Münasibəti ilə Unutmaz bu oba,bu mahal məni. (metodik vəsait) Qusar -2011



Yüklə 40,26 Kb.
tarix03.04.2017
ölçüsü40,26 Kb.
#13200
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Metod-biblioqrafiya şöbəsi.


Azərbaycan xalq şaıri Səməd Vurğunun anadan

olmasının 105 illik yubileyi

münasibəti ilə

Unutmaz bu oba,bu mahal məni.

(metodik vəsait)

Qusar -2011

Ön söz
El bilir ki, sən mənimsən,

Yurdum, yuvam məskənimsən.

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan ?

Azərbaycan , Azərbaycan!
Səməd Vurğun,

Şairin “Azərbaycan “şerindən


Azərbaycanin ilk Xalq şairi Səməd Vurgunun 105 illik yubileyinin qeyd olunması münasıbətilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənabları Sərəncam imzalalamışdır.Sərəncamda göstərilir ki,Səməd Vurgunun yaradicılıgı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və təkrarsız səhifələrindən birini təşkil edir.Müasir Azərbaycan dilinin və ədəbiyyatınin zənginləşməsində böyük rol oynamış sənətkarın bədii irsi mədəniyyətimizin inkişafında bütövlikdə yeni mərhələ olmuşdur.Bu mühüm dövlət sənədində buna diqqət yetirilir ki,Azərbaycan Milli Elmlər Akademiyasının ilk akademiklərindən biri olan Səməd Vurgunun ğörkəmli ictimai-_ siyasi xadim kimi də xidmətləri müstəsna əhəmiyyət kəsp edir.
AZƏRBAYCANIN XALQ ŞAİRİ SƏMƏD VURĞUN

(Qısa bioqrafik məlumat)
Səməd Vurgun Yusif oglu Vəkilov 1906-ci il martın 21-dəQazax rayonunun Qırax Salahlı kəndində anadan olmuş və ibtidai təhsilini həmin kəntdə almışdır.1918-ci ildə Səməd Vurgunun ailəsi Qazax şəhərinə köçmüş və burada o,Müəllimlər Seminariyasına daxil olmuşdur.Səməd Vurgun 1924-cü ildə Qazax Pedagoji texnikumunu bitirmiş və1929-cu ildə Qazax Pedaqogi texnikumunu bitirmiş və1929-cu ilədək Qazax.,Quba rayonlarinda və Gəncə şəhər məktəblərində müəllimlik etmişdir.Səməd Vurgun 1929-cu ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə daxil olur. 1930-cu ildə Səməd Vurgunun “Şairin andı “ adlı ilk şerlər kitabı çapdan buraxılmışdır.1931-ci ildə şair Moskvadan Bakıya qayıdıb Azərbaycan Ali Pedaqoji İnstitutunun aspiranturasina daxil olur. 1932-ci ildə böyük şairin “Fanar “adlı 2-ci şerlər kitabı işıq üzü görür.

Səməd Vurgun həm də görkəmli bir dramaturg kimi tanınmışdır. Onun şerə yazılmış və 1938-ci ildə tamaşaya qoyulmuş “Vaqif “adlı birinci dram əsəri tez bir zamanda xalq arasında böyük şöhrət qazanmış və respublikanın mədəni həyatında böyük bir hadisə olmuşdur. 1942-ci ildə Səməd Vurgunun Böyük Vətən Müharibəsindən əvvəl və müharibə illərində yazdığı bir sıra antifaşist şerləri “Səadət uğrunda” adlı ilə ayrıca kitab şəklində nəşr olunmuşdur.Onu da qeyd etmək lazımdır ki,Səməd Vurğun bədii yaradıcılığından başqa ,öz məqalə.,məruzə və çıxışları ilə Azərbaycan ədəbiyyatının və elminin inkişafına böyük qüvvə sərf etmişdir.

Bədii ədəbiyyatınin inkişafındakı roluna və geniş səmərəli ictimai fəaliyyətlərinə görə hökümət Səməd Vurğuna 1945-ci ildə Əməkdar İncəsənət Xadimi adı vermişdir.

1946-cı ildə Səməd Vurğun SSRİ ALİ Sovetinə deputat seçilir.1947-сi ildə şairin “İstiqbal təranəsı “ adlı kitabı nəşr olunub,geniş ictimaiyyətə çatdırılmışdır.

Səməd Vurğunun 1949-cu ildə “Muğan” , 1950-ci ildə “Dram əsərləri” və “Mənim andim”,1951-ci ildə “Dünyanın xəzinəsi”,1954-cü ildə “Zamanın bayraqdarı”kitabları geniş ozucu kütləsinə təqdim olunmuşdur.

1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası yaradılarkən Səməd Vurğun onun həqiqi üzvü seçilmiş və 1954-cü ildən etibarən akademiyanın Prezident Müavini vəzifəsində fəaliyyət göstərmişdir.

Səməd Vurğun eyni zamanda görkəmli dövlət xadimi və ictimai xadim idi.O SSRİ Ali Sovetinin ikinci, üçüncü,dördüncü çağırışlarının deputatı olmuş,,Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişir.

S.Vurğun Azərbaycan Dövlət Universitetinin elmi şurasında Fəxri Filoloji Elmləri Doktoru adına layiq görülmüşdür.

Unudulmaz şairimiz ədəbiyyat və incəsənət sahəsindəki görkəmli xidmətlərinə görə iki Lenin ordeni ilə, iki Qırmızı Əmək Bayrağı ordeni ilə ,”Şərəf nişanı” ordenı və medallarla təltif edilmişdir.

Səməd Vurğun 1956-cı il mayın 27-də vəfat etmişdir.O,Bakı şəhərində Fəxri xiyabanda dəfin olunmuşdur.



KİTABXANALARDA SƏMƏD VURĞUN İRSİNİN TƏBLİGİNDƏ ƏYANİ VƏ ŞİFAHİ TƏBLİGAT FORMALARININ ROLU.
Səməd Vurğunun bütün əsərlərinin və onun haqqında nəşr olunmuş kitabların,eləcədə də dövrü mətbuat materiallarının çoxsaylı oxuculara çatdırılması üçün bütün kitabxanalar,xüsusən əyani və şifahi təbliğatın kitab sərgilərindən, söhbətlərdən, oxucu konfranslarından, sual-cavablardan,biblioqrafik xülasələrdən,məruzə və mühazilələrdən və s. vasitələrdən məqsədə uyğun şəkildə istifadə etməlidirlər.

Göstərmək lazımdır ki, təsviri incəsənətin kütləvi bir növü olan plakat önəmli təbliğat vasitələrindən biridir.

Bunu da demək vacibdir ki,kitab sərgisindən fərqli olaraq plakatda az sayda ədəbiyyat (təxminən 5-10 kitab,jurnal,qəzet məqaləsi) göstərilir.

Plakatın əsas ünsürləri özüdeyil, onların üz qabığı(əl ilə çəkilmiş, yaxud foto şəkli) bir neçə sitat,mətn və plakatın əsas ideyasını müəyyən edən qısa,mənalı başliqlardır.

Kitabxana plakatının tərtibı və məzmunu onun mövzusundan asıllıdır.Belə ki, bır kitabın təblığınə həsr olunmuş plakatda həmin kitabın üz qabığı, onun haqqında qısa annatasiya və bəzən də müəllifin şəkli yerləşdirilməlidir.Kitab sərgisində olduğu kimi,plakatın da aşağı künçündə yapışdırılmış ciblikdə həmin kitab haqqında qələmə alınmış resenziyaların nümayiş etdirilməsi kitabxanaçıların diqqətinə çatdırilmalıdır.

Kitabxana işçilərinə tövsiyə edirik ki,”Səməd Vurğunun poetikası”,”Səməd Vurğun poeziyasının poetik və ideya qaynaqları”Ədəbi tənqid və S.Vurğun yaradıcılığında poetika məsələləri”,”Azərbaycan Səməd Vurğunun gözü ilə”,”Səməd Vurğun yaşayır”Səməd Vurğunun dramaturgiyası”,”Səməd Vurğunun aforizmləri” və s.mövzularda məruzə və mühazirələr təşkil etsinlər. Bunu da demək lazımdır ki,məruzə və mühazirələrin mövzularına uyğun olaraq , tədbirin keçirilməsinə bir necə gün qalmış kitab sərgisi təşkil edilməli və onun imkanlarindan bacarıqla istifadə olunmalıdır.Məruzə və mühazirələr vasitəsilə S.Vurğunun təbiətə vurğunluğunu açlb göstərmək lazımdir ki,bütün dinləyicilər həmin gözəllikləri dərindən başa düşsünlər. Məruzə vasitəsilə qeyd edilməlidir ki,Azərbaycanin misilsiz gözəllikləri;” “Şəhərin yaqut rəngi”,”Bahar axşamlarının görkəmi “,”Üfüqdən –üfüqə əyilən göy qurşağınin əlvan rəngləri”Göylərə baş çəkən Göyəzən dağı”,DəliKürün zümzüməsi ətrindən təravətindən behiş olduğu rəngarəng çiçəklər şairin könül sazını həmişə dilə gətirir.

S.Vurğunun zəngin poeziyasi ilə onun dramaturqiyası da Azərbaycan ədəbiyyatinda xüsusi bir mərhələ təşkil edir.Şairin bir –birinin ardınca yazdığı “Vaqif”, “Fərhad və Şirin “, “Xanlar”,”İnsan”, və mənzum dramları ilə dramaturqiyamizi daha da zənkinləştirmişdir. Bu pyeslər icərisində uzun illərdən bəri oxucuların dərin hüsn-rəğbətini qazanan Vaqif pyesinin dərindən öyrənilməsi oxucular arasında təbliğ olunması ücün kitabxana işciləri şifahi təbliğatini musiqili ədəbi –bədii gecə və oxucu konfransı formasinda və onun imkanlarından bacarıqla istuifadə etməlidirlər.Həmin tədbirlərin keçirilməsinə bir aydan artıq vaxt qalmış kitab sərgiləri təşkil olunmalı, kitabxanaya gələn oxuculara S.Vurğunun həmin əsəri təqdim olunmalı,onun izahı genişləndirilməlidir Bir qayda olaraq kitabxana işçiləri tədbirin planını və proqramını hazırlayıb müzakirə etdikdən sonra fəaliyyətə başlamalıdırlar.Kitabxanaçılar tədbirin keçiriləcəyi ərəfədə yaxınlıqda yerləşən umumtəhsil orta məktəblərinə müraciət etməli və ədəbiyyat müəllimləri ilə birlikdə proqramı gözdən keçirib məsləhətləşmələr aparmalıdırlar.Tədbirin keçirildiyi gün kitabxana işçiləri klub və mədəniyyət evi ilə əlaqə yaratmalı və onların imkanlarından istifadə etməlidirlər.Bunu da qeyd edək ki, musiqili ədəbi-bədii gecənin və oxucu konfranslarının materialları sənədləşdirildikdən sonra xüsusı qovluqlarda saxlanıb mühafizə olunmalıdır.

Ədəbi-bədii gecə, oxucu konfransları və yaradıcılıq gecələri oxucular tərəfindən yaxşı qəbul edilir və onlar belə tədbirlərdə həvəslə iştirak edirlər.

Kitabxana işçilərinə məsləhət görülür ki,dünyaşöhrətli Xalq şairi Səməd Vurğunun zəngin irsinin təbliğinə həsr olunmuş kitab sərgisinin yanında məlumat masası təşkil etsinlər və sərgiyə baxan oxucuların sərgi haqqında fikirlərinii umumiləşdirib,özlərinin uçot dəftərində qeydiyyatını aparsınlar.

Kitabxanaçılara tövsiyyə edirik ki,Səməd Vurğun irsini geniş oxucu kütləsinə çatdırılmasında əyani təbliğat vasitələrindən olan kitab sərgilərinə daha cox yer versinlər.Kitab sərgisinin təşkilində kitablar və döbrü mətbuat ilə yanaşı,sitatlardan və illüstrasiyalardan da bacarıqla istifadə edilməlidir.Sərgilər müxtəlif başlıqlar altında məsələn,”Səməd Vurğun105”,”Böyük şair”,”Unutmaz bu,oba, bu mahal məni”,”Xalqın qəlbində yaşayan sənətkar xoşbəxtdir”,”Vurğun poeziyası”və s.oxu zalında,foyedə,abonement şöbələrində təşkil oluna bilər.Sərgilərdə və təşkil olunacaq tədbirlərdə görkəmli adamların,elm,mədəniyyət xadimlərinin S.Vurğun haqqında söylədikləri fikirlərdən istifadə etmək daha yaxşı olar. Nümunələr veririk:

“Heç bir şübhə ola bilməz,Vurğun vurğunu olduğu Azərbaycanla birlikdə yaşayacaq,gələcək nəsillərin şuuruna daxil olub onların da həyat və mübarizə yollarını işıqlandıracaqdır”.

Abbas Zamanov,

ədəbiyyatşünas.

“Vurğun xalqımızın ən böyük məramının bədii təcəssümünə çevrilmişdir.Buna görə də mən qətiyyən şübhə etmirəm ki,Azərbaycanın cələcək dahiləri Vurğunu sevənlər içindən yetişəcəklər”.

Rəsul Rza

Xalq şairi.

“S.Vurğun bir aləm idi.O,elmin ,maarifin, şerin, sənətin,sənətkarın hamısı , qoruyanı, ona istiqamət verəni idi”.

Tahir Məhərrəmov,

Filologiya elmləri doktoru

“Vurgunumuz,xalqımızın qəlbində yuvalandı,arzusunda qanadlandı, pərvazlandı,ölməzləşdi,əbədiyyətə qovuşdu, heykəlləşdi...”

Teymur Bünyadov

“Səməd Vurğun poeziyasında Nizami hikməti, Füzuli lirizmi, Vaqif sadəliyi,Sabirə məxsus kəskinlik cəmləşmişdir.”

Məmməd Arif,

Ədəbiyyatşünas.

Akademik.
İndi də təcrübi cəhətdən aydın olmaq üçün bir kitab sərgisinin nümunəsini veririk:

1.Başlıq:Səməd Vurğun-105.

2.Səməd vyrğunun şəkli.

3.Sitat:”Səməd Vurğun Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstəribdir,Azərbaycan ədəbiyyatını,mədəniyyətini,dünya ədəbiyyatını zənginləşdiribdir”.

Heydər Əliyev

4.Şer:


El bilir ki, sən mənimsən,

Yurdum, yuvam,məskənimsən,

Anam,doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan,Azərbaycan!

5.Vurğun S.Seçilmiş əsərləri.5-c-də.5-ci cild.-B.:”Şərq-Qərb”.-2005.-384s.

6.Şairin həyat və yaradıcılığı ilə bağlı , yaxud pyeslərindən bir səhnənin foto-şəkli.

7.BayramovA. S.Vurğunun yaradıcılığında xalq həyatının təsviri.Mədəni-maarif.

8.Bayramov A.Yaşayan ömür.-B.:İşıq.-1990-60 s.

9.Sitat:”Səməd Vurğun ədəbiyyatımızın böyük istedadlı nünayəndəsi olmaqla bərabər nadir bir şəxsiyyət idi.Yüksək insani duyğulara,böyük ürəyə malik idi. Sözü bir ,özü bütöv adam idi. İnsanların həmişə yaxşı cəhətlərini görməyə çalışırdı.”

İlyas Əfəndiyev,

Xalq yazıcısı.


S.Vurğunun bütün əsərləri Vətənə məhəbbətlə ,Azərbaycana, xalqımızın dilinə məhəbbətlə doludur. Səməd Vurğun haqqında çox danışmaq olar. Böyük sənəti, humanizmi,Vətənə bağlılığı ilə xalqının qəlbində yaşayan Səməd Vurğunun bu il 105 yaşı tamam olur. Özünün dediyi kimi:

Ölüm sevinməsin qoy!

Ömrünü vermir bada

El qədrini canından

Daha əziz bilənlər

Şirin bir xatirədək

Qalacaqdır dünyada

Sevərək yaşayanlar

Sevilərək ölənlər.

Ədəbiyyat siyahısı:

S.Vurğunun əsərləri.

Seçilmiş əsərləri:5-c-dəRed.A.Vurğun qızı.-təkrarnəşr.-B.:Şərq-Qərb, 2005.

1-ci cild Şerlər.Tərt:A.Salmamsoy.-2005.-261 s.

2-ci c.Şerlər.Tərt.A.S.almansoy.-2005.-247 s.

Seçilmiş əsərləri.Çapa haz.və red.6Q.Namazov;Ön söz müəl.:n.Cəfərov.-B.:Çaşıoğlu,2004.-519s.

Qalacaqdır dünyada.S.Vurğun haqqında xatirələr.B.:Azərnəşr,1973.- 259s.

S.VurğunSeçilmiş əsərləri.5-c-də.4-cı cild.B.:Şərq-Qərb,2005-400s.

A.Bayramov;Səmədvurğun:Milli və ümumbəşəri.-B.:Səda,2006.-316s.

Azərbaycan Dramaturgiyası antologiyası:4-cilddə.2-cı cild.B.:Şərq-Qərb,2007.-512s.

S.Vurğun.Şerlər/Dünya uşaq ədəbiyyatı kitabxanası.-B.:Gənclik,1990.-S.249-365.


Tərtib edən:MKS-nin metodisti - Bəsti Gəncəliyeva
Redaktoru:MKS-nin metodisti - Nərminə Kərimova.
Yüklə 40,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin