http://www.amu.edu.az
31 yanvar 2014-ъц ил
2
Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndiliyinə
gələrək kəskin bəyanat ver mə si, günahkarların cəza lan-
dı rılmasını tələb etməsi nəticəsində faciənin səbəbləri
haqqında həqiqi informasiyalar bütün dünyaya çatdırıldı.
Məhz ulu öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra
20 yanvar faciəsinə hüquqi, ictimai-siyasi qiymət verilməsi
mümkün oldu”.
Qanlı 20 yanvarın Azər bay can xalqının yaddaşında ayrı-
ca yer tutduğunu deyən ictimai fənlər kafedrasının müdiri,
professor Qoşqar Əliyev bu günü həm də xalqımızın böyük
qəhrəmanlıq səhifəsi adlandırıb. O dövrdə baş verən tarixi
hadisələrə ekskurs edərək Azərbaycan xalqının öz müs-
təqilliyi, azadlığı uğrunda mü ba rizəyə qalxdığını bildirib:
“Azərbaycan artıq ilk qaçqınlarını qəbul etmişdi. Dağlıq Qa-
rabağda azərbaycanlılara qarşı təcavüzlər baş qaldırmışdı.
Ətrafında ermənilərin və ermənipərəst qüvvələrin toplandı-
ğı SSRİ hökuməti ədalətsiz mövqe tutmuşdu. Hələ 1989-
cu ilin de kabrın da SSRİ Nazirlər So vetinin sədri Fransa
te le vi ziyasına müsahibə verə rək Azərbaycana qoşun ye-
ridilməsi haqqında fikirlər səs ləndirmişdi. Yanvarın əv vəl-
lərində Ermənistana zi rehli texnikanın verilməsi göstərirdi
ki, mərkəzi hakimiyyət bu mü naqişədə Ermənistanın
tə rəfindədir. Tarixdə belə bir anoloq olmayıb ki, güc
nazirliklərinin rəhbərləri mü haribə aparan və ya aparma-
yan ölkəyə səfər edib hazırlıq işlərində iştirak etsinlər.
Amma Qorbaçovun göstərişi ilə Müdafiə naziri və Daxili
İşlər naziri Azərbaycanda olublar, bu qırğının törədilməsi
üçün hazırlıq işlərində bilavasitə iştirak ediblər”.
O, ölümləri ilə qorxunu öldürən 20 yanvar şəhidlərinin
heç vaxt unudulmayacaqlarını, doğma Azərbaycanımızda,
dünyanın 70-dən artıq ölkəsində fəaliyyət göstərən soy-
daşlarımızın qəl bində əbədi yaşayacaqlarını söy lə yib.
Tədris Cərrahiyyə Klinikası nın direktoru, dosent Hacı-
qulu Bağırov 20 yanvar ha di sələrində həkimlərin, xü-
su silə Azərbaycan Tibb Universitetinin əməkdaşlarının,
tələbələrinin fə dakarlığından danışıb. O vaxt Tə cili
Yardım Xəstəxanasında çalışan Tibb Universitetinin
əməkdaşlarının rəhbərlik tərəfindən göstəriş olmadan
növbədə qaldıqlarını, ilk yaralıları hansı şəraitdə qəbul
etdiklərini yada salıb: “Aradan 10-15 dəqiqə keçmiş 1-ci
xəstəni gətirdilər. Mən həmin xəstəni əməliyyat otağına
götürdüm. Ətrafın güllə yaralanması idi. Yara işləndikdən
sonra xəstə palataya göndərildi. Əməliyyat önü otaqda,
bütövlükdə əməliyyat blokunda çoxlu xəstələr vardı.
Növbəti əməliyyat başlayanda artıq işıqlar sönmüşdü.
Tələbələrin, tibb işçilərinin köməyi ilə lampa və şam işığın-
da əməliyyat etməli olduq”.
O vaxt baş həkim işləyən Cahangir Əli oğlunun, pro-
fessor Çərkəz Cəfərovun, akademik Adilə Namazova-
nın xidmətlərini xüsusi qeyd edən H.Bağırov dünyasını
dəyişən professor Bəybala Abasov, Mirzəxan Əliyev, Nadir
Qurbanzadə, Vaqif Yusubov, Vaqif Rüstəmov və İkram Ab-
basova Allahdan rəhmət diləyib.
H.Bağırov Azərbaycanın azadlığını, şərəf və ləyaqətini
hər şeydən uca tutaraq şəhidlik zirvəsinə yüksələn Vətən
övladlarının ruhu qarşısında baş əydiyini deyib. Dövlət baş-
çısı İlham Əliyevin görüşünə gələn xarici
qonaqların şəhidlərimizin şərəfinə ucaldıl-
mış abidənin önündəki məşəlin qarşısında
baş əyməsini isə 20 yanvar faciəsinə artıq
beynəlxalq aləmin biganə qalmaması kimi
qiymətləndirib.
Ümumi cərrahiyyə kafedrasının pro-
fessoru Cabbar Hacıyev 20 yanvardan
söz düşəndə həmişə gözünün önünə
qırmızı qərənfillərin gəldiyini deyib: “Tələbəlik
illərində məndə qərənfilə qarşı bir simpatiya var-
dı. Ad günlərində, 8 Martda kimisə təbrik edəndə
qərənfil alardıq, həm qırmızı qızılgülə nisbətən
ucuz idi, həm də gəncliyin simvolu sayılırdı. Hər
dəfə qərənfil alanda yadıma rəhmətlik Nüsrət
Kəsəmənlinin şeiri düşürdü:
“İndi sevənlər üçün
bir qərənfil dəbdədi, Yumul, bənövşəm, yumul!”
Yəni qərənfilə bir məhəbbət gülü kimi baxırdıq. Ancaq 20
yanvarda Azərbaycana, Bakıya təkcə mərmi, güllə yağışı
yağmadı, eyni zamanda qırmızı qərənfil yağışı yağdı. Qısa
müddətdə bütün Azərbaycan, Bakı şəhid qanı hopmuş
qərənfillərə büründü. Bu günlərdə qərənfilə münasibətim
dəyişdi. Şəhid gülü oldu, məhəbbət gülü yox. İndi isə
Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeirini xatırlayıram:
O gecə yaralılara yardım göstərən həkimlərə, tibb
işçilərinə də atəş açıldığını söyləyən professor Tibb Univer-
sitetinin müəllim və tələbələrinin fədakarlığını xüsusi qeyd
edib: “Qəzeti yandırıb işığında əməliyyat aparırdılar. Qorxu
yox idi ki, oksigen balonu partlaya bilər. Çox şükür ki, bu
gün müstəqilik, Azərbaycanın sükanı etibarlı əllərdədir”.
II müalicə-profilaktika fakül tə sinin II kurs tələbəsi Xa-
tun Məmmədova tələbələr adından çıxış edərək 1990-
cı il yanvarın 19-dan 20-ə keçən ge cə amansızcasına
qətlə yetirilən günahsız insanların xatirəsini gənclərin
daim əziz tutduqlarını , eyni zamanda öz ölkəsinin, xalqı-
nın müstəqilliyi yolunda şəhid olanlarla qürur duyduqla-
rını bildirib: “20 yanvar faciəsi həm də xalqımızı daha sıx
birləşdirdi. Artıq müstəqil Azərbaycanımızın müstəqil və
azad vətəndaşıyıq. Müstəqilliyimizin əbədi olduğunu bütün
dünyaya sübut edəcəyik”.
Azərbaycanın hər bir övladının bu hadisə haqqında saat-
larla danışa biləcəyini vurğulayan Ə.Əmiraslanov bir daha
xatırladıb ki, həmin gün xalqımız ən dəyərli övladlarını
itirdi. Böyük itkilərə baxmayaraq əsas təsəllimiz bugünkü
müstəqil Azərbaycanımızdır. Şəhidlərimizin qanı bahasına
və Azərbaycan xalqının iradəsi, ulu öndərimizin apardığı
istər xarici, istər daxili siyasət sayəsində ölkəmiz dünya-
nın inkişaf etmiş ölkələri arasında öz layiqli yerini tutur.
Möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu siyasəti
inkişaf tempini daha da sürətləndirib. Mənə elə gəlir ki,
gənclərimiz də yaradılan şəraitə qədirbilənliklə yanaşaraq
qan yaddaşımıza çevrilən hadisələrdən nəticə çıxarmalı-
dırlar.
Düşmənlərimiz Azərbaycana qarşı irimiqyaslı işlər apa-
rırlar. Dünən biz Milli Elmlər Akademiyasının Rəyasət
Heyətinin iclasında multimedia, internet vasitəsilə yayılan
qərəzli yazıları müzakirə edirdik. Azərbaycandaki internet
resurslarının 5/1-nin olmadığı Ermənistanın dünya miqya-
sında yerləşdirdiyi yazıların say nisbəti bizimlə müqayisədə
xeyli çoxdur. Özü də bu yazıları yerləşdirənlər və yayanlar
gənclərdir.
Təəssüflər olsun ki, bizim bəzi gənclər haqlı mövqeyi-
mizi dünyaya çatdırmaq əvəzinə Azərbaycandan kə nar da
düşmən dəyirmanına su tökürlər. Bu insanlar ermə nilərə
və onların havadarlarına əsas verirlər ki, Azərbaycanın,
Qarabağın tarixinə dair qeyri-obyektiv məlumatlar yaysın-
lar, hətta məşhur şair və yazıçılarımızın başqa xalqlara
mənsub olmasını sübut etməyə cəhd göstərsinlər.
Gəncləri milli əhəmiyyət kəsb edən məsələlərdə ayıq-sa-
yıq olmağa çağıran akademik bu istiqamətdə atılan hər bir
addımı həm də şəhidlərimizin müqəddəs ru hu na sonsuz
ehtiram kimi dəyərləndirib.
A.KAMRANOĞLU
A
zərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Mərkəzi Elmi Kitabxanası
ümummilli lider, görkəmli siyasi və dövlət
xadimi Heydər Əliyevin zəngin irsini əks
etdirən iki cilddən ibarət “Heydər Əliyev.
Müstəqilliyimiz əbədidir” çoxcildliyinin elmi-
biblioqrafik göstəricisini hazırlayaraq “Şərq-
Qərb” nəşriyyatında çap etdirmişdir.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasından AzərTAc-a
bildirmişlər ki, biblioqrafik göstəricinin 1-ci cildində
“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyində
əks olunmuş siyasi, ictimai və sosial əhəmiyyətə ma-
lik materiallar “Dövlətçilik, müstəqillik və demokratiya”,
“Milli təhlükəsizlik”, “Ordu quruculuğu”, “Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, “İqti-
sadiyyat”, “Neft strategiyası”, “Aqrar siyasət”, “Elm
və təhsil”, “Mədəniyyət, ədəbiyyat, dil, incəsənət”,
“Bədən tərbiyəsi və idman”, “Tibb və səhiyyə”, “Milli
mənəvi dəyərlər”, “Qadın və ailə”, “Uşaq və gənclər”
bölmələrində, 2-ci cildində isə “Dünya azərbaycanlıları”,
“Dövlətlərarası münasibətlər, beynəlxalq təşkilatlar”,
“Tarix və tarixi hadisələr”, “Azərbaycanın şəhərləri və
bölgələri” bölmələrində təqdim edilir.
Ən yaxın və şanlı tariximizin araşdırılması, Heydər
Əliyev dühasının Azərbaycan tarixindəki təkrarsız
xidmətlərini öyrənmək üçün nəzərdə tutulan biblioq-
rafik göstəricidə, eyni zamanda, Ümummilli Liderin
səhhəti ilə bağlı mütəmadi Azərbaycan ictimaiyyətini
məlumatlandıran Azərbaycan Prezidentinin Mətbuat
Xidmətinin məlumatlarına da xüsusi bölmədə yer ve-
rilmişdir.
Külliyyatın buraxılışına məsul Azərbaycan Respub-
likası Prezident Administrasiyasının rəhbəri, akade-
mik Ramiz Mehdiyevin sonuncu cilddə əks olunan
“Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşa-
dan – ümummilli lider Heydər Əliyevin qadir siyasətidir”
və biblioqrafik göstəricinin hazırlanması layihəsinin
rəhbəri, akademik Akif Əlizadənin “XX əsrin qüdrətli
siyasi lideri” məqalələri də biblioqrafik göstəricidə xü-
susi yer tutur.
AMEA rəyasət heyətinin qərarı ilə çap olunan bib-
lioqrafik göstəricinin elmi redaktoru, akademik İsa
Həbibbəyli, tərtibçi-müəllifi filologiya üzrə elmlər dok-
toru Aybəniz Əliyeva-Kəngərlidir.
Ümummilli lider Heydər Əliyevin zəngin irsini əks etdirən iki cilddən ibarət
“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin elmi-biblioqrafik
göstəricisi çap edilmişdir
20 YANVAR ŞƏHİDLƏRİNİN
XATİRƏSİ ANILIB
Sinələr güllə-güllə,
Qan axır, dönür gülə.
Qərənfillər ağlayır
Düşmənə gülə-gülə,
Ağla, qərənfil, ağla!
Bəxti asılan qıza,
Hünəri aslan qıza,
Toyu yas olan qıza
Ağla, qərənfil, ağla.
Bu təklənmiş şirlərə,
Bu arxasız ərlərə,
Bu talesiz nərlərə
Ağla, qərənfil, ağla!
Xeyrə şər üstün gəldi,
İniltili ün gəldi...
Ağlamalı gün gəldi,
Ağla, qərənfil, ağla!”
31 yanvar 2014-ъц ил
http://www.amu.edu.az
3
kamızın bütün sahələrində nəzərə çar-
pan tərəqqiyə ürəkdən sevindiklərini
bildirən dekan bildirdi ki, kollektivin
bütün üzvləri ümummilli liderimiz, ulu
öndər Heydər Əliyev irsini və ideya-
larını bu gün müvəffəqiyyətlə həyata
keçirən möhtərəm prezidentimiz İlham
Əliyev cənablarının ölkəmizdə elmin in-
kişafı, elmi-texniki potensialın qorunub
saxlanılması və modernləşdirilməsi,
elm, təhsil və səhiyyə sahəsində
yüksək ixtisaslı kadrların hazırlan-
ması, onlara daim dövlət qayğısının
göstərilməsi, cəmiyyətdə alimlərin,
səhiyyə və təhsil işçilərinin nüfuzunun
artırılması istiqamətində atdığı addım-
lardan ruhlanaraq öz vəzifələrini daha
məsuliyyətlə yerinə yetirməyə çalışır-
lar.
O, 2012-ci ilin iyun ayında fakültə
dekanı seçildiyini diqqətə çatdıraraq
hesabatın 2012/2013-cü tədris ili və
2013/2014-cü tədris ilinin payız se-
mestrini əhatə edəcəyini dedi.
Fakültə dekanı qeyd etdi ki, fakültənin
nəzdində 8 kafedra fəaliyyət göstərir.
Hazırda əczaçılıq fakültəsində 117
nəfər professor-müəllim heyəti çalı-
şır. Fakültə əməkdaşlarından 1 nəfər
Azərbaycan MEA-nın müxbir üzvü, 16
nəfər professor, 38 nəfər dosent, 36
nəfər baş müəllim və 27 nəfər assistent-
dir. Bundan başqa 16 ştat vahidi baş la-
borant fəaliyyət göstərir. Ümumiyyətlə,
fakültədə çalışan professor-müəllim
heyətinin 78,6%-i elmi dərəcəlidir.
T.Süleymanov 2013/2014-cü tədris
ilinin payız semestrində fakültədə
ümumilikdə 354 nəfər tələbənin,
bunlardan 272 nəfərin Azərbaycan,
17 nəfərin rus, 65 nəfərin isə ingilis
bölməsində təhsil aldığını dedi.
Azərbaycan Respublikasının 2005-
ci ilin may ayından etibarən Boloniya
prosesinə qoşulduğunu, o cümlədən
Tibb Universitetinin əczaçılıq fakül-
təsində də kredit sistemi əsasında
tədrisə başlanıldığını xatırladan mə-
ruzəçi bildirdi ki, hesabat dövründə
fakültə dekanlığı tərəfindən müvafiq
işlər görülərək tələbələr arasında kre-
dit sisteminin mahiyyəti barədə iza-
hat işləri aparılmışdır. Kurslar üzrə
ən yüksək kəmiyyət və keyfiyyət
göstəriciləri IV kursda qeydə alınmış,
kəmiyyət göstəricisi 88,8%, keyfiyyət
göstəricisi 57,5% təşkil etmişdir. İm-
tahanların mərkəzləşdirilmiş qayda-
da, bilgisayarlarla aparılması bütün
kurslar üzrə həm kəmiyyət, həm də
keyfiyyət göstəricilərinə ciddi müsbət
təsir göstərmişdir. Kurslar üzrə ən aşa-
ğı kəmiyyət və keyfiyyət göstəriciləri
III kursda (müvafiq olaraq 68,1% və
19,5%) qeydə alınmışdır.
Fakültənin dekanı bütövlükdə imtahan
nəticələrinin yaxşılaşmasını söyləyərək
bu vəziyyəti çox hörmətli rektorumuz
akademik Ə.Əmiraslanovun birbaşa
təşəbbüsü ilə imtahanların test üsulu
ilə Virtual Test Mərkəzində aparılması
ilə əlaqələndirdi.
Dərs buraxma hallarına xüsusilə
fakültədə təhsil alan xarici tələbələr
arasında daha çox rast gəlinir. Bunu
nəzərə alaraq, fakültə dekanlığı xarici
tələbələr dekanlığı, tələbələrin sayca
üstünlük təşkil etdiyi İran İslam Res-
publikası, Türkiyə Cümhuriyyəti və
İraq Respublikasının Azərbaycandakı
səfirliklərinin əməkdaşlarının iştirakı
ilə fakültədə təhsil alan bütün xarici
tələbələrlə görüşlər keirilmiş, burada
tələbələrlə tam səmimi söhbətlər apa-
rılmışdır ki, bunun da nəticəsində dərs
buraxma hallarının sayı nisbətən azal-
mışdır.
Elmi-tədqiqat işlərinin müəllimlərin
elmi-pedaqoji səviyyəsinin yük səl-
dil məsində vacib rolunu nəzərə ala-
raq, professor-müəllim heyətinin elmi
fəaliyyətinə daim diqqət yetirilir.
Fakültə əməkdaşları Respublikamız-
da və bir sıra xarici ölkələrdə keçirilən
elmi konfranslarda, konqreslərdə və
simpoziumlarda iştirak edib mə ru-
zələrlə çıxış etmişlər. 2012-2013-cü illər
ərzində fakültənin tabeliyində olan ka-
fedra əməkdaşları tərəfindən 163 elmi
və tədris-metodik iş çap edilmişdir ki,
bunlardan 8-i dərslik, 5-i dərs vəsaiti,
51-i jurnal məqaləsi və 97-i müxtəlif
məcmuələrdə və konfranslarda çap
olunan elmi işlər olmuşdur.
ATU-nun Əczaçılıq fakültəsi əmək-
daşları tərəfindən ayrı-ayrı dərman
for malarının texnologiyasına aid mü-
əyyən işlər vardır, lakin müvafiq ci-
haz və avadanlıqların olmaması sə-
bəbindən təcrübəyə tətbiqi üçün elmi
tətqiqatlar tam həyata keçirilə bilmir. Bu
göstərilənlərdən belə nəticəyə gəlmək
olar ki, respublikada əczaçılıq elminin
və sənayesinin inkişafı üçün müasir
avadanlıq və cihazlarla təmin edilmiş
laboratoriyanın təşkili labüddür.
Yüksək ixtisaslı həkim mütəxəssislərin
hazırlanması prosesində tələbələrin
elmi-tədqiqat işlərinə cəlb olunmasının
əhəmiyyətindən danışan dekan qeyd
etdi ki, nəzəri biliklərlə yanaşı praktik
vərdişlərin də mühüm rol oynadığını
nəzərə alaraq dekanlıq tələbələrin yay
peşə (istehsalat) təcrübəsinə xüsusi
diqqət yetirir.
Son ildə fakültə tələbələrinin peşə
təcrübələrinin
daha
keyfiyyətli
keçirilməsi üçün hal-hazırda ölkənin
böyük əczaçılıq müəssisələri baza
kimi təsdiq etdirilmiş, eləcə də univer-
sitet rəhbərliyinin köməkliyi ilə dərman
bitkilərinin becərilməsi üçün Milli
Elmlər Akademiyasının Nəbatat bağın-
da 100-ə qədər dərman bitki növlərinin
becərilməsi üçün tədbirlər görülmüş-
dür.
Fakültə kollektivinin bundan sonra da
bütün bilik və bacarıqlarını yüksək ix-
tisaslı, mənəvi cəhətdən saf, müstəqil
respublikamıza və xalqımıza sədaqətlə
xidmət edəcək mütəxəssislərin ha-
zırlanması işinə sərf edəcəklərənə
əminliyini bildirdi.
Məruzə ətrafında çıxış edən kafed-
ra müdirləri Qaibverdi İsgəndərov,
Musa Qəniyev, Məhbubə Vəliyeva və
Zakir Qarayev hesabatı qənaətbəxş
qiymətləndirməklə
bərabər
əsas
diqqəti mövcud problemlərə yönəltdilər
və təkliflərini irəli sürdülər.
Müzakirələrə
yekun
vuran
Ə.Əmiraslanov hesabatın maraq-
lı, təqdimat formasının isə akade-
mik səviyyədə olduğunu bildirərək
fakültəyə yeni seçilən dekanın işindən
razı qaldığını dilə gətirdi. Onu da xa-
tırlatdı ki, fakültədə tələbələrin sayının
xeyli azalması artıq bir neçə kafedra-
nın bağlanması zərurətini yaratmışdı.
Çətin də olsa fakültəyə qəbul planını
o səviyyəyə qaldıra bildik ki, bu prob-
lem aradan qaldırıldı. Faiz nisbətində
ən çox xarici tələbələrin əczaçılıq və
stomatologiya fakültələrində oxuduğu-
nu vurğulayan rektor qeyd etdi ki, əgər
xarici tələbələrin sayı azalsa bəzi ka-
fedralarda həmin problem yenidən ya-
rana bilər. Ona görə də bu istiqamətdə
ardıcıl iş aparılmalıdır.
Fakültədə
nizam-intizamın
yük -
səldiyini, elmi-tədqiqat işləri sahəsində
də müəyyən addımlar atıldığını söyləyən
Ə.Əmiraslanov xarici əlaqələrin də
xeyli genişlənləndiyini müsbət hal kimi
dəyərləndirdi. Bazalarla bağlı illərdir
narahatlıq doğuran çətinliklərdən də
danışan rektor bildirdi ki, bütün baza-
ların özəlləşdirildiyini, tələbələri yay
təcrübəsinə göndərməyə yer olmadığı-
nı deyirdilər. Biz də tələbələri Nabrana
göndərmək məcburiyyətində qalırdıq.
Sonra məlum oldu ki, Nabranda ar-
tıq dərman bitkisi qalmayıb. Müəyyən
müzakirələr apararaq tələbələri yay
təcrübəsi üçün Botanika bağına və
Mərdəkan Dendrarisinə göndərməyi
qərara aldıq və nəticələr yanılmadığı-
mızı göstərdi.
Fakültənin maddi-texniki bazasının
pis olmadığını deyən rektor gələcəkdə
əsas diqqətin müasir tələblərə ca-
vab verən avadanlıqların alınmasına
yönələcəyini, problem laboratoriyası-
nın yaradılmasının tərəfdarı olduğunu
vurğuladı və sonda Türkiyədə uzman-
lıq bitirib gəlmiş mütəxəssislərə Ali At-
testasiya Komissiyası tərəfindən elmlər
namizədi adı verilməsi ilə bağlı ortaya
çıxan mübahisəli məsələlərə aydınlıq
gətirdi.