İtalyan professorlar ATU-da
Tibb Universitetindən kimsəsiz
uşaqlara dəstək
u
Dekabr ayının 26-da Azərbaycan Tibb
Universitetində “Xoş gəldin körpə”
Ana-Uşaq Sağlamlığını Dəstəkləmə layihəsi
çərçivəsində təlimlərə start verilib. Layihə Türkiyə
Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Ko-
ordinasiya Agentliyi (TİKA) tərəfindən keçirilir.
Türkiyədən dəvət olunmuş təlimçi-mütəxəssislərin iştirakı
ilə “Ana südü və əmizdirmənin əhəmiyyəti” mövzusunda
təlim proqramında könüllülər iştirak edəcək. Dekabrın
30-dək davam edəcək təlimlərdə könüllülərə əhali arasın-
da maarifləndirmə proqramında “əmizdirmə məsləhətçisi”
qismində iştirak edə bilmək üçün məqsədilə bacarıqlar
aşılanır.
Təlimlə yanaşı, həkim və tibb bacıları üçün “Neonatal rea-
nimasya” mövzusunda təlim proqramı, yeni doğulan körpələr
üçün eşitmə testi ilə bağlı təlimlər təşkil olunub.
“Xoş gəldin körpə” layihəsi çərçivəsində indiyədək bir çox
tədbirlər baş tutub. Bu ilin mayında Bakıda Türkiyəli təlimçi
mütəxəssislərin iştirakı ilə ana və uşaq sağlamlığına təhlükə
yaradan irsi xəstəliklər mövzusunda həkim və tibb bacıları
üçün təlim proqramı keçirilib.
Layihə çərçivəsində həmçinin “Elmin ən son yenilikləri
işığında sonsuzluq probleminin həlli” mövzusunda konf-
rans, “Neonatal reanimasya” mövzusunda təlimlər realla-
şıb. Bundan əlavə, tibb bacıları və analar üçün “Ana südü
və əmizdirmənin əhəmiyyəti” mövzusunda əmizdirmə
məsləhətçiliyi təlim proqramı da keçirilib.
Qeyd edək ki, TİKA-nın dəstəyi ilə bu ilin sentyabrında
Azərbaycandan 2 təlimçi həkim və 1 təlimçi mama-tibb
bacısı üçün Türkiyədə “Neonatal reanimasiya” mövzusunda
təlim proqramları təşkil olunub.
Dostları ilə paylaş: |