Binar dərs (məqsədlər).
a. Fənlər üzrə bilikləri transformasiya səviyyəsində
öyrənmək
b. Müəllimlərin əməkdaşlığını inkişaf etdirmək
c. Şagirdlərdə fənlərin bir-biri ilə bağlılığı əlaqəsi,
dünyanın tamlığı barədə əqidələri formalaşdırmaqdır
Binar dərsin keçirilməsində bir neçə müəllim iştirak edir.
Bu texnologiya daha çox mühazirələri oxuyan zaman istifadə
olunur. Mühazirəni 2 ayrı-ayrı fənn müəllimi oxuya bilər. Bu
texnologiyadan seminar məşğələlərində və müsahibəni keçirəndə
də istifadə olunur.
Qarşılıqlı nəzarət. (məqsədlər)
1. Şagirdlərin biliyini yoxlamaq
2. Hər bir şagirdə öz müvəffəqiyyətləri barədə yoldaş-
larına məlumat vermək imkanı yaratmaq
3.
Zəif şagirdlərin güclü şagirdlər qarşısında olan
inamsızlığını aradan qaldırmaq
4. Şagirdlərin nitqini inkişaf etdirmək
5. Sorğunu intensivləşdirmək
6. “Mən” konsepsiyasını tərbiyə etmək
Qarşılıqlı nəzarət müxtəlif yaşlı şagirdlərlə keçirilə bilər.
Sorğunun bu növünü tətbiq etməzdən qabaq cavablara qiymət
vermək bacarığını inkişaf etdirmək üçün şagirdlərlə hazırlıq işi
aparılır. Bu zaman yaxşı olar ki, I mərhələdə şagirdlər yalnız
müvəffəqiyyətə diqqət versinlər. Cavabın düzgünlüyü, tamlığı,
fikrin dəqiqliyi əsas meyarlar kimi götürülür.
Qarşılıqlı nəzarət aşağıdakı kimi aparılır:
1. Müəllimin müəyyən mövzu və məsələlər üzrə qarşılıqlı
yoxlama aparılacağını xəbər verir. Sinif müəllimlərə və şagirdlərə
bölünür. Bir parta arxasında oturanlar müxtəlif rollarda (biri
müəllim, o biri şagird) çıxış edirlər.
2. “Şagirdlər” öz “Müəllimlər”-inə cavab verirlər. Baş-
qalarına mane olmamaq üçün cavab verənlər astadan danışma-
26
lıdır. “Şagirdlər” cavab verəndən sonra qiymət verilir. Qiymətlər
yazılı da ola bilər. Bu məqsədlə fərdi uçot vərəqi aşmaq lazımdır.
Qiymət verərkən sinifdə münaqişəli vəziyyətin yaranmasına yol
verilməməlidir.
3. Şagirlər rollarını dəyişə bilərlər. Şagird rolunda çıxış
edənlər müəllim rolunda çıxış edirlər. Şagirdlərin yerlərini də
dəyişmək olar. Bu cütlər arasında gərginlik yaranan zaman edilir.
Hər dərsdə cütlərin yerini dəyişmək yaxşı olar. Bu ünsiyyət
dairəsini genişləndirməyə kömək edir.
Qarşılıqlı nəzarət korreksiya funksiyasını yerinə yetirir. Bu
güclü şagirddən zəif şagird soruşan zaman baş verir. Müəllimlər
rolunda ən zəif şagirdlər də çıxış etməlidirlər. Bu onlara güclü
təsir edir.
Bu texnologiya müəllim tərəfindən yaxşı hazırlanan
zaman az vaxt tələb edir. Bunu yenilikçi pedaqoqlar tətbiq edirlər.
Amma o kütləvi praktikada da geniş tətbiq olunur. Bu sorğu növü
praktiki olaraq hər dərsdə tətbiq oluna bilər.
Qarşılıqlı nəzarətdən həm nəzəri materialı yoxlayan
zaman, həm də misalları həll edən zaman istifadə etmək olar.
Dərsdə qarşılıqlı nəzarətlə bərabər sorğunun aşağıdakı başqa
növlərini də tətbiq etmək lazımdır. Yazı taxtası yanında şifahi ca-
vab vermək, mətndəki əsas fikirləri danışmaq, özünüqiymətlən-
dirmə və s. buna misal ola bilər.
Əgər müəllim sinfi idarə edə, intizamı yarada bilmirsə,
qarşılıqlı nəzarətidən istifadə etmək olmaz. İntizamsızlıq şərai-
tində şagirdlər başqa işlərlə məşğul ola bilərlər. Əgər texnologiya
düzgün təşkil edilərsə, onda qayda-qanunu təmin etmək olar.
Qarşıqılı imla. Məqsədlər.
1) Şagirdlərə müxtəlif fənlər üzrə (ana dili, ədəbiyyat,
riyaziyyat və b.) savadlı yamaq bacarıqlarını öyrətmək
2)Çalışmaları yerinə yetirən zaman əməkdaşlıq baca-
rıqlarını formalaşdırmaq
3) Fənnə marağı inkişaf etdirmək
4) Müəllimi dəftər yoxlamaq işindən azad etmək.
27
Qarşılıqlı imla ibtidai siniflərdə savad təlimindən sonra və
bəzi dəyişikliklərlə yuxarı siniflərdə istifadə oluna bilər. O
aşağıdakı kimi keçirilir:
1. Hazırlıq dövrü:
İmlalar üçün müxtəlif mətnlər hazırlanır. Köhnə qəzet və
jurnallardan 4-12 sətir həcmində mətnləri kəsib götürürlər.
Mətnlərin məzmunu şagirdlər üçün maraqlı olmalıdır. Onların
çətinliyi sinfin hazırlıq səviyyəsindən asılıdır. İbtidai siniflərdə
imla qısa (20-35 söz), yuxarı siniflərdə isə böyük həcmdə olur.
Hazırlanmış mətnlər kartona yapışdırılsa yaxşı olar. Bu işi həm
müəllim, həm də şagirdlər görə bilər.
2. Şagirdlərin dərsdə işi:
Hər bir şagird imla mətni olan bir kartoçkanı götürür və
onu səssiz oxuyur.
–
Müəllim bütün şagirdləri cütlərə ayırır
–
Hər bir cütdə şagirdlərdən biri öz mətninin birinci
cümləsini hündürdən
oxuyur, II şagird onu axıradək dinləyir
–
Dinləyən şagirdə cümlə diqtə olunur və o, cümləni
dəftərinə yazır. Yazan şagirdə mətnə baxmaq olmaz.
Beləliklə, II, III və IV cümlələr mətnin axırına qədər
oxunur
–
Sonrakı mərhələdə rollar dəyişilir. Əvvəl yazan şagird
öz mətnini o biri şagirdə diqtə edir, o isə yazır
–
İmlalar qurtarandan sonra şagirdlər öz dəftərlərini bir-
birlərinə verirlər və kartoçkalarsız yazıları yoxlayırlar.
Səhvlər yaşıl pasta ilə düzəldilir;
–
Sonrakı mərhələdə şagirdlər müstəqil surətdə kar-
toçkalar üzrə öz yoldaşlarının imlalarını yoxlayırlar.
İndi isə səhvlər qırmızı pasta ilə düzəldilir
–
Sonra şagirdlər imlaları birgə
yoxlayırlar. Səhv
buraxan şagird o biri şagirdin nəzarəti altında şifahi
təhlil aparır, II şagird isə ona kömək edir.
–
Hər bir şagird dəftərində səhvlərin təhlilini yazır
28
–
Şagirdlər bir-birinin dəftərini götürür, imlalara bir daha
baxır və öz qolunu çəkirlər.
Bəzi situasiyalarda şagirdlərə qiymət yazmağı da təklif
etmək olar. Lakin bu
prosesin “+” və “–” cəhətləri vardır. Bir tərəfdən şagird qiymət
yazanda onda məsuliyyət hissi yaranır, digər tərəfdən aşağı qiy-
mətlər yazılanda şagirddə həm yoldaşına, həm də texnologiyaya
neqativ münasibət yarada bilər.
Bununla da cüt-cüt işləmək üzrə iş başa çatır. Onun
iştirakçıları mətnləri bir-birinə qaytarırlar. Hər bir şagird özünə
işdə yeni yoldaşlar tapır. Bəzən müəllimin özü yeni cütlər təşkil
edir. Bunu ancaq zəruri hallarda etmək lazımdır. Sonrakı
mərhələlərdə qoşa işlər davam edir.
Müəllim sıralar arasında gəzərək qoşa-qoşa işləyən
şagirdləri müşahidə edir, səhvləri necə təshih etmək barədə məs-
ləhətlər verir, geridə qalan şagirdlərə diqqət yetirir.
Tərəfdaşı seçmək maraqlı pedaqoji andır. Bu vaxt
qarşılıqlı anlaşma yaranır, statuslar və s. müəyyənləşdirilir.
İmlalar mübadiləsi və qarşılıqlı öyrədən zaman şagirdlər
bir-birinin iş üsulunu, biliklərini əxz edirlər. Bu texnologiyanı
düzgün tətbiq edəndə onu riyaziyyat, fizika və digər fənlər üzrə
də aparmaq olar. Bu imlanın bir növü də onun şifahi formasıdır.
Suallar şifahi formada müəyyənləşdirilir, yazılması barədə
soruşulur. Müsahib sözü dəqiq tələffüz edir və onu nə üçün belə
yazılmasını izah edir. Bu forma qısa vaxtda böyük həcmdə
materialı yoxlamağa imkan verir. Bu formanın “əsas“ cəhəti
ondan ibarətdir ki, burada öyrənilən materialın görmə və hərəki
yadda saxlaması baş vermir. Bu mənada şifahi qarşılıqlı imla,
yazılı qarşılıqlı imlanı əvəz edə bilməz.
Burada öyrənilən materialın görmə və hərəki yadda-
saxlaması baş vermir. Ən yeni elmi pedaqoji ədəbiyyatda çoxlu
sayda pedaqoji texnologiyanın təhlili verilmişdir. Adları: “Sinifdə
materialın əzbər öyrənilməsi”, “Səhvləri axtarıram”, “konspekt-
mühazirə”, “mühazirə-diskussiya”, “mühazirə-məsləhət”, “əks
əlaqəli mühazirə”, “tap, kimin haqqında danışırıq”, “İmtahana
29
hazırlıq”, “beyin hücumu”, “generatorlar – tənqidçilər”, “buraxılış
vərəqəsi”, “insanı təhlil edirik”, “özünüqiymətləndirmə”, “mətn-
lər mübadiləsi”, “fikirlərin sintezi”, “yaradıcı test”, “öz yerində
oturmaqla sakit cavab vermək” və s.
Biz ancaq 4 texnologiyanın təhlilini verməklə kifa-
yətlənirik. Bu texnologiyaları bəzən yanlış olaraq “fəal təlim
metodları”, “interaktiv metodlar” kimi təqdim edirlər. Əslində
həmin texnologiyalardan elmə məlum olan metodlardan istifadə
edilir. Təlim prosesinə yeni, qeyri-ənənəvi elementləri daxil
etməklə metodların fəallaşdırma imkanları və öyrənmə prosesinin
effektliyi yüksəldilir.
Pedaqoji texnologiya təlim prosesinə yeni baxışdır. Bu ba-
xışa görə təlim prosesi ənənəvi təlimdən fərqli olaraq maksimum
idarə olunan proses olmalıdır. Müasir pedaqoji texnologiyaların
tarixi XX əsrin II yarısında bilikləri yoxlamaq üçün qurğuların
meydana gəlməsindən başlanır. Bu müddət təlim texnologiyası
təlimdə texniki vasitələrdən istifadə kimi başa düşülürdü. Alimlər
hesab edirdilər ki, texnikadan istifadə daha çox informasiyanı
vermək üçün köməkçi xarakter daşıyır. Amma tədris prosesinin
ayrı-ayrı mərhələlərində texnikanın tədris prosesinə daxil edilməsi
aktiv inkişaf edir. Alimlər gələcəkdə müəllim və məktəblərin
köməyi olmadan öyrədici, təlimedici sistemlərdən müstəqil
istifadə olunacağını proqnozlaşdırırlar. Pedaqoji texnologiyanın
yaradılması və tətbiqi üzrə spesifik prinsipləri müəyyənləşdirmək
və onların pedaqoji-psixoloji təlimini vermək olduqca vacibdir.
Pedaqoji ədəbiyyatda müxtəlif spesifik prinsiplər verilmişdir.
Bunlar aşağıdakılardır:
1. Tərbiyəedici təlim prinsipi
Hər hansı pedaqoji texnologiyaların strateji məqsədləri
şəxsiyyət xarakterlərini formalaşdırmaq olmalıdır. Deməli, burada
münasibətlər tərbiyəedici təlimin psixi materialı hesab olunur.
Burada 3 qrup münasibətləri fərqləndirmək olar:
1) Qanunatabelik münasibətləri
2) Əməkdaşlıq münasibətləri
3) “Mən” konsepsiyası
30
Təlim prosesi uşaqların psixikasına təsir edən xarici kons-
truksiyadır. Bu proses müəllimin, uşaqların, didaktik materialların
tarixindən ibarətdir.
2. İnkişafetdirici təlim prinsipi
Pedaqoji texnologiyaları tətbiq edən zaman tərbiyəedici
səmərəni nəzərə almaqla yanaşı, onun inkişafetdirici tərəfini də
lahiyələşdirmək və həyata keçirmək də yaxşı olar. Uşağın psixi
əməliyyatlarında artım hiss olunmalıdır. Emosional və intellektual
sahənin ahəngdar inkişafını təmin etmək lazımdır. İntellektual
sahənin emosional sahəni sıxışdırması insanda soyuq müna-
sibətlərin yaranmasına, insanlara sevinc bəxş etmək, sevincə şərik
olmaq bacarıqlarının olmamasına gətirib çıxarır.
3. Təlimdə müvəffəqiyyət qazanmaq prinsipi
Müvəffəqiyyət qazanmaqdan ötrü situasiya yaratmaq uşağı
daha böyük nəticələrə nail olmağı stimullaşdırır. Uşağın keç-
mişini öyrənmək üçün böyük əmək sərf etmək lazım gəlir.
Makarenko uşağı koloniyaya qəbul edəndə keçmişini öyrənməyə
tələsmirdi. O hər bir uşaq üçün əməli təlim texnologiyası işləyib
hazırlamışdı. Bu müvəffəqiyyət qazanmaq üçün situasiya
yaranmaqdan ibarət idi. O hamı üçün, o cümlədən şagird üçün
psixi enerji mənbəyini – yemək, istirahət, yuxu, nəfəs alma, fiziki
hərəkətlər təşkil etdiyi qənaətində idi.
4. Bütün uşaqlarla əks əlaqə prinsipi
Mühüm vəzifədən biri hər bir dərsdə bütün uşaqlara öz
müvəffəqiyyətləri barədə məlumat verilir. Bütün şagirdlərlə əks
əlaqə prinsipi şagirdi hər dərsə hazır gəlməyə stimullaşdırır.
Seçmə yolu ilə sorğu aparanda şagirdlər oyun qaydalarını tez
mənimsəyir, dərsə hərdənbir hazırlaşırlar. Beləliklə, sinifdə
tələblər formalaşır. Şagird belə fikirləşir: Əgər, məndən işin
nəticələrini soruşmayacaqsa hər dəfə nəyə hazırlaşmağımın nə
əhəmiyyəti var. Şagirdlər dərsə gələndən bir neçə həftə sonra
şüurlu və şüursuz surətdə bu nəticəyə gəlirlər. Bu prinsipi lazımi
şərait yaratdığı halda həyata keçirmək olar. Hər şeydən əvvəl ev
tapşırıqları uşaqların gücünə müvafiq olmalıdır. Tapşırıqlar verən
zaman başqa fənlər də nəzərə alınmalıdır. Çox təəssüf ki,
31
məktəbdə ev tapşırıqlarının dəqiq həcmi yoxdur. Bu işdə
müəllimlər müxtəlif cür hərəkət edirlər.
5.Müntəzəm olaraq təkrar etmək prinsipi.
Tədris materialı ilə ilk dəfə tanış olandan sonra onu bir
neçə dəfə təkrar etmək lazımdır. 1-2 dərsdən sonra keçirilən
materiala qayıtmaq lazımdır. Burada sual yarana bilər: bəs vaxtı
haradan tapaq? Axı, çox zaman bu proqramda nəzərə alınmır.
Problemi proqramda həll etmək olar. İl ərzində keçirilən materiala
qayıtmaq və əsas fikirləri təkrar etmək lazımdır. Dərs ilinə ötən
tədris ilində keçirilən materialın təkrarı ilə başlamaq lazımdır.
Yay ərzində çox şey şagirdin yadından çıxır. Normal və sağlam
psixika belə qurulmuşdur. Təkrar etmədiyimiz hər hansı məlumat
şüurdan çıxıb şüuraltıya keçir və yaddan çıxır. Ona görə də
bilikləri aktuallaşdırmaq üçün tədris ilinin əvvəlində onları təkrar
etmək lazımdır.
6. Optimal psixi gərginlik prinsipi.
Həm şagirdlər, həm də müəllimlər üçün zəruridir. Şagirdi
həm həddən artıq yükləmək, həm də az yükləmək pisdir. Şagird
az psixi gərginlik şəraitində inkişaf etmir. Bu tələbi müəllimə də
aid etmək olar. Əgər müəllimlər dərsdə hər şeyi özləri etmək
istəyirlərsə, bu müəllimlərin psixi cəhətdən yüklənməsinə gətirib
çıxarır. Odur ki, şagirdlərə daha çox səlahiyyətlər vermək
lazımdır. Onları tədris prosesinin idarə olunmasına cəlb etməyə
imkan verən bir çox texnologiyalar vardır.
7. Tədris prosesində şagirdlərin maksimum iştirakı
prinsipi.
Bu prinsip dərsdə şagirdləri müxtəlif növ fəaliyyətə cəlb
etməyi nəzərdə tutur. Bu məqsədlə qarşılıqlı sorğu keçirilir.
Yaranan problemlər, cavablardakı kəm-kəsirlər aradan qaldırılır.
Burada prinsip belədir: şagirdlərin görə biləcəyi işi müəllim
görməməlidir. Bu prinsip müəllimi artıq yükdən azad etməyə
imkan verir. Şagirdi vacib fəaliyyətə cəlb etmək onu nəinki
inkişaf etdirir, həm də tərbiyə edir. Tədris prosesində real fəaliy-
yətdə uğur qazanmaq situasiyasını yaratmaqla təlimin tərbiyə-
edici, inkişafetdirici məqsədlərinə müvəffəqiyyətlə nail olunur.
32
8. Təlimdə yaxın inkişaf zonasına oriyentasiya prinsipi.
Əgər uşaq çalışmanı yerinə yetirə bilmirsə onda təlimi
həmin uşağın inkişafına, səviyyəsinə endirmək lazımdır. Əgər
şagird fəaliyyətindəki qüsuru düzəldə bilmirsə, onda ona irad
tutmağa ehtiyac yoxdur. Çünki bu irad onun inkişafına heç bir
təsir göstərməyəcək. Əgər göstərmiş olarsa bu neqativ tərəfdən
(uşaqda onu əhatə edən adamlardan intiqam almaq hissi formalaşa
bilər) özünü təzahür edəcəkdir.
9. Müəllim və şagirdlərin vahid məqsədlər üçün
birləşməsi prinsipi.
Bu iş prinsipi məqsədləri, texnologiyaları şagirdlərə zorla
qəbul etdirməməlidir. Tədris prosesini təkmilləşdirmək üçün
müzakirələr keçirmək olur. Təlim prosesinin texnologiyası
müəllim və şagirdlərin fəaliyyətinin birgə məhsulu olmalıdır.
Amerika məktəblərində komisiyalar yaradılır. Həmin komissiya
müəllim və şagirdin bu cəmiyyətdə birləşməsidir. Bir qrup
müəllim bir sinfin şagirdləri ilə birləşir, onlar arasında müqavilə
bağlanır. Müqavilədə şagirdin və müəllimin ayrılıqda nəyə cavab
verəcəyi göstərilir. Amerika məktəblərində aparılan sorğunun
nəticələri göstərir ki, bu forma şagirdlərin xoşuna gəlir. Onlar
qayğı hiss edir. Müəllimin öz nailiyyətləri üçün böyük məsuliyyət
daşıdığı göstərilir.
Pedaqoji texnologiyaların təhlili məktəb rəhbəri və məktəb
psixoloquna kömək etməlidir. Təlim prosesində ən səmərəli yol
bu və ya digər situasiyada ən əlverişli olan pedaqoji texnologiyanı
tətbiq etməkdir. İndi biz bəzi pedaqoji texnologiyanın təhlilinə
baxaq:
1. “Fikirlərin hücumu” (Məqsədlər) – şagirdlərin yaradıcı
fikirlərini birləşdirməklə elmi və ya təlim problemini həll etmək.
“Kollektiv beyin” yaratmaq
2. Əməkdaşlıq etmək bacarığını, qanunatabelik vərdiş-
lərini təhlil etmək
3. Şagirdlərin yaradıcılığını inkişaf etdirmək
Bu texnologiya məktəbdə sorğu zamanı yeni materialları
öyrənməkdə, keçmiş materialları təhlil etməkdə və ümumiləş-
33
dirəndə, problemi həll edəndə və başqa hallarda tətbiq edilir.
Bundan bütün fənlərin tədrisində istifadə etmək olar. Onun
ardıcıllığı gedişatı belədir.
1. Şagirdlərə mövzu, məqsəd bildirilir, onlarda motivasiya
yaradılır.
2. Əməkdaşlığın ümumi qaydaları bildirilir.
3. Qiymətləndirmə meyarı bildirilir.
4. Elmi aspektlər və məqsədlər təyin olunur.
5. Müəllim və ya başqa məsul şəxs ilkin situasiyanı şərh
edir. O, deyir: Uşaqlar, qarşıda tədris ili durur. Biz onu maraqlı
keçirə bilərik. Amma onu necə keçirmək bizim özümüzdən
asılıdır. İndi bizim hər birimiz tədris ilində nə ilə məşğul olmaq
istədiyimizi açıq-aşkar deyə bilərik. İstədiyiniz təsnifləri təklif
edin. Bilin ki, başqalarının təklifini tənqid etmək olmaz.
6. Başlanğıc informasiya ilə tanış olunur, onu dinləyir,
əgər hansı məsələ aydın deyilsə sual verib dəqiqləşdirirlər.
7. Əlavə informasiya verilir, əgər lazım gələrsə müəllim
son nəticəni bir daha qeyd edir, “fikirlərin hücumu” başlayır. Hər
bir təklif qısa formada yazılır, ekspertlər fikirləri qısa ifadə
etməyə kömək edirlər. Katiblər isə yazırlar. Ekspertlər, katiblər
“fikirlərin hücumu”na müntəzəm olaraq müdaxilə
edirlər,
dinləyicilərin təklifinə heç kim cavab vermir, heç kim təhlil etmir,
necə deyilirsə, yazı taxtasına elə də yazılır, hücumun müddəti 45
dəqiqədən çox olmur.
8. Şagirdlərin fəallığı sönür, təkliflər gəlmir, fikirlərin
hücumu başa çatır.
9. Ekspertlər “fikirlərin hücumu”nu təhlil edir, növbəti
məşğələdə nəticələr bildirilir.
10. Müəllim və ya məsul şəxslər yekunlaşdırırlar və
ümumiləşdirmələr aparırlar.
Tədris prosesində “fikirlərin hücumu” texnologiyası az
tətbiq olunur, çünki bu çətin texnologiyadır.
34
ƏDƏBİYYAT
1.
Bədəlova A. Pedaqogikanın müasir problemləri.
(Magistrlər üçün proqram). Bakı, 2009.
2. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.
3. Mehrabov A. və b. Pedaqoji texnologiyalar. Bakı, 2006.
4. Mərdanov M. Azərbaycan təhsili yeni inkişaf
mərhələsində. Bakı, 2009.
5. Nəzərov A. “Müasir təlim texnologiyaları” fənni üzrə
proqram. Bakı, 2010.
6. Sadıqov F. Pedaqogika. Bakı, 2006.
7. Təlim-tərbiyə işinin təkmilləşdirilməsində və huma-
nistləşdirilməsində yeni forma, metod, üsul və sitemlərin tətbiqi
təcrübəsindən (Prof. Ə.Ə.Ağayevin redaktorluğu ilə), Bakı, 1997.
35
V MÖVZU
TƏLİMDƏ İNTERAKTİV METODLAR VƏ FƏAL TƏLİM
METODLARI PROBLEMİ
PLAN:
1. Hazırda interaktiv metodlar, fəal təlim metodları,
təlim
texnologiyaları
anlayışlarına
tez-tez
rast
gəlməyin səbəbləri
2. Yeni anlayış kimi meydana çıxan “interaktiv
pedaqogika” ifadəsinin konkret mənası
3. Təlim prosesində şagirdlər arasında əlaqə, qarşılıqlı
təsir və əməkdaşlığın əsas səbəbi
Hazırda interaktiv metodlar, fəal təlim metodları, təlim
texnologiyaları anlayışlarına tez-tez rast gəlirik. Xarici beynəlxalq
təşkilatlar, milli qurumlar, müasir təlim metod və texnolo-
giyalarının təbliği müəllimlər arasında yayılması ilə əlaqədar 10
ildən artıqdır ki, seminarlar, mühazirələr, layihələr keçirirlər.
Öyrənilən yeni tərz, metod, vasitə və yanaşmalar yara-
dıcılığı, müstəqilliyi inkişaf etdirməklə yanaşı, insan şəxsiyyətini,
onun insanlara, təbiətə, cəmiyyətə
münasibətini, mənəvi
dünyasını və s. inkişaf etdirməli, zənginləşdirməlidir.
Əvvəlcə, interaktiv sözü haqqında: “interakriv” anlayışı
ingilis dilindən dilimizə, o cümlədən digər dillərə keçmədir.
Hazırda “interakriv pedaqogika”, “interaktiv təlim”, “interaktiv”
təlim metodları” və yaxud, yığcam olaraq “interaktiv metodları”
ifadələrinə tez-tez rast gəlirik.
Yeni anlayış kimi meydana çıxan “interakriv pedaqogika”
ifadəsini ilk dəfə 1975-ci ildə alman tədqiqatçısı Hans Frits
işlətmişdir. Alimin tədqiqatlarında interaktiv prosesin məqsədi bu
proses iştirakçılarının davranış modelini dəyişdirmək və yax-
şılaşdırmaqdır. O, interaktiv metodlar haqqında interaktiv tərbiyə
prosesi kimi danışır. Belə ki, alimə görə təlimdə interaktivliyi
müəllim və şagirdin qarşılıqlı təsir – əməkdaşlıq qabiliyyəti kimi
izah etmək olar. İnter – (ingilis dilində Enter) – ara (insanlar
36
arası), qarşılıq (insanların qarşılıqlı anlaşması, əməkdaşlığı, işi) və
s. kimi başa düşülür. Metod olaraq interaktivlik təlim prosesində
müəllim və şagird arasında işin gedişindən – mövzudan, şərhdən,
dialoqdan, rollu oyundan həmin anda meydana çıxan yanaşma,
izah və s.-dir. Yəni, bu tərz irəlicədən planlaşdırılmır, işin – təlim
prosesinin gedişi bu məqamı ortaya çıxarır və daha çox şagirdin
müstəqilliyi müdaxiləsi ilə baş verir.
Digər tərəfdən, interaktivlik şagirdlərin özləri arasında da
ola bilər. Əsas cəhət odur ki, bu prosesdə əməkdaşlıq edən,
öyrənənlər və öyrədən eynihüquqlu mövqedə dayanırlar. Təbii ki,
müəllim öyrədən olaraq təşkilatçılıq, koordinator, məsləhətçi,
fasilifator funksiyasını yerinə yetirir. Şagirdlərin işlərinə mü-
daxilə etmədən problemləri qoyur, istiqamər verir, nəzarət edir,
axtarış strategiyasını hazırlamağa kömək edir, amma təlim
tapşırıqları üzərində uşaqlar özləri birlikdə öz aralarında mü-
bahisə edərək, diskussiya apararaq işləyirlər.
Bununla yanaşı, hər bir şagirdin öz fikri, ideyası olur.
Mübadilə nəticəsində fikirlər dəyişir, ideyalar təzələnir. Beləliklə,
psixoloji abu-hava dəyişir. Qrupdakı zəif şagirdlər də müzakirədə
fəal iştiraka qoşulurlar: məsələlərin müzakirəsi və kollektiv
müzakirənin gedişində biri-birini dinləməyə alışırlar.
Hər bir təlim tapşırığının bu cür həlli vasitəsilə onlar
idraki axtarıcılıq taktikalarını təkmilləşdirir, təlimdə öz müvəf-
fəqiyyət formulunu hər kəsin özü qurur.
Beləliklə, təlim prosesində şagirdlərarası əlaqə, qarşılıqlı
təsir və əməkdaşlıq əsas olur. Təlim nəticəsi təlim prosesi
iştirakçılarının qarşılıqlı qüvvəsi ilə əldə edilir, şagirdlər təlim
nəticələrinə görə öz üzərilərinə qarşılıqlı məsuliyyət götürürlər.
Bunlar imkan verir ki, şagirdlər:
– Biliyi qavrama prosesini daha anlaşıqlı etsinlər;
– Öz fikrini formalaşdırmağı, onu düzgün ifadə etməyi,
öz nöqteyi-nəzəri əsaslandırmağı, müzakirələşdirməyi və
sübut etməyi öyrənirlər;
–
Digərini eşitməyi, dinləməyi, alternativ fikrə hörmət
etməyi öyrənirlər;
37
– Müxtəlif sosial vəziyyətləri modelləşdirməyi, müxtəlif
həyatı vəziyyətlərə qoşulmaqla və bu həyatı duymaqla
öz sosial təcrübələrini zənginləşdirirlər;
–
Qrupda konstruktiv münasibətlər qurmağı, burada öz
yerini müəyyənləşdirməyi, konfliktlərdən qaçmağı,
onları həll etməyi, kompromis axtarmağı, dialoqa səy
etməyi öyrənirlər;
–
Təlim materiallarını təhlil edir, onlara yaradıcı
yanaşırlar;
–
Problemin ümumi həllini tapırlar;
–
Layihələrlə iş fəaliyyətinə, müstəqil işləməyə, yaradıcı
işlər görməyə alışırlar və s.
İnteraktiv metodlar müəllim və şagird əməkdaşlığını
reallaşdırır, onları konstruktiv qarşılıqlı hərəkətə alışdırır, dərsdə
psixoloji iqlimi sağlamlaşdırır, xoş abu-hava yaradır.
Azərbaycanda interaktiv metodlarla işləyən az sayda olan
müəllimlərin iş təcrübəsi xarici təcrübənin səmərəliliyini təsdiq
edir. Lakin təlim prosesində məsələyə yanaşmada tam təqlid
köçürmə olmamalıdır. Hər bir fəal, işgüzar Azərbaycan müəllimi
şagirdlərin sosial şəraitini, ictimai mühitini, milli mentalitetini,
adət-ənənələrimizi, fənnin, mövzunun fundamentallığını və ya
praktikliyini, fənlərarası əlaqəni, hətta bilgilərin inteqrasiyasını,
yaş və anlaq həyat təcrübəsi səviyyəsini və pedaqoji-metodik,
psixoloji-iradi xüsusiyyətləri nəzərə almalı, prosesin təşkilinə
yaradıcı yanaşmalıdır.
Qeyd edək ki, interaktiv təlim metodlarından həmişə
istifadə etmək onun təsirini azalda bilər. Həqiqi təlim üçün metod
və texnologiyalar qarşıya qoyulmuş məqsəd və şəraitdən asılı
olaraq seçilməlidir. Ona görə də müəllimlər məqsəd və şəraitdən
asılı olaraq seçilməlidir. Müəllimlər fənnə, mövzuya, şagirdlərin
təcrübə və bilik səviyyəsinə görə bütün təlim modellərində
müxtəlif metodika və texnologiyalardan istifadə etməlidirlər.
Əsas odur ki, təlim uşaqları inkişaf etdirsin. Onlara düşünmək,
müstəqil fikir söyləmək, biliklərini tətbiq edə bilmək bacarıqları
38
aşılasın. Onlarda ünsiyyət, anlaşma mədəniyyəti, öz problemlərini
həll edə bilmək qabiliyyəti formalaşdırsın.
Deməli, interaktiv təlim dedikdə, dərsdə yaranan, təlim
prosesində meydana çıxan, şagirdlərarası öyrənmə ünsiyyəti və
əməkdaşlığı, müəllim – şagird birliyi nəzərdə tutulur.
Çevik düşündürücü iştirak fəallığını doğurmayan metodlar
uşaqların marağını təmin etmir, onları canlandırmır, fəaliyyətə
qoşmur. Digər tərəfdən, hər bir uşağın (şagirdin) öz idealı,
marağı, həyata hazırlıq istəyi var. Belə ki, təlimin həm məzmunu,
həm də metodları bu istəyi təmin etməlidir. Daha bir amil isə,
vətəndaş təhsili və tərbiyəsinin aktuallığıdır.
Bütün bu şərtlər müasir təlimin məzmunca metod və
texnologiyalara görə yeniləşməsini zəruri edir.
Pedaqoji prosesdə baş verən yeniliklərdən biri də təlimdə
tərbiyəediciliyin daha da artmasıdır. İnteraktiv təlim şagirdlərə
bilik vermə prosesində həm də onları iradi, əxlaqi, əqli, estetik,
mədəni, hüquqi, ekoloji, iqtisadi və digər akseoloji dəyərlər
yönümündə inkişaf etdirir, formalaşdırır.
Yeni tələblərə cavab verən pedaqoji kadr olmadan təhsili
yenilik səviyyəsinə qaldırmaq mümkün deyildir. Hər şey
müəllimdən, təhsili idarə edən insanlardan, onların vətəndaşlıq
amalından, ləyaqət, mənəviyyat, mədəniyyət və müasir tələblərə
cavab verən peşə – ixtisas hazırlığından asılıdır.
Fəal və interaktiv metodlar bir-birilə sıx bağlıdır, amma
tam eyni deyillər. İnteraktiv metodların hansı prosesdə zərurətə
çevrildiyini irəlidə qeyd etmişik. Bəs, fəal təlim metodları nədir?
Bu anlayış XX əsrin 80-cı illərindən Azərbaycanda
işlənməyə başlamışdır. “Fəal” sözü bəlli olduğu kimi daha işlək,
hərəkətdə, təsirdə olan mənasını verir. Fəal təlim metodlarının
interaktiv təlim metodları ilə yaxınlığı mahiyyətindən doğur, lakin
doğuluş və seçim təsirinə görə bir-birindən fərqlənir. Belə ki, əgər
interaktiv metodlar dərsdə təlim prosesinin gedişindən doğursa,
yəni biri digərini əvəz edərək meydana çıxırsa və öyrənənlərin
hamısının birlikdə tam, müstəqil fəaliyyətini təmin edirsə, fəal
metodlar irəlicədən planlaşdırılmış təlimin fəallaşdırılmasına
39
şərait yaradır. Ənənəvi olaraq işlənən söz metodları, əyani,
praktik metodlar bu gün də fəal metodlar sırasına daxildir. Rollu
oyunlar, müxtəlif xarakterli didaktik çalışmalar, esse, test tap-
şırıqlarının icrası, diskussiya, müzakirə və s. fəal təlim metod-
larıdır. Təlimin fəal metodları dedikdə, öyrənənlərin məlumat-
lanmasını, idrak müstəqilliyini, fikri fəallığını, yaradıcılığını
artıran metodlar nəzərdə tutulur.
İnteraktiv təlim qarşılıqlı fəaliyyət prosesində yaradıcı
fəaliyyətə əsaslanmaq deməkdir. Bu gün məktəb nə üçün
interaktiv təlim sorağındadır? Ənənəvi təlimin mahiyyəti ondan
ibarətdir ki, təlimdə müəllimin fəaliyyətinin izahlı illüstrativ
xarakteri üstünlük təşkil edir. Birinci yerə yalnız tədris vəzifələri
ilə məhdudlaşan fənn xarakterli bilik, bacarıq və vərdişlərə
yiyələnmək dururdu. Müəllimin fəaliyyəti ona yönəlirdi ki, necə
etsə, hər şeyin aydın olmasını, başa düşülməsini təmin edə bilər.
Bu da təlim fəaliyyətini yerinə yetirərkən müəllimin başlıca
meyarı olurdu. Ənənəvi təlim tipində müəllim-şagirdl münasi-
bətləri birtərəfli idi. Şagirdlər müəllimin dediklərini icra edir, onu
təqlid edir, müəllim kimi olmağa çalışır. Dərsdə müəllimlə
şagirdlər ancaq işgüzar əlaqə saxlayırlar.
İnteraktiv təlim şagirdlərə bilik vermə məsələlərində, həm
də onları iradi, əxlaqi, əqli, estetik, mədəni, hüquqi dəyərlər
yönümündə inkişaf etdirib formalaşdırır. İnteraktiv metodları
aktuallaşdıran bir sıra tələblər var:
1. İnsanların bazar iqtisadiyyatı cəmiyyətində yaşaması və
hər kəsin özünün bu cəmiyyətdə yaşaya bilməsi üçün hazır-
lanması zərurəti;
2. Uşaqların 20-30 il əvvəlki zamana görə dünyagörü-
şünün, sosial, texniki məlumatlıq səviyyəsinin yüksək olması;
3. Deməli, çevik, düşündürücü idrak fəallığını doğur-
mayan metodlar uşaqların marağını təmin etmir, onları
canlandırmır, fəaliyyətə qoşmur.
Təlim strategiyası nədir? Təlim strategiyaları müəllimin
təlim prosesində istifadə etdiyi metod, forma və üsulları əhatə
edir. Pedaqoji ədəbiyyata təlim metodlarının müxtəlif növlərinin
40
olduğu göstərilir. Məsələn, beyin həmləsi (əqli hücum), BİBÖ,
klaster (şaxə) anlayışının çıxarılması, söz assosiasiyaları, akva-
rium, rollar üzrə oyun, venn dioqramı, layihələrin hazırlanması,
ESSE və s.
Beləliklə, “Tədris prosesinə fəal təlim metodlarının daxil
edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, təfək-
kürün inkişafına, təlimin keyfiyyətinin yüksəldilməsinə şərait
yaradır. Fəal təlim metodlarının tətbiqi nəticəsində “Təhsil sahə-
sində İslahat proqramı”nın təlim-tərbiyə prosesinin demok-
ratikləşdirilməsi, humanistləşdirilməsi, humanitarlaşdırılması,
diferensiallaşdırılması, fərdiləşdirmə, inteqrasiya prinsiplərini
geniş tətbiq etməklə həyata keçirmək olar”. (A.Mehrabov və b.
Pedaqoji texnologiyalar. Bakı-2006, səh. 282)
Dostları ilə paylaş: |