MühaziRƏ psixoloji maariFLƏNDİRMƏ və psixoloji konsiLİum psixoloji maarifləndirmənin məqsədi, vəzifələri və formaları



Yüklə 57,87 Kb.
səhifə2/6
tarix26.01.2023
ölçüsü57,87 Kb.
#81022
1   2   3   4   5   6
muhazire 3

Nümunə 1.İdarəetmənin psixologiyası haqqında rəhbərlər və müəllimlərlə aparılan maarifləndirmə işinin qısa məzmunu



S.S.

Mövzu

Icra forması və üsulları

Tarix

Qeyd

1

İdarəetmə psixologiyası



Məsləhət, məzruzə, məqalə, seminar, treninq, diskussiya, diaqloq

Plan üzrə




2

Müəllimlərlə işgüzar münasibətlərin formal və emosional məzmunu

3

Idarəetmənin demokratik üslubu

4

Pedaqoji kollektivin idarə olunmasının psixoloji problemləri

5

Müəllimin rəhbərlik üslubunun tipologiyası

6

Müəllimin rəhbərlik üslubunun formalaşmasının psixoloji problemləri

7

Müəllimin pedaqoji paradiqmasının modeli

8

Müəllimin səmərəli rəhbərlik üslubunun keyfiyyət göstəriciləri

9

Şagird qruplarında müəllimin fasilitaror fəaliyyəti

10

Müəllimin problem-situasiyalara rəhbərliyində psixoloji səriştələri

11

Şagirdlərin qarşılıqlı münasibətlərinin inkişafında məktəb rəhbərləri və müəllimin rolu.

...






Nümunə 2.Valideyinlərlə inkişaf, tərbiyə və təhsilin psixologiyası haqqında aparılan maarifləndirmə işlərinin qısa məzmunu



S.S.

Mövzu

İcra forması və üsulları

Tarix

Qeyd

1

İnkişafın psixologiyası



Məsləhət, məzruzə, məqalə, seminar,
treninq, diskussiya, diaqloq

Plan üzrə




2

Valideyin – övlad münasibətlərinin sosial-emosional məzmunu

3

Vadlieynlərin tərbiyə üslubunun tipologiyası

4

Övlad tərbiyəsinin psixoloji problemləri

5

Ailədə qarşılıqlı münasibətlərin uşaq psixikasına təsiri

6

Ailənin psixoloji modeli

7

Ailədaxili münaqişələrin uşaqların təlim fəaliyyətinə neqativ təsiri

8

Övladların psixi inkişafında ana və atanın rolu

9

Valideyinlərin cinsi rollarının uşağın cinsi inkişafına təsiri

10

Ailədki övladların qarşılıqlı münasibətlərinin onların şəxsiyyətinə təsiri

11

Valideyin – müəllim münasibətlərinin psixoloji xüsusiyyətləri

12

“Risk” qrupuna daxil olan uşaq və yeniyetmələrin psixoloji problemləri

13

Uşaqlarda psixi inkişafın ləngiyən bioloji, sosioloji və psixoloji amilləri

14

Yeniyetmələrdə deviant davranışın yaranma səbəbləri

15

Uşaq və yeniyetmələrdə təlim çətinlikləri yaradan psixoloji amillər

....

..............................






Nümunə 3. Şagirdlərlə özünüinkişaf, özünütərbiyə, təlim motivasiyası, pedaqoq və həmyaşıdlarla qarşılıqlı münasibətlərin psixologiyası, “Sağlam həyat tərzi”haqqında aparılan maarifləndirmə işinin qısa məzmunu



S.S.

Mövzu

İcra forması və üsulları

Tarix

Qeyd

1

Psixoloji yaşın xüsusiyyətləri



Məsləhət, məzruzə, məqalə, seminar, treninq, diskussiya, diaqloq

Plan üzrə




2

Özünütərbiyənin psixoloji problemləri

3

Təlim çətinliklərinin yaranma səbəbləri

4

Şəxsiyyət nədir?

5

Şəxsiyyətin inkişafında özünütənzimetmənin rolu

6

Cinsi rollar nədir?

7

“Risk” qrupuna daxil olan uşaq və yeniyetmələrin psixoloji problemləri

8

Həmyaşıdlarla qarşılıqlı münasibətlər

9

Müəllimlərlə qarşılıqlı münasibətlər

10

Psixi inkişafı ləngidən bioloji, sosiloji və psixoloji amillər

11

“Sağlam həyat tərzi” lahiyəsi

12

QİÇS -ə qarşı nə etməli?

13

Alkoqol və narkomaniyanın insan psixikasına təsiri

14

Peşəyönümümün düzgün müəyyənləşdirilməsi

15

İnsan münasibətlərinin psixoloji məzmunu

...

............................












2-ci sual. Praktik psixoloq özünün peşəkar fəaliyyətinin bütün istiqamətlərində vali­deyn­lər­lə birgə fəa­liy­yətin zəruriliyini daim diqqət mərkəzində saxlamalıdır. Bu, ilk növbədə inkişafın so­sial situ­a­si­yasının formalaşdırılmasında valideyinlərin rolu ilə əlaqədardır.
Məktəb psixoloqunun valideyinlərlə işi bir neçə istiqaməti əhatə edir. Şagirdlərin ailələri ilə sıx əməkdaşlıq və qarşılıqlı inam şəraitində işləmək üçün praktik psixoloq ilk növbədə xeyirxah məs­ləhətçi rolunda çıxış etməli, ailənin da­xili işlərinə fəal müdaxilə etmək cəhdlərindən uzaq olma­lı­dır. Psixoloq valideyin yı­ğıncaqları təşkil etmək və ailələrə getmək yolu ilə uşaqların aktual prob­lem­lərinin həll edil­mə­sində valideyinlərin yaxın həmkarı olmalı, maarifləndirmə və məsləhətvermə sahə­sində görəcəyi konkret işləri irəlicədən planlaşdırmalıdır. Psixoloq uşaq­ların hüquqlarının müdafiəçisi olsa da övlad – valideyin ünsiyyəti ilə bağlı ya­ra­nan problemlərin həllində fəal iştirak etməli, zəruri hallarda valideyinlərə psi­xoloji dəstək verməlidir.
Ailə mühitinin mənəvi-psixoloji cəhəddən qeyri-sağlam olması, ailə üzvləri arasında qar­şı­lıq­lı münasibətlərin qeyri-adekvatlığı uşağın koqnitiv sferası ilə yanaşı, ünsiyyət sferasının for­ma­laş­­masına da mənfi təsir göstərir. Qeyri-sağlam təsirlər və həyat tərzi çox vaxt müxtəlif psixi po­zun­­tuların, normadan kənaraçıxma hallarının yaranmasına və şəxsiyyətin disharmoniyasına səbəb olur, aşağı özünüqiymətləndirmənin və aqressivliyin səbəbi kimi özünü göstərir. Valideyinlərin uşaq­­la­ra qeyri-normal yaşanma tərzi, onların şəxsiyyət keyfiyyətlərindəki əlverişsiz amillər(prinsi­pial­lıq, hədsiz tələbkarlıq, səbirsizlik, yüksək iddialılıq, eqosentrizm, tez-tez təkrarlanan nevrotiv hallar, affektivlik, uşağı hər bir göstərişi sözsüz yerinə yetirməyə təhrik etmə, uşaqlara qarşı inam­sız­lıq, emosional kütlük və introvertlik kimi xüsusiyyətlər) onlarla valideyinlər arasında qarşılıqlı sev­gi və etibarın itməsinə gətirib çıxarır. Ailədə uşaqlarla qarşılıqlı münasibətin tez-tez pozulması fo­nunda onlara güclü psixoloji xəsarət yetirilmiş olur. Bu isə nevrotik reaksiyaların yaranmasının katalızatoruna çevrilir.
Uşaqlarla,xüsusilə də “çətin” və ya mürəkkəb davranışlılarla aparılan profilaktika və kor­rek­siya işləri, ailə və valideyinlərlə iş çox mühüm, mürəkkəb və zəruri fəaliyyət sahəsidir. Bu isti­qa­mət­də aparılan işlər pedaqoq, psixoloq, həmçinin sosial pedaqoq vəpedaqoji-psixoloji xidmət sahə­lə­rini də əhatə edir.Məlum olduğu kimi, “çətin” uşaq və yeniyetmələrin davranış qüsurlarının pro­fi­­l­ak­­­ti­ka­sı və korreksiyası sahəsində həyata keçirilən tədbirlər bütöv bir sistemdir və burada ailə əsas təsi­rə malikdir.
“Çətin” uşaqların davranış qüsurlarının yaranmasında ailədaxili münasibətlərdəki dishar­mo­ni­ya və nöqsanların təsiri heç də az deyildir. Bu baxımdan, psixoloq valideyinlərlə psixo­pro­filak­ti­ka və korreksiya məqsədilə apardığı işlərdə aşağıdakı cəhədlərə xüsusi diqqət yetirməlidir:

  • ailə münasibətlərindəki disharmoniyanın və ailə tərbiyəsindəki qüsurların aradan qaldı­rıl­­masının profilaktikası məqsədilə məlumatverici-maarifləndirici işin həyata keçiril­məsi;

  • ailə tərbiyəsi tipinin müəyyənləşdirilməsi, valideyinlərin uşaqlarla münasibətini və bü­töv­lükdə ailədaxili münasibətlərin öyrənilməsi məqsədilə diaqnostik işlərin həyata keçirilməsi;

  • ailə üzvləri arasında sağlam qarşılıqlı münasibətlərin bərpa edilməsi məqsədilə kom­pleks korreksiyaedici tədbirlərin həyata keçirilməsi və ailə tətbiyəsində özünügöstərən qü­surların korreksiyası.

Uşaq və yeniyetmələrin tərbiyəsindəki kənaraçıxma hallarının profilaktikası və korreksiyası məq­sədilə psixoloq ailələrlə aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsini diqqət mər­kə­zin­də saxlanılmalıdır.
Valideyinlərlə məlumatlandırıcı-maarifləndirmə işləri ailə tərbiyəsində və ailədaxili münasi­bət­lər­də yol verilmiş mümkün qüsurların profilaktikası məqsədilə həyata keçirilir. Bununla əla­qə­dar valideyinləri uşaq və yeniyetmələrin rəftar və davranışında pozuntulara səbəb olan ailə müna­si­bət­ləri tiplərilə tanış etmək lazımdır. Ailədaxili münasibətlərdəki qüsurların əsas mənbəyi ailə cüt­lü­yü adlanan ərlə arvad arasındakı disharmoniya və onu şərtləndirən ailə münaqişələridir. Ailə mü­na­­qişələri mürəkkəb sosial hadisədir. Bu münaqişələr bir tərəfdən ərlə arvadın münasibətlərindəki soyuqluq, yadlaşma, get-gedə onlarına normal xarakter alması, digər tərəfdən, şəxsi ustanovkaların, rol gözləmələrinin təhrif olunmasıdır.
Sağlam ailədə hər bir ailə üzvünün psixoloji rolu olur. Belə ailələrdə mütəhərrik müvazinət, ailə ümumini əks etdirən “Biz” formalaşır, ailədaxili münasibətlərdə yarana biləcək ziddiyyətləri və münaqişələri ailənin hər bir üzvü tərəfindən sərbəst aradan qaldırmaq istəyi olur.
Ahəngdarlıq olmayan ailələrdə isə qarşılıqlı münasibətlər səmimiyyətdən uzaqdır, müva­zi­nət tez-tez pozulur, ailədaxili və xarici funksiyaların həllinin optimal yollarını müəyyənləşdirməkdə çətin­liklər özünü göstərir. Belə ailədə hər bir ailə üzvü özünün üstünlüyünü, şəxsi iddia və tələb­lə­ri­ni qabarıq şəkildə ortaya ataraq ailədə ziddiyyət və münaqişələrin alovlanmasına bais olur.
Ər-arvad cütlüyü arasındakı disharmoniya uşağın emosional və şəxsi inkişafına mənfi təsir gös­tərir ki, bu da uşaq və yeniyetmələrin davranışında normadan kənaraçıxma hallarının əsas mən­bə­lərindən biridir. Korlanmış ər-arvad münasibətləri dolayısı iləvalideyin-övlad münasibətlərinə, bu­nunla da uşaq və yeniyetmələrin davranışında normadan kənara çıxma hallarının əsas mən­bə­lə­rin­dəndir və onların davranış və tərbiyəsində qüsurların yaranmasına güclü təsir göstərir.
Məhəbbət, nəvaziş və qayğı uşaqlarda təhlükəsizlik hissi yaradır. Açıq-aşkar imtina və baxımsızlıq isə aqressivliyə, emosional qeyri-yetkinliyə səbəb olur.
Psixoloqun valideyinlərlə apardığı maarifləndirmə işləri ər-arvad cütlüyü arasındakı müna­si­bət­lərin uşaqların tərbiyəsinə təsirinə və ailə tərbiyəsi tiplərinin izahına yönəldilməlidir. Belə iş for­ma­ları mühazirələrdən, seminarlardan, söhbətlərdən, mütəxəssisləri də cəlb edildiyi tematik valideyin yığıncaqlarından ibarət ola bilər.


3-cü sual.Təhsil sistemində psiхоlоji хidmət işində ən аktuаl məsələ təhsil subyеktləri: uşаqlаr, şа­gird­­lər, müəllimlər və vаlidеynlər аrаsındа psiхоlоji mааrifləndirmənin аpаrılmаsıdır. Bu, həm оn­lа­rın özləri, həm də uşаq, yеniyеtmə və gənclərin psiхоlоji sаğlаmlığının təmin еdilməsi üçün vа­cib­dir.
Müəllim və tərbiyəçinin fəaliyyətinin səmərəliliyi onların peşə mühiti ilə yanaşı, peda­qo­ji ün­siyyət bacarıqlarından, şagirdlərin yaş və psixoloji xüsusiyyətləri haqqında bi­liklərinin səviyyə­sin­dən, başqa sözlə, peşə səriştəliliyindən əhəmiyyətli dərəcədə asılıdır.
Ali pedaqoji məktəblərdə gələcək müəllimlərin psixoloji hazırlıq səviyyəsi ilə müasir mək­tə­bin müəlliminə verilən peşəkar fəaliyyət tələbləri arasındakı zid­diy­yət danılmaz fakta çev­ril­miş­dir. Müəllimin psixoloji səriştəliliyi onun peşəkar fəaliy­yətinin zəruri tərkib hissəsi olduğuna görə, hər şeydən əvvəl, ali məktəblərdə psi­xologiya kursunun praktik istiqaməti, psixoloji biliklərin kon­struk­tiv imkanları ge­niş­ləndirilməlidir. Müəllimin peşəkar psixoloji səriştəliliyinin yük­səl­dilmə­sin­də aşağıdakı amillər kompleks şəkildə nəzərə alınmalıdır:

  • psixologiya üzrə qazanılmış bilik, bacarıq və vərdişlərin səviyyəsi;

  • müəllimin öz peşə fəaliyyətində psixoloji biliklərin rolunu və əhəmiyyətini aydın dərk etməsi;

  • şagirdlərlə iş prosesində psixoloji biliklərdən istifadə bacarıqları;

  • uşaqların idrak proseslərinin, emosional və iradi aləminin, xarakter əlamətlərinin forma-laş­dırılmasında, psixoloji situasiyanın qiymətlən­di­ril­mə­sində rasional təsir metod­ların­dan istifadə bacarıqları;

  • uşağın hərtərəfli inkişafı üçün onun psixikasına uzunmüddətli optimal təsir imkanları.

Təhsildə praktik psixoloji xidmət şəbəkəsinin genişlənməsi zəruri hə­­ya­ti tələbat və real­lıq­dır. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər ixtisasartırma və təkmilləş­dir­mə kurs­ları vasitəsilə psixologiya el­min­­dəki yeniliklərlə tanış olsalar da, indi bu sahədə ağırlıq mər­kəzi əhə­­miy­yə­tli şəkildə məktəb psixoloqunun üzərinə düşür. Onun iş sistemində müəllimlər ara­­­sında apa­rılan psixoloji maarifləndirmə işləri müəyyən yer tutur. Bu isti­qa­mət­də aparılacaq işlə­rin sistemində aşağıdakı məsələlər diqqət mərkəzində sax­la­nıl­malıdır:

  • müəllimlərin ümumi psixoloji savadının yüksəldilməsinə kömək etmək;

  • şəxsiyyətin inkişafı prosesini öyrənmək üçün asan diaqnostik metodi­ka­la­rı mənim­sə­mək­də onlara kömək göstərmək;

  • şagirdlərin və şagird kollektivlərinin psixi inkişafında müşahidə olunan qü­surların ara­dan qaldırılmasında psixoloji biliklərə istinad edilməsini təmin etmək;

Psixoloqun müəllimlərlə işi o halda səmərə verə bilər ki, müəllimlər öz peşə fəa­liyyətinin mahiyyətini dərk edərək özünütəhsil və özünüinkişafın zəruriliyini an­lamış olsunlar.
Pedaqoji konsiliumların təşkili və keçirilməsində psixoloq öz mütəxəssis möv­qeyini ortaya qoy­mağı bacarmalı, şagirdlər haqqında məlumatların yalnız müəl­limlərdən deyil, müxtəlif mənbə­lər­dən əldə edilməsinin mümkünlüyünü və zəruriliyini əsaslandırmağı bacarmalıdır.
Psixoloqun müəllimlərlə işinin əsas məqsədlər pedaqoji prosesin hər bir uşağın azad inkişafı mü­hitinə çevrilməsinə yardım göstərməkdən, təlim-tərbiyə prosesində hər bir uşağın fəaliyyətinin, ma­raq və meyillərinin formalaşmasına əlverişli zəmin ya­­ratmaqdan ibarətdir. Bu məqsədlərə nail ol­maq üçün psixoloq, ilk növbədə, müəl­lim­­lər arasında müasir pedaqoji-psixoloji nəzəriyyələrin fəal təbliğinə nail ol­ma­lı­dır. Şagirdlərin təlimi, tərbiyəsi, inkişafı və bu proseslərlə bağlı fəaliyyət mo­tiv­­lə­ri­nin diqqətlə öyrənilməsi psixoloqun müəllimlərlə işi sistemində önəmli rol oy­na­yır.
Pedaqoji kollektivlə iş prosesinə qoşulmaqla psixoloq müəllimlər və məktəb rəhbərləri ara­sın­da mənəvi cəhəddən sağlam və işgüzar qarşılıqlı münasibətlərin bər­­­qərar olmasına, onların pe­da­qo­ji-psixoloji mədəniyyətinin, peşəkarlığının yük­səl­­dilməsinə, davranış və fəaliyyətdə ref­lek­­­si­ya­nın yaranmasına xüsusi diq­qət yetirməlidir. Qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün məktəb psi­xoloqu müəl­limlərin daimi fəaliyyət göstərən seminarını təşkil edir, burada müəllimlərin pe­şə fəaliy­yəti ilə bağlı müxtəlif pedaqoji-psixoloji problemlərinin müzakirələrini ke­çirir. Belə müza­ki­rə­lərdə müəllimlərlə yanaşı, sinif rəhbərləri, uşaq birliyi təş­ki­la­tının rəhbəri və məktəb rəhbərləri də işt­irak etməlidirlər.
Ali pedaqoji məktəblərdə tələbəlik illərində bütün ixtisasların tələbələri psi­xo­logiya kursunu öyrənir, bəzi ixtisaslarda isə məktəbdə psixoloji xidmətin ümumi nə­zəri məsələləri ilə tanış olurlar. Müasir dövrdəyeni pe­daqoji təfəkkürə əsaslanan təhsil quruculuğu prosesində hər bir müəllim psi­xo­lo­ji bilik və bacarıqlara böyük tələbat hiss edir. Ona görə də bu sahədəki mövcud boş­luğu dol­dur­maq üçün psixoloji xidmət sisteminin və onu həyata keçirən əsas şəxs kimi praktik məktəb psi­xo­lo­qunun üzərinə bir sıra vəzifələr düşür:
1.Müəllimlər arasında maarifləndirmə işinin və psixoloji biliklərin təbliğinin forma və metodlarının müəyyənləşdirilməsi;
Bu istiqamətdə həyata keçirilən tədbirlərin təşkilində yaş və pedaqoji psixo­lo­giya kursu üzrə te­matik mühazirə və seminarlardan, pedaqoji psixologiyanın ak­tu­al mə­sə­lə­lə­ri­nin müzakirəsinə həsr olunmuş “dəyirmi masa” və debatlardan isti­fa­də etmək müm­kün­dür. Müəllimlər arasında psi­xo­­loji biliklərin təbliğinin vəmaarifləndirmə işi­nin əsas mərkəzi kimi psixoloji xidmət kabi­ne­tin­də­ki psixo­loji ədəbiyyatlardan, res­pub­likamızda çap olunan “Məktəb psixoloqu” qəze­tin­dəki mate­rial­­lardan, şagirdlərin öyrə­nilməsi üçün müxtəlif metodikalardan isti­fa­də etmək məqsədəuyğundur. Ra­yon və şəhər təhsil şöbələri “Ən yaxşı psixoloji xid­mət kabineti” müsabiqəsini keçirməklə bu sahədəki işlərin canlandırılmasına sti­mul yarada bilərlər.
2.Müəllimlərin şagirdlərin öyrənilməsi metodları ilə tanış edilməsi;
Hər bir müəllim gündəlik peşə fəaliyyətində rastlaşdığı pedaqoji situa­siya­ların həllində, şübhəsiz ki, psixoloji biliklərə bu və ya digər səviyyədə istinad et­məli olur. Lakin müəllimlərin ha­mı­sı heç də həmişə lazımi psixoloji səriştə nümayiş et­dirə bilmir, böhranlı situasiyalarda çaşıb qa­lır və ya gülüş hədəfi olurlar. Şagird­lə­ri öyrənmə metodları haqqında kifayət qədər nəzəri biliyə, təd­qiqat me­to­di­ka­la­rı­na bələd olmayan müəllimlər onların maraq və meyillərini, təlimdə geri­qal­ma­nın, ay­rı-ayrı şagirdlərin qüsurlu davranışının səbəblərini öyrənməkdə, belə halların da­ha səmərəli üsul­larla aradan qaldırılması yollarını müəyyənləşdirməkdə çətinlik çə­kir­lər. Məktəb psixoloqu on­ları şagirdlərin təlim əməyinin nəticələrini, davranış motivlərini, həyat plan­la­rı­nı, idrak maraqlarını, ün­siyyət dairəsini, sinifdəki mövqeyini müəyyənləşdirməyə im­kan verən təbliğat metodları ilə tanış et­məli, ayrı-ayrı metodikaların tətbiqi xü­susiy­yətləri haqqında məlumat verməli, tematik kon­si­li­um­lar, sosial-psixoloji tre­ninqlər keçirməlidir. Psixoloq müəllimləri şagird haqqında informasiyanın əldə edilməsi mənbələri ilə tanış etməli, daha etibarlı mənbələrin diaqnostik meto­di­ka­lar olduğunu bildirməlidir.
3.Müəllimlərin korreksiya metodları ilə tanış edilməsi.
Psixoloqun müəllimlər arasında apardığı maarifləndirmə işinin sistemində onlar­ın müxtəlif korreksiya metodikaları ilə tanış edilməsi mühüm yer tutur. Psi­xo­ko­rreksiya üzrə iş­lər şagirdlərin koq­nitiv proseslərdən tutmuş, şəxsiyyət key­fiy­yət­lə­rinin, onların yaşlılar və yaşıdları ilə qarşılıqlı müna­sibətlərinin, davranış pa­to­lo­gi­ya­ları da daxil olmaqla çox bö­yük fəaliyyət zonasını əhatə edir. Psi­xo­loq müəllimləri qeyd olu­nan sahələrdə fəaliyyət üçün zə­ru­ri metodikalarla və iş üsulları ilə tanış edir, onlarla fərdi və qrup halında iş apa­­ra­raq bu metodikalarla işin xü­su­siy­yət­lə­ri barədə mə­lu­mat­landırır. Psixoloq bununla bağlı tematik seminarlar təşkil edə bilər.

4-cü sual.Bütün canlılarda olduğu kimi, insanın inkişafı da problemsiz ötüşmür, heç də həmişə ahəng­d­ar formada getmir. Müx­təlif daxili və xarici təsirlərdən onun harmoniyası pozulur. Nəticədə or­qa­nizm­də (somatik sistemdə) və psixikada gərginlik, pozuntu, ləngimə, yayınma əmə­lə gə­lir. Bə­zən də daha ciddi problemlərin yaranmasına səbəb olur. Bu məsələ­lə­rin mü­­rəkkəbliyi göstərir ki, prak­tik psixoloq bir sıra problemlərin aradan qa­l­dı­rıl­masın­da insan problemləri ilə məşğul olan di­gər mü­təxəssislərin - həkim, psixiatr, psi­xo­terapevt, patopsixoloq, defektoloq, loqoped, sosioloq, pe­­da­qoq, hüquqşünas və s. - məsləhətlərindən yararlanmalı olur. Belə məsləhətləşmələr psixoloji kon­­­si­li­um­­lar adlanır.


Psixoloji konsilium (müxtəlif xarakterli psixoloji problemlərin aradan qal­dı­rılması məq­sə­di­lə mütəxəssislər arasında aparılan fikir mübadiləsi) müzakirələr və məsləhətləşmələrdir. Bu mənada təh­sil sistemində çalışan psixoloqların təşkil etdikləri konsiliumlar onun bütün mər­hə­lə­lə­ri üzrə ida­rə­­etmə sistemində işləyənləri(rəhbər, müavin, sinif rəhbərləri, müəllim, tərbiyəçi, eləcə də xidmət per­­sonalı - həkim, psixiatr, psixoterapevt, psixoloq, loqoped və defektoloq, bir sıra hallarda vali­de­yin, yuxarı siniflərdə oxuyan şagirdlər və digər şəxsləri) əhatə edir.
Konsiliumun mövzusundan asılı olaraq bu şəxslər müzakirələrə müxtəlif funksiyalarla cəlb olunurlar. Bu zaman onların funksiyaları aşağıdakılardan ibarət olur: təşkilatçi; iştirakçi, ekspert; proqram müəllifi;həmmüəllif.
Müxtəlif situasiyalarda mövzular dəyişilir. Bununla əlaqədar göstərilən funksiyalar da dəyişə bilir.
Təhsil sistemində psixoloqun təşkilatçılığı və iştirakı ilə aparılan konsilium­lar bilavasitə onun subyektlərində, təhsil prosesində, tədrisdə, idarəetmədə yaran­mış problemlərin aradan qal­dı­rıl­­masına yönəldilir. Bu baxımdan təhsil sistemində iş­lə­yən praktik psixoloqların keçirdikləri psixo­lo­ji konsiliumların mövzusunu təh­sil problemləri ilə bağlı olan məsələlər təşkil edir. Konkret olaraq psi­xo­loji kon­si­li­um təhsil subyektləri, təhsil prosesi, onun strategiyası və taktikası ilə bağlı prob­lem­­­lərin həllində cavabdeh mütəxəssislərin birgə müzakirəsi prosesidir. Pedaqoji prob­lemlərin həl­li­­nə yönəldilmiş psixoloji konsiliumlarda müzakirə olunan prob­lem­lər diaqnostika və psixokor­rek­si­ya­da aşkar olunmuş (tematik, yaxud həll edil­mə­si pranlaşdırılmış) frontal psixoloji məsələlərlə əla­qə­­ləndirilir. Nəticədə prob­le­min həlli yolları razılaşdırılaraq qərar qəbul olunur.
Psixoloji konsiliumlar çoxsaylı funksiyaların yerinə yetirilməsinə yönəl­di­lə­rək müxtəlif tipli prob­lemlərin həlli məqsədilə təşkil olunur. Məktəb təcrübə­sin­də, ailə psixoloji xidmətində, eləcə də uşaq praktik psixologiyasında konsiliumların aşağı­da­kı tipləri müəyyənləşdirilmişdir: tibbi-psixo­lo­ji; fizioloji-psixoloji; defektoloji-psixoloji; pedaqoji-psixoloji; psixoloji.
Bu konsiliumlarda müzakirə olunan problemlərin həllinin optimal yolları müəyyənləşdirilir.

Yüklə 57,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin