Əlizadə Mirxalid icmal-2



Yüklə 61,64 Kb.
tarix18.12.2022
ölçüsü61,64 Kb.
#76053
növüDərs
Əlizadə Mirxalid A.Ələsgər icmal 2


Əlizadə Mirxalid icmal-2
Sinif - 10
Mövzu - Aşıq Ələsgərin yaradıcılığı
Standartlar - 1,1,4; 1,1,2 ; 2,2,1
İnteqrasiya - ədəbiyyat
İş üsulu - Müzakirə, Klaster
İş forması - Qruplarla iş
Resurslar - Dərslik, Mövzu ilə bağlı şəkil
Dərsin tipi – İnduktiv
Dərsin təlim nəticələri - Bədii nümunələrin ( hekayə, povest, roman, dram , poema) janr xüsusiyyətlərini müəyyənləşdirir. Heca vəzinli şeirləri, süjetli bədii nümunələri ( dastan, hekayə, mənzum hekayə) ideya - məzmununa uyğun ifadəli oxuyur. Müzakirələrdə, mövzuya, probleme, yazıçı mövqeyinə tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.

  1. Motivasiya:

S
uallar səsləndirilir:
Uşaqlar, Şəkildə gördüyünüz şəxsin aşağı siniflərdə hansı əsərləri ilə tanış olubsuz ?
Tədqiqat sualı:
Uşaqlar, sizcə Aşıq Ələsgərin yuxarı siniflərdə keçirilən əsərləri aşağı siniflərdə keçirilən əsərləri ilə nə dərəcədə əlaqəsi ola bilər?
2) Tədqiqatın aparılması:
Şagirdlər qruplara bölünür:
1-ci qrup ---- " Turan"
a) Aşıq Ələsgər Əsərlərini hansı janrlarda yazıb? Sualı şairin yaradıcılığından nümunələr gətirərək cavablandırın
b) Aşıq Ələsgər əsasən hansı mövzularda şeirlər yazmışdır? Sualı şairin yaradıcılığından nümunələr gətirərək cavablandırın
2) 2 - ci qrup ---- " Qarabağ"
a) Aşıq Ələsgərin gözəllərin tərifinə həsr etdiyi hansı şeirləri vardır? Sualı şairin yaradıcılığından nümunələr gətirərək cavablandırın
b) Aşıq Ələsgərin " Gərəkdi" , " Olmaz" şeirləri hansı mövzuda yazılıb? Sualı şairin yaradıcılığından nümunələr gətirərək cavablandırın
3 - cü qrup ---- "Azərbaycan"
a) Aşıq Ələsgərin aşağı siniflərdə keçirilən " Dağlar" şeiri ilə yuxarı siniflərdə keçirilən "Dağlar" şeiri arasında hansı oxşar və fərqli cəhətlər var? Sualı şairin yaradıcılığından nümunələr gətirərək cavablandırın
b) Aşıq Ələsgərin cəmiyyətdəki nöqsanları, ədalətsizliyi tənqid edən şeirlərindən hansılarını bilirsiz? Sualı şairin yaradıcılığından nümunələr gətirərək cavablandırın
3) Məlumat mübadiləsi: Hər qrupun təmsilçisi tədqiqatların nəticələrini sinif yoldaşlarına tanış etməyə başlayır. Təqdimat başlanır. İstəyənlər təqdimata sual verə bilər
4) Məlumat müzakirəsi və təşkili:
Bu zaman bütün qrupların söylədiyi fikirlər müzakirə edilir və suallar verilir.
a) Aşıq Ələsgərin yaradıcılığında ən sevdiyiniz şeir hansı oldu?
b) Sizcə, "Dağlar" şeirində şair dağları yetərincə təsvir edə bilibmi?
5) Ümumiləşdirmə və Nəticə:
Klaster üsulundan istifadə edərək ümumiləşdirmə aparırıq
Aşıq Ələsgərin yaradıcılığında, əsərlərində biz nələri öyrəndik?
6) Yaradıcı və Tətbiqetmə : Aşıq Ələsgərin " Dağlar" şeir ilə bağlı sankveyn hazırlayın.
7) Qiymətləndirmə:
Meyarlar:
a) Şərh etmə
b) Nümayiş etdirmə
c) Aydınlaşdırma
d) Mühakimə yürütmə
Yüklə 61,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin