MühaziRƏ psixoloji maariFLƏNDİRMƏ və psixoloji konsiLİum psixoloji maarifləndirmənin məqsədi, vəzifələri və formaları



Yüklə 57,87 Kb.
səhifə4/6
tarix26.01.2023
ölçüsü57,87 Kb.
#81022
1   2   3   4   5   6
muhazire 3

Psixometrik qaydalar.Kliyentin subyektiv cəhədlərini, qrupun xüsusiyyətlərini aş­kar etmək üçün müxtəlif konteksdə iş aparıla bilər. C.Kelli belə məsələlərin öy­rə­nilməsində psixometrik qay­da­lara - sosial bələdəşməyə, qrup və fərdi kon­si­lium­la­ra üstünlük verir. Eyni zamanda, kon­silium­la­rın əhəmiyyətini göstərir. Sosial bə­ləd­ləşmə və konsiliumlar arasında oxşarlıqlar var. Hər ikisi in­sa­nın fərdiliyinin izlənilməsinə imkan verir.
Nəzəri qaydaları konsiliumların metodologiyası müəyyən edir. Müzakirə edilən mövzunun han­­sı əsaslarla təhlil ediləcəyindən, problemlərin hansı metodikalarla aradan qaldırılacağından asılı ola­raq onun nəzəri qaydaları dəqiqləşdirilir. Burada 3 komponent iştirak edir:

  • problemin şərhi üçün münasib nəzəriyyə;

  • problemin aradan qaldırılması yolu – diaqnostika, konsultasiya, yaxud korreksiya;

  • prob­lemin həllində tətbiq olunacaq metodika - psixoanalitik, koqnitiv, ekzistensial, hu­ma­­­nistik və s.

Etik qaydalar psixoloqun peşə fəaliyyəti üçün müəyyənləşdirilmiş etik nor­ma­larla tən­zim­lə­nir. Bu qaydalar konkret problemin həlli ilə əlaqədar olaraq konsiliumlarda kliyentin hüquqlarının və psixoloqun vəzi­fə­lə­ri­nin inteqrasiyası yolu ilə məh­dudlaşdırıla bilər.
Psixoloji konsiliumların təşkili formaları müxtəlifdir: müşavirələr, konkret proqramların mü­­za­kirəsi, işgüzar görüşlər, seminarlar, diskussiyalar.
Müşavirələr zamanı diaqnozun və korreksiyanın nəticələri əsasında görüləcək işlərin gələ­cək planı qurulur. Şagird, uşaq şəxsiyyətinin inkişafı nəzərə alınmaqda diaqnoz və korreksiyanın me­­xanizmi müəyyənləşdirilir.
Konkret proqramların müzakirəsində tərbiyəvi, inkişafetdirici və korreksiyaedici işlərin hə­­­yata keçirilməsi üçün proqramlar müzakirə olunur. Onun müəllifi psixoloq, yaxud işçi qrup ola bi­­­lər. Bu halda psixoloq həmmüəllif, yaxud ekspert rolunda çıxış edir. Konsilumun nəticələrinin sə­mə­­­­rəliliyində məsul şəxs psixoloqdur. Bu baxımdan, psixoloqun işi aşağıdakı şərtlərlə müəyyən olu­nur:

  1. seçilmiş metodun yaş, fərd, qrup xüsusiyyətlərinə, psixoloji prinsiplərə uyğunluğu;

  2. tərbiyəvi, inkişafetdirici və korreksiyaedici proqramın uşaqların, şagirdlərin yaş, fərdi və qrup xüsusiyyətlərinə uyğunluğu;

  3. proqram icraçılarının şəxsi keyfiyyətlərinin şagirdlərin şəxsi və qrup xüsusiyyətlərinə uy­ğun­luğu;

  4. şagird kollektivinin şəxsiyyət xüsusiyyətlərinin inkişaf meyarlarının və korreksiya proqra­mı­nın effektivliyi arasındakı uyğunluq.


Yüklə 57,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin