MühaziRƏ psixoloji maariFLƏNDİRMƏ və psixoloji konsiLİum psixoloji maarifləndirmənin məqsədi, vəzifələri və formaları



Yüklə 57,87 Kb.
səhifə1/6
tarix26.01.2023
ölçüsü57,87 Kb.
#81022
  1   2   3   4   5   6
muhazire 3


MÜHAZİRƏ 3.PSİXOLOJİ MAARİFLƏNDİRMƏ və PSİXOLOJİ KONSİLİUM
1.Psixoloji maarifləndirmənin məqsədi, vəzifələri və formaları
2.Valideyinlərlə aparılan psixoloji maarifləndirmə işinin məzmunu və forma­ları.
3.Müəllimlərlə aparılan psixoloji maarifləndirmə işinin məzmunu və forma­ları.
4. Psixoloji konsiliumun mövzusu, tipləri və təşkili formaları.
5. Psixoloji konsilium praktik psixoloqun əsas iş metodlarından biri kimi


1-ci sual. İnsanın hələ dərinləşməmiş, problemə çevrilməmiş çətinliklərini həll etmək məqsədilə psi­xo­­­loji xidmət işində məzmunca münasib olan sahə psixoloji maarifləndirmədir və o,təhsil sis­te­min­də praktik psixoloji xidmətin strukturunda özünəməxsus yer tutur.
Psixologiyanın imkanları olduqca genişdir, lakin bir çox insanlar bu elmin uğurlarından ya­rar­­lana bilmirlər. Buna ya inanmır, ya maraq göstərmir, ya da ümumiyyətlə özünü “psixoloq” hesab edə­­rək ona ironiya ilə yanaşırlar. Psixologiyaya belə münasibətdən asılı olmayaraq onun başlıca və­zi­fələrindən biri cəmiyyətdə psixoloji mədəniyyətin yüksəldilməsidir. İnsanların bu və ya digər hə­ya­ti çətinlikləri həll etməsində psixoloji bilikləri mənimsəmə və onlardan yararlanmalarına kömək et­mək məqsədilə praktik psixologiyada ayrıca istiqamət – psixoloji maarifləndirmə yaranmışdır.
Psixoloji maarifləndirmənin aktual problemi bütövlükdə cəmiyyətdə, eləcə də psixoloqa mü­raciət edənlər arasında psixoloji biliklərin yayılmasıdır. Təhsildə psixoloji maarifləndirmə de­dik­də onun subyektləri: uşaq, şagird, müəllim və valideyinlər arasında psixoloji biliklərin təbliği, bu bi­­lik­­lərə marağın artırılması, fəaliyyət və ünsiyyətdə istifadə yollarının çatdırılmasıdır. Bu, bü­töv­­lük­­də praktik psixologiyanın başlıca vəzifəsinə - cəmiyyətin psixoloji sağlamlığının qo­run­ma­sı­na və inkişafına xidmət edir.
Psixoloji maarifləndirmənin mövzusu müəyyənləşdirilərkən müvafiq sahələrdə fəaliyyət gös­­tərən insan qruplarında psixoloji biliklərin yayılması nəzərdə tutulur. Bu prosesə psixoloqlar müx­­təlif metodlarla yanaşaraq insanların daxili potensialını aşkar etməyin, onları inkişafa yönəlt­mə­yin yollarını izah edirlər.
Məktəbdə psixoloji maarifləndirmənin məqsədi təhsil subyektlərinə insanın psixoloji quru­lu­şu, təhsilalanların öyrənmə və mənimsəmə, təhsilverələrin peşə fəaliyyətinin xüsusiyyətləri, bü­töv­lükdə isə hər bir kəsin üzləşdiyi həyati problemlərdən çıxış yolları barədə zəruri infor­masiya­lar ötür­məkdir.
Təhsil müəssisələrində psixoloji maarif­lən­dir­mə işi təhsilləndirici və profilaktik məqsəd daşıyır.
Praktik psixoloq müəllim, tərbiyəçi və valideyinlər arasında müxtəlif forma­da maarif­lən­dir­mə işi aparır. Bununla da onları “Uşaq psixologiyası”, “Ailə psixo­logi­ya­sı”, “Şəxsiyyət və şəxsiy­yət­­­lər­ara­sı münasibətlər psixologiyası”, “Ünsiyyət psixo­lo­­gi­yası” və s. kimi konkret biliksahələrilə ta­nış edir. O, həm də uşaqların inkişafı, təlimi və tər­­biyəsi, pedaqoji təsir üsullarının psixoloji xüsu­siy­­­yət­ləri, yaş dövrlərinin də­yiş­mə­­silə əlaqədar onların psixologiyasında meydana çıxan böhranla­rın psixo­lo­ji tə­biəti ilə tanış edir, yaranan münaqişələrin həlli yolları haqqında məsləhətlər və töv­si­yələr verir.
Təhsilləndirici maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlər sıra­sın­da xüsusi ha­zır­­lığı olmayan şəxslərlə terminoloji sahədə görülən işlər mühüm yer tutur. Maarifləndirmə sa­hə­sin­də görülən işlərin əsas təşkilat forması qrup şək­lin­də aparılan işlərdir. Bunların sırasında müha­zi­rə­lər, söhbətlər, diskussiya xa­rak­ter­li disputlar, seminarlar, treninqlər, zəruri ədəbiyyatın seçil­məsi və s. əsas yer tu­tur. Qeyd olunan maarifləndirici tədbirlərin həyata keçirilməsinin əsas vasitəsi ver­­bal-kommunikativ vasitələrdir. Bu cür təsir formaları monoloji, dialoji və qrup ün­siy­yətinin im­kan­ları nəzərə alınmaqla təşkil olunur. Maarifləndirmə işinin tematik məz­munu müəllim, tərbiyəçi və valideyinlərin sorğuları və psixoloqun tə­şəb­büs­ləri əsasında müəyyənləşdirilir. Psixoloq ehtiyac yarandıqda bəzi problemli məsə­lə­lərin müzakirəsini qabaqcadan planlaşdırır. Valideyinlər arasında aparılan maarif­lən­dirmə işində aşağıdakı problem mövzular müzakirə edilə bilər:

  • uşaqların bağçaya adaptasiyası və məktəbə hazırlanması ilə bağlı məsələlər;

  • uşaqların cinsi identifikasiyası və psixoseksual inkişafı ilə əlaqədar mövzular;

  • texniki informasiya mənbələrindən istifadə ilə əlaqədar məsələlər;

Müəllim və tərbiyəçilər üçün bu mövzular sırasına aşağıdakılar daxil edilə bilər:

  • uşaqlar üçün inkişafetdirici proqramların hazırlanması və onlardan istifadə;

  • psixi pozuntuların simptomatikası və inkişafda geriqalma məsələləri;

  • uşaqların ümumi və xüsusi qabiliyyətləri;

  • uşaq, yeniyetmə və gənclərdə istedadın inkişaf etdirilməsi;

  • “risk qrupu”na aid edilən uşaq və yeniyetmələrlə işin təşkili;

  • “çətin” uşaqlarla təlim-tərbiyə işlərinin təşkili xüsusiyyətləri.

Psixoloji maarifləndirmə işində verbal-kommunikativ vasitələrlə yanaşı, qey­ri-verbal vasi­tə­lər­dən də geniş istifadə olunur. Məktəbəqədər müəssisələrdə və mək­təbdə stendlərdən, xüsusi mətn­lərdən, illüstrativ materiallardan, kitab və bukletlərdən, test və anket nümunələrindən ibarət gu­şə­lərin hazırlanması məq­sə­də­uy­ğun­dur. Bundan başqa, psixoloq öz iş otağında yaratdığı kitab­xa­na­da ailə, valideyin­lər üçün və nikah məsələlərinə aid olan xüsusi seçilmiş ədəbiyyatlar da cəm­ləş­dirə bilər. Müəllim və tərbiyəçilər üçün guşədə pedaqoji-psixoloji ədəbiyyatların sax­lanması məq­sə­də­uyğundur.
Məktəbəqədər uşaq tərbiyə müəssisələrində və məktəbdə psixoloqun yar­dı­ma ehtiyacı olan şəxslərə göstərdiyi kömək əsasən kommunikativ təsirə əsas­lanır və tövsiyə xarakteri daşıyır. Bu qarşılıqlı təsir müəssisə rəhbərliyinin, müəllim və tərbiyəçilərin, həmçinin valideyin və uşaqların sorğuları əsasında həyata keçiri­lir. Belə qarşılıqlı əlaqə psixoloq tərəfindən keçirilən sorğular əsasında in­formativ və korreksiyaedici-profilaktik məzmunlu tövsiyələrin hazırlanması yolu ilə reallaşmış olur. Psixoloji məsləhətlərin təşkilinin əsas forması fərdi məsləhətdir.
Təhsil müəssisəsinə cəlb edilmiş uşaqların davranış qüsurlarına görə onların gü­nah­lan­dırıl­ma­sı halları baş verdikdə, asosial davranışın motivlərini müəy­yən­ləş­dirmək, onun təzahürlərini ara­dan qaldırmaq psixoemosional və psixosomatik ba­xımdan müalicəsi və tərbiyəsi məqsədilə aidiyyəti şəxslərə məsləhət və töv­si­yələr verir.
Psixoloq ona ünvanlanan sorğuların təhlili əsasında yaşlıların uşaqla qar­şı­lıq­lı münasi­bə­tin­də yaranan real çətinliklərin aradan qaldırılması üçün elmi cəhəd­dən əsaslandırılmış psixoloji təsir strategiyası qurur, taktiki variantları müəy­yən­ləşdirir.
Təhsil sistemində pedaqoji prosesin psixoloji təminatı praktik psixoloqun öh­də­sinə düşən vəzifələrdən biridir. Bu, praktik psixoloji xidmətin qarşısında qo­yul­muş istiqamətlərdən biridir və ontogenetik inkişaf prosesində fərdin inkişafının psixoloji qanunlara müvafiq qurulmasında pedaqoji təsirlərin rolunu nəzərə almağı vacib şərt kimi irəli sürür.
Pedaqoji prosesdə təhsilləndirici vəzifənin yerinə yetirilməsi təhsil proq­ram­la­­rı­nın psixoloji müşayiəti əsasında, tərbiyə prossesi isə tərbiyəedici situasiyaların psi­xoloji təminatı vasitəsilə həyata keçirilir.
“Uşaq bağçasında təlim və tərbiyə proqramı” məktəbəqədər müəssisələrdə pe­daqoji pro­se­sin həyata keçirilməsində əsas icbarı sənəddir. Məktəbəqədər təlim və tərbiyə prosesinin bütün məz­munu bu proqramda öz əksini tapmışdır. Bu sənəd uşaq­ların sağlam və normal psixi inkişafı məq­sədlərinə xidmət edir, onlar üçün əlve­rişli inkişafetdirici mühitin yaradılması tələbini, uşaqların sensor, əqli, estetik, fiziki, əxlaq, əmək tərbiyəsi üzrə məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Uşaq bağçalarında təlim və tərbiyə işlərinin əsas təşkilat forması məşğələdir. Müxtəlif tipli məşğələlər uşaqların təhsilləndirilməsi, tərbiyə edilməsi və inkişafetdirici vəzifələrin yerinə yetirilməsinə xidmət edir.
Dünyanın bir çox inkişaf etmiş ölkələrində müxtəlif tipli məktəbəqədər uşaq tərbiyə müəs­si­sə­ləri yaradılmışdır. Dövlət və kommersiya tipli uşaq bağçalarını, uşaq lisey və mərkəzlərini, progimnaziyaları və s. bunlara misal göstərmək olar. Belə məktəbəqədər müəssisələrin hər birinin özü­nə­məxsus məqsəd və vəzifələri, onlardan irəli gələn diferensial proqramları mövcuddur. On­la­rın bəziləri bazis, yəni ümumi inkişaf, digərləri isə xüsusi inkişaf xarakterlidir.
Ümuminkişaf tipli proqramlar özündə bazis və ontogenetik inkişafın yaş mərhələlərinə uyğun pedaqoji-psixoloji təsir istiqamətlərindən irəli gələn məqsədləri birləşdirir. Belə proqramlar bir-birindən fərqli və alternativ xarakterli olub, inkişaf prosesi haqqında əsas nəzəri təsəvvürlər əsasında yaradılır.
Xüsusi proqramların tərkibində isə ümumi ontogenetik inkişaf haqqında konsepsiyaların müddəaları ilə yanaşı, uşaqların xüsusi inkişafına yönəlmiş nəzəriyyələr əsasında onların dərindən mənimsədilməsi məqsədləri irəli çəkilir.
Məktəbdə psixoloji maarifləndirmənin təşkili psixoloqun ən ümdə vəzifələrindən biridir. Psi­­xoloji maarifləndirmənin məqsədi insanları psixoloji problemlərdən çı­xış yollarının mövcudlu­ğu­­na inandırmaqdır. Onun münasib yollarından biri əhali ara­­sında psixoloji mədəniyyətin artırıl­ma­sı məqsədilə təbliğat işlərinin aparıl­ma­sı­dır. Bu yolla psixoloji maarifləndirmə işi aşağıdakı məsə­lə­lə­rin həllini təmin edir:

  • cəmiyyətdə sabit, etibarlı psixoloji xidmət ənənəsi yaranır;

  • cəmiyyət praktik psixoloqun funksiyası, fəaliyyəti, vəzifələri haqqında məlumatlandırılır;

  • hər bir insanın psixoloji xidmətə ehtiyacının olmasının mümkünlüyü izah edilir;

  • uşaqların psixoloji problemləri və onların bir çoxunu həll etməyin mümkünlüyü barədə valideyinlərdə inam yaradılır;

  • cəmiyyət psixoloji xidmətin uğurlu nəticələri ilə tanış edilir;

  • cəmiyyətdə praktik psixoloji xidmət mədəniyyəti inkişaf edir.

Burada psixoloji mədəniyyət dedikdə onun 3 əsas komponenti nəzərdə tutulur:

  1. Özünüdərktetmə və özünüqiymətləndirmə - təhsil subyektlərinin özünü adekvat dərketməsi və qiymətləndirilməsi;

  2. Başqalarını dərketmə - təhsil subyektlərinin başqalarını dərk etməsi və qiymətləndirməsi: müəllimlərdə fasilitatorluq mədəniyyətinin, şagirdlərə humanist münasibətin formalaşması, şagirdlərdə özünüfəallaşdırmanın inkişafı, valideyinlərdə məktəbin funksiyalarını adekvat qiymətləndirmə, məktəb kollektivinə mənəvi-psixoloji dəstək mədəniyyətinin yaranması.

  3. Öz hərəkətlərini, hiss və emosiyalarını, ünsiyyətini idarə etmək, münasibətlərini tənzim­lə­mək.Təhsil subyektlərinin bunlara əməl edərək münasibətlərini sivil qaydada tənzimləməsi və özünüaktuallaşdırması.

Maarifləndirmə işi bir neçə formada aparılır:

  1. Fərdi maarifləndirmə:konsultasiya, söhbət, sorğu;

  2. Qruplar və yarımqruplarla iş (ailə, mikroqruplar): müzakirə, diskussiya, disput, seminar, dəyirmi masa, məşğələ, oyun, treninq konsilium və s.;

  3. İctimai maarifləndirmə:

  1. Elmi və ictimai mətbuat;

  2. Elmi-kütləvi, ictimai tədbirlər və s.

Bu işlər insanların psixoloji vəziyyətinin qaydaya salınmasına, yax­şı­laş­dı­rıl­ma­sına yönəl­di­lir. Bütün hallarda maarifləndirmə işində cəmiyyətin mədəni də­yər­lə­ri, auditoriyanın sosial, yaş, cins xüsusiyyətləri, dini mənsubiyyəti və digər amil­lər nəzərə alınır. Hazırlanan məlumatlarda müasir psixologiyanın elmi nəticələrinə is­tinad edilir.
Məlum olduğu kimi, praktik psixoloqun işi bir sıra sənədlər əsasında tənzimlənir. Bu sənədlərdən biri də psixoloji maarifləndirmə işləri ilə bağlı sənədlərdir.

Yüklə 57,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin