Yunan mənşəli olan monoloq(monos bir,logos nitq) bir insanın, şəxsin və ya adamın nitqi deməkdir. Monoloji nitq struktur baxımından sadədir. Fikir bir nəfər tərəfindən geniş vəya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Burada danışanın müsahibi (və ya müsahibləri) ilə əks əlaqəsi olmur. Monoloji nitqdə məqsəd nitqin əsas kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Bu,təşkil olunmuş, proqramlaşdırılmış nitqdir. Yəni danışan deyəcəklərini qabaqcada düşünür. İfadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət formasını və dil materialını seçir, dinləyicilərin mühasiblərinin səviyyəsini, deyəcəklərinin ona (onlara) necə təsir edəcəyini təsəvvüründə canlandırır.
Monoloji nitq məzmun baxımından bir neçə şəkildə təzahür edir: a) fikir söyləmə səciyyəli monoloq; b) təstiqləmə səciyyəli monoloq.
Nitqin monoloji növündə danışan fikrən və yazılı şəkildə əvvəlcədən plan tərtib edir, izah və təhlil edəcəyi məzmunu çatdırmaq üçün ona “bəzək-düzək” verir. Natiq bu işə ciddi hazırlaşır, hansı fikri əvvəlcədən, hansını ortada, hansını sonda deyəcəyini özü üçün müəyyənləşdirir.
Yazılı formada icra olunan monoloji nitq əvvəlcədən yazılı şəkildə hazırlanır. Monoloji nitqin növündən asılı olmayaraq orada çıxış, məruzə, məktub və s. Hazırlanan ərəfədə müəyyən dəyişmələr özünü göstərə bilər.
Şifahi monoloji nitqin özünün də iki forması müəyyənləşdirilmişdir.
əvvəlcədən təşkil edilmiş nitq;
təşkil edilməmiş nitq. İkinciyə spontan nitq də deyirlər.
Əvvəlcədən təşkil edilmiş nitq qabaqcadan planlı şəkildə hazırlanılmış nitqdir. Nitqin əvvəlcədən təşkili üçün nitq söyləyən tərəfindən aşağıdakı işlərin görülməsi zərurəti meydana çıxır.
Mövzu üçün plan tərtib eləmək ;
Mövzu ilə əlaqədar ədəbiyyatı nəzərdən keçirmək.
Mövzunun həcmini, əhatə dairəsini təyin etmək;
fikirin ardıcıllığına nail olmaq üçün bəzi qeydlər etmək;
mövzunun məzmununu dərindən öyrənmək;
mövzunun audutoriyaya yaxşı çatdırılması üçün əlverişli ifadı tərzi seçmək; nəqli cümlələrdən geniş istifadə etmək;
mövzunun şəhri üçün lazım olan söyləmə tərzini müəyyən etmək;
intonasiyanı müəyyənləşdirmək.
Monoloji dialoqun iştirakçıları haqqında söhbət gedən zaman hadisəni, şəxsi və ya hər hansı əşyanı bütün təfərrüatı ilə söyləyir, onlara öz mənfi və ya müsbət münasibətini bildirir,haqqında danışılan şəxsi, əşya və ya hadisəni öz müsahibinə, qulaq asanlara müxtəlif sübut və dəlillərlə çatdırırlar. Amma bəzən monoloji nitqi qura bilməyən, auditoruya qarısında çətinlliklə çıxış edən, nitqi korlayan (lazımsız sözləri işlədən, məsələn, zad, şey, adı nədi, adını sən de, yadımnan çıxdı və s.) şəxslərə də rast gəlmək olur. Natiq belə bir vəziyyətlə qarşılaşmamaq üçün söyləyəcəyi fikiri yazıya köçürməli, sonra onu şifahi şəkildə ifadə etməlidir. Bu cür təşkil olunmuş monoloji nitqədə aşağdakılar əsasa götürülməlidir.
Məzmun ilə bağlı faktlar, nümunələr toplamaq;
Nitqi əzbərləyib yaddaşına köçürmək, dəfələrlə məşq edib söyləmək;
Mövzunu dinləyicilər qarşısında şərh etmək;
Natiq şifahi monoloqunda yersiz məlumatlar verməməlidir. O, hər hansı bir vacib məsələdən danışarkən bir neçə suala aydınlıq gətirməlidir. Birinci növbədə, “nəyi demək?” sualı mövzunun səhrində önə çəkilməlidir.
Şifahi monoloji nitqin digər bir forması spontan formadır. Bu monoloji nitqə hazırlıq görülmür. Natiq söyləyəcəyi nitqi sərbəst şəkildə icra edir. Belə monoloqu improvizasiya ilə müqayisə edirlər. Aşıqların bədahətən söylədiyi əhvalatlar, nağıllar, dastanlar monoloji nitqin bu formasə ilə nisbətən uyğun gəlir. Bəzi tədqiqatlarda monoloji nitqin bu formasına “ekspromt forma” da deyilir.
Şifahi monoloji nitq formasında nitq vahidləri, faktlar müstəqil dilin təbii inkişafına əsaslanaraq əmələ gəlir, onlardan ən əlverişlisindən, dərketməni asanlaşdıranlardan istifadə olunur. Spontan nitqi nitq təcrübəsi geniş olan söz adamları (şairlər, yazıçılar, müəllimlər, alimlər və b.) işlədirlər. Nitqin alınmasında natiqin həyat təcrübəsi, dünyagörüşü , zəngin müşahidələri, hazırcavablılığı və ən əsası isə onların fitri istedadı başlıca önəm daşıyır.
Monoloji nitqin bu forması həmdə çətindir. Bəzi hallarda fikri fəallığı təmin etmək mmürəkkəbliyi ortaya çıxır. Danışıq üçün təsirli, mənalı dinləyiciləri özünə, nitqinə cəlb edən vaistələr tapmalıdır ki, nitq təbii və canlı alına bilsin. Hər hansı şəraitdən, situasiyadan asılı olmayaraq məruzəçi monoloji nitqində hərəkət etməli fikrin sistemini qurmalı, mövzunun ardıcılığına diqqət yetirməlidir. Bu məzuzəçinin qabağına qoyulan tələblərdən biridir. Hər bir məruzəçi bu tələblərə riayyət etməlidir.