilik, fasilə-
sizlik, vəhdətlik, daimilik, varislik, liberallaşma (təhsil sahəsində
və təhsil fəliyyətinin açıqlılığının genişləndirilməsi), inteqrasiya
(milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada
qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı).
Təhsil haqqında Qanunun dördüncü maddəsində göstərilir
ki, Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən,
xalqının milli ənənələrinə və demokratikliyi prinsiplərinə, insan
hüquqları və azadlıqlarına hörmət edən vətənpərvərlik və
Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı
düşünən vətəndaş və şəxsiyyət yetişdirmək.
Tədris, təlim və tərbiyə prosesi daim vəhdətdədir. Təlimin
məqsədi tərbiyənin funksiyasını yerinə yetirməkdir. Təlim yeni
biliyin öyrədilməsi prosesidir. Təlim vasitədir. Təhsilləndirmə,
tərbiyəetmə məqsəddir. Təhsil və tərbiyə nəticədir. Tərbiyə ancaq
təhsillə vəhdətdədir. Yeni biliyin ancaq tərbiyəyə təsiri vardır.
Texno – “sənət”, logiya – “elm” deməkdir. Texnologiya –
sənət haqqında elm anlamı verir. Bu mənada pedaqoji tex-
nologiyanın mahiyyəti və didaktik əsaslarını daha dərindən qav-
raya bilmək üçün təhsil haqqında dövlət siyasərinin əsas
prinsipləri ilə ətraflı tanış olmaq lazımdır.
73
Pedaqoji texnologiyaların mahiyyəti və didaktik əsaslarını
daha aydın qavramaq üçün təhsil prosesini – məktəbi səciyyə-
ləndirən faktorların (vasitələrin, proseslərin) münasibətinin ayrı-
ayrı ölkələrdə və pedaqoq alimlərin baxışlarında necə qoyul-
duğuna diqqət yetirək. İngilis məktəbi hələ də vahid təhsil siste-
minə (proqramlar, dərsliklər) malik deyil. Polşa məktəbi üçbucaq
şəklində təsəvvür edilir. Bir tərəfdən öyrənən, digər tərəfdən
öyrədən, üçüncüdə məzmun.
Sovet məktəbi bir sıra aparıcı alimlərin təqdimatında ifadə
edilirdi. Məsələn, S.İ.Arxangelski didaktik üçbucaq haqqında
danışaraq məktəbi – təhsili, pedaqoji prosesi belə təqdim edirdi:
1. Tədris və təlim fəaliyyətinin vəhdəti qanunu
A – biliklərin verilməsi;
B – biliklərin mənimsənilməsi;
C – təlimin məqsədi və vəzifələrinə uyğun olaraq biliklər
sisteminin formalaşması.
2. Təlim və tərbiyənin vəhdəti qanunu
a – təlim;
b – tərbiyə;
c – təhsil alanların şəxsiyyət kimi hərtərəfli inkişafı.
E.Z.Belkin pedaqoji prosesi pedaqoji sistem kimim
təsəvvür edərək buraya 6 qarşılıqlı əlaqəli elimenti daxil edir.
I. təlim və tərbiyənin məqsədi;
II. təlim və tərbiyənin məzmunu;
III. təlim və tərbiyə texnologiyası (metodlar, vasitələr,
formalar və s.);
IV. təlimin təşkili formaları;
V. öyrədən;
VI. öyrənən;
M – məqsəd;
TT – təlim texnologiyası;
PKV – pedaqoji kommunikativ vasitələr;
M – müəllim;
Ş – şagird.
74
Göründüyü kimi, pedaqoji texnologiyalar hər hansı
təsəvvürdə olursa-olsun tamlıq xüsusiyyəti nəzərə alınır. Təqdim
edilən pedaqoji sistem texnologiyaların tamlığı ilə prosesi bitkin
və bütöv edir.
Fundamentallıq dedikdə, adətən, fundamental elmlərə aid
fənlərin tədrisi nəzərdə tutulur. Eləcə də öyrətmənin fundamental
olaraq aparılması ehtiva edilir. Pedaqoji texnologiyalarda funda-
mentallıq fənnin əsas məzmununun böyük bloklar əsasında təlimi
kimi başa düşülür. Bəllidir ki, hər bir fənn özündə baza təşkil
edən əsas məlumatları (informasiyanı) birləşdirir. Bu əsas biliklər
özül təşkil edərək məlumatları genişləndirməyə, yenilərini
müstəqil əldə etməyə və ömrü boyu ondan istifadə etməyə və
artırmağa kömək edir. Başqa sözlə desək, hər bir fənndə elə
biliklər var ki, onun fundamentini təşkil edir. Bu baza olmadan
heç nəyi qurmaq, yaratmaq mümkün deyil. Bu biliklər oyunlarla,
müzakirə və qruplarla işlər möhkəm aydın qavranıla bilməz.
Onun üçün əvvəlcə ciddi şərh, kitab üzərində iş, çalışma və ya
laborator işi, fundament biliyi mənimsədən təlim metodlarından
istifadə edilməlidir. Bu prinsipdən bolqar, həkim psixiatrı
Q.Zozanov və yenilikçi müəllim V.Şatalov uğurla bəhrələnmişdir.
Fundamentallıq prinsipi təbiət, humanitar və texniki
fənlərin sintezində sineqretik yanaşmanı nəzərdə tutur.
Sineqret yanaşma öyrənənlərin həm marağını artırır, həm
də müxtəlif elmlərin bir fakta, hadisəyə, təzahürə münasibətini
tələb edir. Beləliklə, təbiət, cəmiyyət və insanın öyrənilməsinə
kompleks yanaşılaraq hissləri özündə birləşdirən tamlıq alınır.
Mədəniyyətəmüvafiqlik prinsipi tələb edir ki, təlim müasir
mədəniyyətin inkişaf səviyyəsinə uyğun olsun. Həm təlimdə
istifadə edilən vasitələrlə rəftarda, həm də əməkdaşlıqda –
insanlararası münasibətlərdə mədəniyyətin nümayişi təzahür
etsin. Müasir təlim azad, sərbəst, yaradıcı düşüncəni təzahür etsin,
müstəqilliyi inkişaf etdirdiyi kimi insanın mədəniyyət səviyyəsini
də yüksəltməlidir.
75
ƏDƏBİYYAT
1. Ağayev Ə. və b. Pedaqogika. Bakı, 2006.
2. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.
3. Hüseynzadə R. Qədim və erkən əsrlər dövründə
Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir. Bakı,
2007.
4. Kərimov Y. Təlim metodları. Bakı, 2009.
5. Mehrabov A. və b. Pedaqoji texnologiyalar. Bakı,
2007.
6. Mərdanov M. Azərbaycan təhsili müstəqillik illərində.
Bakı, 2007.
7. Mərdanov M. Azərbaycan təhsili yeni inkişaf
mərhələsində. Bakı, 2009.
8. Mustafayeva R., Mustafayeva S. Pedaqogika. Ümumi
pedaqogika üzrə mühazirə xülasələri. Bakı, 2002.
9. Nəzərov A. “Müasir təlim texnologiyaları” fənni üzrə
proqram. Bakı, 2010.
10. “Təhsil
haqqında”
Azərbaycan
Respublikasının
Qanunu. Bakı, 2009.
76
XIII MÖVZU
TƏLİMİN HUMANİTARLAŞDIRILMASI VƏ
HUMANİSTLƏŞDİRİLMƏSİ
PLAN:
1. Humanizmin genişlənməsi üçün humanitar fənlərin
tədrisinin genişləndirilməsi
2. Təlimin humanitarlaşdırılması
3. Təlimin humanistləşdirilməsı
Bu prinsipləri ayrı-ayrılıqda qeyd etmək olardı. Lakin
məzmunca bir-birinə yaxın olduqlarına görə eyni sırada da
vermək olar. Əslində bu gün prinsiplərə çevrilmiş bu yanaşmalar
sovet pedaqogikasında və təhsil tərbiyəsində həmişə olmuşdur.
Çünki sosializm prinsiplərinə görə insanlara vəzifəsindən, cinsin-
dən, irqindən, milliyətindən, sosial mənşəyindən asılı olmayaraq
eyni diqqətlə, hörmət və qayğı ilə yanaşılması əsas idi. Bu prinsip
Azərbaycanda ötən əsrin 70-80-cı illərindən pozulmağa başladı.
Kapitalizm dünyasında isə əvvəllər diqqətdə olmayan bu prinsip
demokratik vətəndaş cəmiyyəti yarandıqca aktuallaşdı. İnsanları
“daş qəlbli” olmaqdan humanist olmağa meylləndirdilər. Huma-
nizmin genişlənməsi üçün humanitar fənlərin tədrisini genişlən-
dirdilər. Təlim prosesinin humanitarlaşdırılması tarix, sosiologiya,
psixologiya, hüquq və digər insan haqqında fənlərin tədrisinə yer
verilməsini diqqətdə tutmağı tələb edir.
Humanistləşdirmə isə hər şeyin insan üçün, insan naminə
edilməsini qabardır. Bu prinsiplərin nəzərə alınması pedaqoji
texnologiyaların tətbiqində müəllim tərəfindən sərbəst olaraq
həyata keçirilməlidir. Hətta fundamental fənlərin öyrədilməsi
zamanı tarixi faktlara müraciət edilməsi, elmi kəşflər, ixtiralar
edən şəxslər haqqında danışılması, onların əxlaqı, mənəvi keyfiy-
yət və fənni tədris edən müəllimin humanizm nümunəsi bu
baxımdan böyük təsirə malikdir.
Bu prinsiplər maddi marağın artırılmasına meyilli olan
kapitalizm cəmiyyətində “insanın insana qayğısı” mövqeyini arxa
77
plana atmışdır və bu elə kapitalizmin mahiyyətindən doğur. Ona
görə də bu cəmiyyətdə terror, qəza, cinayət, korrupsiya halları
həmişə baş vermişdir. Sosializmdə isə (aparıcı) ictimai maraqlar
aparıcı olduğu üçün bu hallar xarakterik olmamışdır. Bazar
iqtisadiyyatının bərqərar olduğu indiki halda Azərbaycanda da
fərdi, şəxsi mənafelər önə keçmiş, pul hərisliyi yaranmışdır. Mala,
pula, varidata hərislik bir çox halda bəzi təhsil və tərbiyə
səviyyəsi aşağı olan insanları humanizm hisslərindən uzaqlaş-
dırmaqdır. Onlar tutduqları vəzifə imkanlarından istifadə edərək
onlara müraciət edən insanları incidir, bezikdirir, onları rüşvət
verməyə
təhrik edir, yaxud istehsalçıdırsa, saxta
əmtəə
hazırlamaq yolunu seçir, zay məhsulu ilə pul qazanmağa çalışaraq
xalqın sağlam məişətinə ziyan vurur, yaxud elmdə, təhsildə
saxtakarlıq yolu ilə millətin gələcəyinə zərbə vuraraq əyri
yollarla, çirkli pullarla şəxsi həyatının firavanlığına çalışır.
Hazırda Azərbaycanda da belə hallar çoxdur. Bu hallara qarşı
mübarizə aparmağa gəncləri hazırlamaq məqsədi də onlara
humanizmi aşılamaq, humanist və yüksək vətəndaş, ləyaqətli
olmalarını məhz bu prinsiplə təmin etmək lazımdır.
Beləliklə, bu nəticəyə gəlmək olar ki, humanistləşdirmə
dedikdə, “insani”, “bəşəri” hisslər nəzərdə tutulur. “Qurani-
Kərim”də deyilir: “İnsanlar, yaxşılıq edin! Allah yaxşılıq edənləri
sevir”. Bir mahnıda deyilir: “Ey insanlar, sülhə gəlin, yoxsa
dünya məhv olar”. Böyük şairimiz M.Ə.Sabirin nəzərincə,
humanizm budur:
“Kim ki insan sevir, sahibi-huriyyət olur,
Bəli, huriyyət olan yerdə insanlıq olur”.
Beləliklə, hər bir müəllim istər dərsdə, istərsə də sinif-
dənxaric və məktəbdənkənar məşğələlərdə şagirdlərə humanist
ideyaları aşılamalıdır. Bu ideyalar aşağıdakılardır: xeyirxahlıq,
yaxşılıq, dostluq, sədaqət, nəzakət və s.
Təcrübə göstərir ki, məktəblərdə humanist əhval-ruhiyyəni
həyata keçirən demokrat müəllimlər olur. Çünki bu müəllimlər
avtokrat və avtoritar, liberal müəllimlərdən fərqlənir. Məktəbdə
humanist ideyaları həyata keçirmək üçün demokratik şərait
78
olmadan heç bir humanist ideyaların həyata keçiriləcəyindən
söhbət gedə bilməz.
Əslində bu gün prinsiplərə çevrilmiş bu yanaşmalar
pedaqogikanın tədris təcrübəsində mövcud olmuşdur.
Təlim prosesinin humanistləşdirilməsinin tarix, ədəbiyyat,
sosiologiya, psixologiya, hüquq və digər insan haqqında fənlərin
tədrisində geniş yer verilir. Neqativ hallara qarşı mübarizə
aparmaq üçün bu prinsipin imkanlarından istifadənin zəruriliyinə
daim diqqətin artırılması zəruridir. Humanistləşdirmə hər şeyin
insan üçün, insan naminə edilməsini tələb edir. Bu prinsiplərin
nəzərə alınmasının pedaqoji texnologiyaların tətbiqi zamanı müəl-
lim tərəfindən sərbəst olaraq həyata keçirilir. Hətta funtamental
fənlərin öyrədilməsi zamanı tarixi faktlara müraciət edilməsi, elmi
kəşflər, ixtiralar edən şəxsiyyətlər haqqında danışılması, onların
əxlaqi-mənəvi keyfiyyətlərinin və fənni tədris edən müəllimin
humanizm nümunəsi bu baxımdan böyük təsir gücünə malikdir.
İnsanın tərbiyəsi məsələsi zaman-zaman bu və ya digər şəkildə
vacib bir problem kimi bu işlə məşğul olanları düşündürmüşdür.
Böyük yunan filosofları Sokrat, Platon və Aristotelin bu vacib
məsələni əhəmiyyətli bir iş hesab etmələri diqqəti cəlb edir.
XI-XII əsrlərdə Qətran Təbrizi, Xətib Təbrizi, Bəhmənyar,
Əfzələddin Xaqani, Nizami Gəncəvi kimi mütəfəkkirlərin təlim
və tərbiyənin insanın xoşbəxtliyi üçün gözəl vasitə olduğunu
dönə-dönə qeyd etmişlər. Nizaminin ictimai-faydalı əmək və
insanlara təmənnasız, yardımla bağlı fikirləri humanist tərbiyənin
əsas prinsiplərindən biri hesab edilir.
Ancaq humanist tərbiyə ilə pedaqoji prosesin humanist-
ləşdirilməsini bir-birindən fərqləndirmək lazımdır. Humanist
tərbiyənin, humanist hisslərin, keyfiyyətlərin aşılanması humanist
qabiliyyətlərin şagirdlərə aşılanması kimi başa düşülür.
Pedaqoji prosesinin humanistləşdirilməsi və humanitar-
laşdırılması məktəbdə humanist psixoloji mühitin yaradılması
kimi başa düşülməlidir. Humanistləşdirmə eyni zamanda məktəb-
daxili idarəetmənin tərkib hissəsidir.
79
Humanistləşdirmə müəllim-şagird münasibətini birtərəfli
yox, “öyrədim-öyrən”, “öyrəndiklərinə əməl et” prinsipinə uyğun
öz həllini tapmalıdır.
Məktəbin idarə olunmasının, quruluşunun büsbütün
yeniləşdirilməsi, humanist demokratik prinsip əsasında idarə
olunması təhsil sahəsində islahatların tələblərindən irəli gəlir.
Pedaqoji əməkdaşlıq ideyası məktəbin ruhudur və məktəbdə hər
şey bu ideyaya istiqamətlənməlidir. Məktəblərdə aparılan təcrübə
və müşahidələrdən məlum olmuşdur ki, müəllim şagirdlərlə müx-
təlif formalarda ünsiyyət və münasibətdə olur. Həmin yanaşma
növlərindən ən səmərəlisi demokratik əməkdaşlıq növüdür. Belə
əməkdaşlıqda müəllim şagirdlərlə gündəlik təmasda və ünsiy-
yətdə olur. Burada müəllim uşaqların fərdi-psixoloji xüsusiy-
yətlərini nəzərə alır. Belə müəllim öz fəaliyyətində kollektivə
arxalanır, onlarla məsləhətləşir, uşaqların tənqidi qeydlərinə diq-
qətlə qulaq asır, onların fəallıq və təşəbbüskarlığını inkişaf etdirir.
Dostları ilə paylaş: |