Fənn:İqtisadi Təhlil Mövzu: Sənaye müəssisələrində məsrəflərin təhlili



Yüklə 18,46 Kb.
tarix02.01.2022
ölçüsü18,46 Kb.
#41372
Sənaye müəssisələrində məsrəflərin təhlili


Fənn:İqtisadi Təhlil

Mövzu:Sənaye müəssisələrində məsrəflərin təhlili.

Bazar iqtisadiyyatı şəraitində bütün sahələrin idarə etmə sistemi, təsərüffatçılıq mexanizmi yenidən qurulur və təkmilləşdirilir. Təsərrüfat mexanizminin təkmilləşdirilməsi onun mühüm elementdəri olan uçotun vəhesabatın yenidən qurulması sıx sürətdə əlaqədardır. Tərəddütsüz demək olar ki, təsərüffat mexanizminin digər ünsürlərinin (planlaşdırma, tənzimləmə, qiymətqoyma, kreditləşmə, maliyyələşmə, iqtisadi həvəsləndirmə və s.) qarşılıqlı əlaqəsi uçot və hesabat göstəriciləri vasitəsilə həyata keçirilir. Odur ki, uçot və hesabatın yenidən qurulması obyektiv zərurətdir və iqtisadiyyatın real bazar münasibətlərinə keçirilməsinin mühüm şərtidir.

İstehsal məsrəflərinin uçotu mühasibat uçotunun mühüm sahələrindən biridir. Məsələ burasındadır ki, müəssisələrin təsərüffat fəaliyyətinin məqsədi müəyyən məhsul istehsal etmək, işlər və xidmətlər yerinə yetirmək və bunların müqabilində mənfəət əldə etməkdir. Bunlar isəmüəyyən xərclərlə əlaqədardır. Həmin məsrəflərin tərkibi və dinamikası istehsal olunan məhsulların, yerinə yetirilən işlərin və göstərilən xidmətlərin maya dəyərinin kəmiyyətini, onun səviyyəsini formalaşdırır.maya dəyərinin kəmiyyəti və səviyyəsi isə öz növbəsində müəssisənin mənfəəinin şəcminəbir başatəsin göstərir. Hazırki şəraitdə isəmənfəət hər bir müəssisənin maliyyə vəziyyətini xarakterizə edən əsas göstəricidir. Beləliklə, istehsal məsrəfləri mənfəətin səviyyəsinə həlledici təsirgöstərir. Odur ki, məsrəflərin azaldılması hazırki şəraitdə müəssisələr qarşısında duran ən vacib məsələlərdən biridir.

İstehsal məsrəflərinin aşağı salınmasının zəruriliyi və əhəmiyyəti təkcə bununlabitmir və bu məsələ daha qlobal əhəmiyyətə malikdir. Belə ki, məsrəflərinaşağı salınmasımaterial, əmək və maliyyə ehtiyyatlarına qənaət etmək deməkdir. İndikiböhran şəraitində isə bunun çox böyük əhəmiyyəti vardır. Məsrəflərin azalması qiymətlərin və inflyasiya prosesinin sürətlə yüksəldilməsinin qarşısını almağın mühüm şərtlərindən biridir. İstehsal məsrəflərinin aşağı olması, daxili və beynəlxalq bazarda məhsulların satışı üzrə yaranan real rəqabət prosesində qalib çıxmağa öz müsbət nəticəsinə göstərə bilər.

İstehsal məsrəflərinin uçotu müəssisənin maliyyə-təsərrüfat yəaliyyətinin mühasibat uçotunun mərkəzi həlqəsini təşkil edir. Odur ki, bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bütövlükdə uçotun digər sahələri kimi, istehsal məsrəflərinin uçotunun yenidən qurulması üzrə də bir sıra işlər həyata keçirilmişdir. Belə ki, məhsulların, iş və xidmətlərin maya dəyərinə daxil olan məsrəflərin tərkibi, xərc maddələri və ünsürlərinin tərkibi, bəzi məsrəflərin sinteik uçotun aparılması qaydası dəyidirilmişdir.

Lakin tədqiqat göstərir ki, hazırki həraitdə istehsal xəzclərinin uçotu və bölüşdürülməsi qaydaları mühasibat uçotunun digər sahələrinə nisbətən daha az cəyişikliklərə məruz qalmışdır və müasir tələblərə tam cavab vermir. İstehsal məsrəflərinin uçotu və bəzi məsrəflərin bölüşdürülməsi sahəsində olan nöqsanlar və çatışmamazlıqlar nəticəsində material ehtiyyatlarının itkiləri, qeyri-məhsuldar məsrəflərin səviyyəsi hələ də yüksək olaraq qalır ki, bunlarda istehsal olunan məhsulların, yerinə yetirilən iş və xidmətlərin maya dəyərinin artmasına, mənfəət məbləğinin azalmasına və bütövlükdə müəssisələrin maliyyə vəziyyətinin pisləşməsinə gətirib çıxarır.

İstehsal olunan məhsulların (işlərin, xidmətlərin) maya dəyərinə daxil edilən məsrəflərin tərkibi iqtisadiyyatın ayrı-ayrı inkişaf mərhələlərində dəyişilmiş və hal-hazırda mülkiyyətin təşəkkül tapmış formalarına, vergi siyasətinə və bazar iqtisadiyyatının atribütlarına uyğun olaraq müəyyənləşdirilir.

Hazırda məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə daxil edilən məsrəflərin tərkibi «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunu, onun əsasında Maliyyə Nazirliyi tərəfindən hazırlanmış Milli Mühasibat Uçotu Standartlarında müəyyənləşdirilir. Bu Standartlara görə məhsulun (işlərin, xidmətlərin) maya dəyəri, məhsul (işlər, xidmətlər) istehsalı prosesində təbii ehtiyyatların, xammalın, materialların, yanacağın, enercinin, əsas fondların, əmək ehtiyyatlarının, eləcə də onun istehsalı və satışına sərf edilən vəsaitlərin cəmindən ibarətdir. Standartlarda məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə daxil edilən məsrəflərin tərkibi göstərilmişdir. Bütövlükdə Standartların məzmunu, burada göstərilən məsrəflərin tərkibi və onların bölmələr üzrə qruplaşdırılması dövlətin vergi siyasətinin tələblərinə cavab verir.

Burada dəqiq göstərilir ki, müəssisələr hansı məsrəflərin məhsulun maya dəyərinə, hansı məsrəfləri isə mənfəət və zərərlərə aid etməlidirlər. Fikrimizi sübut etməküçün konkret misal gösətərək. Əgər əmək haqqının məbləği, minimal əmək haqqının məbləğinin dörd mislindən yüksəkdirsə, onda əmək haqqının həmin artıq məbləği vergi tutulan mənfəətin məbləği iləbirləşdirilir vəhəmin üç\mumi məbləğ müəssisə üçün müəyyən edilmiş stavka üzrə vergiyə cəlb olunur. Deməli, əmək haqqının minimal əmək haqqının dörd mislindənartıq məbləğinin mənfəətin məbləği ilə dirləşdirilməsi dövlət büdcəsinəayırmaların həcminin artırılması məqsədini güdür.bundan başqa bir sıra xərclər, (məsələn, material resurslarına qənaət edilməsi ilə əlaqədar xərclər, qısa müddətli bank kreditləri üzrə gecikdirilmiş faizlərin ödənilməsi və s.) də müəssisənin mənfəəti hesabına ötürülür.

Əslində bu və buna oxşar digər xərclər məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə daxil edilən məsrəflərin tərkibinə aid edilməlidir. Bu, ələlxüsus əmək haqqında çəkilən (mənfəət hesabına) xərclərə və bunurla əlaqədar olan ayırmalara aiddir. Məsələ bundadır ki, əmək haqqı işçi qüvvəsinin sadə təkrar istehsalı ilə bağlı olan xərclərdir.

Əməyin təkrar istehsalı isə əmək haqqının ödənilməsi ilə təmin olunur. Buradan da elə nəticə çıxır ki, əmək haqqı zəruri istehsal məsrəflərinin əsas tərkib hissələrindən biridir və o istər-istəməz məhsul istehsalı ilə əlaqədar məsrəflərin tərkibinə daxil edilməli və heç bir vergi obyektinə (söhbət gəlir vergisindən yox, mənfəət vergisindən gedir) çevrilməməlidir. Bundan başqa Standartlarda əmək haqqında daxil olan bir sıra məsrəflərin siyahısı gösətərilir ki, bunlar də müəssisənin sərəncamında qalan (mənfəədən vergi tutmadan sonra) mənfəət şesabına ötürülür. Məsələn, belə xərclərlə xüsusilə mühüm istehsal tapşırıqlarını yerinə yetirmiş ayrı-ayrı işçilərin birdəfəlik mükafatlandırılmasına çəkilən xərclər, işçilərə əlavə məzuniyyət kimi hesablanmış əmək haqqı məsrəfləri, istehsalın səmərəliliyinin yüksəldilməsi, ehtiyyatların aşkara çıxarılması ilə əlaqədar mükafatlandırmaya çəkilən xərclər, hansılar ki, əmək həqqının tərkibinə daxildir, məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə daxil olan xərclərə aid edilməlidir.

Standartlara görə bəzi xərclər məhsulun (ilərin, xidmətlərin) maya dəyərinə daxil edilmir və müəssisənin əldə etdiyi mənfəət hesabına ötürülür. Konkret olaraq belə xərclərə ətraf mühitin çirklənməsinə gətirib çıxaran tulluantılar üçün ödənişləri aid etmək olar. Bu məsrəflərin məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə daxil edilməsi daha düzgün olardı. Çünki ətraf müşitin çirklənməsinə səbəb olan tullantılar əsasən məhsul istehsalı, yerinə yetirilən iş və xidmətlərlə əlaqədardır. Digər tərəfdən müəssisə mənfəət əldə edə bilmədikdə həmin tulluntılar üçün ödənişlərin həyata keçirilməsi mümkün deyildir.

Bunula belə Standartlarda elə xərclər də nəzərdə tutulur ki, onlar birbaşa məhsul (iş, xidmətlər) istehsalı ilə əlaqədar olmasa həmin məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə daxil edilən məsrəflərin tərkibinə aid edilir.həmin xərclərə bütövlükdə istehsalın idarə edilməsi məsrəflərini aid etmək olar.

Bunlar aşağdakılardan ibarətdir:

müəssisənin və onun struktur bölmələrinn inzibatitexniki heyətinin saxlanmasına, onun maddi-texniki və nəqliyyat təminatına çəkilən xərclər;

istehsal fəaliyyəti ilə bağlı ezamiyyət məsrəfləri (müəyyən edilmiş normalara uyğun olaraq);

məsləhət, informasiya, və auditor xidmətlərinin ödənilməsi ilə əlaqədar xərclər; məhsulun sertifikasiyası işləri üzrə xərclər;

tərcüməçilik xidmətləri, xarici nümayəndələrin rəsmi qarşılanması üzrə tədbirlərin həyata keçirilməsi, onların mədəniyyət ocaqlarında iştirakı, bufet xidməti və s. üzrə xərclər.

Bu cür məsrəflərin bütövlükdə məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə daxil edilməsi zənnimizcə düzgün deyildir. Buradan bir qism məsrəflərin ayrılıqda mənfəət hesabına ötürülməsi daha məqsədəuyğun olardı. Standartların bütövlükdə təhlili göstərir ki, burada müxtəlif məzmunlu, təyinatlı məsrəflərin məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə daxil edilməsi, yaxud mənfəət və zərərlərə daxil edilməsi və yaxud də müəssisənin mərəncamında qalan mənfəət hesabına ötürülməsi, həddən artıq reqlamentləşdirilmiş və mərkəzləşdirilmişdir.

Məsrəflərin uçotu obyektlərinin bu şəkildə tərkibi və reqlamentləşdirilməsi bazar iqtisadiyyatı şəraitində müəssisələrə verilən iqtisadi və təsərrüfat hüquqlarına heç də tam şəkildə uyğun gəlmir.

İdarəetmə uçotuna aid olan bu məsələ əslində müəssisələrin özləri tərəfindən tənzimlənməlidir. Çünki idərəetmə uçotunun bütün məlumatları hər şeydənəvvəl daxili idarəetmədə istifadə olunur və buna görə də həmin məlumatlar vəyaxud informasiya operativ və çevik olmalıdır. Təsərrüfat prosesləri, istehsal məsrəfləri haqqında informasiyanın çevikliyi bazar iqtisadiyyatının xüsusiyyətləri ilə bağlıdır. Belə ki, bazar münasibətləri şəraitində konyukturanın tez-tez dəyişməsi, hadisələrin dinamikliyi idarəetmə ilə əlaqədar qərarların vaxtındavə obyektiv şəkildə qəbul edilməsini daha zəruri etmişdir.

Deməli məsrəflərin tərkibi, onların məhsulun maya dəyərinə daxil edilməsi, yaxud mənfəət hesabına onun hansı hissəsinin örtülməsi məsələləri əsasən qeyri mərkəzdəşdirilmiş şəkildə həll edilməlidir. Daha dəqiq desək məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə daxil olunacaq, eləcə də mənfəət və zərərlərə aid ediləcək və yaxud müəssisənin sərəncamında qalan mənfəət hesabına ötürüləcək məsrəflərin tərkibi detallaşdırılmış halda deyil, ümumiləşdirilmiş və yaxud iriləşdirilmiş pozisiyalarda göstərilməlidir.

İstehsal məsrəflərinin təsnifatı də məsrəflərin planlaşdırılması, uçotun təşkili və məhsulun maya dəyərinin kalkulasiyalaşdırılmasında mühüm rol oynayır. İqtisadi ədəbiyyatlarda, həmiçinin rəsmi sənədlərdə məsrəflərin təsnifatı aparılarkən bir sıra əlamətlərdən, əsasən onların baş vermə yerlərinə, məhsulların növlərinə, məsrəflərin növlərinə, texnoloji proseslərə münasibətinə, tərkibinə, ayrı-ayrı məhsulların maya dəyərinə daxil olunması üçuluna, istehsal prosesində iştirakına, istehsalın həcminə münasibətinə, baş vermə dövrünə və s. görə qruplaşdırılmasından istifadə edilir. İqtisadi məsrəflərin həmin əlamətlərə görə qruplaşdırılması müxtəlif məqsədlər üçün istifadə edilir.

Belə ki, məsrəflərin baş verməyerlərinə görəqruplaşdırılması

– istehsaldaxili təsərrüfat hesabının tətbiqi üçün; məhsul növləri üzrə qruplaşdırılması

- maya dəyərinin kalkulyasilaşdırılması üçün; texnoloji proses münasibətinə görə qruplaşdırılması

– əsas və üstəlik xərclərə bölüşdürülməsi üçün; tərkibinin vahidliynə görə qruplaşdırılması

– bir ünsürlü və kompleks xərclərə ayrılması üçün; maya dəyərinə daxil edilməsi üsuluna görə qruplaşdırılması

– onların müstəqil və qeyri-müstəqil xərclərə ayrılması üçün; istehsal prosesində iştirakına görə bölüşdürülməsi

– məsrəflərin istehsal və qeyriistehsal təyinatlı xərclərə bölüşdürülməsi üçün; istehsalın həcminə münasibətinə görə qruplaşdırılması

– dəyişən və daimi məsrəfləri müəyyən etmək üçün istifadə olunur. Qeyd etmək lazımdır ki, məsrəflərin göstərilən təsnifat üzrə qrunlaşdırılmasının hamısı heç də təcrübədə istifadə edilmir. Başqa sözlə, onlar məhsulun maya dəyərinin uçotunun təşkili və aparılması zamanı tətbiq edilmir.

Təcrübədə məsrəflərin uçotu iki əsas qruplaşdırma əsasında təşkil edilir və aparılır ki, bunlara da məsrəflərin iqtisadi ünsürlər və kalkulyasiya maddələri üzrə qruplaşdırılması daxildir. Məsrəflərin qruplaşdırılmasının digər növləri göstərilən iki qruplaşdırmadan irəli gəlir və onların əsasında müəyyən olunur. Məsələn, məsrəflərin bir ünsürlü və yaxud kompleks xərclərdən ibarət olması yalnız məsrəflərin ünsürlər üzrə qruplaşdırılmasından, məsrəflərin müstəqil və qeyrimüstəqil xərclərə ayrılmasına isə məsrəflərin kalkulyasiya maddələri üzrə qruplaşdırılmasından irəli gəlir.

İstehsal məsrəflərinin kalkulyasiya maddələri üzrə qruplaşdırılması məsrəflərin analitik uçotunun aparılmasıvə məhsulun maya dəyərinin kalkulyasiyalaşdırılması üçün istifadə edilir. Bu zaman birinci mərhələdə məsrəflərin istehsal uçotu obyektləri və həmin məsrəflərin baş vermə yerləri üzrə qruplaşdırılır. İkinci mərhələdə isə xərclər kalkulyasiya obyektləri üzrə bölüşdürülür və bunun əsasında bütünməhsulun, onun ayrı-ayrı növlərinin həmçinin məhsulvahidinin mayadəyəri müəyyənləşdirilir.

İstehsal məsrəflərinin göstərilən qruplaşmalar üzrə uçota alınmasının çatışmayan cəhətləri vardır. Belə ki, istehsal məsrəflərinin uçotunun yalnızbaş vermə yerləri və hasil edilmiş məhsullar üzrə aparılan xərclər üzərində nəzarəti am həyata keçirməyə imkan vermir, nəticədə material, əmək və digər ehtiyyatlardan səmərəli istifadə olunmur, israfçılığa yol verilir və əslində bütün bünlar üçün heç kim məsuliyyət daşımır. Odur ki, məsrəflərin uçotu obyektləri, təkcə onların baş vermə yerləri deyil, həm də məsuliyyət mərkəzləri olmalıdır.

Məsuliyyət mərkəzləri üzrə uçot terminologiyası artıq ədəbiyyatlarda geniş istifadə edilir. Məsuliyyət mərkəzləri dedikdə müəyyən xərclər üçün məsuliyyətlərdi qaydada təhkim edilməsi başa düşülür. Uçot obyektlərinin məsuliyyət mərkəzləri üzrə ayrılmasının başlıca məqsədi, məhsulun istehsalına sərf edilən xərclər üzərində nəzarəti həyata keçirməkdən ibarətdir.

Məsrəflərin baş vermə yerdəri ilə məsuliyyət mərkəzləri arasında müəyyən qarşılıqlı bağlılıq vardır. Bedə ki, məsrəflərin baş yermə yerləri ilə məsuliyyət mərkəzləri üst-üstə düşə bilər və yaxud əksinə. Əgər sexlərin rəisləri məsrəflərin səviyyəsi və işin son nəticələri üçün məsuliyyət daşıyırlarsa onda məsrəflərin baş vermə yerdəri ilə məsuliyyət mərkəzləri ust-ustə düşür. Məlum olduğu kimi sexlər ayrı-ayrı briqadalardan ibarətdir və həmin briqadaların özlərihəm məsrəflərin baş vermə yerləri və həm də məsuliyyət mərkəzləri ola bilərlər. Lakin qeyd etmək lazımdr ki, hal-hazırda sənayedə məsuliyyət mərkəzləri uçotu obyektləri deyildir və buna görə də istehsal məsrəfləri üçün məsuliyyət müəssisənin struktur bölmələrinin rəhbərləri arasında bölüşdürülmür.

Nəticədə aşağdan tutmuş yuxarıyadək baş verən xərclər üçün heç Kim tam məsuliyyət daşımır. Göstərilən nöqsanları aradan qaldırmaq üçün xərclər üçün məsuliyyət mərkəzləri müəyyənləşdirilməli və bu məsuliyyət struktur bölmələrinin rəhbərləri arasında dəqiq bölüşdürülməlidir. Bunun üçün müəssisənin struktur bölmələri rəhbərlərinin vəzifə təlimatları yenidən işlənib hazırlanmalı və burada istehsal məsrəfləri üçün briqadirdən tutmuş sex rəisinə qədər bütün rəhbərlərin məsuliyyətləri dəqiq göstərilməlidir.

Məsuliyyət mərkəzləri kimi uçot öbyektləriin tətbiqində real sürətdə həyata keçiriməyin mühüm şərtlərindən biri – istehsal məsrəflərinin azaldılması üçün maddi həvəsləndirmə mexanizminin işlənib hazırlanmasıdır. Çünki, əgər struktur bölmələrinin istehsal məsrəfləri üçün məsuliyyəti müvafiq təlimatlarda göstərilərsə, onda həmin məsrəflərin azaldılmasıüzrəmaddi həvəsləndirmə mexanizmi də müvafiq sənədlərlə rəsmiləşdirilməlidir.



Məsuliyyət mərkəzlərinin uçotu obyektləri kimi müəyyən edilməsi qərb ölkələrinin uçot praktikasında artıq çoxdan tətbiq edilir ki, bu da uçotun beynəlxalq standartlarının mühüm tərkib hissəsidir. Qeyd edək ki, məsuliyyət mərkəzlərinin uçot obyektləri kimi müəyyənləşdirilməsi daxili transfert qiymətlərinin yarınması və tətbiqi də zəruri şərtləndən biridir.

Transfert qiymətlərindən geniş bəhs etməyərək yalnız onu qeyd edək ki, həmin qiymətlərin tətbiqi müasir biznesin təşkili formalarının mürəkkəbliyindən məsrəflərin bir bölmədən digər bölmələrə hərəkətindən, daxili heçabatın düzgün əks etdirilməsindən, idarəetmənin müxtəlif səviyyələrinin fəaliyyətinin qiymətləndirilməsindən, idarəetmənin qeyri-mərkəzləşdirilməsindən və s. səbəbələrdən irəli gəlir.
Yüklə 18,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin