3 Mzakirə rollu oyunlar və təqdimat qrupu üzrə iş üsulları.
§ 2. Rollu oyuniar (rollu dialoq)
1. Rollu oyun hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşnıalardan ibarətdir. İştirakçılar müxtəlif rolları öz üzərlərinə götürürlər və hər hansı bir hadisəni bu mövqelərdən qiymətləndirirlər.
Məqsəd:
Bu metod şagirdlərin yalnız birbaşa təcrübəsindən deyil, həm də simulyasiya edilmiş təcrübədən öyrənə bilməsinə əsasianır. Simulyasiya - immitasiya. təqlid etmək, fəaliyyət və hadisələri yalandan yaratmaq deməkdir. Əsas məqsəd şagirdlərə onlarınkından fərqli fıkir, vəzifə, maraq, hobbi və motivasiyaları olan həmyaşıdlarını başa düşməkdə kömək etmək üçün tanış olmayan şərait yaratmaqdan ibarətdir. Məlumdur ki, biz çox vaxt rastlaşdığımız insanların oynadıqları «rolları» lazımi səviyyədə qiymətləndirmirik. Eyni zamanda, biz «öz layihəmizə başımız qarışdıqda» «rollanmızın» müxtəlif variantlarını və alternativlərini görə bilmirik. Bu baxımdan rollu oyunlar:
Şagirdlərə özləri və ətrafdakılar haqqında incəsənət yolu ilə məlumat əldə etməyə, problemə digər adamın gözü ilə baxmağa, vərdiş edilmiş stereotiplərdən uzaqlaşmağa və yeni davranış modellərinə yiyələnməyə imkan verir;
Rola girmək və ifadə etmə bacarıqlarını formalaşdırır;
Tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirir və üzə çıxarır;
Əməkdaşlığı, tolerantlığı inkişaf etdirir;
Hisslərə şərik olmanı inkişaf etdirərək uyğunlaşa bilmə səviyyəsini və qarşıhqlı ünsiyyəti yaxşılaşdırır.
Oyun prosesində uğurlu təlim həyata keçirilir: uşaqlar məlumatı qeyri-iradi qavrayır və yadda saxlayırlar. Şagirdin bu oyundan əldə etdiyi başlıca keyfıyyət - emosional təəssüratdır. Emosional təəssürat isə dərsin gedişində informasiyanı və ya oyunun mövzusunu inkişaf etdirən söhbətin qavranması üçün əsas rol oynayır. Buna görə hətta oyun arzuedilməz istiqamətdə getdikdə də, onu baş tutmamış hesab etmək olmaz.
Alqoritm:
Motivasiya. Əldə etmək istədiyiniz məqsədləri oyunun mövzusunu/məğzini və oyunda iştirak edicək obrazları müəyyənləşdirmək.
Rolları paylamaq. Rolların təsviri olan kartlar hazırlayın. Şagirdlərinizlə kimin şərh edəcəyini, kimin müşahidə aparacağını, qrupların necə (qruplar kimi, yoxsa bütövlükdə sinif kimi) fəaliyyət göstərəcəyini qərara alın.
Tapşırıqların verilməsi (hər qrupda verilir). Oyunun gedişini müəyyənləşdirin:
Məzmunu və müxtəlif obrazların rolunu təqdim edən hekayəçi ilə hekayə;
Obrazların ünsiyyət saxladığı və oyun davam etdikcə dialoqların qurulduğu səhnə;
Rəsmi prosedurun riayət olunduğu proses.
4.Qruplarda iş (və ya bütün siniflə iş). Tapşırığın izahı.
Qrupu rollu oyunlar üçün hazırlayın.
Təqdimat. Şagirdlər səhnəni şərh edirlər. Tamaşa zamanı siz aktyorları dayandırıb, şagirdlərdən nə baş verdiyini soruşmalısınız (səhnə münaqişənin həlli qızğın bir nöqtəyə çatırsa, siz şagirdlərdən problemi sülh yolu ilə həll etməyi xahiş etməlisiniz.)
Qiymətləndirmə. Nəhayət, şagirdlərdən xahiş etməlisiniz ki, bu fəaliyyət barəsində düşünsünlər və ona təlim təcrübəsi kimi yanaşsınlar. Oyunu «aktyorIarla» və «tamaşaçılarla» birgə qiymətləndirin.
Onlardan aşağıdakıları soruşun:
Oynanılan rollar/situasiya ilə bağlı nə hiss edirsiniz?
Bu, həyatla bağlı bir oyun idimi?
c) Məsələ həll edildimi? Əgər edildisə, necə? Əgər
edilmədisə, niyə?
d) Bu tamaşada nə fərqli ola bilərdİ? Siz başqa mümkün
sonluq düşünə bilərdinizmi?
e) Siz bu təcrübədən nə öyrəndiniz?
ə) Əgər oyunda məqsədə nail olunmadısa, şagirdlərdən yaxşılaşma təkliflərinin verilməsini xahiş edin. Şərtlər:
Hekayə, hekayəçi,, ssenari, səhnə, rəsmi prosedurun riayət olunduğu proses, vaxt, qrupla iş. Vasitələr:
Səhnə, atributlar, butaforiya, iş vərəqləri, qarderob və s.; Yarana biləcək problemlər:
Mövzu və məqsəd aydm olmur;
Rola girmək problemi (emosional);
Söz ehtiyatınm azhğı;
4. Vaxtın düzgün bölüşdürülməməsi; 5.Vasitələrdən düzgün istifadə edilmir; 6. Yaradıcı yanaşılmır.
2. Modelləşdirmə - ciddi problemi qoyan hər hansı bir mücərrəd və ya uydurma hadisənin canlandırılması və bunun vasitəsilə problemin həllidir. Bu hadisə çox zaman real həyatda baş verən hadisənin sadələşdirilmiş, lakin canlı nümunəsi olur. Problemi həll etmək üçün iştirakçılar həyatda və bu hadisədə rast gəldikləri müəyyən rollan ifa edirlər. Lakin rollann ifası tam sərbəstdir və onun nəticəsində alınan problemin həllini heç kəs əvvəlcədən proqnozlaşdıra bilmir. Nəticələr rolun ifasından asılıdır. Modelləşdirmə zamanı şagirdlərə bu rolun ifasında öz nöqteyi-nəzərindən çıxış etməyə icazə verilir.
M əqsəd:
şagirdlərə təhlil aparmaq və alternativ hərəkətləri
qiymətləndirmək bacarığını aşılamaq;
şagirdləri ictimai və ya qrup fəaliyyətinin tərkib hissəsi olan qərarlann qəbul edilməsi prosesinə cəlb etmək;
məşğələ ərzində qəbul edilmiş qərarlara yenidən baxmaq və təhlil etmək, habelə uydurma situasiyanı gerçək vəziyyətlə müqayisə etmək üçün şagirdlərə imkan yaratmaq.
Modelləşdirməni əyləncəli və maraqlı edən onun qeyri-müəyyənliyi və məchulluğudur. Çünki ən yaxşı halda da nəticələri qabaqcadan yalnız qismən qabaqcadan müəyyən etmək olur. Məhz bu bilinməzlik əsl həyata daha çox oxşayır, onu daha çox xatırladır ki, bu da nəticələri qəti müəyyən edilmiş tamaşalar və ya oyunlarla müqayisədə modelləşdirmənin xeyrinə çox əsasiı dəlil ola bilər.
Alqoritm:
1. Şagirdlər qarşısında ciddi dilemma və problem qoyulur.
Onlara təklif olunur ki, bu problemi təklif edilmiş şəraitdə - sinif
yoldaşlan ilə birlikdə, gerçək həyatda rast gəlinən müəyyən rollan
oynamaqla həll etsinlər.
2. Hadisə bölünmüş rollar vasitəsilə inkişaf etdirilir.
Beləliklə, sinif bir növ miniatür və ciddi tamaşaya çevrilir.
Modelləşdirmədə müəyyən mənada oyunun və tamaşanın bir çox
cəhətləri müşahidə olunur. Lakin oyundan və həqiqi tamaşadan
fərqli olaraq, modelləşdirmənin maraqlı cəhəti qeyri-müəyyənlik
faizinin yüksək olması – Modelləşdirmə bu mənada daha sərbəst-
dir, belə ki, heç kəs əsl həqiqətdə son nəticəni görə, bilmir, heç kəs
deyə bilməz ki, əhvalat nə ilə bitəcək, çünki son nəticə əsasən rol-
ların necə oynanılacağmdan asılı olur. Modelləşdirmə yalnız es-
kizi, rolun qısa təsvirini təklif edir, rolun ifaçısı bu müxtəsər məlu-
mata əsaslanaraq öz həyat duyumunu yaratmah, öz nöqteyi-nə-
zərini inkişaf etdirməlidir.
3. Alınan tamaşanın müzakirəsi.
4. Nəticələrin çıxarılması və problemin həlli yolları ümumi-
ləşdirilməsi. Şərtlər:
a) Mübahisə və diskussiyalar üçün mövzunu özündə daşıyan əhvalat seçilməlidir; b) Modelləşdirmə gerçək həyatı əks etdirən problem üzərində cəmlənməlidir; c) Mövzunu seçdikdən sonra bir səhifədən çox olmamahdır. Şagirdlər esseni aşağıdakı plana əsasən yazmamaiıdırlar.
1. Problem üzrə öz fıkirlərinin izahı
2. Arqumentlər, faktlar və mənbələrdəki məlumatlarla fıkrin
əsaslandırılması.
3. Ümumiləşdirilmiş nəticələr.