Dərs icmalı Fakültə: Məktəbəqədər və ibtidai təhsil İxtisas: İbtidai sinif müəllimliyi



Yüklə 95,2 Kb.
səhifə1/2
tarix02.05.2023
ölçüsü95,2 Kb.
#106110
növüDərs
  1   2


Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universiteti


Dərs icmalı
Fakültə: Məktəbəqədər və ibtidai təhsil
İxtisas: İbtidai sinif müəllimliyi
Məktəb: 164 mömrəli tam orta məktəb
Metodist: Aytəkin Seyidova
Tələbə: Mayılova Nuranə
Mövzu: 2-ci sinif Təsviri İncəsənət dərsliyindən “Nağıllarda xeyirxahlıq və qəddarlıq” mövzusunun gündəlik dərs icmalı.

Nağıllarda Xeyirxahlıq və Qəddarlıq


Nağıllar möcüzələrlə dolu sirli, sehirli aləmdir. Burada, adətən, xeyirxahlıq qəddarlıq üzərində qələbəçalır və hadisələr xoşbəxt sonluqla bitir. Nağıllardakı obrazlar mətnə çəkilmiş təsvirlərdə - illüstrasiyalarda daha aydın şəkildə göstərilir. İllüstrasiya çəkmək üçün əvvəlcə nağılı diqqətlə oxumaq və yaxud yada salmaq lazımdır.Sonra orada baş verən hadisələri təsəvvür etmək olar.

“Cırtdan” nağılına çəkilmiş illüstrasiyalar Azərbaycan Xalq rəssamı Rasim Babayevə məxsusdur.



Məşğələ növü

mövzu üzrə rəsm

Alt standart

2.1.1., 2.2.2.

Təlim nəticələri

təsviri incəsənət növləri üzrə mövcud olan sujetli rəsm janrını sadalayır; sadə və rəngli karandaşlarla, flomasterlə və pastel təbaşirlərlə nağıllara illüstrasiya çəkir;

İstifadə olunan iş formaları

qrup işi

İstifadə olunan üsullar

müzakirə, t-sxem

Fənlərarası inteqrasiya

H-b.1.3.2., 2.3.2., A-d.1.2.1.

Təchizat

Rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər

Motivasiya: Müəllim Təpəgözün rəsmini göstərir. Bu, kimin rəsmidir? (Təpəgözün). O, kimdir? Onun haqqında nə bilirsiniz? (Nağıl qəhrəmanı). Sonra kiçik qadın ayaqqabısı, odun şələsi, fındıq qabığı, un və ya xəmir şəkillərini göstərir. – Göstərilən rəsmlərdəki əşyalar hansı nağıl qəhrəmanına aiddir? (fərziyyələr) – Bu nağıllarda hansı qəhrəman xeyirxah, hansı qəddar obrazı ilə yadda qalıb? (fərziyyələr). Müəllim şagirdləri nağıl personajlarına görə (Göyçək Fatma, Cırtdan, Tıq-tıq xanım, Qoğal, Təpəgöz) qruplara ayıraraq, hər qrupa öz qəhrəmanı haqqında məlumat verməyi tapşırır. Hər qrup nümayəndələri öz aralarında müzakirə etdikləri qəhrəmanın “+” və “–“ cəhətlərini t-sxem vasitəsilə tərtib edərək cavablandırırlar.



“+” cəhətlər

“ –“ cəhətlər

_

_

Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Tədqiqat sualı: İllüstrasiya çəkən zaman nəyi nəzərə almaq lazımdır? Fərziyyələr dinlənilir. Tətqiqatın aparılması: Qruplar öncə illüstrasiya çəkəcəkləri nağılı müəyyənləşdirirlər. Sonra bu nağıldan bir süjet seçirlər. Kompozisiya qaydalarına əməl etməklə təsvir edirlər. Nəzərə alırlar ki, rəsmdə boşluq olmasın və personajlar arasında əlaqə yaransın. Müəllim də onlara müəyyən istiqamətlər verir və iş zamanı bütün uşaqların iştirakının vacibliyini xüsusi vurğulayır. Sadə karandaşla rəsmi qurduqdan sonra təsviri rəngləyirlər. XQEOŞ-lər isə yalnız nağıl qəhrəmanını təsvir edirlər. Məlumat mübadiləsi: Qruplar rəsmlərini təqdim edirlər. Bu zaman digər qruplar iş haqqında fikirlərini bildirirlər. Mәlumatın müzakirәsi vә tәşkili: - İllüstrasiya nədir və onu necə çəkmək olar? – Dərslikdəki illüstrasiyalar haqqında nə deyə bilərsiniz? Ümumilәşdirmә vә nәticә: Süjetli rəsm deyəndə nə başa düşürsünüz? Yaradici tәtbiqetmә: Hər hansı nağıl qəhrəmanını plastilindən yapmaq. Qiymәtlәndirmә: Qiymətləndirmə meyarları: • Sadalama; • Təsviretmə.


Yüklə 95,2 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin