Uşaqların ev şəraitindən məktəb həyatına başlaması onlar üçün müəyyən çətinliklər yaradır. Bu çətinliklərə alışmaq üçün uşaqlara müəyyən psixoloji dəstək göstərilir və getdikcə uşaq yeni mühitə alışır. Uşağın məktəb şəraitinə tez alışmasında əsas məqam özünə yaxın adam tapmasıdır. Mühitə və mühitdəkilərə alışmasza, məktəb həyatı həmin uşaq üçün çətin olacaqdır.
Məktəb həyatı uşaqdan müəyyən rejim tələb edir. Artıq uşaq istədiyi vaxt durmaq əvəzinə səhər tez durmalı və hazırlaşmalıdır. Evə gəldikdə müəyyən vaxt ərzində istirahətdən sonra tapşırıqlarını etməlidir. Bu rejim ilk vaxtlar uşaqları çox yorur; onlar ağlayır, məktəbdə oxumaq istəmədiklərini bildirirlər. Uşaqların hər biri məktəbdə təhsil almaq üçün götürülərkən müəyyən müayinədən keçirlər. Və nəticə olaraq uşaqlardan hansılar məktəb təliminə psixoloji hazırlığın bütün tələblərinə tam şəkildə cavab verir və 1-ci sinifə qəbul edilir məsələsi müzakirə olunur. Yeni dərs ilində həmin uşaqlar 1-ci sinif otağında cəmləşir