İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ


Tənəffüs sistemi xəstəliyi uşaqlara



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix30.12.2021
ölçüsü12,44 Mb.
#1955
1   ...   18   19   20   21   22   23   24   25   ...   33
Tənəffüs sistemi xəstəliyi uşaqlara 

daha çox əziyyət verir



Qış  aylarında  biz  tez-tez  kəskin  respirator 



xəstəliklərinə  (KRX  və  ya  KRVİ)  tutuluruq.  El 

arasında bu xəstəlkləri “soyuqdəymə” adlandırırlar.

  

 

Bu çox dəqiq addır. Məsələ burasındadır ki, so-



yuq hava insan orqanizminin müdafiə imkanla-

rını kəskin azaldır. Nəticədə, selikli qişalarımız-

da yaşayan və adi vaxtlar bizim üçün nisbətən 

ziyansız  olan  müxtəlif  zərərli  mikroblar  kosmik 

sürətlə  çoxalmağa  başlayır  və  insan  xəstələnə 

bilər.


Təbii  ki,  soyuqdəymə  xəstəliklərinin  qarşısını 

almaq  onları  müalicə  etməkdən  daha  yaxşıdır. 

Bunun  üçün  insan  öz  immun  sistemini  hər  za-

man “döyüşə” hazır vəziyyətdə saxlamalıdır. Bu 

işdə düzgün və xeyirli qidalanma, kifayət qədər 

yuxu  və  istirahət,  fiziki  aktivlik,  vitamin-mineral 

komplekslərin  qəbulu  (həkimin  təyini  ilə!)  sizə 

kömək  edəcək.  İm-

muniteti 

zəiflədən 

əsas 

amillərdən 



biri  də  stresdir.  Bu 

səbəbdən  stresdən 

uzaq olmağa çalışın.

Əgər 


profilaktik 

tədbirlərə 

baxma-

yaraq  siz  özünüzdə 



xəstəliyin 

ilkin 


əlamətlərini 

hiss 


etmisinizsə, 

vaxt 


itirmədən  aşağıda 

sadaladığımız tədbirlərə başlayın:

- Dərhal isti vanna və ya isti duş qəbul edib ya-

tağa uzanın və yorğana bürünün. Fiziki aktivliyi-

nizi minimuma endirin.

- İsti maye qəbul edin. Ən yaxşı variant moruq-

lu  və  ya  ballı  isti  çaydır.  Moruğu  “təbii  aspirin” 

adlandırırlar.  Məsələ  burasındadır  ki,  moruqda 

aspirin  preparatınının  tərkibinə  daxil  olan  sali-

sil  turşusu  var.  Moruq  immun  sistemini  stimul-

laşdırır, mikroblarla mübarizə aparır, qızdırmanı 

aşağı salır. Zəncəfil və bal qatılmış çay da yaxşı 

təsir edir.

- Əgər sizdə zökəm başlayıbsa, yatmamışdan 

əvvəl  ayaqlarınızı  10-15  dəqiqə  ərzində  (bun-

dan artıq yox!) isti kəklikotu dəmləməsi qatılmış 

suda  saxlayın.  Əgər  sizdə  allergiya  yoxdursa, 

suya  bir  qədər  xardal  da  əlavə  edə  bilərsiniz. 

İsti  suyun  təsirindən  qan  aşağı  ətraflara  axır, 

baş hissəsində isə damarlar daralır və nəticədə 

zökəm  keçir.  Zökəm  zamanı  istifadə  olunan 

burun  damcıları  da  bu  prinsip  əsasında  işləyir. 

Vannadan  sonra  ayaqlarınızı  yaxşı  qurulayın 

və yun corab geyinin. Nənələrimiz corablara da 

xardal tökürdülər.

- Öskürək və zökəm zamanı inqalyasiyalar yax-

şı təsir edir. Bir neçə qabıqlı kartof bişirib suya 

evkalipt bitkisinin yarpaqları və 1 damcı ağ şam 

ağacı  (“pixta”)  yağı  əlavə  edin.  Sonra  başınızı 

dəsmalla örtüb qazanın üzərində bir qədər nəfəs 

alın (çalışın ki, selikli qişalarınız yanmasın!).

-  Zökəm  zamanı  burnunuzu  yod-duz  məhlulu 

ilə yumaq olar (1/2 stəkan su + 2-3 damla yod 

+ bıçağın ucunda duz). Bu məhlulla burnunuzu 

gündə 3-4 dəfə yuyun.

- Boğaz ağrısı zamanı boğazınızı duz (1 stəkan 

ilıq su + 1 ç.q duz) və ya soda (1 stəkan ilıq su 

+  1  ç.q  soda)  qatılmış  su  ilə  yaxalayın.  Belə 

məhlullar  mikrobları  və  virusları  məhv  edir,  ilti-

habla mübarizə aparır. Bundan əlavə boğazınızı 

ot dəmləmələri (çobanyastığı, evkalipt, adaçayı) 

ilə  yaxalaya  bilərsiniz.  Boğazınızı  gün  ərzində 

3-4 dəfə yaxalayın.

-  Boğaz  ağrısı  zamanı  bal  qatılmış  süd  yaxşı 

kömək edir.

-  Vitamin  C  soyuqdəymə  ilə  mübarizədə 

orqanizmə böyük kömək edir. Belə bir reseptdən 

istifadə etmək olar. 1 qaşıq nanə yarpağını 1 st. 

qaynar suda dəmləyin, ora limonun 1/4 hissəsini 

sıxın və 1 ç.q. bal əlavə edin.

Əgər  bütün  bu  tədbirlərə  baxmayaraq  sizin 

vəziyyətininz  yaxşılaşmırsa  və  ya  daha  ağırla-

şırsa, mütləq həkimə müraciət edin.

 


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin