TƏLƏBƏ: QASIM ƏSƏDULLAYEV FAKÜLTƏ: TARİX VƏ COĞRAFİYA İXTİSAS: SOSİAL İŞ QRUP: 863 KURS: I FƏNN:AZƏRBAYCAN DİLİNDƏ İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYA SƏRBƏST İŞ: MONOLOJİ NİTQİN NÖVLƏRİ: MÜHAZİRƏ, MƏRUZƏ, ÇIXIŞ, NİTQ VƏ S. MÜƏLLİM: NOFƏL ƏHMƏDOV
SUMQAYIT 2023
MONOLOJİ NİTQİN NÖVLƏRİ: MÜHAZİRƏ, MƏRUZƏ, ÇIXIŞ, NİTQ VƏ S. PLAN: MONOLOJİ NİTQ HAQQINDA MƏLUMAT
MONOLOJİ NİTQİN NÖVLƏRİ HAQQINDA MƏLUMAT.
GİRİŞ Nitqin inkişafının tədris prosesində yer alması çox vacib məsələdir. Xüsusi ilə ali təhsil müəssisələrində ana dilinin tədrisində nitq mədəniyyəyinin inkişafı önəmlidir. Nitq mədəniyyətinin tədrisində onun iki növü üzərində xüsusi olaraq dayanmalı və tələbələrin hər iki növdə özünü sərbəst hiss etməsi əsas məqsəd kimi təyin olunmalıdır. Nitqin ifadə üsullarına, təzahür şəkillərinə, kommunikasiya məqsədinə, şəraitinə və s. əlamətlərə görə bir sıra növləri (şifahi nitq, rəsmi nitq, səhnə nitqi, danışıq nitqi, kütləvi nitq,ədəbi nitq, vaistəli nitq, təşkil olunmuş nitq və təşkil olunmamış nitq və s.) mövcuddur ki, onlar müəyyən cəhətlərinə görə bir-birindən fəqlənirlər. Danışan və dinləyənin nitq prosesində iştirakı həmişə eyni formada olur. Bir nitq praktikasında danıçan və dinləyən demək olar ki, eyni dərəcədə fəaliyyət göstərir: sual verir, danışan rəyini söyləyir, mühasib ona rəyini bildirir. Başqa bir nitq formasıda dinləyən ya ehtiyac, ya da imkanının olmaması üzündən mühasibin danışığına müdaxilə etmir, münasibət göstərmir. Bu cür nitq monoloji nitqdir. Müasir dövrdə insanın özünə və kariyerasına dair təqdimatın önəmi çox böyükdür. Bu mənada çıxışların, hesabatların savadlı şəkildə hazırlanması elmi-nəzəri bazanın mənimsənilməsini tələb edir. Digər tərəfdən praktik vərdişlərin aşılanması çox vacibdir.
Tədqiqatçılar göstərirlər ki, monoloji nitqin əsas məqsədi kommunikasiya prosesində təsvir, təstiqləmə, fikir söyləmə, səciyələndirmə kimi məzmunu qarşıdakılara çatdırmaqdır. Həmin nitq təşkil olunmuş, proqramlaşdırılmış bir nitqdir