Onlar Allahı görəcəklərini iddia edirlər Bağışlayan və mehriban Allahın adı ilə



Yüklə 187.98 Kb.
tarix07.01.2017
ölçüsü187.98 Kb.

Onlar Allahı görəcəklərini iddia edirlər

Bağışlayan və mehriban Allahın adı ilə

Onlar Allahı necə görəcəklər?

Uzun illər musəlmanlar arasında bəhs və ixtilafa səbəb olmuş məsələlərdən biri də Allah-təalanı görmək iddiası olub. Şiələr və əhli sünnətdən bir dəstə qəti şəkildə dünya və axirətdə Allahın zahiri gözlərlə görünməsini inkar edirlər. Amma qəlbin gözü ilə (bəsirətLə) görməni təsdiqləyirlər. Bu məqam imanın ən ali mərtəbəsində ("eynul-yəqin") hasil olur. Amma vəhhabilər, hənbəlilər və etiqadi məsələlərdə Əbul Həsən Əşərinin məktəbinə tabe olan hənəfilər, şafeilər və malikilər mötəqiddirlər ki, Allahı dünya və axirətdə görəcəklər.

İbn Qəyyum Cuziy yazır: "Quran, sünnəti mutəvatir, səhabələrin icması, islam rəhbərləri və əhli hədisin hamısı isbat edir ki, Qiyamətdə Allahı bu gözlərlə əyani şəkildə görəcəklər. 14 gecəlik bədirlənmiş ay və zöhr vaxtı buludsuz asimanda parlayan günəşi gördükləri kimi Allahı da o cür görəcəklər...." (hadiyul ərvah, 341)

قد دل القران و السنة المتواترة و اجماع الصحابة و ائمة الاسلام و أهل الحديث عصابة الاسلام و نزل الايمان و خاصة رسول الله على ان الله سبحانه و تعالى يرى يوم القيامة بالابصار عيانا كما يرى القمر ليلة البدر صحوا و كما ترى الشمس في الظهيرة

Nasiruddin Albani yazır: "Biz əhli sünnətin etiqadı budur: Allahın bəndələrinə verdiyi nemətlərdən biri də Qiyamətin günü bəndələrinə təcəlli etməsidir. Bəndələr 14 gecəlik ayı gördükləri kimi Allahı görəcəklər. (Fətava Albani, 143)

Məkkənin muftisi Əbdul Əziz ben Baz kitabında yazıb: "Əhli sünnə vəl cəmaəti icma ediblər ki, axirətdə Allahı görəcəklər. Əbul Həsən Əşəri kitabında bu məsələni nəql edib. Şeyxul İslam İbn Teymiyyə kitabında əhli sünnətin bu məsələdə icma etdiyini iddia edərək deyib: Bütün əhli sünnə alimləri Allahı görməyi inkar edənləri kafir adlandırıblar". (Məcməul-fətava, 6/40)

وقد أجمع أهل الحق من أهل السنة والجماعة على هذه الرؤية ، كما تقدم ، وقد حكى ذلك عنهم أبو الحسن الأشعري في كتابه : مقالات الإسلاميين ، وحكى ذلك شيخ الإسلام ابن تيمية رحمه الله ، وذكر إجماع أهل السنة على ذلك . وذكر أن جمهور أهل السنة يكفرون من أنكر هذه الرؤية . فجمهور أهل السنة والجماعة ، يرون أن من أنكر هذه الرؤية فهو كافر



Muəllif: Görəsən əhli sünnə Allaha tamaşa edəndə Əbdul Əziz ben Baz nə edəcək? Axı o kor olub. Quran ayələrinin zahiri mənalarını onun kimi əsas tutsaq Qiyamətdə də o kor olmalıdır. Deməli Allahı görmək ona nəsib olmayacaq. "Hər kəs bu dünyada kor olsa o axirətdə də kor olar və yolunu daha çox azanlardan olar!"(İsra, ayə 72)

Əbdullah ibn Əhməd atası Əhməd ibn Hənbəlin (r) etiqadını bir kitabda ("əl-əqidətu Əhməd ibn Hənbəl") tədvin etmiş və həmin kitab indiyə qədər əhli hədis arasında əqidə məsələlərində ən müstənəd mənbə kimi istifadə olunmaqdadır. Bu məqalədən başlayaraq etiqadi məsələlərdə Əhməd ibn Hənbəlin dediklərini vəhy kimi qəbul edən əhli sünnətin etiqadlarını araşdıracağıq. Əlbəttə bəhsdə məqsədimiz kimisə mulhid və muşrik elan etmək deyil. Bəhsimiz fəqət elmi yöndə olacaq. Və yeri gəlmişkən təfəkkür tərzinə işarə etməklə nəticəni çıxarmağı oxucunun öhdəsinə buraxmağa çalışacağıq.

Əhməd ibn Hənbəlin miras qoyduğu etiqadlardan biri də Qiyamətdə möminlərin Allah-təalanı gözləri ilə görmələri haqda etiqaddır. Bu etiqadın möhkəmlənməsinə səhih saydıqları kitablarında nəql olunmuş hədislərin mövcudluğu səbəb olmuşdur. Əhli sünnətin digər məzhəbləri də xəlifələrin təqib və təzyiqlərindən nicat tapmaq üçün bu əqidəni qəbul etməyə məcbur oldular. Bu əqidə haqqında bəhs etməzdən öncə xatırlatmaq istərdik ki, bu əqidə təhrif olunmuş "Tövrat" və "İncildən" əxz olunmuşdur. Çünki tağut xəlifələrin zamanında zahirdə özünü islamı qəbul etmmiş göstərən bəzi yəhudi rahibləri yəhud əsatirlərini musəlmanlar arasında islami etiqad kimi yaymağa başladılar. Eyni zamanda xəlifə Ömərin Rəsulullahın (s) hədislərinin nəqlinə qoyduğu qadağa son dərəcə böyük kömək göstərdi. Çünki artıq Rəsulullahı (s) görüb ondan hədis eşitmiş səhabələr dünyadan getmişdilər. Uzun illər İslama qarşı qəlblərində ədavət bəsləyən yəhudilər üçün imkan yaranmışdı. Həmin yəhudi rahiblərindən islama külli miqdarda qondarma hədis varid edənlərdən biri də Kə`bul Əhbar idi.

Allahın Qiyamətdə görünməsini iddia edənlər iddialarını isbat etmək üçün Quranın bəzi ayələrini öz məsləklərinə uyğun izah etməyə çalışmışlar. Əqidə məsələlərində mutləq hakim olan Əhməd ibn Hənbəl deyirdi: "Həqiqətən izzət və cəlal sahibi olan Allahın üzü var, amma bu üz təsvir olunmuş üzlər kimi deyil. Allahın üzü xalis cizgili üzlər kimi deyil. Lakin Allah öz üzünü Quranda bu cür vəsf etmişdir."Yer üzündə hər bir şey fani olacaq. Yalnız cəlal kərəm sahibi olan Rəbbin üzü əbədi qalacaq" (əl-Rəhman, ayə 26-7) Hər kəs ayənin mənasını dəyişdirsə həqiqətən dindən dönərək kafir olub" Bununla da məlum olur ki, Əhməd ibn Hənbələ görə həqiqətən Allahın üzü var və ayədə heç bir məcaza yer yoxdur. Allahın üzü əbədi qalacaq və məhv olmayacaq. Allahın üzü onun sifətidir ki, fani olmayacaq. Allahın üzünün onun zatı olduğunu iddia edən dindən çıxmışdır və hər kəs bu mənanı təvil etsə kafir olub. Əhməd ibn Hənbələ görə "Vəch" kəlməsi "cəsəd""surət" mənasında deyildır. Cizgilərlə məhdud olan bir mövcud mənasında da deyil. Hər kəs bunu iddia etsə bidət qoyubdur.

ومذهب أبي عبد الله أحمد بن حنبل رضي الله عنه أن لله عز و جل وجها لا كالصور المصورة والأعيان المخططة بل وجهة وصفه بقوله كل شيء هالك إلا وجهه ومن غير معناه فقد ألحد عنه وذلك عنده وجه في الحقيقة دون المجاز ووجه الله باق لا يبلى وصفة له لا تفنى ومن ادعى أن وجهه نفسه فقد ألحد ومن غير معناه فقد كفر وليس معنى وجه معنى جسد عنده ولا صورة ولا تخطيط ومن قال ذلك فقد ابتدع (əl-əqidətu Əhməd ibn Hənbəl səh 103)

Yaranmış şübhəni cavablandırmaq üçün əvvəlcə görmə obyekti və görənin lazımi şərtlərini nəzərdən keçirək. Hər bir məsələ haqqında bəhs etməzdən öncə bəhs olunacaq mövzunun meyarı müəyyənləşdirilməlidir. Çünki varlıq aləmində elə isbat olunmuş həqiqətlər mövcuddur ki, hər bir ağıllı insan onu qəbul edir. Zaman, məkan və şərait dəyişkənliyindən asılı olmayaraq onlar dəyişməz qalır. Məsələn: Vurma cədvəlində 5 ×5=25 isbat olunub. Bu nəticə hər iki dünyada sabitdir. Yəni əgər bir nəfər idda edə ki, mmkündr Qiyamətdə 5 ×5-in cavabı tamam ayrı bir rəqəm olsun. Biz bu iddianı edənin cavabını verməyi oxucunun ixtiyarına buraxırıq. Haqqında bəhs etmək istədiyimiz mövzunun da inkar olunmaz şərtləri vardır:



  1. Görmə orqanı sağlam olmalıdır.

  2. Görən və görmə obyekti üzbə-üz olmalıdır

  3. Görmə obyekti çox uzaq və ya çox yaxın məsafədə olmamalıdır.

  4. Görənlə görmə obyekti arasında maneə olmamalıdı.

  5. Görmə obyekti rəngsiz (hava kimi) olmamalıdır.

  6. Görmə üçün kifayət qədər işıq olmalıdır.

Şübhəsiz bu qeydlər lazım olduğu halda görmə obyekti cisim və cəhətdə olmasa onu görmək mümkün olmayacaq. Bu həqiqətin muqabilində əhli hədis bəhanələr axtarmağa başlamış və nəticədə deyiblər: O dünyanın özünəməxsus hökmləri var. Düzdür ki, bu dünyada görmək üçün cismin müəyyən bir cəhətdə, görənlə üzbəüz və məkana malik olması kimi şərtlərinin mövcudluğu lazımdır. Amma bu heç vaxt dəlil ola bilməz ki, o dünyada da gərək bu cür olsun.

Xatırladaq ki, etiqad məsələlərində isbat olunmuş bir sıra qanunlar vardır. Məhz bu qanunlar həqiqəti dərk etməyə qadir olan insanları hər şeyə şəklə yanaşan anormal şəkkaklardan ayırır.

Nəticə:


  1. Allahı görmək əqidəsinin kökü yəhudi və məsihilərin təhrif olunmuş kitablarından bəhrələnib.

  2. Allahı görməyi iddia edənlərin məqsədi Onu maddi gözlərlə görməkdir. Məqsəd şuhude qəlbi və ya altıncı his deyil.

  3. Bu görmənin mümkünlüyünü (maddi gözlərlə) isbat etmə cəhdləri bihudədir.

Qarşı tərəfin nəqli dəlilləri və onlara cavab

Allahın axirət dünyasında görünməsi haqda əqidənin yaranıb möhkəmlənməsinə səbəb əhli sünnətin səhih sandıqları kitablarında bu mənaya dəlalət edən hədislərdir. Əhli hədis həmin hədislərin mövcud olmasını inkar edə bilmirlər. Nəticədə nəyin bahasına olursa olsun həmin hədislərin zəruri etiqadi məsələləri isbat etdiyini göstərməyə çalışırlar. Hətta sələflərin kobud səhvlərinə səhih don geydirməyə çalışaraq hədislərin mənalarını təsbit etməyə üstünlük verirlər. Onlar eyni zamanda Quran ayələrini heç bir məntiq və təfəkkürə təkyə etmədən zahiri mənalarına həml edərək Allahın gözlə görünəcəyini isbat etməyə çalışıblar.



birinci dəlil: "Heç də sizin güman etdiyiniz kimi deyil! Əslində siz tez keçib gedən dünyanı sevirsiniz və axirəti kənara qoyursunuz. Bəli o gün bəzi üzlər sevinib şad olacaq. Və rəbbinə (nemətlərinə) baxacaqlar." (Qiyamət, ayə 20-3). Nəticədə əhli hədis bu ayəni ən böyük dəlil kimi istifafadə etməyə çalışıbl. Onlar ayədə "nazirə" kəlməsini "baxamq" kimi məna ediblər. Allahın görünməsini qətiyyətlə inkar edənlər isə "gözləmək" mənasında olduğunu isbat ediblər. Bəhs və ixtilaf mövzusuna çevrilmiş "nazirə" kəlməsinin hansı mənada istemal olduğu mühüm deyil, hətta əgər "baxamq" mənasında olduğunu qəbul etsək belə yenə də bu baxış görməklə eyni deyil. Çünki görməklə baxmaq cümlədə istifadə olunmuş qərinə vasitəsilə köklü surətdə fərqlənir.

Məsələn: Mən dostumu ötürəndə uzun müddət onun arxasınca baxıb seyr etdim. Məlumdur ki, cümlədə baxmaq gözlə baxıb görmək mənasında işlənib.

Amma, "Mən ailəmizin dolanacağını təmin etməkdə ata-anamın əllərinə baxıram" dedikdə, "bütün günü oturub onların əllərinə gözləri dikib baxmaq" mənası adamın ağlına belə gəlmir. Əslində məqsəd budur ki, mən ailə işlərimdə müstəqil deyiləm və bu məsələdə onlara tabeyəm. Deməli ayəni tərcümə və təfsir edəndə "nazirə" (baxmaq) kəlməsini əldə əsas tutub "Allahı görəcəyik"əqidəsinə israr etmək yersizdir. Çünki hər baxmağın lazıməsi görmək deyil. Gərək danışanın kəlamında digər bir mənaya işarənin olub olmadığı axtarılsın.

Ayələri diqqətlə mutaliə edib görürük ki, bu dörd ayə arasında "qarşılıqlı əlaqə" mövcuddur. Çünki birinci ayə ilə üçüncü ayə və ikinci ayə ilə dördüncü ayə arasında bu tamamlama var:



22. Bəli o gün bəzi üzlər sevincdən şad olacaq. 24. O gün bəzi üzlər qüssə və qəm içində olacaq.

23. Və rəbbinə baxacaqlar. 25. Bilirlər ki, bellərini sındıracaq əzab onlara nazil olacaq.

Əhli hədisin Pərvədigara baxacaqlar ayəsini "Allahı görəcəyik" kimi təfsir etmələrinin cavabı bu ayələri üzləşdirəndə rahat şəkildə məlum olur. Çünki Qaralmış üzlərin gözlədikləri Allahın əzabıdır. Onlar əməllərinin mükafatı kimi onun intizarını çəkirlər. Sevincdən şad və xürrəm olan üzlər isə əməllərinin mükafatı kimi Allahın onlara göndərdiyi rəhmətin intizarını çəkirlər. Deməli ayələrdən belə nəticə alırıq ki, Qiyamətin günü camaat iki dəstə olacaq. Birinci dəstə şad və xürrəm, ikinci dəstə qəm və qüssə içində. Hər iki dəstə etdikləri əməllərin mükafatını gözləyirlər.

Bizim dediyimizi təsdiq edən məqamlardan biri də ayədə mövcud olan "vucuh" (üzlər) kəlməsidir. İnsan üzü ilə görmür. Heç bir axmaq iddia edə bilməz ki, mən üzümlə görürəm. Çünki görmə aləti gözdür. Əgər doğrudan da ayə əyani surətdə Allahı görməyi çatdırmaq istəyirdisə onda gərək "vucuh" əvəzinə "uyun" (gözlər) zikr olunaydı. Deməli ayədən qərəz budur: Günahkarların bədbəxt olub əzab gözlədikləri gündə Allahın saleh bəndələri ilahi rəhmətin intizarında olacaqlar.

Əgər əhli hədis kimi ayəni məna etməyə çalışsaq onda ayələr arasında əlaqə qırılar. Nəticədə belə bir məna alınar: Birinci dəstə oturub Allaha baxacaq və ikinci dəstə bellərini sındıracaq əzabı gözləyəcək.



Ikinci dəlil: Qurani-kərimdə çoxlu sayda ayələr mövcuddur ki, Qiyamətin günü möminlərin Allahı mulaqat (görüş) edəcəkləri haqda xəbər verir. Bilirik ki, mulaqat etməyin lazıməsi görməkdir. Deməli möminlər Allahı görəcəklər. Məsələn: "De!: Mən sizin kimi bəşərəm, Mənə vəhy olunur ki, sizin Allahınız yeganə Allahdır. Hər kəs Rəbbini mulaqat etməyə ümid edirsə gərək saleh əməllər əncam versin və Rəbbinə etdiyi ibadətində heç kimi şərik qərar verməsin" (Kəhf, ayə 110)

Cavab : Allah-təala munafiqlər haqında xəbər verəndə yenə də "mulaqat" kəlməsindən istifadə edib. "Allaha verdikləri və`dlərində xilaf edib yalan danışdıqlarına görə Onu mulaqat edəcəkləri günə qədər onların qəlblərinə nifaq (munafiq) saldı" (Tövbə,ayə 77)

Cavab: Əhli hədis iddia edir ki, Allahı yalnız möminlər mulaqat edəcəklər: yəni gözlə görəcəklər. Amma bu ayədən məlum olur ki, munafiqlər də Allahı mulaqat edəcəklər. Buna nə deyəcəklər? Əgər qardaşlar bir qədər diqqətli olsaydılar onda asanlıqla dərk edərdilər ki, "mulaqat" kəlməsi Allahı gözlə görmək mənasında deyil. Munafiq Allahı görə biləcəkmi? sualına cavab vermək üçün dağa daşa düşməyə ehtiyac qalmayacaqdı. Bəs ayədə "mulaqat" sözünü necə başa düşmək lazımdır? Ayədə məqsəd ölüm və İlahi əzabla qarşılacağı gün nəzərdə tutulub. Allah-təala Qurani-kərimi insanların dərki üçün nazil edib. Quranın danışıq tərzi insanların gündəlik danışıqlarında istemal etdikləri kəlmələrdən və söz birləşmələrindən təşkil tapıb. Məsələn: Kor adam; mən Həsəni mulaqat etməyə (görməyə) getmişdim, deyəndə heç kəs onu acılamır ki, sənin görən gözün olmadığı üçün niyə yalan danışırsan? Çünki ağıllı dinləyici başa düşür ki, korun məqsədi Həsəni gözlə görmək deyil. O Həsənlə görüşə getdiyi haqda xəbər verir. Amma əgər "Mən Həsəni gördüm desə" bu zaman irad etməyin yeri olacaq.

Sağlam düşüncəyə malik olan insanlardan insafla hökm etməyi istəyirik!

Allahın gözlə görməyi inkar edən nəqli dəlillər

Gözlər Onu dərk etməz (görə bilməz). O, gözləri dərk edər (görər). O, lətifdir (cisim deyil) və hər şeydən xəbərdardır! (Ən`am, ayə 103)

Ayədə zikr olunmuş "dərk" sözü geniş məfhuma malikdir. Bu kəlmə hiss orqanlarından hər birinə nisbət verildikdə həmin orqanın funksiyasını özündə əks edir. Əgər qulağa nisbət verilsə eşitməni, buruna nisbət verilsə iy bilməni ifadə edəcək. Haqqında bəhs açdığımız ayədə "dərk" sözü gözə nisbət verildiyindən görməni ifadə edir.

Əgər bir kəs "Onu gözümlə dərk etdim, amma görmədim" ifadəsini işlətsə. Hamı deyəcək ki, bu adam ziddiyyətli danışır. Çünki gözlə dərk etmək görmənin özüdür və hətta demək olar ki, ən kamil formasıdır. Çünki görmə görülən obyekti bir növ əhatə edib nəzarət altında saxlamağı bildirir. Necə ola bilər ki, məxluq Xaliqini görmə obyektinə çevirib onu müşahidə edərək əhatə etsin? Ayə Allahın əzəmətini və məqamını vəsf edir. Yəni, varlıqlar arasında Onun məqamı bu cür vəsf olunur: O, hər şeyi görür, amma Onu görmək mümkün deyil. Necə ki, başqa ayələrdə də yalnız Allaha məxsus olan sifətlər zikr olunub: "Onlara de: Mən Allahdan qeyrisini özümə vəli (rəhbər) seçim? O, göyləri və yeri yaradıb, hamıya ruzi verir, amma kiminsə tərəfindən ruzilənməyir. (Ən`am, ayə 14)

"Onlara de: Bütün varlıqların həqiqətindən agah olmaq kimin əlindədir? Bir halda ki, o istədiyi bəndəsinin fəryadına yetişər və kimsə Onun iradəsinə qarşı zülm edə bilməz. Əgər siz bundan agahsınız cavabını deyin" (Möminun, ayə 88)



Bu ayələr Allaha məxsus olan sifətləri bəyan edir ki, başqa varlıqlarda bu xususiyyətlər yoxdur. Allahı görməyə ümid edənlər eynilə Musanın (ə) qövmü kimi təfəkkür edirlər. "Musa öz qövmünə dedi: “Ey mənim qövmüm, siz buzovu mə`bud seçməklə özünüzə zülm etdiniz. Bəs yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (yoldan azdıran nəfslərinizi) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir! “ Allah da tövbənizi qəbul etdi. Həqiqətən O, tövbələri qəbul edən və bağışlayandır. Və siz Musaya “Ya Musa, biz Allahı aşkar surətdə görməyincə, heç vaxt sənin dediklərinə iman gətirməyəcəyik" dediyinizi xatırlayın. Bəs o zaman sizi ildırım tutdu və siz də mat halda baxırdınız. (Bəğərə, ayə 54-5) Onlar buzovu gözlə müşahidə etdikləri üçün onu sitayişə layiq bilirdilər. Amma Musa onları yeganə olan Allaha sitayiş etməyə dəvət etdikdə onlar Onu görməyincə ibadət etməyəcəklərinə israr edirdilər. Quran ayələrində Allahı görməklə əlaqədar olan ayələrə diqqət edəndə məlum olur ki, qabaqkı ümmətlər peyğəmbərlərindən muxtəlif şeylər tələb ediblər. Məsələn ölünü diriltmək, ayı iki yerə bölmək və s..., Allah-təala peyğəmbərinə həmin istəkləri həyata keçirməyi möcüzə kimi vermişdir. Amma Allahı görmək məsələsi ortaya qoyulanda çox şiddətli cavabla üzləşiblər.

"Peyğəmbər! Kitab əhli səndən onlar üçün asimandan kitab gətirməyini istəyir. Amma onlar Musadan bundan daha böyük şey tələb etmişdilər: Onlar Musaya dedilər: “Allahı bizə aşkar şəkildə göstər!” Bu zülmün muqabilində onları ildırım vurdu. Onlara açıq-aydın dəlillər gələndən sonra yenə də buzovu özlərinə mə`bud etdilər. Biz bu günahları əfv etdik və Musaya açıq-aşkar dəlil əta etdik" (Nisa, ayə 153) Ayədən göründüyü kimi Allahı görmək iddiası zülm sayılıb və buzova pərəstiş əməli ilə yanaşı qoyulub.

"Bizimlə Qiyamətdə qarşılaşacaqlarına ümid etməyənlər deyirdilər: Niyə mələklər bizə nazil olmurlar? Niyə biz rəbbimizi görmürük? Həqiqətən, onlar batində təkəbbürə qapıldılar və tuğyan etməkdə həddi çox aşdılar".(Furqan, ayə 21) Bu ayədə Allahı görmək iddiası tuğyan və inada bərabər edilib. Əgər görmək mümkün olsaydı onda heç olmasa onu tələb edənlərin başına əl sürtüb Qiyamətdə mümkün olacağı (əstəğfirullah) haqda onlara vədə veriləydi. Amma Quran ayələrindən xəbərdar olan insan yəqinən bilir ki Allahı görmək heç bir zaman mümkün deyil. Nə bu dünyada və nə də bəzi cahillərin iddia etdiyi kimi Qiyamətdə Allahı görmək mümkün olmayacaq. Bu etiqad əslən şirkə bərabərdir.

"Musa təyin etdiyimiz miqata (Turi Sinaya) gəldi. Rəbbi onunla danışdı. Musa dedi: “Pərvərdigara! Özünü mənə göstər ki, Sənə baxım!” Allah dedi: “Sən Məni heç vaxt görə bilməzsən. Lakin dağa bax. Əgər o yerində dura bilsə, ondan sonra Məni görə bilərsən”. Rəbbi dağa cilvə etdikdə onu tikə-tikə etdi. Musa qəşş edib yıxıldı. Musa ayılandan sonra dedi: “Sübhanəllah sən bütün eyiblərdən paksan, Mən hüzurunda tövbə etdim və Mən birinci iman gətirənlərdənəm (İsrail övladlarından)".(Ə`raf, ayə 143)

Ayədə Allah Onu görməyi "LƏN" kəlməsi ilə inkar edib. Ərəb dilində hətta ibtidai savadı olan başa düşür ki, bu kəlmə "LƏN" əbədi inkarı bildirir. Əgər əbədi inkar olmasaydı onda Allah gərək Musanı (ə) Qiyamətdə özünü ona göstərəcəyi ilə sevindirəydi. Allahı görmək əqidəsi necə də zəif və süst görünür.

Qurani-kərimin ayələridən məlum olur ki, Allahı görmək tələbləri və xülyası daim yəhudilər tərəfindən meydana atılıb. Həmişə onların bu tələbləri sərt cavabla rədd olunub. Sonralar həmin əqidə bəzi müsəlman firqələri arasında özünə yer açmışdır. Oxucuya vacibdir bu etiqadların yaranma tarixi haqqında özü təhqiqat aparsın.

Allahı görmək haqda əqidənin bəzi müsəlmanlar arasında tərvic tapmasına səbəb olan hədislərdən birini nəql etməyi lazım bildik.

Buxari Əbu Hureyrədən nəql edib: Camaat Rəsulullaha (s) dedilər: Biz Qiyamətdə Rəbbimizi görəcəyikmi? Rəsulullah (s) buyurdu: Bulud günəşin üzünü almadığı bir zaman onu görmək üçün bir yerə yığışırsınız ? Musəlmanlar dedilər Xeyir ya Rəsuləllah (s)! Rəsulullah (s): Buludsuz gecədə asimanda bədirlənmiş 14 gecəlik ayı görmək üçün bir yerə yığışırsınız? Dedilər: Xeyir ya Rəsuləllah (s)! Rəsulullah (s) buyurdu: Qiyamətin günü siz rəbbinizi bu cür görəcəksiniz (buludsuz asimandakı günəş və bədirlənmiş 14 gecəlik ay kimi). Allah camaata deyəcək hər kəs ibadət etdiyi məbudun arxasınca getsin. Günəşə ibadət edənlər günəşin, aya ibadət edənlər ayın və bütə sitayiş edənlər bütün arxasınca gedəcəklər. Bu ümmət də içərisində munafiqlər ilə bir yerdə meydanda qalacaq. Bu zaman Allah onların tanıdıqları surətindən fərqli bir surətdə gəlib deyəcək Mən sizin Pərvərdigarınızam. Onlar deyəcəklər: Səndən Allaha pənah aparırıq. Pərvərdigarımız gəlməyincə biz bu məkanda qalacağıq. Pərvərdigarımız gələndə biz onu tanıyacağıq. Bu zaman Allah onların tanıdıqları surətə girib gəlib deyəcək: Mən sizin Pərvərdigarınızam. Camaat deyəcək: Bəli Sən bizim Pərvərdigarımızsan. Onlar Onun dalına düşəcəklər və bu zaman cəhənnəmin körpüsü qurulacaq......."

6573 أَبِى هُرَيْرَةَ قَالَ قَالَ أُنَاسٌ يَا رَسُولَ اللَّهِ هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ فَقَالَ « هَلْ تُضَارُّونَ فِى الشَّمْسِ ، لَيْسَ دُونَهَا سَحَابٌ » . قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ . قَالَ « هَلْ تُضَارُّونَ فِى الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ ، لَيْسَ دُونَهُ سَحَابٌ » . قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ . قَالَ « فَإِنَّكُمْ تَرَوْنَهُ يَوْمَ الْقِيَامَةِ كَذَلِكَ ، يَجْمَعُ اللَّهُ النَّاسَ فَيَقُولُ مَنْ كَانَ يَعْبُدُ شَيْئًا فَلْيَتَّبِعْهُ ، فَيَتْبَعُ مَنْ كَانَ يَعْبُدُ الشَّمْسَ ، وَيَتْبَعُ مَنْ كَانَ يَعْبُدُ الْقَمَرَ ، وَيَتْبَعُ مَنْ كَانَ يَعْبُدُ الطَّوَاغِيتَ ، وَتَبْقَى هَذِهِ الأُمَّةُ فِيهَا مُنَافِقُوهَا ، فَيَأْتِيهِمُ اللَّهُ فِى غَيْرِ الصُّورَةِ الَّتِى يَعْرِفُونَ فَيَقُولُ أَنَا رَبُّكُمْ . فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكَ ، هَذَا مَكَانُنَا حَتَّى يَأْتِيَنَا رَبُّنَا ، فَإِذَا أَتَانَا رَبُّنَا عَرَفْنَاهُ فَيَأْتِيهِمُ اللَّهُ فِى الصُّورَةِ الَّتِى يَعْرِفُونَ فَيَقُولُ أَنَا رَبُّكُمْ . فَيَقُولُونَ أَنْتَ رَبُّنَا ، فَيَتْبَعُونَهُ وَيُضْرَبُ جِسْرُ جَهَنَّمَ » 806 , 7437

Xatırladaq ki, hədis Səhih Buxaridə üç dəfə azacıq fərqlərlə nəql olunub

Oxucu azacıq diqqətli olsa hədisin necə də nağıl kimi qurulduğunu başa düşər. Axı bu nə əqidədir? Məgər Allahın möminlərin onu tanımaması üçün başqa cildə girib Məhşər meydanına gəlməsində məqsədi nə ola bilər. Bəlkə Allah onlarla gizlənpaç oynamaq istəyir?

Hədisin sənədində Əbu Hureyrə olduğu üçün çox qısa şəkildə onun tarixçəsinə nəzər salaq. Onun müəllimi Kə`b idi ki, o da yəhudi əhbarlarından idi. Kə`b özünü zahirdə musəlman kimi göstərərək yəhudi əsatirləri islami əqidə adı altında müsəlmanlara qəbul etdirməyə çalışırdı. Əbu Hureyrə ustadından eşitdiyi çoxlu sayda "hədisləri" Rəsulullaha (s) nisbət verməyə başladı. Çünki Kə`be əhbar Rəsulullahı (s) görmədiyindən nəql etdiyi hədisləri Ona nisbət verməyə cürət etmirdi. Əbu Hureyrə üç ilə qədər Rəsulullah (s) zamanında musəlman olmuşdu ona görə də Kə`bin görə bilmədiyi işi rahat əncam verirdi.

Digər tərəfdən "hədisin" sənədində Qeys ibn Əbi Hazimin adı mövcuddur. O, amniziya (yaddaş pozğunluğu) xəstəliyinə tutulmasına baxmayaraq yenə hədis nəql etməyə məşğul idi. Bəzi musəlmanlar da ondan hədis əxz edirdilər. Yəhya ibn Səid onun haqqında deyib: Yalan hədislər nəql edib.

وقال على بن عبدالله، عن يحيى بن سعيد: منكر الحديث

Yəqub Dusi: Bizim əshabımız (hədis alimləri) onun haqqında bəzi sözlər deyiblər vəziləri ona hücüm ediblər. (yəni onun hədislərini rədd ediblər)

(Mizanul-i`tidal №6908) وقال يعقوب (1 [ السدوسى: تكلم فيه أصحابنا، فمنهم من حمل عليه

Əziz oxucu Muslimin nəql etdiyi hədisi oxuyanda görəcəksiniz ki, Buxarinin hədisi yenə toya getməlidir. Muslim 182-ci hədisi Əbu Hureyrədən nəql edəndən sonra 183-cü hədisi Əbu Səid Xidridən nəql edib. Hədisin muqəddiməsini nəql edəndən sonra yazır:



"... Sonra Məhşərdə Allaha pərəstiş edən yaxşı və pis əməl sahiblərindən başqa heç kim qalmayacaq. Bu zaman aləmlərin Rəbbi onların gördükləri surətə yaxın bir şəkildə onların yanına gəlib deyəcək: Nəyi gözləyirsiniz? Hər ümmət məbudunun ardıyca getsin.

Onlar deyəcəklər: Pərvərdigara! Dünyada camaata daha çox ehtiyacımız olduğu halda onlarlı tərk edib yoldaşlıq etmədik. Allah deyəcək: Mən sizin rəbbinizəm.

Onlar deyəcəklər: Səndən Allaha pənah aparırıq. Biz Allaha şərik qərar vermərik. (iki ya üç dəfə bu səhnə təkrar olar) Hətta iş o yerə çatar ki, bəziləri az qala şəkkə düşəcəklər. Onda Allah deyəcək: Tanıdığınız o Allahınızdan sizin əlinizdə bir nişanə var ki, onunla tanıyasınız? Onlar deyəcəklər: Bəli. Onda Allah baldırını açıb göstərəcək. Bundan sonra Məhşərdə Allah ona ürəkdən səcdə edənlərin hamısına səcdə etməyə icazə verəcək. Allah qorxudan və riyadan səcdə edənlərin belini taxta kimi qurudacaq. Onlar hər zaman səcdə etmək istəsələr arxası üstə yıxılacaqlar......"

إذا لم يبق إلا من كان يعبد الله تعالى من بر وفاجر أتاهم رب العالمين سبحانه وتعالى في أدنى صورة من التي رأوه فيها قال فما تنتظرون ؟ تتبع كل أمة ما كانت تعبد قالوا يا ربنا فارقنا الناس في الدنيا أفقر ما كنا إليهم ولم نصاحبهم فيقول أنا ربكم فيقولون نعوذ بالله منك لا نشرك بالله شيئا ( مرتين أو ثلاثا ) حتى إن بعضهم ليكاد أن ينقلب فيقول هل بينكم وبينه آية فتعرفونه بها ؟ فيقولون نعم فيكشف عن ساق فلا يبقى من كان يسجد لله من تلقاء نفسه إلا أذن الله له بالسجود ولا يبقى من كان يسجد اتقاء ورياء إلا جعل الله ظهره طبقة واحدة كلما أراد أن يسجد خر على قفاه ثم يرفعون رؤوسهم وقد تحول في صورته التي رأوه فيها أول مرة فقال أنا ربكم فيقولون أنت ربنا

İndi əziz oxucular bu axmaq "hədisin" dəlalətinə diqqət edin:

1) Hədis açıq surətdə isbat edir ki, möminlər Məhşərdən öncə Allahın həqiqi simasını görüblər. Allah Məhşərə başqa simada ayaq qoyanda Onu tanımadıqları üçün rədd edib deyəcəklər: Sən bizim rəbbimiz deyilsən və səndən Allaha pənah aparırıq. İndi sizdən soruşuruq: Bu möminlər nə vaxt Allahı görüblər ki, Məhşərdə onu tanımadıqları simada gördükləri üçün inkar etməyə başlayacaqlar?

2) Məhşərdə Allahın özünü möminlərə göstərməsində hədəfi nədir? Nəyə görə birinci dəfə Məhşərə ayaq qoyanda möminlərin tanımadıqları simada gəlib deyəcək: Mən sizin Allahınızam? Möminlər də Onu rədd edib Allaha pənah apardıqlarını bildirəndən sonra həqiqi simasına girib təcəlli edəcək. Məgər Məhşər gizlənpaç oynayan yerdir, Allah da bunları yoxlamaq istəyəcək ki, hələ görüm bunlar Məni tanıyırlar ya yox?

3) Ən maraqlısı budur ki, hədisdə Allahın baldırı olması isbat olunur. Möminlər Allahı tanımadıqları zaman Allah baldırını açıb onlara göstərəcək və onlar Allahı baldırından tanıyacaqlar. Baldırdakı əlaməti görəndən sonra onun qabağında səcdəyə düşəcəklər. Munafiqlər də Allahı baldırından tanıdıqları zaman səcdə etmək istəyəndə nə qədər səcdə etməyə çalışsalar da belləri quruyub taxta olduğundan səcdə edə bilməyəcəklər.

Ay qardaşlar məgər Allah cismdir ki, sair orqanları ilə bərabər baldırı da olsun və möminlər də onu baldırındakı əlamətdən tanısınlar? Əslən möminlər nə vaxt bu baldırı görüblər ki, Qiyamətin günü həmin baldır vasitəsilə Allahı tanısınlar? Ay Allahı görəcəyinizi iddia edənlər! Allahın baldırındakı o əlamət nədir? Xaldır, yoxsa çapıq, bəlkə tüklü ayaqlardır. Xahiş edirik bizə də deyin ta Məhşərdə biz də Allahı o əlamətlə tanıyaq.

4) Ən təəccüblü məqam budur ki, hədis vahid xəbərlər sırasındadır. Vahid xəbər etiqadi sənəd ola bilməz. Bununla belə əhli sünnət alimləri hədisin Quranla muxalif olmasına əhəmiyyət vermədən onu musəlmanlara zəruri əqidə kimi qəbul etdirməyə çalışırlar. Bir halda ki, Quranla muxalif olan rəvayət heç bir əhəmiyyət kəsb etmir.

Göründüyü kimi Əhli hədis Quranda məcaz olduğunu rədd edərək bütün ayələri zahiri mənaya həml etməyə çalışır. Bəhsimizin bu yerində maraqlı bir sualı ortaya qoymaq istərdim. Hamımız bilirik ki, ibadət əhli arasında görmə qabiliyyətindən məhrum olan korlar mövcuddur. Məkkənin keçmiş muftisi mərhum Əbdul Əziz ben Baz kimi. Görəsən onlar da Qiyamətin günü Allahı görməyə ümid edirlərmi? Əhli hədisin əqidəsi ilə Quran ayəsini tərcümə etsək onda məlum olur ki, onlar Allahı görə bilməyəcəklər. Çünki Allah-təala Quranda buyurub: "Hər kəs bu dünyada kor olsa o axirətdə də kor olar və yolunu daha çox azanlardan olar!"(İsra, ayə 72)

İmamiyyə əqidəsi

İmamiyyə şiələri həm bu dünyada və həm axirətdə Allahı zahiri gözlə görmək etiqadını rədd edir və bu etiqadı şirk hesab edir.

İbn Macə Rəsulullahdan (s) nəql edib: "Meyyit qəbrə aparılandan sonra bir nəfər nə qorxunc və nə munis olmayan bir surətdə onun yanında oturacaq. Ondan soruşacaqlar: Hansı dində idin? Meyyit cavab verəcək: İslam dinində. Soruşacaqlar: Bu kişi kimdir? Deyəcək: Muhəmməd (s). Allah tərəfindən dəlillərlə bizə göndərilmişdi və biz də Onu təsdiq etdik. Soruşacaqlar: Allahı gördünmü? Deyəcək: Heç kim Allahı görə bilməyəcək. Bu cavabdan sonra onun qabağından cəhənnəmə tərəf bir qapı açılacaq və orada odun şölələrinin necə biri digərini əzidiyini görəcək. Ona deyəcəklər: Bax Allah səni hansı bəladan hifz etdi......" (Sunəne ibn Macə 4268)

إن الميت يصير إلى القبر . فيجلس الرجل الصالح في قبره غير فزع ولا مشعوف . ثم يقال له فيم كنت ؟ فيقول كنت في الإسلام . فيقال له ماهذا الرجل ؟ فيقول محمد رسول الله صلى الله عليه و سلم جاءنا بالبينات من عند الله فصدقناه . فيقال له هل رأيت الله ؟ فيقول ما ينبغي لأحد أن يرى الله فيفرج له فرجة قبل النار . فينظر إليها يحطم بعضها بعضا . فيقال له انظر إلى ما وقاك الله

İmam Əli (ə) Allahı vəsf edərkən buyurub: "Həmd, səna və pərəstiş Allaha məxsusdur. O Allah ki, gözlər onu görə bilməz və heç bir maneə onu pünhan edə bilməz....." (Nəhcul-bəlağə, xütbə 185)

"Zi`ləb Yəmani Əlidən (ə) soruşdu: Ya Əli Rəbbini görmüsənmi? Həzrət buyurdu: Mən görmədiyim şeyə ibadət edimmi? Zi`ləb soruşdu: Onu necə görmüsən?

Əmirulmöminin (ə) buyurdu: Gözlər onu zahirdə görə bilməz, amma qəlblər onu imanın həqiqəti ilə dərk edərlər" (Nəhcul-bəlağə, xütbə 179)

İsmayıl ibn Fəzl deyir: İmam Sadiqdən (ə) soruşdum: "Qiyamətin günü Allah görünərmi?

İmam (ə) buyurdu: Ey Fəzlin oğlu Allah bu əqidədən uzaq və pakdır. Gözlər yalnız rəngə və keyfiyyətə malik əşyanı görə bilir. Bir halda ki, Allah rəngləri və keyfiyyəti özü xəlq edi" (Biharul-ənvar, 4/31)

قال: سألت أبا عبد الله جعفر بن محمد الصادق عليهما السلام عن الله تبارك وتعالى هل يري في المعاد ؟ فقال: سبحان الله وتعالى عن ذلك علوا كبيرا يا ابن الفضل إن الابصار لا تدرك إلا ماله لون وكيفية، والله خالق الالوان والكيفية


Muslim Aişədən nəql edib: "Hər kəs güman edə Rəsulullah (s) Allahı görüb həqiqətdə Allaha böyük iftira nisbət verib" (Səhih Muslim hədis 287-177)

قالت من زعم أن محمدا صلى الله عليه و سلم رأى ربه فقد أعظم على الله الفرية


Muvəhhid olub şirkin çəngindən xilas olmaq istəyən insan gərək Əlinin (ə) kəlamından istifadə etsin. "Həmd və səna Allaha məxsusdur. Ona sitayiş edənlər onu layiqli həddə mədh etməkdən acizdirlər. Hesabdarlar onun nemətlərini saymaqda acizdirlər. Bütün insanlar Onun haqqını ödəməkdən acizdirlər. Ali himmət sahibləri Onun məqamına nail ola bilməzlər. Mə`rifət dəryasında üzənlər Onun həqiqətini dərk edə bilməzlər" (Nəhcul-bəlağə, xutbə 1)
Bakı: Elman İbadov, email: kerrar@mail.ru tel 055-75227-40



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə