Fİ
zİ
k
İ təl
İm
1
Müəllimin
Peşəkarlıq Standartı
Fİzİkİ təlİm
(baza və orta pillə)
2008-ci il
(birinci redaksiya)
Müəll
İm
İn Peşəkarlıq St
andartı
2
Fİ
zİ
k
İ təl
İm
3
Baza və/ya orta Pİllənİn Fİzİkİ təlİM MüəllİMının
Peşəkarlıq vərdİş-Bacarıqları
İStİqaMət: SağlaMlıq və təhlükəSİzlİk
Sağlam həyat qaydası rolu və yeniyetmənin fizioloji və psixoloji inkişafı arasında səbəb-
nəticə əlaqələrinin möhkəmlənməsi;
Sağlam həyat qaydası rolu və ictimaiyyətdə şəxsiyyətin uğurlu inteqrasiyası prosesi arasında
səbəb-nəticə əlaqələrini möhkəmləndirmək;
Cəmiyyətin inteqrasiya prosesində mümkün olan təhlükələri təhlil etmək (təhlükəsizlik
qaydalarını, müxtəlif hərəkət üsullarını və kritik vəziyyətlərdən mümkün olan çıxış yollarını
bilir).
İStİqaMət: hərəkət və Motorİka vərdİş-Bacarıqları
Fiziki fəallıqların bütün əsas və məcburi hərəkət bacarıqlarını göstərmək;
Məktəb və sinifdənkənar qrup oyunlarını təsvir etmək və hazırlamaq;
İdman oyunlarının əsas qaydalarını formalaşdırmaq;
Məhdud imkanlı şagirdlərin həmyaşıdlarının arasına inteqrasiyası və onların qrup işlərinə
qoşulmaları.
İStİqaMət: fəal İştİrak
Orqanizmin və sağlamlığın bərkiməsi üçün lazım olan fiziki fəallıqları tətbiq etmək və
təkmilləşdirmək;
Sağlamlıq və idman yürüşləri zamanı lazımi hərəkət qaydalarını təsvir etmək və
hazırlamaq;
Sinifdənxaric fəallıqları (əmək, idman, ictimai və sairə) təsvir etmək və hazırlamaq.
Müəllİmİnİn_Peşəkar__bİlİyİ__fİzİkİ_təlİM_və_İdMan__hərəkətlərin_əsasları'>Baza və/ya orta Pİllənİn Fİzİkİ təlİM Müəllİmİnİn Peşəkar
bİlİyİ
fİzİkİ təlİM və İdMan
hərəkətlərin əsasları:
Hərəkət vərdiş-bacarıqlarının inkişafı və bədənin tam mükəmməlliyi üçün lazım olan məşqlər,
onların gərəkliyi, praktiki əhəmiyyəti, faydası, ardıcıllığı, sürəti və s. (qrup və fərdi kompleks
məşqləri, bədənin başqa-başqa hissələrinə görə onların təsnifatı, hərəkət vərdişləri, çeviklik
və idman oyunlarına malik olmaq imkanları baxımınnan).
Konkret məqsədlərə etibarən məşq komplekslərinin modifikasiyası;
Əsas idman növləri (futbol, basketbol, volleybol, bədii gimnastika, bura həmçinin əlavə
etmək mümkündür: gürcü güləşi, həndbol, reqbi, tennis, üzgüçülük, xizək, fiqurlu sürüşmə
və xokkeyi).
Müəll
İm
İn Peşəkarlıq St
andartı
4
əMək fəalİyyətİ və İStİrahət
Sinifdənxaric fəallıqların (əmək, idman, ictimai və s.) əhəmiyyəti;
Məktəb və regional idman yarışmalarının əhəmiyyəti;
Müxtəlif müddəti və çətinliyi olan məktəb və regional idman-sağlamlıq yürüşlərinin
əhəmiyyəti.
raSİonal qİda
Qidanın insan sağlamlığında rolu;
Sağlamlıq üçün zərərli və faydalı qida;
Qida rasionunun (kaloriliyi, keyfiyyəti və miqdarının) insan sağlamlığına təsiri;
Qida rejimi.
İdman pəhrizi.
şəxSİ və İctİMaİ hİgİyena
Dayaq-hərəkət apparatının anatomik fizioloji quruluşu;
Bədənə qulluq qayda və prosedurları;
Xəsarətə qarşı profilaktika üsulları;
Məişət texnikasından təhlükəsiz istifadəetmə qaydaları;
İctimai nəqliyyatdan istifadə qaydaları;
İctimai həyatda mövcud olan potensial təhlükələr, onlardan özünü kənarlaşdırmaq üsulları
və yardım göstərmək vasitələri;
Profilaktika üçün dərmanlar və onların təyin edilməsi;
Fiziki və ruhi sağlamlığın qarşılıqlı əlaqəsi;
Müxtəlif xəstəliklərdən özünü qorumaq;
Müntəzəm tibbi yoxlanışdan keçməyin əhəmiyyəti.
zərərlİ vərdİşlər (Mənfİ təSİr və onlardan İMtİna etMək)
Hipodinamiya;
Tütün, alkohol və narkotiklərin zərərli təsiri;
Qeyri-sağlam cinsi əlaqələr;
Zərərli vərdişlərin insan psixikası və xasiyyətinə göstərdiyi təsir (apatiya, aqresiya, depresiya,
diqqətin yayınması, yaddaşın zəifləməsi və s.).
İnsanların münasibətləri, birgə yaşayış prinsiplərinin mühafizəsi, məhdudimkanlı insanlara
şəfqətlə yanaşma;
Fİ
zİ
k
İ təl
İm
5
Şəxsi nəzarət və başqalarının nəzarət mexanizmləri;
Səmimi oyun qaydaları;
Tolerantlıq (məhdudimkanlı insanlara, əks cinsə, müxtəlif yaş dövrlü insanlara, miliyyətə,
dinə və b. qarşı);
Müxtəlif ictimai birliklərlə münasibətlər.
tədrİS Metodları
şagİrdə və nətİcəyə yönələn dərS ProSeSİnİ Planlaşdıra Bİlİr:
Müəllim sağlam həyat qaydasını tərkib hissələri olan elementlərin tədris-təlimi prosesi
üçün lazım olan dərsləri şagirdlərin maksimal maraqları, motivasiyalarını oyatmaq üçün
planlaşdırmaq; ardıcıllıqla verilən məqsədlərə nail olmaq, sinfin təşkil edilməsi, idarə
olunması, şagirdlərin yoxlanılma və qiymətləndirilməsi üçün lazımi üsul və metodlardan
istifadə etmək;
Şagirdlərin tələblərinə (konkret şagirdin və sinfin imkanlarına, nəticələrinə, uğursuzluğuna)
yönələn təcrübələr aparmaq. Bu məqsəddən irəli gələrək, tədris planı ilə nəzərdə tutulan
nəticələrə maksimal şəkildə nail olmaq üçün həmkarlar və mütəxəssislərlə əməkdaşlıq
etmək;
Sağlam həyat qaydasının formalaşması üçün lazım olan fəallıqları planlaşdırmaq: standartın
tələbləri ilə nəzərdə tutulan materialları seçmək və dərslərin kompleks məqsədlərini müəyyən
etmək; bu məqsədləri həyata keçirmək üçün lazımi bacarıqlar hazırlamaq (təhlükəsizliyi
təmin etmək, higiyenik və məişət işgüzəranlığı və s.); şagirdlərin sağlam həyat tərzinin
mərhələlərlə inkişafı üçün şagirdlərin imkanlarına uyğun olan müxtəlif tip və çətinliyi olan
tapşırıqlar (hərəkətlər, çalışmalar, hadisəyə aid oyunlar) seçmək və ya tərtib etmək;
Higiyenik və təhlükəsizlik qaydalarının öyrənilməsi üçün uyğun fəallıqlar planlaşdırmaq:
standartın tələbləri ilə nəzərdə tutulan qısamüddətli dərs məqsədlərini müəyyən etmək,
verilən məqsədlərə uyğun, müxtəlif çətinliyi olan tapşırıqlar seçmək və ya tərtib etmək;
Kompleks xarakteri daşıyan həyat üçün əhəmiyyətli olan hərəkətlər və motorika vərdiş-
bacarıqlarının təkmilləşdirilməsi üçün lazım olan fəallıqları planlaşdırmaq;
Standartın tələbləri ilə nəzərdə tutulan dayaq-hərəkət sistemini inkişaf etdirmək məqsədilə
müvafiq uzunmüddətli məqsədləri müəyyən etmək;
Bu məqsədlər üçün uyğun kompleks idman hərəkətlərini seçmək/hazırlamaq;
Məqsədə çatmaq üçün uyğun idman hərəkətləri (əl-ayaq, boyun, pres, baş, nəfəs və s.),
onların ardıcıllığını, intensivliyini və s. özündə əks etdirən gözlənilən nəticənin məzmun və
məqsədləri xəritəsini tərtib etmək;
Bu xəritəyə əsaslanaraq qısamüddətli məqsədləri müəyyən etmək və məqsədlərə uyğun
müxtəlif tip və çətinliyi olan idman hərəkətlərini seçmək və ya tərtib etmək, hansılar ki,
şagirdlərdə mərhələlərlə kompleks, həyat əhəmiyyəti daşıyan hərəkətlər və motorika
vərdiş-bacarıqlarını inkişaf etdirəcək.
Standartİn tələBlərİ İlə uyğun koMPlekS xarakterİ daşıyan
qruP fəallıqlarını PlanlaşdırMaq :
(qrup oyunları, idman və sağlamlıq yürüşləri, sadə layihələr və başqalarından istifadə
Müəll
İm
İn Peşəkarlıq St
andartı
6
etməklə) məqsədləri müəyyən etmək, digər fənnlərlə əlaqələndirmək və inteqrasiya yollarını
axtarmaq, məqsədlərə uyğun tapşırıqları və fəallıqları seçmək/hazırlamaq, iştirakçıların
sayı və funksiyalarını müəyyən etmək, həyata keçirmə mərhələləri, yolları və vasitələrini
müəyyən etmək;
Planlaşdırılmış fəallıqları həyata keçirmək üçün lazım olan vaxtı müəyyən etmək, hər bir
fəallığın gedişatı mərhələlərini planlaşdırmaq və tədrisin təşkilinin lazımi formalarını seçmək:
qrup, dəstə, cüt, fərdi, bütün sinfin iştirakı ilə iş;
Biliyin qavranılmasının birinci (çatdırmaq-anlatmaq), ikinci (çalışmaq) və ya üçüncü
(qavramaq) fazası üçün verilən məqsədləri nəzərə almaqla tapşırıqlar/idman hərəkətləri
komplekslərinin lazımi sayını təyin etmək;
Planlaşdırılmış dərslər üçün qiymətləndirmə məqsədləri və strategiyalarını müəyyən
etmək.
şagİrdə və nətİcəyə yönəldİlən dərSİ (dərS ProSeSİnİ) aParMaq:
Planlaşdırılmış dərsləri təcrübədə tətbiq etmək;
Sağlam həyat qaydasının formalaşması və həyat üçün əhəmiyyət daşıyan hərəkət və
motorika vərdiş-bacarıqlarının inkişafı etdirmək üçün şagirdləri lazımi fəallıqlara cəlb etmək:
həvəsləndirici problematik hallar, şagirdlərin maraqları və şəxsi təcrübələri ilə əlaqədar
problemlərin/məsələlərin/idman hərəkətlərinin seçilməsi/hazırlanması; çalışma və oyunları
seçərkən şagirdlərin imkanları və maraqlarını nəzərə almaq, irəli aparan fəallıqları tərtib
etmək –fərziyyələr söyləmək, planlaşdırılmış hərəkətlər komplekslərini şagirdlərin şəxsi
təcrübələri ilə əlaqələndirmək, maraqlı fəallıqlar fikirləşib tapmaq, şagirdlərdə mövcud
olan bacarıqları aktivləşdirmək, özünüifadə üçün imkanlar vermək, hadisələrə aid olan
məsələlərin həlli yollarını axtarmaq, fərdi, kompleks, sistemli çalışmalar təklif etmək və s.;
Sağlam həyat qaydalarının şagirdlər tərəfindən mənimsənilməsi və həyat əhəmiyyətli hərəkət
və motorika vərdiş-bacarıqlarının, eləcə də, məsələnin sərbəst həlli və yaxşılışdırılması üçün
lazım olan vərdiş-bacarıqları təkmilləşdirmək və onları uyğun strategiyalarla təchiz etmək:
planlaşdırmaq, lazımi resurslardan istifadə etmək və resurslar hazırlamaq, qiymətləndirmə
meyarlarını hazırlamaq, özünüqiymətləndirmə və başqalarını qiymətləndirmədə iştirak
etmək, problemləri, zəif və güclü tərəfləri üzərə çıxarmaq, maneələrin qarşısının almaq,
problemlərin həlli yollarının sərbəst şəkildə axtarmaq.
Hər bir şagirdi (eləcə də, lazımi fiziki sağlamlığa malik olmayan və məhdud imkanlı
şagirdləri) dərsə cəlb edə bilən üsullardan istifadə etmək: şagirdlərin imkanlarını nəzərə
almaqla müxtəlif tələbləri irəli sürmək (eləcə də, inklyuziv tədris), idman zalında yerinə
yetirilən fəallıqları müqayisə və təhlil etmək, başqa-başqa hərəkətlərin tam mənimsənilməsi
məqsədilə onları təkrar etmək və s.;
Şagirdlərin motivasiya və nailiyyətlərini maksimal şəkildə təmin etnək məqsədilə çoxsaylı
fəallıq və strategiyalardan istifadə etmək (birbaşa göstəriş, initzamlararası göstərişlər);
Uyğun resursları (avadanlıq, ləvazimatlar, kompyuter, video materiallar, ekspertlərin dəvət
edilməsi və sairə) seçmək və bu ya digər hərəkəti, motorika vərdiş-bacarıqlarını inkişaf
etdirmək üçün lazım olan əməlləri yaxud da çalışmaları yerinə yetirmək üçün aydın
göstərişlər vermək.
Fİ
zİ
k
İ təl
İm
7
şagirdə və nəticəyə yönələn dərs prosesini təmin etmək
məqsədilə qiymətləndirmənin çoxsaylı metodlarından
istifadə etmək:
Şagirdlərin nəticələrinin yaxşılaşdırılması məqsədilə inkişafetdrici qiymətləndirmədən
istifadə etmək: biliyin mənimsənilməsinin hər üç səviyyəsində (birinci: çatdırma-anlatma),
(ikinci: çalışma) və ya (üçüncü: qavrama) vəziyyəti yoxlamaq, problemləri aşkar etmək,
onları yaradan səbəbləri təyin etmək və lazımi fəallıqları planlaşdırmaq;
Biliyin üçüncü fazasında müəyyənedici qiymətləndirmədən istifadə etmək;
Dərs məqsədləri və qiymətləndirmə strategiyalarının qarşılıqlı razılığı: məqsədlərin müvafiq
qiymətləndirmə meyarları və üsullarını seçmək/hazırlamaq, kompleks tapşırıqlarını
qiymətləndirmək üçün uyğun meyarlar sxemini (rubrikaları) hazırlamaq və verilən
məqsədləri nəzərə almaqla hər birinin çəkisini müəyyən etmək;
Şagirdlərin çoxtərəfli inkişaflarını təmin etmək məqsədilə onları qiymətləndirmək; dərs
prosesində çoxsaylı meyarları seçmək/hazırlamaq (təşkilatçılıq, fantaziya qabiliyyəti,
yaradıcılıq qabiliyyəti, tənqidi təfəkkür bacarığı və s.);
Şagirdlər arasında elə bir vərdiş-bacarıqları inkişaf etdirmək, hansıların nəticəsində,
onlar başqa-başqa idman oyunları/yarışmalarından əvvəl, proses zamanı və eləcə də,
gələcəkdə uyğun əməli strategiyaları hazırlaya bilsinlər, vəziyyətdən irəli gələrək, onları
modifikasiya etməyi, təhli etməyi və qiymətləndirməyi bacara bilsinlər.
fİzİkİ təlİMİn tədrİSİ nətİcəSİndə şagİrdİn
şəxSİ İnkİşafını təMİn etMək:
Şagirdlər üçün elə bir fəallıqlar/tapşırıqlar (problematik məişət halları məsələlərinin həll
olunması, çalışmalar komplekslərini hazırlamaq, idman tədbirlərində, intizamlararası
fəallıqlarda iştirak etmək, idman və sağlamlıq yürüşləri və digər tədbirlərin planlaşdırılmasında
iştirak etmək) təklif etmək, hansılar ki, yaradıcılıq və tənqidi təfəkkür vərdişlərinin
təkmilləşməsi üçün imkan yarada bilsinlər;
Real həyat hadisələrini özündə əks etdirən və şagirdlərin öz təcrübələri və mövcud olan
sosial-mədəni mühit və cəmiyyətdə olan müxtəlif növ həyat tərzi qaydaları arasında
paralellər etmək imkanlarını verən fəallıqları seçmək/hazırlamaq; oxşarlıq-fərqləri, stereotip
düşüncələri ayırd və təhlil etmək, nəticə çıxarmaq və qiymətləndirmək.
Müəll
İm
İn Peşəkarlıq St
andartı
8
Dostları ilə paylaş: |