MühaziRƏ psixoloji maariFLƏNDİRMƏ və psixoloji konsiLİum psixoloji maarifləndirmənin məqsədi, vəzifələri və formaları



Yüklə 57,87 Kb.
səhifə6/6
tarix26.01.2023
ölçüsü57,87 Kb.
#81022
1   2   3   4   5   6
muhazire 3

5-ci sual.Təhsildə praktik psixoloji xidməti həyata keçirən psixoloqlar pe­da­­qoqların yaxın kö­məkçisi və həmkarlarıdır. Onlar ümumi məqsəd ətrafında sə­fər­bər olmaqla, öz qarşılıqlı fəaliy­yət­lərini işgüzar əməkdaşlıq prinsipi üzərində qu­rurlar. Praktik psixoloq pedaqoji fəaliyyətin layi­hə­ləş­dirilməsi və qurulmasında iş­ti­rak etməklə yanaşı, pedaqoq və tərbiyəçilərin peşəkarlığının yük­səldilməsi, şəx­si inkişafları üçün əlverişli şəraitin yaradılmasında fəal iştirak edir. Müasir dövr­də təh­sildə baş verən keyfiyyət dəyişiklikləri - təlim-tərbiyə proseslərinin məzmu­nu­nun və onların me­tod­larının yeniləşdirilməsi, orta təhsil sistemində milli kurriku­lum­­ların tətbiqi zərurəti psi­xo­lo­qun iş texnologiyasında, məqsəd və metodlarında, zəru­ri əhəmiyyətli dəyişikliklərin həyata keçiril­mə­sini tələb edir. Əgər əvvəllər mək­­təb direktoruna təlimin məzmunu və metodların psixoloji tə­mi­­natını həyata ke­­çirmək, müəllimlər və valideyinlər arasında maarifləndirmə işinin aparılması, uşaq­­­­ların diaqnostikasının göstərişi verilirdisə, bu gün vəziyyət başqadır. İndi təh­sil sisteminin sub­yekti olaraqpraktik psixoloqun vəzifə və funksiyaları dəyişir. Bu gün praktik psixoloqa məktəb­lə­rin inkişaf konsepsiyası, mək­təb­da­­xili idarəetmənin təşkilati strukturlarının modernləşdirilməsi, ye­ni fənn kur­ri­ku­lum­­larının tətbiqi, pedaqoqların psixoloji səriştəliliyinin, peşə ustalığının inkişaf et­di­­rilməsi məsələləri ilə bağlı çoxsaylı müraciətlər edilir.
Psixoloqun fəaliyyətində başlıca məqamlardan biri zəru­ri anlarda öz mövqeyini nümayiş etdirmək bacarığıdır. Psixoloq heç də müəllimlərin fəa­liy­yətini qiymətləndirmir, onları mühakimə etmir, fəaliyyətlərinin nəticələrini eks­pertizadan keçirmir. O, müəllimlərlə əməkdaşlıq şəraitində on­ların qar­şı­laş­dıq­la­rı problemlərin həll edilməsində mütəxəssis-məsləhətçi kimi xidmətini təklif edir, onlara zəruri konsultasiyalar verir. Psixoloq təhsil müəssisələrində müəllim və tər­biyəçilərlə aşa­ğıdakı vəzifələrin yerinə yetirilməsini təmin edir:

  • pedaqoqların psixoloji cəhəddən müdafiəsi üçün şəraitin yaradılması;

  • şəxsi və peşəkarlıqla bağlı problemlərin həllində pedaqoqlara kömək göstərmək;

  • zəruri hallarda pedaqoqun emosional gərginliklə bağlı problemlərinin həll edilməsi;

  • müəssisənin kadr siyasəti ilə bağlı məsələlərin həllində metodistlərə və məktəb rəh­bər­li­yi­nə tövsiyələr vermək və s.

Psixoloqun pedaqoqlarla qarşılıqlı münasibətləri könüllülük əsasında qu­rul­ma­lıdır. Müəl­li­mə “Sən hökmən psixoloqdan məsləhət almalısan” demək yol­ve­ril­məzdir.
Psixoloq uşaqları və uşaq kollektivini öy­rən­mək üçünməktəb rəhbərləri və müəllimləri zə­ru­ri olan xüsusi metodikalarla tanış etməli, bu metodikalarla işlə­mə­yin yollarını göstərməlidir. Bu ba­­xımdan, psixoloqun iş formalarından biri pe­da­qo­ji-psixoloji konsiliumdur. O, həm də psixo­pro­fi­lak­­­tik işin perspektivi formasıdır. Pe­daqoji-psixoloji konsilium şagirdləri daha dərindən öyrənmək və gələcəkdə on­lar­la işi düzgün təşkil etmək məqsədilə müəllimlərin məlumatlandırılması və məs­lə­­­hətlərin verilməsidir. Psixoloq tərəfindən təşkil edilən konsiliumların qarşısında iki əsas məqsəd du­­rur: birincisi, bu və ya digər şagirdin şəxsiyyətinin və ya sinif kol­­lektivinin öyrənilməsi, onların tər­­biyəlilik və inkişaf səviyyəsinin, real təlim im­kan­­larının müəyyənləşdirilməsi; ikincisi, şa­gird­lə­rin tərbiyəlilik səviyyəsini yük­səlt­­mək, onların bilik, bacarıq və vərdişlərindəki qüsur və çatı­şmaz­lıq­ların aradan qal­­dırılmasına istiqamətlənmiş vahid pedaqoji mövqenin, ümumi ölçü sisteminin işlənilib hazırlanması.
Pedaqoji konsilumda, bir qayda olaraq, psixoloqla birgə direktor müavini, si­nif rəhbəri, hə­min sinifdə dərs deyən müəllimlər, uşaq-gənclər birliyinin rəhbəri, mək­təb həkimi iştirak edir.
Konsiliumlarda şagirdlərin təlimi, tərbiyəsi, inkişafı və fəaliyyəti ilə bağlı ən müx­təlif mə­sə­lə­lər müzakirə edilir. Bunlara şagirdin ictimai fəallığı, əxlaqi tərbiyəlilik səviyyəsi, maraq və meyil­ləri, estetik mədəniyyəti, intizami, dərsə hazırlığı, ailədə təlim-tərbiyə şəraiti, həm­yaşıdların uşağa tə­siri və s. aiddir. Pedaqoji-psixoloji konsiliumlar dərs ili ərzində hər rübdə iki dəfə olmaqla ke­çi­ri­lir, burada seçilmiş təsir vasi­tə­lə­ri­nin nə dərəcədə səmərəli olmasına aydınlıq gətirilir.
Məlumdur ki, müəllimin peşəkar mütəxəssisə çevrilməsi bir sıra amil­lər­dən asılıdır. Bu amil­­­lər sırasında onun yaşı, pedaqoji iş təcrübəsi, peşəkar pedaqoji fəaliy­yətinin xüsusiyyətləri xü­su­­si yer tutur.
Ali və otra ixtisas təhsili müəssisəsini bitirərək təlim-tərbiyə müəssisəsində müəl­lim kimi əmək fəaliyyətinə başlayan mütəxəssisin ilk beş ili adaptasiya dövrü kimi nəzərdən keçirilir. Peda­qo­ji fəaliyyətin start mərhələsində olan gənc mütəxəssis kifayət qədər biliyə malik olsa da, hələlik z­ə­ru­­ri bacarıqlara ma­lik olmur. İş təcrübəsi mərhələsində olan gənc mütəxəssisdə peşəkarlıq key­fiy­­­yətləri hələlik formalaşmadığından özü üçün yeni olan ətraf mühitə də mü­rəkkəb və konfiliktli situasi­­yaları qiymətləndirməkdə çox vaxt çətinliklərlə qar­şılaşır.
Psixoloji tədqiqatlar göstərir ki, qeyd olunan məhdud iş stajına malik olan müəl­lim və tərbi­yə­­çilər daha çox intizam təsiri metodlarına istinad edirlər. Bu isə çox vaxt əks effekt verir. Onlar dərs zamanı şagirdlərlə münasibətlərdə əmr və ne­qa­tiv çalarlı mülahizələrə üstünlük verirlər. Bu, öz növbəsində, tez-tez mü­na­qi­şə­lərə səbəb olur. Gənc müəllimlərlə iş aparan psixoloq başlıca diq­qə­ti müəllimin pe­daqoji mühitə adaptasiyasına yönəltməklə, mümkün konfiliktlərin qarşısını al­ma­ğa xidmət etmiş olur. Praktik psixoloq pedaqoji-psixoloji konsiliumda aşağıdakı konkret məsələlər üzrə tədbirləri həyata keçirir:

  • təhsil müəssisəsində pedaqoji kollektivlə peşəkar qarşılıqlı münasi­bət­lə­rin təhlili;

  • uşaqların pedaqoji-psixoloji statusunun qiymətləndirilməsi;

  • şagirdlərin imicinin formalaşdırılması üçün meyar və rəylərin konk­ret arqumentlərlə əsaslandırılması;

  • uşaqların inkişafındakı patologiya və normadan kənaraçıxma hallarının psixoloji təhlili və qiymətləndirilməsi;

  • şagirdlərin bilikləri mənimsəməsində və idrak proseslərinin inkişafındakı maneələrin aradan qaldırılması üçün əməli təkliflərin irəli sürülməsi;

  • şagirdlərin öyrənilməsi üçün psixodiaqnostik funksiyaların bölüş­dü­rül­məsi;

  • psixi inkişaf haqqında proqnozlarla diaqnostik müayinənin nəticələrinin müqayisəsi və təhlili;

  • psixi və əqli inkişafda öz yaşıdlarını qabaqlayan və geri qalan həm­çi­nin “risk qrupu”na aid uşaqlarla fərdi və qrup halında məş­ğə­lə­lə­rin təşkili üçün müəllimlərə əməli kömək­liyin göstərilməsi;

  • məktəbdə şagirdlərin inkişafı üçün pedaqoji fəaliyyətin subyektləri ara­sın­da əlverişli psixoloji iqlimin və səmərəli əməkdaşlıq mühitinin yara­dıl­ması imkanlarının araş­dı­rıl­ma­sı;

  • pedaqoji kollektivdəki konfliktləri aradan qaldırmaq yollarının təhlili;

  • pedaqoji etikanın pozulması, ünsiyyət tərzinin kəskinləşməsi hallarını yaradan səbəb­lə­rin təhlili və qiymətləndirilməsi.

Praktik psixoloq pedaqoqları emosional baxımdan müdafiə etməklə, onlarda özü­nəinam his­sinin yaranması və möhkəmləndirilməsini təmin etməlidir. Bu ba­xım­dan psixoloqun istifadə et­di­yi sə­mərəli metodlar sırasında müəllimin peşə fəa­liyyətində qarşılaşdığı çətinliklərin psixoloji təh­lili, peş­ə­kar pedaqoji ünsiyyət üz­rə treninqlərin keçirilməsi, psixoloqun dərslərdə və onların mü­za­kirə­sin­də iştirakı, qrup şəklində seminarların keçirilməsi kimi iş formaları göstərmək olar.
Təh­sil sistemində işləyən praktik müəllimlərlə birlikdə pedaqoji prosesin layi­hələşdirilməsi və qurulması proseslərində iştirak edir, müəllim və tərbiyəçilərin şəx­si və peşəkarlıq keyfiyyət­lə­ri­nin inkişafı və təkmilləşdirilməsi üçün əlverişli situ­asiyaların modelləşdirilməsində fəal rol oyna­yır­lar. Müasir təhsil sistemində hə­yata keçirilən islahatlar təlim-tərbiyə proseslərinə yeni, müasir pe­­daqoji tex­no­lo­gi­yaların tətbiqi praktik psixoloqdan da öz iş texnologiyasını təkmilləşdirməyi tə­ləb edir.
Yüklə 57,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin