Kİmya sənayesi tullantilarinin təkrar emali texnologiyasi və ŞAGİrdləRDƏ ekoloji BİLİKLƏRİn formalaşdirilmasi



Yüklə 66.98 Kb.
PDF просмотр
tarix28.04.2017
ölçüsü66.98 Kb.

Kimya məktəbdə 

 

51 



 

KİMYA SƏNAYESİ TULLANTILARININ TƏKRAR EMALI 

TEXNOLOGİYASI VƏ ŞAGİRDLƏRDƏ EKOLOJİ BİLİKLƏRİN 

FORMALAŞDIRILMASI  

 

Ə.N.Qurbanov, Ü.Ş.Baxşıyeva 



Azərbaycan Dövlət Pedaqoji Universiteti 

 

Məqalədə  məqsəd  yuxarı  siniflərdə  kimya  istehsalatı  ilə  bağlı  dərslərin 

tədrisində şagirdlərin ekoloji biliklərinin artırılmasına nail olmaq, onlarda ətraf 

mühitin  qorunmasının  aktuallığının  elmi  və  texnoloji  əsaslarını  öyrətməkdən 

ibarətdir. 

Kimya  müəllimi  hər  bir  dərsin  elmi  və  tərbiyəvi  xüsusiyyəti  ilə  yanaşı 

onun ekoloji məsələlərini də nəzərə almalıdır. Şagirdlərdə ekoloji fıkir və ekoloji 

tərbiyə  aşılamalıdır.  Təbiət  elmi  kimi  kimya  dərslərində  təbiətin  qorunmasına 

xüsusi  fikir  verilməlidir.  Ümumiləşdirici  dərslərdə  müəllim  ümumi  metodik 

prinsiplərdən istifadə etməlidir. Bura daxildir: 

 

Kimyadan  və  digər  fənlərdən  şagirdlərin  aldıqları  biliklər  əsasında 



onlarda ekoloji biliklər sistemini yaratmaq

 



Kimyəvi ekologiya sahəsində problem xarakterli mövzular seçmək

 



Real  ekoloji  problemlərin  təhlilində  diyarşünaslıq  məlumatlarından 

istifadə etmək; 

Ekoloji  biliklərin  möhkəmləndirilməsi  məqsədilə  tullantıların  təkrar 

emalına aid praktik işlər aparmaq və hesablama məsələləri həll etməlidir. Müəllim 

ekoloji  tarazlığın  pozulması  və  Yer  kürəsində  baş  verən  fəlakətlərlə  şagirdləri 

tanış  etməklə,  onlarda  ekoloji  məsuliyyət  hissi  oyatmalıdır.  Bu  məqsədlə  bəzi 

mövzuların tədrisində tullantıların təkrar emalı və ondan istifadə olunan sahələri 

nəzərdən keçirməli və bu sahədə şagirdləri məlumatlandırmalıdır. Müəllim əyani 

vəsaitdən  istifadə  edərək  şagirdlərə  izah  edir,  onlarla  birlikdə  dərslikdə  olan 

istehsal sahələrini fəal təlim formasında təhlil edir. 



Ammonyak  istehsalında  hazırda qapalı texnologiya sistemi  üzrə işləyən 

aqreqatlardan  istifadə  edilir.  Sistem  qapalı  olsa  da  istehsal  zamanı  ətraf  mühitə 

qaz 

və maye halında zəhərli maddələr buraxılır. Bu tullantı qazlar yandırılır və alınan 



istilikdən  su  buxarı  almaq  üçün  istifadə  edilir.  Atmosferə  hər  gün  1,7  t  azot 

oksidləri, 1,2 t karbon monoksid ötürülür. Ayrılan azot oksidi və karbon monoksid 

katalitik proses nəticəsində digər tullantı qazlarla birlikdə zərərsizləşdirilir [ 1, 2]. 

2NO + 2CO→ N

2

 + 2CO


2

 - 690 ke/mol 

Bu  reaksiya  termodinamik  cəhətdən  əlverişlidir.  Əlavə  edilən  işlənmiş 


3-4(55-56)2016 

 

 



52 

qazdakı  CO-nun  artığı  oksidləşdirilir.  Bu  zaman  hər  iki  reaksiya  bir  katalizator 

iştirakı ilə gedir. Digər halda N

2

O alınır. 



2NO + CO →N

2

O + CO



İşlənmiş qazda olan CO su ilə qarşılıqlı təsirdə olur: 

CO + H

2

O → CO



2

 + H


Reaksiyadan  alınan  hidrogen  azot  oksidi  ilə  qarşılıqlı  təsirdə  olub 

ammonyak əmələ gətirir: 

2NO + 5H


2

 → 2NH


3

+ 2H


2

Alınan  ammonyak  yenidən  prosesə  qaytarıldığından  onun  qarşısını    almaq 



üçün  azot  oksidin  (II)  katalitik  parçalanma  reaksiyasından  istifadə  edilir.  Bu 

zaman  azot,  su  və  karbon  oksidi  alınır.  Katalizator  olaraq  xrom,  mis,  dəmirin 

oksidlərindən  istifadə  edilir.  Nəticədə  ətraf  mühitin  çirklənməsinin  qarşısı  alınır. 

Zəhərli qazların təmizlənməsi 98 %-ə çalır. 

Nitrat  tıırşusu  istehsalı.  Bu  mövzunıı  keçərkən  müəllim  sənayedə  qatı  və 

duru  HNO

3

  istehsalı  ilə  şagirdləri  tanış  edir.  Burada  müəllim  informasiya 



məlumatları  əsasında  nitrat    turşusunun  istehsalına  olan  tələbatı  göstərir.  O, 

izahında göstərir ki. 1997-ci ildə 97 mln. ton, 2000-ci ildə isə 158 mln. ton nitrat 

turşusu istehsal olunmuşdur. Hazırda hərgün 350 t. HNO

3

 istehsal olunur. Bunun 



üçün  güclü  istehsal  və  tullantıların  təkrar  işlənməsinə  imkan  verən  qurğulardan 

istifadə  edilir.  Nitrat  turşusunun  alınması  prosesində  tullantı  qazlarında  0,2  %-ə 

qədər NO olur [5]. 

Müəllim nitrat turşusunun istehsalında əmələ gələn tullantının təkrar emalı 

və zəhərli qazların təmizlənməsi üsulları ilə şagirdləri tanış edir və göstərir ki, ən 

mühüm üsullar aşağıdakı təmizləmə üsullarıdır: 

•Katalitik təmizləmə üsulunda yüksək temperaturlu və aşağı lemperaturlu 

təmizləmə həyata keçirilir

•Adsorbsiya-desorbsiya üsulu ilə təmizləmə aparılır. 

Katalitik  təmizləmədə  katalizator  kimi  palladium  götürülür.  Katalizatorun 

aktivliyini  artırmaq  və  ona  qənaət  etmək  üçün  daşıyıcının  üzərinə  katalizator 

hopdurulur.  Katalizatorun  səthində  reduksiya  prosesi  hidrogen,  təbii  qazlar, 

ammonyak, karbon monoksid və s. ilə aparılır. Adsorbsiya üsulunda tullantı qazı 

siIikagel səthindən buraxılır və udulur. Qazlar seolitlə desorbsiya edilərək yenidən 

ayrılır və prosesə qaytarılır. 

Sulfat  turşusu  istehsalı  [3,  4].  Müəllim  sulfat  turşusunun  sənaye  və 

texnikada  rolunu  konkret  misallarla  l-ci  sxem  üzrə  izah  etdikdən  sonra,  turşuya 

olan tələbatı ödəmək üçün, onun istehsalını izah edir.  O, göstərməlidir ki,  bunun 

üçün: 

•aparat və qurğuların gücünü artırmaq; 



•ekoloji təhlükəsiz istehsal sahələrinin yaradılması; 

•qapalı texnoloji sistemlərin tətbiqindən istifadə edilməlidir. 



Kimya məktəbdə 

 

53 



 

Sulfat  turşusunun  istehsalında  əsas  xammal  pirit  (FeS

2

)  və  kükürd 



olduğunu  bildirərək,  müəllim  əlvan  metallurgiya  sənayesində  alınan  SO

2

-nin 



birbaşa  oksidləşdirilməsindən  əsas  üsul  kimi  H

2

SO



4

  alınmasında  istifadə 

edildiyini göstərir: 

2SO


2

 + O


2

 + 2H


2

O → 2 H


2

SO

4



 

l-ci  sxemdə  SO

2

-nin  alınması, onun  SO



3

-a  çevrilməsi,  H

2

SO

4



  alınması və 

tətbiqi verilmişdi. 

 

Sxem 1. Sulfat turşusunun alınması və tətbiq sahələri 

 

Müəllim H



2

SO

4



  istehsalında istifadə olunan xammal haqda məlumat verir: 

Pritin  yanmasından  kükürd  qazı  tozdan  təmizləndikdən  sonra  quruducu  bürcdə 

qurudularaq  yuxarıda  göstərilən  reaksiya  tənliyi  üzrə  H

2

SO



4

-ə  çevrilir. 

Metallurgiya qazlarında olan SO

2

-də ayrılır və oksidləşdirilərək H



2

SO

4



-ə çevrilir. 

Bundan  başqa  digər  sənaye  sahələrində  tullantı  şəklində  ayrılan  H

2

S,  S  və  SO



2

-

dən  də  H



2

SO

4



  alınmasında  istifadə  olunur.  Neftin  emalı  zamanı  ayrılan  qaz 

qarışığından SO

ayrılaraq oksidləşdirilir və H



2

SO

4



 ilə udularaq oleuma çevrilir. 

Flotasiya  üsulu  ilə  sulfid  filizlərinin  (Cu,  Pb,  Hg,  Zn,  Ni-in  sulfidləri) 

zənginləşdirilməsindən  alınan  tullantıda  40  %-ə  qədər  kükürd  ayrılaraq  sulfat 

turşusu istehsalına göndərilir [3, 4]. 

Xammal  kimi  işlədilən  pritdə  (FeS

2

)  53,4  %  S  və  46,6  %  Fe  olduğunu 



göstərərək sənayedə sulfat turşusunun alınmasında əsas xammal olduğunu bildirir.      

Müəllim H

2

SO

4



-ün  iki üsulla:  kontakt və  nitroza üsulları  ilə  alındığını və  hər iki 

üsulun  mahiyyətini  izah  etdikdən  sonra,  əsas  üsul  olan  kontakt  üsulunun  dörd 



3-4(55-56)2016 

 

 



54 

mərhələdən  ibarət  olduğunu  izah  edir,  şagirdlərin  iştirakı  ilə  reaksiya  tənlikləıini 

oksidləşmə-reduksiva  metodu  ilə  balanslaşdıraraq  şagirdlərin  aktivliyini  artırır. 

Hər  bir  mərhələni  şagirdlərə  çatdırdıqdan  sonra  reaksiya  tənliyinin  şagirdlər 

tərəfindən  yazılınası  və  əmsallaşdırmasına  nail  olmağa  çalışır.  Hər  bir  mərhələ 

ayrılıqda izah olunur: 

Müəllim  sinifə  müraciət  edərək  şagirdlərin  biliklərindən  istifadə  edərək 

göstərir ki, 1 - ci mərhələ tərkibində kükürd olan filizlərin, kükürd və hidrogen- 

sülfidin yandırılmasından kükürd oksidin (IV) alınması mərhələsidir. 

 Şagirdlər  FeS

2

,  H


2

S  və  S-ün  yanına  reaksiyası  tənliklərini  yazır  və 

əmsallaşdırırlar. Bunu piritin və H

2

S yanmasında yoxlamaq olar: 



)

2

2



3

2

2



4

10

2



1

3

2



11

4

2



2

2

2



2

0

2



4

1

3



2

2

2



3

3

2



0

2

1



2

2

H



SO

O

S

H

O

e

O

S

e

S

Fe

e

Fe

SO

O

Fe

O

S

F















 



2-ci  mərhələdə  yanma  nəticəsində  alınan  kükürd  qazının  qarışıqlardan  və 

kontakt  aparatın  zəhərləyən  qarışıqlardan  təmizlənməsidir.  Bu  mərhələdə  qarışıq 

tozdan,  xüsüsi  elektrofiltirlərlə  təmizlənir.  Kükürd  qazı  təmizləndikdən  sonra 

kontakt aparatında oksidləşir [ 1 ]. 



2SO

2

 + O

2

 → 2SO

3

 

Bu  üsulda  3-cü  mərhələdə  təmizlənmiş  SO

2

  -  oksidləşərək  S0



3

-ə  çevrilir 

və 4-cü mərhələdə SO

2

 duru H



2

SO

4



 ilə udularaq oleuma çevrilir. 

SO

3

  + H

2

SO

4

 → H

2

S

2

O

7

 (H

2

SO

4

SO

3

Şagirdlərə izah olunmalıdır ki, qaz qarışığını toz, qaz. qarışığında olan As, 

Se və digər zəhərli qazlardan təmizləmək üçün su ilə yuyulma aparılır. Bu zaman 

su  özü  zəhərli  maddələrlə  çirklənir.  Belə  suyu  təmizləmədən  su  hövzələrinə 

buraxmaq  ekoloji  cəhətdən  təhlükəlidir.  Təhlükəli  qarışıq  olan  arsen  suya  keçir. 

Bu  cür  su  xüsusi  su  təmizləyici  qurğularda  arsen  və  digər  zəhərli  qarışıqlar 

təmizlənir. 

Fosfat  turşusu  istehsalı  [4,  5].  Bu  mövzuda  müəllim  iki  üsulla  fosfat 

turşusunun istehsalı ilə şagirdləri tanış edir. Şagirdlərə fosfat turşusunun iki üsulla 

alınmasını  izah  edərkən  göstərməlidir  ki,  termiki  üsul  və  ekstraksiya  üsulu 

müxtəlif olduğu kimi,  alınan tullantının tərkibi də müxtəlifdir. Termiki üsulda 1 

ton fosfor alındıqda tullantıların tərkibi: şlak (8-11 T), ferrofosfor (0,1-0,5 T), toz 

(0,05-0,35 m

3

), şlam (0,1-0,15 T) və 7 m



3

 çirkab suyu əmələ gəlir. Tullantıda olan 

qazın, 80- 85 %-ni karbon ( I I )  oksid,   8-10 %-ni azot, hidrogen, fosfin, karbon 

dioksid  və  fosfat  turşusu  təşkil  edir  [5].  Ayrılan  qaz  yandırılır.  CO-nun 

yanmasından  alınan  istilikdən  prosesdə  istifadə  edilir.  Alınan  şlakdan  sement, 

11 


11 



Kimya məktəbdə 

 

55 



 

kimyəvi  qurğuların  hissələri  üçün  məmulat,  kərpic,  şlak  pambığı,  şlak-pemza 

alınmasında  istifadə  olunur.  Şlak-pambıq  və  şlak-pemzadan  aparat  və  boruları  

izole  etmək üçün istifadə edilir. Şlakda dəmir fosfidləri F e

2

P, FeP olur. Qarışıqda 



manqan  və  xrom  fosfidləri  də  olur.  Şlakın  təkrar  emalından  Fe,  Mn,  Cr  və  P

2

O



5

 

alınır. Aşağıdakı sxem ilə şagirdlər tanış edilir. (Sxem 2). 



 

Sxem 2. Sudan, tozdan təmizlənmiş şlamdan 2-ci sxemdə göstərilən məhsullar istehsal olunur. 

 

Tullantının qaz fazasında olan SiF



4

, H


2

SiF


6

-ya çevrilir. 

 

Müəllim  dərsi  sual-cavabla  yekunlaşdırdıqdan  sonra  bildirir  ki,  hazırda 



tullantısız  və az tullantılılı texnoloji proseslər iki hissədən ibarətdir: əsas məhsul 

istehsalı və tullantını təkrar emal edən hissədən ibarətdir. Bu cür texnologiya isə 

yerli sənaye komplekslərinin yaradılmasını tələb edir. 

 

İstifadə  edilmiş  ədəbiyyat: 



 

1. Химия окружающей среды. Под. Ред. 

Дж.  О.М.  Бокриса  М;  Химия,  1982,  с. 

322. 


2.  V.M.Abbasov  və  b.  Məktəb  kimya 

kursunun 

tədrisi 

prosesində 

ekoloji 

biliklərin formalaşdırılması Kimya məktəb 

kur. 2004, №4, s. 36-43  

3.  VM.Abbasov  və  b.  Ümumitəhsil 

məktəblərinin 8-9-cu sinifləri üçün dərslik 

Bakı, 2015, 440 s.  

4.  S.A.Abdullayeva  Şagirdlərin  ekoloji 

tərbiyəsi  //  Kimya  və  biologiya  tədrisi. 

1987 №3, s. 56-58 

5.  Беккер  A.VI.  Об  экологическом 

образования. // 1990, №4, с. 24..

 


3-4(55-56)2016 

 

 



56 

А.Н.Курбанов, У.Ш.Бахшыева 

Технология  повторного производства и эксплуатация отходов в химической 

промышленности 

 

АННОТАЦИЯ  



 

Основная цель статьи является ознакомлением учащихся старших классов научной 

актуальностью  защиты  окружающей  среды,  основой  технологии  и  связь 

химического  производства  с  экологическими  знаниями  в  учебном  процессе. 

Основные  сферы  производства:  во  время  производства  аммиака,  серной  и 

фосфорной кислот исполъзуется вторсыръё  в резулътате повторного производства 

и  на  основе  схемы  применения  промыщленных  отбросков  формируются  научные 

соображения у учащихся. 



 

A.N.Qurbanov, U.Sh. Bakhshıyeva 

Reprocessing of chemical industries waste and use of technology 

 

SUMMARY 

 

The  purpose  of  article,  is  to  achieve  increasing  environmental  awareness  of  the 



students  associated  with  the  chemical  industry  in  the  teaching  of  courses  in  the  upper-

class,  to  teach  the  scientific  and  technological  fundamentals  of  the  actuality  of 

environmental protection.İmportant production sectors: İt is to from scientific knowledge 

to students about crucial compounds which are utilised as a second material and acguired 

from  the  recycling  of  wastes  during  the  production  of  ammonia,  sulfuric,  phosphoric 

acids and interpret on the basic of implementation schemes ares of industrial wastes. 



 

 

Açar sözlər: ekologiya, tullantı, texnologiya, turşu, flotasiya, şlak. 

 

Ключевые слова: экология, отбросы, технология, кислота, флотация, шлак. 

 

Key words: ecology, refuse, technology, acid, flotation, slag. 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə