MühaziRƏ psixoloji maariFLƏNDİRMƏ və psixoloji konsiLİum psixoloji maarifləndirmənin məqsədi, vəzifələri və formaları


Tibbi-psixoloji tipli konsiliumlar



Yüklə 57,87 Kb.
səhifə3/6
tarix26.01.2023
ölçüsü57,87 Kb.
#81022
1   2   3   4   5   6
muhazire 3

Tibbi-psixoloji tipli konsiliumlar təhsil subyektlərini tibbi-psixoloji problemlərinini həllinə yö­­nəldilir. Belə konsilumlar diaqnostik nəticələr əsasında aşkar edilmiş problemlərlə bağlı olaraq tib­­bi personal (həkim, tibb bacısı) və psixoloq arasında aparılır. Birgə rəy əsasında nəticələr qeyd olu­­nur, problemin həlli yolları göstərilir.
Fizioloji-psixoloji tipli konsiliumlar şagirdlərin fizoloji problemləri ilə əlaqədar olaraq pe­diatr, fizioloq, valideyin və psixoloq arasında keçirilir. Buraya antropometriya da daxildir. Mə­sə­lən, uşaqlarda 1 il müddətində atropometrik göstəricilərin dəyişməməsi konsiliumun müzakirə möv­­zusu ola bilər, çünki bu ləngimə uşaqda ciddi fizioloji problemləri olmasından xəbər verən fakt­­dır. Onun ya­ranma səbəblərinin aşkar edilməsi, aradan qaldırılması zəruridir. Konsiliumlar uşaq bağ­çasında, mək­təbdə, poliklinikalarda, tədqiqat laboratoriyalarında və digər münasib yerlərdə təş­kil olunur. La­zım gəldikdə,valideyin və yeniyetmələr konsiliumlarda dinləyici kimi iştirak edirlər.
Defektoloji-psixoloji tipli konsiliumlar gözlənilmədən yaranmış nitq, eşitmə, əqli qüsurla­rın ağırlıq dərəcəsinin, mənşəyinin, səbəblərinin müəyyənləşdirilməsi nməqsədilə aparılır. Belə kon­­­siliumlar məktəbdə, poliklinikada, xüsusi təhsil müəssisələrində və digər yerlərdə təşkil edilir. Bu­­rada defektoloq loqoped, tiflopedaqoq, surdopedaqoq, psixiatr, həkim, pedaqoq və digər mütə­xəs­­sislər iştirak edirlər.
Pedaqoji-psixoloji tipli konsiliumlarməktəb təcrübəsində daha geniş yayılmışdır. Çünki mək­təb praktik psixoloqunun fəaliyyəti bütün təhsil subyektlərinin əməkdaşlığını tələb edir. Bunun üçün psixoloq vaxtaşırı konsiliumlar keçirir. Bu sahədəki işin təşkili forması (tədris – tərbiyə prob­lem­lərinin həlli metodları) pedaqoji-psixoloji konsilium adlanır.
Psixoloji tipli konsiliumlarpraktik psixoloqların öz həmkarları ilə təcrübədə üzləşdikləri prob­­lemlərlə bağlı, ya planlı, yaxud gözlənilmədən qarşıya çıxmış problemlərin, faktların, situasi­ya­la­rın hərəkət planının müzakirəsinə həsr olunur.
Psixoloji konsiliumların daha geniş yayılmış forması planlı konsiliumlardır. O, psixoloji xid­­mət şəbəkəsinin müxtəlif statuslu mütəxəssisləri: inspektor, məs­lə­hət­çi, koordinator, kabinə mü­di­­ri, praktik psixoloq və s. tərəfindən təşkil edilərək aşa­ğıdakı məsələlərin müzakirəsinə həsr olu­nur:

  • Psixoloji xidmətin təşkili qaydaları;

  • Psixoloji xidmətin təşkili metodları;

  • Psixolji vəziyyətin diaqnostikası, korreksiyası;

  • Testlərin tətbiqi qaydaları;

  • Şagirdlərin psixoloji problemləri: nitq, davranış, şəxsiyyət, cinsi inkişaf pozuntuları və s. (frustrasiya, sıxışdırma, aqresiyya, stress, depressiya, apatiya, maskulinizasiya, femi­ni­zasiya və s.)

  • Peşəyönümü üzrə qabiliyyətlərin müəyyənləşdirilməsi;

  • Yeniyetmələrin özünüidentifikasiya problemi;

  • Məktəbə hazırlığın psixoloji problemləri.

Psixoloji konsiliumların nəticələri müzakirə olunan problemin xarakterinə görə müəyyən­ləş­­dirilir. Problemin həlli məqsədilə işçi qrup da yaradıla bilər.
Konsiliumlar əsasən 5 mərhələdə həyata keçirilir. I mərhələdə müzakirəyə çıxarılacaq prob­lem müəyyənləşdirilir, onun məzmunu konkretləşdirilir, mövzu seçilir.II mərhələdə psixoloq həll olu­nacaq problemin xarakterini öyrənir. III mərhələdə əldə olunmuş dəlillər sistemləşdirilir, onun təc­rübəyə tətbiqi yolları seçilir. IV mərhələdə psixoloq konsiliumların təşkilatçısı və fəal iştirakçısı olaraq onun müzakirəsini keçirir. Belə müzakirələrdə müxtəlif statuslu mütəxəssislər, icti­maiy­yət nü­mayəndələri, məktəb direktorundan tutmuş valideyinlərə qədər iştirak edə bilər. Bir sıra hallarda yu­xarı sinif şagirdləri də konsiliumlardakı müzakirələrə cəlb olunurlar. V mərhələdə psixoloq nə­ti­cə­lərin hazırlanmasında, ümumiləşdirmələrin aparılmasında iştirak edir.
Konsiliumlarda aşağıdakı məsələlər üzrə müzakirələrin aparılması məqsədəuyğundur: rep­ro­duktiv sağlamlıq; narkomaniyaya qarşı mübarizə; “Sağlam həyat tərzi” və onun şərtləri; gün reji­mi­nə əməl etməyin qaydaları; psixoloji ekologiyanın qorunması yolları; “Həyat enerjisi”, ondan səmərəli istifadə yolları və s.
Psixokonsiulumlarda problemlərin həllinə müxtəlif qayda və vasitələrlə yanaşılır: psixo­met­rik, nəzəri, etik.

Yüklə 57,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin