BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Sosial-
siyasi elmlər seriyası
2013
PSİXOLOGİYA
UOT 159.9:316.37
YENİYETMƏLƏRİN ZƏRƏRLİ MADDƏLƏRDƏN
SUİ-İSTİFADƏSİNİN SƏBƏBLƏRİ VƏ ADDİKTİV DAVRANIŞIN
SƏCİYYƏSİ
E.İ.ŞƏFİYEVA
Bakı Dövlət Universiteti
shafiyeva@mail.ru
Yeniyetmələrdə narkomanlıq riski yaradan obyektiv, subyektiv və müdafiə amillərini
sada
layan müəllif onların hər birinin təhlilinə xüsusi yer ayırmışdır.
Həmçinin zərərli maddələrdən sui-istifadə edən yeniyetmələrinin diaqnostikasına
yönəlmiş bi çox praktik tədbirlər də məqalədə öz əksini tapmışdır.
Ümumilikdə, məqalə maraqlı, aktual və praktik əhəmiyyətə malik mövzuda anlaqlı
tərzdə yazılmışdır və onun çap olunması məqsədəuyğundur.
Açar sözlər: yeniyetmələrdə narkomanlıq, yeniyetmələrdə alkoqolizm, yeniyetmələrdə
toksikomaniya, yeniyetmələrdə zərərli maddələrdən istifadə riski yaradan obyektiv, subyektiv
və müdafiə amilləri, addiktiv davranış
Narkotik madd
ələrdən sui-istifadənin nəticələri rəsmi olaraq sosial təh-
lük
əli hesab edilir, çünki onların ilkin qəbulu zamanı cəzbedici psixi vəziyyət
yaranır, onun sistematik qəbulu zamanı isə bu maddəyə aludəçilik, yəni fiziki
v
ə psixi asılılıq əmələ gəlir. Səhiyyə Nazirliyinin əmri ilə narkotiklər siyahısına
daxil
edilmiş preparatlar narkotik maddə hesab edilirlər.
Narkomaniya
elə bir xəstəlikdir ki, bu narkotik maddələr siyahısına daxil
edilmiş maddələrin mütəmadi qəbulu nəticəsində törənib, özünü bu mad-
dələrdən psixi və fiziki asılılıq şəklində büruzə verir. Toksikomaniya – rəsmi
olaraq narkotik
maddələr siyahısına daxil edilməmiş maddələrdən psixi və
fiziki
asılılıqla üzə çıxan xəstəlikdir.
Narkomaniya
və toksikomaniya arasında kliniki yox, yalnız tam hüquqi
fərq vardır.
Addiktiv
davranış anlayışı altında müxtəlif maddələrdən sui-istifadə
edilməsi nəzərdə tutulur ki, nəticədə bu maddələrdən fiziki asılılıq yaranmamış
109
psixi
vəziyyət dəyişir. Addiktiv davranışın iki inkişaf yolu vardır. I yolda olan
yeniyet
mələr müxtəlif toksiki maddələrin təsirini öz üzərində sınaqdan
keçirirlər və özləri üçün daha cəzbedici olanını seçirlər. Birinci sınaq mərhələsi
addiktiv
davranışın başlanğıcını qoyur. Bunun ardınca təkrar sınaqlar gəlir.
Belə axtarış “polinarkotizm” mərhələsi adlanır. Yeniyetmələr narkotiklər də
daxil olmaqla ya spirtli içki, ya da
digər toksiki maddələr qəbul edirlər. Onların
motivi
isə məlum xoş təəssüratların yaşanması olur.
Addiktiv davr
anışın inkişafının II yolunu seçən yeniyetmələr yalnız bir,
daha asan
əldə edilən toksiki maddələrdən sui-istifadə edirlər.
Yeniyet
mələrdə obyektiv və subyektiv amillərin təsiri zərərli maddə
qəbul etməyə şərait yaradır.
I. Obyektiv
amillər
1)
iqtisadi
və sosial uğursuzluq. Sosial baxımdan uğursuz ailənin
uşaqları mühitdən təcrid olunur, yaşayış şəraiti pis olur, valideynləri
nüfuzlu
vəzifədə çalışmır və ya işsiz olur. Belə uşaqlar qanun pozanlar,
alkoqol
və narkotik qəbul edənlər arasında çoxluq təşkil edir;
2)
pis
qonşular və ictimai baxımdan narahat yaşayanlar. Cinayətkarlıq
yüksək səviyyədə olan rayon və zonalarda, sakinləri tez-tez dəyişən
evlərdə yeniyetmələr zərərli maddələrin qəbuluna riskli olurlar;
3)
tez-tez
yaşayış yerini və məktəbini dəyişənlər zərərli maddə qəbuluna
daha meylli olurlar. Lakin
əgər ailə yeni yaşayış yerində tez zamanda
ünsiyyətdə qonşularla yaxşı münasibət yaratsa, bu risk azalır;
4)
zərərli maddələrin qəbuluna yol verən qanun və qaydalar. Yəni
narkotik
qəbuluna icazə verən qanunlar olarsa, yeniyetmələrin ondan
ist
ifadə riski daha da artır;
5)
alkoqol
və narkotikin əldə olunması nə qədər asan olsa, yeniyetmələ-
rin ondan ist
ifadə ehtimalı bir o qədər artmış olur. Məsələn, bu
maddələr daha asan əldə olunan rayonda yerləşən məktəblərdə ondan
ist
ifadə daha yüksək səviyyədə olur.
II. Subyektiv
amillər
1)
ailəvi meyllilik. Narkotik və alkoqol qəbul edənlər arasında doğulub
və tərbiyə alan uşaqlar ondan istifadəyə daha meyllidirlər. Yəni həm
genetik
amillər, həm də mühitin təsiri buna səbəb olur. Məsələn, al-
koqolizm
xəstəsinin ailəsində doğulan uşaq, hətta başqa ailədə tərbiyə
olunsa da bu
xəstəliyə 2-4 dəfə çox düçar olma riskinə malikdir;
2)
t
ərbiyənin düzgün aparılmaması. Əgər ailədə uşaq sərbəst olub öz-
özünə məxsusdursa, dəqiq davranış norması yoxdursa və ya tərbiyə
prakt
ikası həddən artıq sərtdirsə, bu yeniyetmələr qanun pozuntularına
daha tez-tez yol
verirlər və narkotik qəbuluna meyllidirlər;
3)
ailədə səmimi qarşılıqlı münasibətlər neqativ halların qarşısını alır;
4)
antisosial
davranış və hiperaktivlik. Kiçik məktəb yaşı dövründə
ünsiyyət çətinliyi olan və yoldaşları ilə yaxşı yola getməyən, tez-tez
dalaşan uşaqlar yeniyetməlik dövründə qanun pozanlar və narkotik
110
qəbul edənlər sırasında olurlar. Əgər bu uşaqların aqressivliyi hiper-
akt
ivliklə müşayiət olunarsa, zərərli maddə qəbulu riski daha da artır;
5)
valideynlərin alkoqol, narkotik qəbul etməsi və bu maddələrə pozitiv
münasibət bəsləməsi. Əgər ailədə valideynlər özlərini sakitləşdirmək,
problemlərdən uzaqlaşmaq məqsədilə qadağan olunmuş zərərli maddə-
lər qəbul edirsə, onda uşaqların da onlardan istifadə ehtimalı artır. Çox
vaxt
valideynlər öz uşaqlarını onlardan istifadəyə yönəldirlər. Ailədə
zərərli maddə qəbul edənlərin sayı artdıqca orada olan uşaqların da
alkoqol
və narkotik qəbulu riski artır;
6)
m
əktəbdə qazanılan müvəffəqiyyətsizlik. Təxminən 10-11 yaşların-
dan
başlayaraq dərslərini çatdırmayan uşaqlar zərərli maddə qəbul edən
və qanun pozanların risk qrupuna daxil olurlar;
7)
məktəbdə təhsili davam etdirmək arzusunun olmaması. Məktəbə
uşağın bağlılığına, ev tapşırıqlarının yerinə yetirilməsinə sərf olunan
vaxta
əsasən məktəbin onun üçün nə dərəcədə vacib olduğunu bilmək
olar.
Məktəbi sevməyən və təhsil almaqdan imtina edən, peşə
məktəbinə daxil olan yeniyetmələr, adətən alkoqol və narkotikdən
istifa
dəyə meylli hesab edilirlər;
8)
uzaqlaşma və «qiyamçılıq». Məktəbə getmək arzusu olmayan uşaqlar
adətən özlərini başqaları kimi yox, «yad» və ya «uzaq» bir adam hiss
edirlər. Nəticədə qiyamçılıq reaksiyası müşahidə olunur. Belə davranış
zərərli maddələrə alüdəçilik riski yaradır;
9)
içki
içən və narkotik qəbul edən həmyaşıdları ilə ünsiyyət. Digər risk
amillərindən asılı olmayaraq, zərərli maddə qəbul edən həmyaşıd
varsa,
həmin yeniyetmə onu sınaqdan çıxarmağa meyl göstərəcək.
Əgər dostu içirsə, uşağın içki üçün bəhanəsi (arqumenti) olacaq;
10)
yeniyet
mənin özünün içkiyə və narkotikə pozitiv münasibəti. Əgər
uşaq alkoqolu zərərli hesab etmirsə, alkoqol qəbulu «yaxşı keçirilmiş
vaxt»
deməkdirsə, onda həmin yeniyetmə zərərli maddələri qəbul
edəcək;
11)
erkən yaş dövrlərində alkoqol və narkotikə alüdə olma. 15 yaşına
qədər içənlər və çəkənlər iki dəfə çox riskli hesab edilirlər. Yəni
yeniyet
məlik dövründə onlar mütləq spirtli içkidən istfadə edirlər.
Əgər bu amillərdən ikisi olarsa, pis davranış riski dörd dəfə artır. Bu risk
amillərindən bir neçəsi olarsa, zərərli maddə qəbulu və pis davranış riski on
dəfə artır.
III.
Elə yeniyetmələr var ki, zərərli maddə qəbulunun risk amillərinə
rast
gəldikdə onlardan imtina edirlər. Müəyyən müdafiə amillərinin ol-
ması onları bu riskdən qoruyur. Bu baxımdan aşağıdakı müdafiə amilləri
mövcuddur:
1)
yumor hissi;
2)
daxili
özünənəzarət və uşaqda yüksək məqsədyönlülük;
111
3)
valideynlərdən başqa digər böyüklərə qarşılıqlı münasibətlərin
olması; Məsələn, müəllimlərlə qarşılıqlı münasibət uşağın davranışına
müsbət təsir göstərə bilər;
4)
tabeçilik.
Əgər uşaq cəmiyyətin norma və qanunlarına, məktəbə, ailə
standart
larına tabedirsə, zərərli maddə qəbulu riski azdır. Başqa sözlə,
−
sadiqlik
və yaxınlıq;
−
sosial qrupun ona
bəslədiyi ümidlər;
−
mənəvi dəyərlərə (məktəbə, ailəyə) inam;
−
məktəbdə, ailədə, cəmiyyətdə alkoqol və narkotik qəbulunu
qadağan edən norma və qanunlar bu riski azaldır.
Zərərli maddələrdən istifadə əleyhinə aparılan psixoprofilaktik işi
müvəffəqiyyətlə aparmaq üçün yeniyetmə alkoqolizm, narkomaniya və
toksikomaniya
anlayışları ilə tanış olmalıdır.
Yeniyet
mələr arasında alkoqolizmin inkişaf riskini qiymətləndirərkən
alkoqola meylin t
əkcə xarici davranış yox, həm də daxili motivləşmiş
t
əzahürlərinə əsaslanmaq vacibdir. Bunun nəticəsində yeniyetmələr arasında
alkoqolizm
xəstəliklərinə meylliliyi aşkara çıxarmaq məqsədi ilə qeydiyyat
zamanı aşağıdakı əlamətlərə diqqət etmək məqsədəuyğundur.
Alkoqola qeyri-patoloji meyl. Y
eniyetmələrin şəxsi tələbatlarının hələ
struktur
cəhətdən formalaşmaması zamanı olur və bu maddələrin qəbulu ilə
bağlı onların yetərli dəlilləri olmur.
Alkoqola t
ələbat. Alkoqola tələbatın inkişafı 3 mərhələlidir. Əlavə,
rəqabətaparıcı və üstünlük təşkil edən tələbatlar yaranır.
a) alkoqola
əlavə tələbat: bu halda alkoqollaşmaya can atılmır. Keflənmə
yalnız digər şəxsi tələbatların həyata keçirilməsini asanlaşdırır (öz yaşıdlarının
kampaniyasında ünsiyyəti asanlaşdırır);
b)
rəqabət aparan alkoqola tələbat: bu halda şəxsiyyət strukturu
saxlanılır, lakin alkoqola olan tələbat şəxsiyyətin digər tələbatları ilə rəqabət
aparmağa başlayır;
c) dominant
lıq edən alkoqola tələbat: adından göründüyü kimi spirtli içki
şəxsiyyətin tələbatlar strukturunda dominantlıq təşkil edir. Alkoqola aludəçilik
t
əhsilə marağı, ixtisas əldə etməni, idmanla məşğul olmanı üstələyir.
Yeniyet
məlik yaşında tələbatın bu növünə praktiki olaraq rast gəlinmir.
Psixi
asılılıq sindromu.
Bu sindrom
keflənmə vəziyyəti, spirtli içkinin təsiri ilə şərtlənən psixi
komforta t
ələbat kimi müşahidə olunur. Yeniyetmələr arasında bu meyl bəzən
şüursuz, zəif differensiallaşmış xarakter daşıyır.
Qusma
müdafiə refleksi.
Bu refleks
mədə-bağırsaq yolundan alkoqol artığını çıxarır. Onun yoxa
çıxması orqanizmin artıq böyük miqdarda spirtli içki qəbul etməyə alışdığını
göst
ərir. Lakin bir sıra hallarda yeniyetmələrdə hələ başlanğıcdan bu refleks
olmur.
112
Dözümlülük. Bu, adaptasiya (
uyğunlaşma) yəni alkoqola alışma əlamə-
tidir. Orqanizm
növbəti alkoqol qəbuluna getdikcə daha az reaksiya verir. Buna
görə də, əvvəlki psixofiziki effektə nail olmaq üçün sonrakı qəbullarda spirtli
içikinin
dozasını artırmaq lazım gəlir. Yeniyetmələr arasında dözümlülük
böyüklərə nisbətən tez artır. Alkoqolun qəbulunu bir neçə ay saxladıqda
dözümlülük özünün
əvvəlki səviyyəsinə qayıdır.
Palimpsestlər.
Palimpsestlər - alkoqol qəbulu nəticəsində yaranmış keflənmə vəziy-
yətində öz hərəkətlərinin ayrı-ayrı hallarının hissə-hissə şüuraltı hafizədə
saxlanılmasıdır.
Kəmiyyət və situasiyaya nəzarətin itməsi.
Kəmiyyət və situasiyaya nəzarətin itməsi və ya yoxa çıxması zamanı
yeniyetm
ələr içməyə başlayarkən özünü saxlaya bilmir və tam keflənənə kimi
içirlər. Situasiya nəzarətinin yoxa çıxması zamanı isə onlar daha situasiyanı
hesaba ala bilmirlər və cəmiyyətdə sərxoş vəziyyətdə peyda olmaqla
ətrafdakıların iradını qazanmaq təhlükəsi yaradırlar.
Abstinentsiya sindromu. Abstinentsiya sindromu artıq formalaşmış
alkoqolizm xəstəliyinin əlamətidir. Küllü miqdarda alkoqol qəbulundan sonra
qeydə alınır və əhvalın aşağı düşməsi, yuxusuzluq, zəiflik, iştahsızlıq,
susuzluq, əsəbilik və nadir hallarda təşvişlə müşahidə olunur.
Alkoqol qəbulu qaydalarının özəlliklərinə, alkoqola meylliliyin təzahür
dərəcəsinə görə yeniyetmələr arasında alkoqolizmin inkişaf riskini müəyyən
etm
əйя вя onlarla psixoprofilaktik işi daha dягиг aparmağa imkan yaradır. Bu
məqsədlə yeniyetmələri aşağıdakı qruplara bölmək məqsədəuyğun olardı.
1.
Spirtli içkilərə mənfi yanaşan yeniyetmələr.
2. Qeyri-
müəyyən mənşəli alkoqol qəbul edən yeniyetmələr.
3.
Alkoqolu qəbuletmə ritualına müsbət yanaşan yeniyetmələr.
4.
Alkoqol qəbuluna passiv cəlb olunan yeniyetmələr.
5.
Heç bir alkoqolizm xəstəliyi əlamətlərinin təzahürü olmayan
yeniyetmələrin alkoqola pozitiv münasibəti.
6. Alkoqoldan sui-
istifadəyə meylli yeniyetmələr.
Bu qrupların hər birinə daha ətraflı nəzər yetirək:
1.
Spirtli içki
lərə mənfi yanaşan yeniyetmələr. Bu qrupa aid olan
yeniyetmələrin gələcəkdə spirtli içkilərdən sui-istifadəyə meylliliyi-
nin yaranma mümkünlüyü istisna edilir. Eyni zamanda bu yeniyet-
mələrin ümumi psixoterapevtik söhbətlərdə iştirakı addiktiv dav-
ranışa meylli yeniyetmələrə pozitiv təsiretmə baxımından müsbət rol
oynaya bilər. Bu qrupa, nəinki spirtli içkilərə, hətta onların qəbulu
ritualına mənfi münasibət bəsləyən yeniyetmələr daxil edilir.
Onlarda alkoqola mənfi münasibət:
-
alkoqolla elə ilkin ünsiyyətdə ona qarşı dözümsüzlüklə, ürəkbulanma,
qusma, baş ağrısı, somatik və psixi narahatlıqla (diskomfortla)
səciyyələnir;
113
-
spirtli içkilərin qəbulu yeniyetmələr və onun əhatəsinin mədəni-
məişət davranış normalarına zidd olarsa, tərbiyə şərtlərinin müəy-
yənləşdirdiyi antialkoqol motivləri ilə şərtləndirilir.
2.
Qeyri-
müəyyən mənşəli alkoqol qəbul edən yeniyetmələr. Bu
şəxslərə davamsız, qeyri-müəyyən, formalaşmamış alkoqol qəbulu
qaydaları, bir sıra hallarda isə alkoqola ikili münasibət xasdır. Burada
alkoqol
a münasibətdə aşağıdakı mövqelər üzə çıxır:
a) neytral (qeyri-
müəyyən) mövqe. Alkoqolun qəbulunu üzdə pisləyən
yeniyet
mələr, hər halda onu sosial ünsiyyətin bir neçə növünün
(
bayramların, ailə şənliklərinin və s.) atributu hesab edirlər. Eyni
zamanda
isə özlərinin subyektiv mövqelərini müəyyən etməkdə
çətinlik çəkirlər;
b) “hazirki an üçün” qeyri-
müəyyən mövqe. Əvvəlki mövqedə olduğu
kimi bu
mövqedə də alkoqol “sosial ünsiyyətin bəzi növlərinin
atributu” hesab edilir, lakin burada yeniyet
mələr özləri sosial
yetkinlik
yaşına çatdıqda alkoqolun qəbuluna başlayırlar;
c) ikili mövqe. Bu
mövqedə alkoqolun qəbuluna həm pozitiv, həm də
mənfi münasibət bəslənilir. Müsbət yanaşmada valideynlər və yeni-
yet
mələr arasında qarşılıqlı münasibətlər yaxşı olur və valideynlər
özləri də ritual şəraitdə (bayramlar, ailə şənliklərində və s.)
alkoqoldan ist
ifadə edirlər. Alkoqola mənfi münasibət yeniyet-
mələrdə spirtli içkilərə çox meyl etmə qorxusu ilə şərtlənir.
3.
Alkoqol
qəbuletmə mərasiminə müsbət yanaşan yeniyetmələr. Bu
möv
qedə yeniyetmələr alkoqolun qəbulu ritualına müsbət yanaşırlar,
lakin bir
sıra səbəblər üzündən özləri onu qəbul etmirlər. Burada bir
neçə şəxsiyyət mövqeyini seçmək münasib olardı: həm
valideynlərinin mənfi münasibəti, həm mədəni-məişət ənənələrinə
zidd o
lması, həm də valideynlər tərəfindən cəza və tənbeh qorxusu.
4. Alkoqola passiv
cəlb olunan yeniyetmələr. Bu yeniyetmələrə spirtli
içkilərdən təsadüfi (epizodik) istifadə xasdır, spirtli içkilər onlara pis
t
əsir etsə də, həmyaşıdlarının “təsiri” altında qəbul baş verir. Lakin
həmyaşıdları ilə özünü eyniləşdirməyə səy, “müstəqillik” prinsipinin
t
əhrif olunmuş şəkildə başa düşülməsi və “özünütəsdiq” arzusu spirtli
içkilərin qəbulunun əsas səbəbidir. Belə şəraitdə həmyaşıdlarının fikri
onlar üçün daha çox
əhəmiyyətli olur. Alkoqoldan birlikdə istifadə
et
məkdən imtina isə ümumiyyətlə, ünsiyyətdən imtinanın ekvivalenti
kimi
başa düşülür. Belə mövqe qeyri-sabit və konform xarakterli
yeniyet
mələrə daha çox xasdır.
5. Alkoqola pozitiv
münasibətli, lakin alkoqolizm xəstəliyinin əla-
mətləri olmayan yeniyetmələr. Alkoqolizm xəstəliyinin əlamətləri
olmasa da bu qrupdakı yeniyetmələrə alkoqolu qəbul etmə qaydası,
təsadüfi (epizodik) istifadə xasdır. Şəxsi və digər parametrlərdən asılı
114
olaraq spirtli içkilərin təsiri yeniyetməni stimullaşdıran, aktivləşdirən
və ya sakitləşdirən vasitə kimi xarakterizə olunur.
Alkoqolun yeniyetməni stimullaşdıran təsiri zamanı sərxoşluğun klinik
mənzərəsi müşahidə olunur, yəni onlarda nitq oyanıqlığı, eyforiya, ünsiyyətə
yüksək tələbat yaranır. Bu şəxslərdə sərxoşluq vəziyyətində eyforiya içki içən
kampaniyanın spesifik mikroatmosferi ilə assosiasiya edilir və içmək “arzusu”
hissi müvafiq içkilərin olduğu şəraitində yaranır.
Spirtli içkinin aktivləşdirici və sakitləşdirici təsiri zamanı yeniyetmənin
psixi vəziyyəti içki içilən kompaniyanın psixoloji mikroatmosferindən az asılı
olur. Bu yeniyetmələrdə sərxoş vəziyyətdə özünüqiymətləndirmə artır,
xoşagəlməz həyəcanlar aktuallığını itirir. Sonralar bu şəxslərdə içmək “arzusu”
hissi emosional gərginliyə, özünüqiymətləndirmənin azalmasına gətirib çıxaran
mənfi amillərin toplanması zamanı yaranır. Bu şəxslər təklikdə sərxoşluğa
meylli olurlar.
6. Alkoqoldan sui-
istifadəyə meylli yeniyetmələr. Bu şəxslərə müdafiə,
qusma refleksinin itməsi, bəzi hallarda hətta situativ olaraq nəzarətin itməsi
xasdır. Spirtli içki qəbuluna aludəçilik şərait amillərindən asılı olmayıb, öz-
özünə əmələ gələ bilər. Bu yeniyetmələr üçün alkoqolun alınması çətinlik
törətdikdə belə onu tapıb qəbul edirlər. Onlar üçün alkoqolizm xəstəliyinin
anozoqnoziyası, yəni onun inkar edilməsi (şüurlu və şüursuz şəkildə alko-
qolizm xəstəliyinin əlamətlərinin olmasının inkarı) xasdır. Belə yeniyetmələr
üçün təhsilə marağın azalması, bəzi hallarda cəmiyyətə zidd rəftar, narkotik və
digər bihuşedici maddələrin qəbul edilməsi xarakterikdir.
Yeniyetməlik dövründə narkomaniyanın səciyyəvi xüsusiyyətləri.
Narkomaniya tədricən artan miqdarda narkotik maddələrdən daimi istifadəsinə
aludəçilik və nəticədə onlardan ciddi psixi və fiziki asılılığa düşməklə səciyyə-
lənən xəstəlikdir. Narkotikdən istifadə etmənin təhrikedici motivlərindən ən
əsası – narkotik maddə qəbulu zamanı yaşanan xoş hissləri təkrar duymaq
arzusudur.
Yeniyetmələri narkotik, yaxud toksiki maddələr qəbul etməyə sövq edən
səbəblər:
– maraq;
–
həmyaşıdlarının dilə tutmaları;
–
narkotik maddələrin zərərli nəticələrini başa düşməmək;
–
kimisə təqlid etmə;
–
həzz almaq cəhdi;
–
asudə vaxtdan səmərəli istifadə edə bilməmək;
–
yalan romantika, “sirli” bir şeyə qoşulmaq istəyi;
–
sağlam maraqların və həyat məqsədinin olmaması;
–
gündəlik problemlərdən uzaqlaşmaq istəyi;
–
valideynlərin məşğul olması və nəticədə uşaqlara az diqqət yetirilməsi.
Yeniyetməlik dövründə toksikomaniyanın ümumi səciyyəsi. Toksikoma-
niya–
narkotiklərə aid olmayan dərman vasitələri və digər kimyəvi maddələrin
115
tibbi məqsəd olmadan qəbul edilməsi ilə şərtlənən xəstəlik halıdır. Bihuşedici
maddələrdən istifadə edilməsinə həvəs bir qayda olaraq maraqdan, həmyaşıd-
larını təqlid etmə və s.-dən irəli gəlir. Yeniyetmələr ilk əvvəl asılılığın gücünün
və bu təhlükəli “oyunun” nəticələrinin nə qədər böyük olacağını təsəvvür edə
bilmirlər.
Toksikomaniyanı doğuran maddələrə bunlar aiddir: trankvilizatorlar
(seduksen, elenium, tazepam, eunoktin, fenazepam, trioksazin), yuxu dərman-
l
arı (barbamil, etaminal natri), əsəb sisteminin stimulyatorları (sidnokart,
sidnofen), digər stimulyatorlar (çay, kofe), analgetiklər (analgin, amidoprin),
antiparkinsonik vasitələr (siklodol), antigistamin preparatları (dimedrol, pipol-
fen), uçan aromatik
maddələr (aseton, benzin, rezin yapışqanı, uçan mayelər,
sənaye və məişət kimyasında istifadə olunan həlledicilər, laklar, nitroboyalar,
ləkəaparanlar və s.)
Trankvilizatorların doğurduğu toksikomaniya
Trankvilizatorların qəbulu ilə şərtlənən kəskin intoksikasiya halı yüksək
əhval-ruhiyyə, çərənçilik, təngəgətirmə, diqqətin qeyri-sabitliyi ilə xarakterizə
olunur. Həmçinin onlarda əsəb pozuntuları nəticəsində əllərin tremoru,
koordinasiyanın pozulması, qətiyyətsiz yeriş, nitq dolaşıqlığı, anlaşılmaz nitq
mü
şahidə olunur... Bu qrupun bütün toksikomanlarını çox oxşar bir klinik
əlamət birləşdirir. Trankvilizatorların sistematik qəbulu prosesində vərdiş
yaranır, dözüm artır.
Abstinensiya halı – yuxusuzluq, ölüm qorxusu, qaşqabaqlılıq, ehtiras,
əsəb, aqressiya ilə müşayiət olunur. Somatik pozğunluq iştahsızlıq, susuzluq,
tərləmə, ümumi zəiflik, baş gicəllənmə yaradır. Bəzi hallarda əzələlərdə ağrılar
ola bilər. Trankvilizatorlardan sistematik sui-istifadə nəticəsində psixikada
emosional qeyri-
sabitlik, öz halına tənqidi münasibətin azalması, yaddaşın və
iş qabiliyyətinin zəifləməsi, maraq dairəsinin kəskin daralması ilə xarakterizə
olunan dəyişikliklər baş verir.
Barbitur toksikomaniya. Yeniyetmələrin barbiturlardan sui-istifadə etmə-
sinə nisbətən az rast gəlinir. Barbitur sərxoşluğu eyforiya, sifətin hiperemiyası,
arterial təzyiqin enməsi, seyrək nəbzlə müşayiət olunur. Eyforiya tezliklə
asteniya və yuxu ilə əvəz olunur. Yuxu dərin olur. Oyanandan sonra süstlük,
əsəbilik, dalğınlıq kimi əlamətlər müşahidə olunur. Baş ağrıları, ürəkbulanma,
öyümə, susuzluq olur.
Barbiturlardan sui-
istifadə yüksək yorğunluq, dərketmənin zəifləməsi,
maraq dairəsinin daralması ilə müşayiət olunan psixiki dəyişikliklərə gətirib
çıxarır. Bu zaman düşünmək çətinləşir, yaddaş zəifləyir, nitq dolaşır, söz
ehtiyatı isə kasadlaşır. Barbitur toksikomaniyanın proqnozu pisdir.
Antiparkinsonik preparatların doğurduğu toksikomaniya. Siklodol –
nevroloji və psixiatriya pratikasında da geniş istifadə olunan antiparkinsonik
preparatdır.
Yeniyetmələrdə siklodolla intoksikasiya zamanı, preparatın qəbulundan
20-
25 dəqiqə sonra bədəndə ağırlıq yaranır, bədənin ayrı-ayrı hissələrində
116
arabir sancmalar olur. Yeniyetmə eyforiyalı, dağınıq, hərəkətlərində qeyri-
ardıcıldır. 40 dəqiqədən sonra yüngül yuxu yaranır, bədən sanki özünə tabe
olmur. Hərəkət etmək, danışmaq həvəsi itir, tələffüz olunan kəlmələr yarımçıq
qalır. Siklodolun böyük dozalarla qəbulu hallusinasiyalar yaradır. Əgər
yeniyetmə mütəmadi olaraq bu preparatı qəbul edirsə, onda bir neçə aydan son-
ra
əhval-ruhiyyənin tez-tez dəyişməsi, özündən çıxma, aqressivlik əlamətləri
müşahidə olunur. Yaddaş pozulur, fəhmi və əmək qabiliyyəti zəifləyir.
Uçan aromatik maddələrin doğurduğu toksikomaniya. Toksikomaniyanın
bu növünə daha çox uğursuz ailələrdən olan yeniyetmələr məruz qalır. Kəskin
sərxoşluq halı ətraf aləmi dərk etmənin pozulması ilə səciyyələnir. Sərxoş olan
şəxs bədənində yüngüllük, zəiflik hiss edir. Sərxoşluğun yüksək səviyyəsində
“rəngli“ yalan qavrayışlar, hallusinasiyalar olur. Bu hal sifətin hiperemiyası,
tənginəfəslik, ürək döyüntüsü, yerişdə qətiyyətsizlik, ürəkbulanması, öyümə ilə
müşayiət olunur. Sərxoşluq halı 5 dəqiqədən 30 dəqiqəyədək davam edir. Psixi
pozğunluqdan sonra zəiflik, süstlük, möhkəm başağrıları, gəyirmə yaranır.
Toksiqogenin
təsadüfi (epizodik) qəbulundan 2-3 ay sonra sistematik qəbula
keçid müşahidə olunur. Uçan maddələrin sistematik qəbulu psixi dəyişiklik-
lərin yaranmasına gətirib çıxarır. Bəzi hallarda özünü saxlaya bilməmək,
mübahisəyə can atma, daşürəklilik, mərhəmətsizlik, digər hallarda biganəlik,
fəaliyyətsizlik, passiv tabelilik müşahidə olunur. Ətraf aləmin təhlili, qavranıl-
ması qabiliyyəti azalır, yaddaş zəifləyir və şəxsiyyət sürətlə tənəzzül edir.
İstənilən zərərli maddənin qəbulu intensiv inkişafda olan yeniyetmə
orqanizminə, onun psixi inkişafına və şəxsiyyətinin ahəngdar inkişafına ağır
zərbədir. Ona görə də, addiktiv davranışa meylli yeniyetmələr vaxtında araşdı-
rılmalı və eyni zamanda məktəblərdə pixoloqlar tərəfindən müntəzəm
profilaktik tədbirlər aparılmalıdır.
ƏDƏBİYYAT
1.
Şəfiyeva E.İ. Anomal inkişafın psixologiyası. Bakı: ADPU, 2012, 400 s.
2.
Почему
подростки
начинают
выпивать
и
употреблять
наркотики
http://www.narkohelp.ru
3.
Психология подросткового и юношеского возраста. 12-е изд. Спб: Питер, 2011
117
ПРИЧИНЫ ЗЛОУПОТРЕБЛЕНИЙ ПОДРОСТКАМИ ВРЕДНЫХ ВЕЩЕСТВ И
ХАРАКТЕРИСТИКА АДДИКТИВНОГО ПОВЕДЕНИЯ
Э.И.ШАФИЕВА
РЕЗЮМЕ
В статье определены основные объективные, субъективные и защитные факторы
риска возникновения наркомании, алкоголизма и токсикомании у подростков. Далее в
статье подчеркивается важная роль психодиагностики злоупотреблений вредными ве-
ществами как для ее профилактики, так и для лечения разными методами психотерапии.
Ключевые слова: подростковая наркомания, подростковый алкоголизм, под-
ростковая токсикомания, объективные, субъективные и защитные факторы упот-
ребления вредных веществ, аддиктивное поведение
REASONS OF TEENAGE ABUSE OF HARMFUL SUBSTANCES AND
CHARACTERISTICS OF ADDICTIVE BEHAVIOR
E.I.SHAFIYEVA
SUMMARY
The article identifies the main objective, subjective and protective risk factors for drug
abuse, alcoholism and substance abuse in adolescents. The article emphasizes the importance
of psycho-diagnostics of the abuse for both its prevention and treatment by various methods of
psychotherapy.
Key words: teenage drug addiction, teenage alcoholysis, teen substance abuse,
objective, subjective and protective factors of the use of harmful substances, addictive behavior
118
Dostları ilə paylaş: |