Sosial tərəqqiyə münasibətə görə siyasi rejimlərin təsnifatı
■inqilabi;
■mütərəqqi;
■liberal;
■mühafizəkar;
■mürtəce.
Totalitarizm
BU elə bir rejimdir ki, dövlət əlində olan bütün üsul və vasitələrdən istifadə eədərək cəmiyyətə total nəzarəti həyata keçirir.
Totalitarizm nəzəriyyəsində bu siyasi rejimi səciyyələndirən əsas cəhətlər kimi aşağıdakılar gostərilir:
■totalitarizm elə bir rejimdir ki, orada vahid kutləvi partiya vardır və butun hakimiyyət ona tabedir:
■partiyanın ozu demokratik yolla deyil, liderin ətrafında təşkil olunmuşdur;
■cəmiyyətdə muəyyən bir ideologiya hakimdir;
■ictimai həyatın butun sferaları total nəzarət altındadır;
■terrorcu polis nəzarəti vardır. Polis butun olkələrdə olsa da, yalnız bu rejimdə o, terrorcu rolunu oynayır. Kiminsə cəzalan dırılması ucun onun gunahını məhəkəmə yolu ilə subut etməyə ehtiyac yoxdur.
Latın dilində təşəbbüsçü, müəllif, bani, yaradıcı və s. mənaları verən avtoritarlıq qeyri-demokratik rejimləri və onlara uyğun olan siyasi şüur formalarını ifadə etmək üçün işlədilir.
Avtoritarlığın totalitarlıqdan başlıca fərqi bundadır ki, burada
hakimiyyət öz-özlüyündə total xarakter daşımır, yəni bu rejim vahid
ideologiyaya deyil, milli birlik konsepsiyasına əsaslanır. Avtoritarlıq
şəraitində ictimai həyatın siyasi hakimiyyət tərəfindən nəzarət
edilməyən sahələri meydana çıxır, demokratik rejimin bəzi ünsürləri
- seçkilər, siyasi partiyalar və s. mövcud olur, güclü siyasi hakimiyyət
azad iqtisadiyyatla birləşir.
Partiya nədir?
ingilis alimi Byork:
«Partiya umumi prinsipləri rəhbər tutan və birgə səylə milli mənafeləri təmin etmək ucun birləşən adamlar qrupudur».
fransız liberalizminin numayəndəsi B.Konstan:
«partiya eyni siyasi doktrinaların ardınca gedən adamlar yığıncağıdır».
Yekun rəy:
Partiya hakimiyyəti ələ almaq, yaxud hakimiyyətdə iştirak
tərəfdarlarının birləşdiyi məqsədyönlü və mütəşəkkil qrupdur.
SİYASİ PARTİYALAR
Fransa inqilabı zamanı yaranmış "klublar", cəmiyyətlər və siyasi qruplar hazırkı partiyaların ilkin nümunələri olmuşlar.
M.Veberin fikrincə, siyasi partiyalar öz inkişafında üç əsas mərhələdən keçmişlər:
Aristokratik qruplaşmalar.
Siyasi klublar.
Kütləvi partiyalar.
XX əsrin 20-ci illərinin əvvəllərində Avropada ilk kütləvi siyasi partiyalar meydana çıxmışdır. İlk belə kütləvi partiya - "Seçkiləri qeydə almağın liberal yoldaşlığı - 1861-ci ildə İngiltərədə yaradıldı. Onun ardınca, 1863-cü ildə Almaniyada F.Lassalın "Ümumalman fəhlə ittifaqı” adlı kütləvi fəhlə partiyası
meydana gəldi.
SİYASİ PARTİYALAR
Partiyaların tarixi təkamülü elitar partiyaların kütləvi partiyalara çevrilməsi istiqamətində getmişdir. Belə ki, ilk öncə elitar xarakter daşıyan, nisbətən dar bir qrupun mənafeyini ifadə edən bu partiyalar, geniş xalq kütlələrinin siyasi mübarizəyə qoşulması və bu kütlələri öz tərəfinə çəkmək zərurətinin ortaya çıxması nəticəsində çox keçmədən kütləvi siyasi təşkilatlara çevirildilər.
partiyalar necə yaranır?
müəyyən bir siyasi istiqamətə mənsub olan deputatları (yaxud yerli hakimiyyət orqanlarındakı nümayəndələri) bi
kommusit partiyaları bir qayda olaraq, sosial-demokrat partiyalarınının qalıqlarından və yaxud qeyri-leqal şəraitdə fəaliyyət göstərən sui-qəsdçi qruplardan yaranırdılar.
Leyborist partiyası, yuxarıda qeyd etdik ki, həmkarlar ittifaqlarının fəaliyyəti nəticəsində yaranmışdı.
Xristian demokrat partiyalarının yaranması isə katolik hərəkatının nəticəsi olmuşdur.
Kliyentel (cəmiyyətdə xüsusi şəraiti nəzərə alaraq partiyadan kənar fəaliyyət göstərən, lakin öz taleyini onunla bağlayan birinci şəxsin ətrafında təşəkkül tapan latent - (gizli siyasi qüvvə) əsasında yaranan partiyalar da vardır.