MƏRUZƏ- şifahi monoloji nitqin mürəkkəb janrı olub, yazılı mətnə yaxın olan,müəyyən mövzuya (elmi, sosial-siyasi və b.) həsr olunmuş,dinləyicilər qarşısında verilən geniş məlumatdır.
Məqsəq - toxunulan məsələlər üzrə dinləyicilərin fikrini formalaşdırmaq,sonrakı əməli fəaliyyətlərin xarakterini müəyyən etməkdir.
Məruzənin şərhinin məntiqi münasib kompozisyası, sübutluluğu ilə seçilir, burada danışanın şəxsiyyəti ikinci plana keçir.
Elmi məlumata həmçinin anlayışların nümunələrlə şərh edilən məntiqi tərəfləri də daxil edilə bilər. Materialın seçilməsi müəyyən vəzifəyə,məsələn,sintezdə bu və ya digər dil kateqoriyasına aid xüsusiyyətləri göstərməyə tabe edilir.
Elmi məlumatlar-ümumiləşdirmələr nəzərdən keçirilən hər hansı dil hadisəsi və kateqoriyalarına aid ümumi əlamətlərin fərqləndirilməsidir. Belə ümumiləşdirilmiş qısa ifadə edilmələr «Əvəzlik və zərflərdə defisdən istifadə», «Xitab, ara söz və ara cümlələrdə durğu işarələri» və s. kimi məsələlərin öyrənilməsini nəzərdə tutur. Belə müzakirələrdən sonra, adətən ümumiləşdirilmiş nəticə çıxarılır.
Materialın qruplaşdırılmasına əsaslanan mülahizələr (məsələn, «Nitq hissələri», «Sonu saitlə bitən sözlərə saitlə başlayan şəkilçilərin artırılması qaydası» və s. mövzularda) əsas bölgünün formalaşdırıldığı və qrupun adının göstərildiyi cümlə ilə başlayır.
Bu cümlələrdə şərti olaraq təsnifat münasibətlərini göstərən dil vasitələrindən istifadı edilir: qruplara bölünür (bölmək mümkündür), qruplar ayrılır (fərqləndirilir), bu əsasda aşağıdaki qruplara bölmək olar (mənasına görə, quruluşuna görə, cümlədəki roluna görə, istifadə məqsədinə görə və s.). Bu növ ilkin ifadələr materialın şərhinin müəyyən yolunu, mülahizənin quruluşunu, yəni ümumi müddəadan xüsusiyə istiqamətini göstərir. Çıxış edən nəzərdən keçirilən kateqoriyanın qruplara bölünməsini əsaslandıran mühüm əlaməti göstərilməlidir. Bölünmə əlamətlərini bilmək kompozisiyanın mütənasibliyi təmin edəcəkdir.
Bu səbəbdən də belə məlumatlar hazırlanmazdan əvvək öyrənilən materialın məntiqi təhlili aparılmalıdır ki, bu təhlilin də cədvəl və sxemlərin tərtibi ilə müşayiət edilməsi məqsədəuyğundur. Cədvəllər materialın toplanması və cavablar üçün plan vəzifəsini yerinə yetirir, onun gedişində cədvəlin qarşılıqlı əlaqədə olan qrupların (alt qrupların) və onların arasındaki əlaqələrin tapılması üçün əlamətlərin müəyyənləşdirilməsinə yönəldilmiş oxunması və təhlili həyata keçirilir.
Bir qayda olaraq, məruzə kağızdan oxunur, improvizələrə və kənaraçıxmalara yol verilmir, bunu həm də əvvəlcədən hazırlanmış plan və tezislər sübut edir. Nitqin mözvusundan kənara çıxılması yalnız auditoriya ilə əks əlaqənin yaradılması üçün gərəkli olur və əvvəlcədən müəyyənləşdirilir.
Məruzənin məzmunu mövzu və məruzəçinin qarşısına qoyduğu məqsədi ilə müəyyənləşdirilir. Hər şeydən əvvəl, vəziyyət təhlil edilir, məlumatlar verilir, vəzifələr qoyulur, tövsiyə verilir və qiymətləndirmə aparılır. Bir qayda olaraq, oxunduqdan sonra məruzə müzakirə edilir.
Hesabat məruzəsi- bu zaman rəsmi şəxs səlahiyyətli yığıncaq qarşısında görülmüş iş haqqında hesabat verir, onu təhlil edir və nəticələrini qiymətləndirir. Belə məruzə rəsmi xarakter daşıyır, orada eyni zamanda qarşıda duran fəaliyyət haqqında danışılır və vəzifələr müəyyənləşdirilir. Onun məzmunu həm müzakirə edilir, həm də hansısa hissələri təshih edilir, ayrı-ayrı hissələri bəyənilir və bəzən fəaliyyət üçün proqram kimi qəbul edilir.
Elmi məruzə elmi konfranslarda( simpozium, seminar, beynəlxalq konqreslərdə) edilir və o, quruluşuna görə mühazirə ilə oxşardır. Lakin mühazirədən fərqli olaraq, xüsusilə təbiət elmləri sahəsində məruzələr konkret sosial və digər tədqiqatlar, axtarışlar üzrə keçirilən eksperimentlərin ümumiləşdirilməsi olur. O, müəyyən bir məsələyə həsr edilir və nadir hallar istisna olmaqla elmi məruzədə elmi kəşfi olmalı, yaxud məlum hadisələrə prinsipial cəhətdən yeni yanaşmaları əks etdirməlidir. Belə nitq, mühazirə kimi dəqiq dəlillərlə və sübutlarla əsaslandırılmış olması ilə fərqlənir.
ÇIXIŞ- məişət üslubunun ən geniş yayılmış növüdür. Monoloji nitqin bu növü daha çox prezident yanında ilin yekunları və ya istehsalatın hər hansı bir sahəsinə aid toplantıda, nazirlərin hesabatında, yığıncaqlarda və iclaslarda səsləndirilir. Məsul şəxs qarşısında başqalarının monoloji nitqi çıxış adlanır. Ali məktəb rəhbərliyinin səlahiyyətli nümayəndələrinin , orta və peşə məktəblərinin, lisey və koleclərin, idarə, müəssisə və təşkilatların başçılarının sinifdə, auditoriyada, iclas zalında ümumiyə xitabən danışması, toy məclisində qonaqların təbrik üçün söz deməsi, mərasimlərdə, mitinqlərdə, bir tikilinin, qurğunun açılışında, hər hansı bir görüşdə deyilən qısa, yığcam, bəzi hallarda geniş fikirlər toplusu çıxışdır. Çıxış o vaxt razılıqla qarşılanır ki, natiq özündən əvvəl çıxış edənlərin dediklərini təkrarlamadan, dilin fonetik, leksik vasitələrindən qrammatik normalar daxilində fikrini orijinal şəkildə ifadə edə bilir. Çıxış kiçik vaxt kəsiyində, 2-3 dəqiqə ərzində, adətən, plansız, konspektsiz söylənilir. Lakin elmi konfranslarda çıxış edən şərh edəcəyi məsələni müəyyən plan üzrə qeydlər əsasında apara bilər. Və nəhayət planları apardıqdan sonra çıxışını edə bilər.
NƏTİCƏ Nəticə olaraq, monoloji nitq növləri məlumat mübadiləsini, ünsiyyəti və anlayışı yaxşılaşdırmaq üçün vacibdir. Hansı nitq növündən istifadə ediləcəyi ünsiyyət məqsədindən və hədəf auditoriyadan asılı olaraq dəyişə bilər. Bu cür söhbətlər fərdlərə özlərini ifadə etməyə, məlumat paylaşmağa və başqaları ilə effektiv ünsiyyət qurmağa kömək edir. Yaxşı monoloji nitq yeni məlumat verir və dinləyiciləri heyran edir, eyni zamanda natiqin inamını və ünsiyyət bacarıqlarını nümayiş etdirir. Buna görə də, bu növ nitq bacarıqlarının inkişafı şəxsi və peşəkar uğur üçün vacibdir.
ƏDƏBİYYAT SİYAHISI: Abdullayev N.Ə., Məmmədov Z.T., Nitq mədəniyyətinin əsasları. Bakı: ADPU-nun nəşri, 2008, 336 s., 123
Abdullayev Ə.Z. Mətni anlama modelləri. Bakı: “Səda” 1999, 334 s.
Hüseynov S.S. Nitq mədəniyyətinin əsasları. Bakı: “Yazıçı” 2010, 240 s.
Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı: Dərs vəsaiti, 2013.