Vətəndaşın işgüzar nüfuzunun, şərəf və ləyaqətinin müdafiəsi mübahisələri



Yüklə 13,47 Kb.
tarix23.02.2017
ölçüsü13,47 Kb.
#9448
Vətəndaşın işgüzar nüfuzunun, şərəf və

ləyaqətinin müdafiəsi mübahisələri

nümunə

_____________________________________________

məhkəmənin adı
İddiaçı_________________________________________________

MPM-nin 149.2.2-ci mad. iddiaçı barədə göstərilən məlumatlar


Cavabdeh_____________________________________________

MPM-nin 149.2.2-ci mad. cavabdeh barədə göstərilən məlumatlar


İddianın qiyməti____________________________________________

(məbləğ manatla,əgər iddia qiymətləndirilməlidirsə)


Vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi və dəymiş

mənəvi zərərin əvəzinin ödənilməsi haqqında

İDDİA ƏRİZƏSİ

“_____”___________20__ci ildə cavabdeh____________________(S.A.A) __________(iddiaçının fikirincə onun şərəf və ləyaqətini alçaldan məlumatları yayan kütləvi informasiya və digər vasitələri göstərmək) barəmdə şərəf və layaqətimi alçaldan həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır,yəni:______________(yayılmış məlumatın məzmununu şərh etmək).

Göstərilən məlumatlar həqiqtə uyğun deyil,çünki__________(niyə məlumatlar həqiqətə uyğun gəlmir,aydınlaşdırmaq və qeyd olunanlar üçün sübutlar təqdim etmək vacibdir).

Cavabdehin hərəkətləri nəticəsində mən arzu olunmaz vəziyyətə düşdüm,xüsusilə__________(nəticələri qeyd etmək-şəxsi və ya ailə həyatının sirrinin açılması,həkim sirrinin açılması,ailə gurmağın mümkün olmaması,iş və ya yaşayış yerinin məcburi dəyişdirilməsi,peşəkar fəaliyyətin davam etdirilməsinin mümkün olmaması,qanuni hüquqların və mənafeyin pozulması və s.) hansı ki,mənə mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir.

__________________________səbəbə görə çəkdiyim mənəvi iztirablar nəticəsində ____________(xəstəliyi qeyd etmək) xəstəliyə tutuldum və__________(müddəti göstərmək) əmək qabiliyyətimi itirdim.Həmçinin cavabdehin hərəkətləri nəticəsində mənə fiziki iztirablar formasındada mənəvi zərər vurulmuşdur.

Ona görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23 və 1097-ci maddələrinə əsasən cavabdeh, mənim şərəf və layaqətimi alçaldan həqiqətə uyğun olmayan məlumatların yayılmasından ibarət olan hüquqa zidd hərəkətləri nəticəsində mənə dəymiş mənəvi zərərin (fiziki və mənəvi iztirabların) əvəzini verməlidir.

Cavabdeh tərəfindən mənə dəymiş mənəvi zərəri_____________(miqdarı rəqəm və söz ilə yazmaq) manat dəyərində qiymətləndirirəm,çünki_______________________________(yaxşı olardı ki,bu qiyməti əsaslandırasız).

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23 və 1097-ci maddələrinə əsasən,


xahiş edirəm:
1.Mənim şərəf və ləyaqətimi alçaldan__________barədə yəqin olmayan məlumatları_______vasitəsi ilə________(təkzib etmə qaydasını qeyd etmək) təkzib etmək üçün cavabdehə bir vəzifə olaraq üzərinə qoyulsun və məcbur olunsun.

2.Cavabdehdən mənim xeyrimə_______manat miqdarında mənə dəymiş mənəvi zərərin əvəzi tutulsun.


Qoşma:
1.İddiaçının şərəf və ləyaqətini alçaldan yəqin olmayan məlumatların yayılmasının sübutu (nəşriyyat, qəzetlərdən kəsilmiş parçalar və ya onlardan çıxarışlar,yığınacaq konfrans protokolları və s. cavabdehin və digərlərin çıxışlarını əks etdirən vasitələr və s.)___vərəqə;

2.Yəqin olmayan məlumatlarla iddiaçının arzu olunmaz vəziyyətə düşməsi səbəbi ilə əlaqənin olmasının sübutu__vərərə.

3.Xəstəlik tarixçəsindən çıxarış,əmək qabiliyyətini itirmək vərəqəsi və s.xəstəliyi təsdiq edən tibb sənədləri və vurulmuş mənəvi iztirablarla bu xəstəlik arasında əlaqənin olması____vərəqə;

4.Digər sübutlar____vərəqə;

5.Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd___vərəqə;

6.İddia ərizəsinin surəti___vərəqə.


Ərizənin verilmə tarixi:”___”______20_ci il.

İddiaçının imzası
Yüklə 13,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin