|
Bakı şəhəri Xəzər rayonu Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəb 3
|
tarix | 08.05.2020 | ölçüsü | 82,5 Kb. | | #31145 |
| əvəzlik123
Bakı şəhəri Xəzər rayonu Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəb 3B sinif rəhbəri Nuranə Dövlətova
Şagirdin adı,soyadı.....................................................................................................................
Əvəzlik və məna növləri
Aşağıdakı cümlələrdə əvəzlik varsa mötərizənin içinə ( + ), yoxsa ( - ) qoyun.
( ) Bəzi adamlar iclasda iştirak etmədi.
( ) O, yurdumuzu düşmənlərdən xilas etdi.
( ) Hər axşam həzin musiqiyə qulaq asır.
( ) Heç kəsi eşitmir, öz bildiyini edir.
( ) Bəzilərinə görə o ağıllı bir uşaqdır,amma mənə görə elə deyil.
( ) Sən nə etsəndə məni inandıra bilməyəcəksən.
Aşağıdakı cümlələrdə işarə əvəzliyi varsa mötərizənin içinə ( + ),
yoxsa ( - ) qoyun.
( ) Gələcək, siz gənclərə əmanət edildi.
( ) O, zibil qutusuna atılmalıdır.
( ) Onu görməyə getdinmi?
( ) Belə bir ev istəyərdin?
( ) Bu evdə uzun müddət yaşadım.
( ) Bu haradan gəldi sizin evə?
Aşağıdakı cümlələrdə sual əvəzliyi varsa mötərizənin içinə ( + ), yoxsa ( - ) qoyun.
( ) Nə istəyirsən bizdən?
( ) Necə gəlincik istəyirsən?
( ) Kim deyir ki,mən bunun cavabını bilmirəm?
( ) Bu paketləri haradan aldın?
Qiymət________________
Dostları ilə paylaş: |
|
|