http://www.amu.edu.az
31 yanvar 2014-ъц ил
6
M
övzu ilə bağlı suallarımızı
Azərbaycan Tibb Universi-
tetinin Ağ ciyər xəstəlikləri
kafedrasının dosenti, tibb üzrə
fəlsəfə doktoru Rafiq Bayramov
cavablandırır.
- Hazırda dünyada və Azərbaycanda
ağ ciyər xəstəlikləri nə dərəcədə yayı-
lıb? Ağ ciyər xəstəlikləri arasinda ən
geniş yayılanı hansıdır?
-Ağ ciyər xəstəlikləri həm dünyada,
həm də Azərbaycanda tibbin aktual
problemlərindən biridir. Ümumiyyətlə,
bronx ağ ciyər xəstəlikləri 800-ə ya-
xın olub, 4 qrupa bölünür; 1-qeyri
spesifik iltihabi xəstəlikləri, 2-spesifik
xəstəlikləri, 3-xoş və bəd xassəli şişləri,
4-anadangəlmə anomaliyalar və peşə
xəstəlikləri.
Həm dünyada, həm də Azərbaycanda
bu patologiyalar içərisində bronx ağ
ciyər aparatının iltihabi xəstəlikləri
daha çox yayılmışdır. Xüsusilə, vərəm
dünyada qlobal problem olaraq Ümum-
dünya Səhiyyə Təşkilatının (ÜST) qar-
şıya prioritet məsələ kimi qoyduğu 3
yoluxucu xəstəlikdən biridir. Belə ki,
statistikaya görə dünya əhalisinin 1/3-
i vərəm mikrobakteriyaları ilə yolux-
muşdur və hər il dünyada 10 milyonadək
insan vərəmlə xəstələnir ki, onların
da 3 milyonu bu xəstəlikdən dünyası-
nı dəyişir. Yəni, hər 10 saniyədən bir
1 nəfər dünyada vərəm xəstəliyindən
ölür. Dünyada vərəm xəstəliyinin yayıl-
ma göstəricilərinə nəzər saldıqda onu
da qeyd etmək lazımdır ki, bu rəqəmlər
daha çox inkişaf etməmiş və inkişaf
etməkdə olan ölkələrin hesabınadır.
- Azərbaycanda vərəm xəstəliyi ilə
bağlı vəziyyət necədir? Bu xəstəlik
hansı hallarda müalicəyə tabe olmur?
- Bütün dünyada olduğu kimi,
Azərbaycanda da vərəmə görə statis-
tik rəqəmlər reallığı tam əks etdirmir.
Çünki bu xəstələrin bir qrupu vərəm
əleyhinə müəssisələrdə dispanser qey-
diyyatına düşmədən, anonim müalicəyə
üstünlük verirlər ki, ətrafdakılar, qohum
və tanışları onun vərəm xəstəsi olması-
nı bilməsinlər. Artıq bir neçə ildir ki,
bu halların qarşısını almaq məqsədilə
vərəm əleyhinə preparatların apteklərdə
satışı qadağan olunub. Ümumiyyətlə,
Azərbaycanda hal-hazırda vərəmlə
mübarızə tədbirlərini qənaətbəxş hesab
etmək olar. Belə ki, Azərbaycan Tibb
Universitetinin Ağ ciyər xəstəlikləri
kafedrası və Elmi-Tədqiqat Ağ ciyər
Xəstəlikləri İnstitutu başda olmaqla
respublikamızın paytaxtı və ayrı-ayrı
rayonlarında yerləşən vərəm əleyhinə
dispanserlərdə yüksək ixtisaslı kadrlar
əhaliyə keyfiyyətli ftiziatrik xidmət
göstərir. Dövlətin də bu xəstələrə qar-
şı xüsusi diqqət və qayğısı var. Bu-
nun bariz göstəricisi kimi onu qeyd
edə bilərəm ki, hazırda Azərbaycanda
vərəm əleyhinə dispanserlər keyfiyyətli
təmir olunaraq yeni və müasir tibbi
avadanlıqlarla təchiz olunur, dispanser
qeydiyyatında olan vərəm xəstələrinin
hamısı bütün vərəm əleyhinə prepa-
ratlarla fasiləsiz olaraq pulsuz təmin
olunurlar. Bütün görülən bu tədbirlər
vərəmlə yoluxma və xəstələnmə hal-
larının ilbəil azalmasına səbəb olur.
Ancaq bu arxayınlaşmaya səbəb olma-
malı, vərəmlə mübarizə daim prioritet
olmalıdır.
Vərəmin müalicəsinə gəldikdə
isə onu qeyd etmək istəyirəm ki,
vərəm xəstəliyi tam müalicə olu-
nan xəstəlikdir. Doğrudur, vərəm nə
qədər erkən aşkar olunsa və fasiləsiz,
kompleks müalicə aparılsa, sağalma
göstəriciləri də bir o qədər yüksək
olar. Vərəmin müalicəsi uzunmüddətli
olub, ən məhdud vərəm prosesində
belə, 6-9 aydan az olmamalıdır. Bəzən
xəstələr düzgün müalicə aparıldıqdan
qısa müddət sonra xəstəliyin kliniki
əlamətləri azaldığına, bəzi hallarda
isə vərəm əleyhinə dərmanların əlavə
təsirləri olduğuna görə müalicəni ya-
rımçıq dayandırırlar. Təkrarlanan belə
hallar ağ ciyərlərdə geri dönməyən
dəyişikliklərin yaranması ilə yanaşı
vərəm əleyhinə dərmanlara qarşı rezis-
tentliyin formalaşmasına səbəb olur ki,
bu da müalicəni çox çətinləşdirir.
-Hansı əlamətləri vərəmə görə
həyəcan siqnalı kimi qəbul edərək
mütləq həkimə müraciət etmək,
müayinə olunmaq lazımdır?
- Bronx ağ ciyər aparatının
xəstəliklərinin yarıdan çoxunda ilk 6
ayda heç bir əlamət olmur. Əksər hal-
larda əsas fikir verilən öskürək isə
ağ ciyər xəstəliklərinin bir çoxunda
olmaya bilər. Vərəmin əlamətlərinə
gəldikdə onu deyə bilərəm ki, vərəm
üçün mütləq patoqnomonik əlamət yox-
dur. Ancaq vərəm xəstəliyinin olması-
na şübhə yaradan nisbi patoqnomonik
əlamətlərdən - axşamüstü zəif subfebril
hərarətin (37,2-37,4 C) olması, ümumi
zəiflik və halsızlıq əlamətlərinin qaba-
rıq büruzə verilməsi və gecənin ikinci
yarısı-səhərə yaxın boyun, ənsə, çiyin
nahiyyəsinin tərləməsi əlamətlərinin
olmasına xüsusi diqqət yetirilməlidir.
Bu əlamətlər olduqda vaxt itirmədən
həkim-ftiziatra müraciət edib müayinə
olunmaq lazımdır. Bunlardan başqa
həm də 3 həftədən çox öskürək, arıq-
lama olarsa və aparılan qeyri spesifik
antibiotikoterapiya effekt vermədikdə
ftiziatra müraciət etmək lazımdır.
-Vərəmdən qorunmaq üçün hansı
profilaktik tədbirlər görmək lazımdır?
-Vərəmlə xəstələnməyə görə risk
qrupunda olan insanlar olsa da, hər
kəs vərəmlə xəstələnə bilər. Əbəs yerə
deyildir ki, ftiziatriya sahəsindəki
dahi mütəxəssislərdən birinin sözü ilə
desək, vərəm elə xəstəlikdir ki, heç
vaxt əvvəlcədən öz vizit kartını heç
kəsə göndərmir. Buna görə də vərəmlə
xəstələnməmək üçün hər kəs profi-
laktik tədbirlərə əməl etməlidir. Bu
tədbirlər içərisində orqanizmin immun
qabiliyyətinin
möhkəmləndirilməsi
üçün görülən tədbirlər – düzgün gün
rejimi, normal qidalanma, idmanla
məşğul olmaq, siqaret və spirtli içki
qəbulundan imtina etməklə yanaşı,
ildə bir dəfə vərəmə görə profilaktik
müayinədən keçmək (uşaqlarda mantu
sınağı, böyüklərdə isə flüoroqrafiya və
ya rentgenoqrafiya) lazımdır.
-Lazımi müalicə olunmamış qrip,
soyuqdəymə sonradan ağ ciyərlər
üçün hansı fəsadları törədə bilər?
-Tənəffüs sisteminin bütün iltiha-
bi xəstəlikləri erkən, düzgün və tam
müalicə olunmazsa bir sira fəsadlara
səbəb ola bilər ki, bunlardan da ən çox
müşahidə olunanı patoloji prosesin ya-
yılması, residivi, xroniki gedişi və qan-
hayxırma, tənəffüs çatışmazlığı kimi
ağırlaşmaların olmasıdır.
-Bəzən öskürəkdən əziyyət çəkən
insanlar həkimə müraciət etmədən
özləri antibiotik qəbul edirlər. Bu, or-
qanizm üçün zərərlidirmi?
- Nəinki antibiotik, heç bir dərman
preparatını həkim-mütəxəssisin tə-
yi natı olmadan qəbul etmək düzgün
deyil. Çünki hər bir dərmanın opti-
mal dozası, əlavə təsirləri var. Nizami
Gəncəvi söyləmişdir ki, bir inci saflığı
olsa da suda, artıq içiləndə dərd verir
o da. Öskürək zamanı istifadə olunan
dərmanlara gəldikdə isə, sualınızla
bağlı birbaşa onu demək istəyirəm ki,
ilk olaraq öskürəyin səbəbi bilinməli
və ona qarşı müalicə aparılmalıdır.
Bəzi hallarda öskürək zamanı antibi-
otikin istifadəsi doğru deyil. Məsələn,
bronx ağ ciyər aparatının allergik
xəstəliklərində. Antibiotiklərin lazım
gəldi-gəlmədi istifadəsi isə immuno-
supressiya, disbakterioz, o, cümlədən
bir sıra orqan və sistemlərə toksiki təsir
nəticəsində baş verən əlavə təsirlərin
yaranmasına səbəb ola bilər.
-Azərbaycan Tibb Universitetində
ağ ciyər xəstəliklərinin müayinə və
müalicəsi sahəsində hansı yeniliklər,
nailiyyətlər var?
-Azərbaycan Tibb Universitetinin
bir neçə kafedrasının əməkdaşları ağ
ciyər xəstəliklərinin müayinəsi, kon-
servativ və cərrahi müalicəsi ilə məşğul
olur. Müasir tibbi avadanlıqlarla təc-
hiz olunmuş universitet klinikaları-
nın fəaliyyət göstərməsi tibbin bütün
sahələri kimi, ağ ciyər patologiyaları
olan xəstələrə də yüksək səviyyədə tib-
bi xidmət göstərməyə imkan verir. Mən
işlədiyim ağ ciyər xəstəlikləri kafed-
rasına gəldikdə isə, digər ağ ciyər pa-
tologiyaları ilə yanaşı, əsasən vərəmin
müayinə və müalicəsi ilə məşğul olan
əməkdaşlarımız elmi tədqiqat işləri apa-
rır, daim öz bilik və bacarıqlarını artır-
maq məqsədilə yerli və ölkə xaricində
olan elmi praktiki konfranslarda işti-
rak edir, elmi yenilikləri öyrənərək öz
praktiki fəaliyyətlərində tətbiq edirlər.
Günel ASLANOVA,
ATU-nun mətbuat katibi
Ağ ciyər xəstəlikləri tibbin qlobal
problemlərindən biridir
Dünyada vərəm xəstəliyinin yayılma göstəricilərinə nəzər saldıqda onu da qeyd
etmək lazımdır ki, bu rəqəmlər daha çox inkişaf etməmiş və inkişaf etməkdə olan
ölkələrin hesabınadır
Kitab rəfi
Müsahibə
B
u günlərdə kitabxanamıza Azərbaycan
Yazıçılar Birliyinin üzvü, “Qızıl
qələm” mükafatı laureatı, şairə, publisist
Fəridə Hacıyevanın biblioqrafiyası hədiyyə
edilmişdi. Biblioqrafiyanın tərtibçi müəllifi
Şəhla Nağıyevadır. Biblioqrafiya “Nərgiz”
nəşriyyatında, ilk baxışda zövqü oxşayan
görüntüdə nəşr edilmişdir.
Fəridə Hacıyeva M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında “Dövri mətbuat” bölməsinın müdiri
vəzifəsində çalışır. O, hazırda Aşıqlar Birliyinin, “Aşıq
Pəri” məclisinin və “Məhsəti” qadın şairlər məclisi
İdarə Heyətinin üzvüdür. 6 şeir və 1 tərcümə kitabı-
nın müəllifidir. Onun şeir aləmində, dövrü mətbuatda
oxucular tərəfindən rəğbətlə qarşılanan duyğu və
fikirləri “Araz” ali ədəbi media mükafatına, “Məhsəti
Gəncəvi” adına Fəxri Mədəniyyət və Turizm Nazirliyi-
nin Fəxri Mədəniyyət İşçisi diplomlarına layiq görülmüş,
“Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif edilmişdir.
Həmçinin bir illik Prezident təqaüdünə layıq olmuşdu.
Kitab tərtibçi
– müəllifin biblioqrafiya haqqında
qısa məlumatı ilə başlayır. F.Hacıyevanın həyat və
fəaliyyətinin əsas tarixləri xronoloji ardıcıllıqla oxucula-
ra təqdim olunur. Bu təqdimat hər bir oxucunu biblioq-
rafiyanı vərəqləyib oxumağa sövq edir.
“Görkəmli şəxslər və yazıçı dostları Fəridə Hacıyeva
haqqında” başlığı altında xalq yazıçısı, professor Əzizə
Cəfərzadə, professor Vaqif Sultanlı, professor Tofiq
Hüseynoğlu və başqaları şairə xanımın yaradıcılığına
yüksək dəyər vermiş, onun əsərlərini izahlı nümunələrlə
təqdim etmişlər. Bu izahlar Fəridə xanım Hacıyevanın
şeir-sənət aləmində dəyərli, xüsusi mövqeyi olan şairə
olduğunu sübut edir.
Növbəti bölümdə şairənin əsərləri – kitabları, onla-
rın içərisindəki şeirləri təqdim olunur. Kitabda ictimai
həyata, hansı mövzulara toxunulur, həyati reallıqlar
şeirə çevrilir, bədii şəkildə təsvir edilir. Daha sonra
şairənin dövrü mətbuatda və məcmuələrdə nəşr olunan
əsərləri, publisistik məqalələri və dövrü mətbuatda çap
olunan tərcümələri də ayrılıqda xronoloji ardıcıllıqla ve-
rilmişdir.
Təəssüflər olsun ki, “Ulduzlardan pay istərəm” kita-
bının (Eminesku Mixay) hansı dildən tərcümə olunduğu
qeyd edilməyib.
Biblioqrafiyanın II bölməsində bir neçə elm adamları-
nın, şairlərin, yazıçıların, jurnalistlərin F.Hacıyeva haq-
qında nəşr olunan məqalələri də xüsusi yer alır.
III bölmədə F.Hacıyevanın xarici dillərdə nəşr olun-
muş əsərləri xronoloji ardıcıllıqla verilmişdir. Bunlar
türk, rus və rumın dillərində nəşr olunmuş əsərləridi.
Nəhayət, sonda əsərlərinin əlifba göstəricisi verilmiş-
dir.
Fəridə Hacıyevanın 60 illiyi münasibəti ilə hazırlan-
mış bu biblioqrafiyanın xırda qüsurları olsa da, onun ya-
radıcılığının əsas güzgüsüdür. Tərtibçi müəllifin araya-
ərsəyə gətirdiyi bu məlumat kitabı şairə xanımın həyat
və yaradıcılığını öyrənənlər üçün mühüm bir mənbədir.
Z.EMINOVA,
Əsaslı Kitabxananın direktoru, tarix üzrə
fəlsəfə doktoru
Biblioqrafiya yaradıcılığın
güzgüsüdür
31 yanvar 2014-ъц ил
http://www.amu.edu.az
7
Xəlil Xəlilov 1938-ci il
aprel ayının 18-də Nax-
çıvan şəhərində müəllim
ailəsində dünyaya göz aç-
mışdır.
1956-cı ildə Нах чыван
шящяр 1 say lı орта мяк -
тябиni əla qiymətlərlə biti-
rən Xəlil Xə li lov elə həmin
il Azər baycan Dövlət Pe-
daqoji İnstitutuna qəbul
olmuş və 1961-ci ildə ins-
titutu fərq lənmə diplomu
ilə bitir mişdir.
O, 1965-ci ildə istehsa-
latdan ayrılmaqla aspiran-
turaya daxil olmuşdur.
X.Xəlilov 1968-ci il-
də akademik Y.Məm-
məd əli yev adına Neft-
Kimya
Prosesləri
İnsti tu tunun Elmi Şu-
rasında kimya elmləri
namizədi alimlik dərəcəsi
almaq üçün dissertasi-
ya işini müvəffəqiyyətlə
müdafiə etmişdir. 1970-
ci ildən taleyini həmişəlik
N.Nərimanov
adına
Azərbaycan Dövlət Tibb
İnstitutu (indiki ATU) ilə
bağlayan Xəlil Xəlilov
bu ali təhsil ocağında
əvvəlcə ümumi kimya ka-
fedrasında assistent, baş
müəllim, 1984-cü ildən
isə dosent vəzifəsində
işləmişdir.
Xəlil müəllim həmişə
özü nün elmi və peda-
qoji səviyyəsini artırmış,
60-dan çox elmi əsərin,
elmi mövzuda bir kitabın
və metodik vəsaitlərin
müəllifi olmuşdur.
O, 2001-ci ildən 2004-
cü
ilədək
pediatriya
fakültəsinin dekan mü-
avini, 2004-cü ildən isə
əczaçılıq fakültəsinin de-
kanı vəzifəsində çalışmış-
dır.
Коллектив вя тялябяляр
ара сында бюйцк нцфуз
сащиби иди. Эянc мц ял лим-
ляря щями шя кюмяк едир,
пе дагоjи
шяриштяляринин
йцксялмясиня йардымчы
олурду.
Xəlil Xəlilov istedadlı,
mükəmməl biliyə malik
mü əl lim olmaqla yanaşı,
həm də gözəl ailə baş-
çısı idi. Onun 3 övladı, 4
nəvəsi vardır.
Gözəl və qayğıkeş in-
san, əsil pedaqoq Xəlil
müəllimin əziz xatirəsini
30 ildən çox çalışdığı
doğma biofiziki və bio-
üzvi kimya kafedrasının
kollektivi və tələbələri heç
zaman unutmayacaqlar.
Allah rəhmət eləsin,
qəbri nurla dolsun!
Biofiziki və bioüzvi
kimya kafedrasının
əməkdaşları
•
Türkiyədə
professor
Fərrux
Ərzənginin rəhbərliyi altında 32
müxtəlif ixtisaslı alimdən ibarət
tədqiqat qrupu tibb sahəsində
önəmli əhəmiyyətə malik elmi-
praktik nəticə əldə edib.
Arterial ürək damarlarının sərtləşməsini, tı-
xanmasını və tutulmalarını tədqiq edən qrup
bu xəstəliklərin yaranma səbəblərini, eləcə də
inkişaf mexanizmini açmağa çalışıb. Uzun illər
sürən araşdırmalar nəticəsiz qalmayıb. Türkiyəli
alimlər həm xəstəliklərin yaranma mexaniz-
mi, həm də müalicəsi ilə bağlı klassik tibbi ba-
xış və bilgiləri üstələyən kəşflər ediblər. Məhz
xəstəliklərin yaranma səbəbləri və mexaniz-
mi haqqında mənimsənilən yeni fundamental
bilgilər dərmanla müalicə perspektivini də real-
laşdırıb. Hazırda dünyada arterial ürək damarla-
rının sərtləşməsi, daralması, tıxanması kimi hal-
ları aradan qaldırmaq üçün cərrahi müdaxiləyə
üstünlük verilir. Türk mütəxəssislərinin kəşfinə
qədər damarların terapiya ilə bərpasının müm-
künlüyünü istisna edirdi. Türkiyəli alimlər
nəinki bunun mümkünlüyünü təsbit edib, hətta
əlacını - dərmanını belə tapıblar. Preparatlar
klinik testlərdə müsbət nəticə verib. Tədqiqat
qrupunun rəhbəri dərmanları öz üzərində belə
sınayıb. Preparatlar ABŞ-da yeni dərmanların
tətbiqinə icazə verən DNA təşkilatı tərəfindən
qəbul olunub. Bu dərmanların Türkiyədə tətbiqi
və istehsalının təşkili üçün müvafiq dövlət or-
qanlarına, əczaçılıq müəssisələrinə müraciət edi-
lib. Alimlər tədqiqatın daha da genişləşdirilməsi,
həmçinin preparatların təkmilləşdirilməsi
məqsədilə ölkədəki universitetlər, elm mərkəzləri
ilə əməkdaşlığa açıq olduqlarını bildiriblər.
Beləliklə, yaxın gələcəkdə insanlar illər boyu
dayandırılması və aradan qaldırılması mümkün-
süz bilinən arterial damar xəstəliklərindən cərrah
bıçağı altına girmədən, sadə müalicə metodları
ilə qurtula biləcəklər. Damar sərtləşmələrinin,
tutulmalarının, daralmalarının yaranma səbəb
və mexanizminin önəmli dərəcədə açılma-
sı bu vaxta qədər əməliyyatla ürək damarları
dəyişdirilmiş xəstələrdə sonradan (xəstəliyin ya-
ranış səbəbi aradan qaldırılmadığı üçün) törəyə
biləcək fəsadların qarşısının alınmasına, onların
da tam müalicəsinə imkan verəcək.
Ekspertlərin fikrincə, kimya mühən-
disliyindən, patologiyaya, genetika, kardiologiya
və ürək-damar cərrahiyyəsinə, fizioterapiya-
ya qədər çox sayda elmi sahəni əhatə edən 32
nəfərlik tədqiqat qrupunun qazandığı önəmli
elmi uğur Nobel mükafatına layiq görülə biləcək
səviyyədə yüksəkdir. Türk alimlərin müasir tibb
elminə verdikləri bu elmi töhfə sayəsində yaxın
zamanda arterial damarların sərtləşməsi, tıxan-
ması, sıxılması, daralması, kirəcləşməsi kimi
xəstəliklərin təməldən əmələ gəlməsinin qarşısı-
nı almaq mümkün olacaq.
Türkiyəli alimlər tibbdə
inqilabi nailiyyət əldə ediblər
ХЯЛИЛ САДЫХ ОЬЛУ ХЯЛИЛОВ
А
зярбайcан Тибб Университетинин bиофизики вя биоцзви
кимйа кафедрасына аьыр итkи цз вермишдир. Кафедра-
нын досенти, кимйа елмляри намизяди Хялил Садых оьлу
Хялилов йанварın 18-də гяфлятян дцнйасыны дяйишмишдир.
- ...
- Siz tez-tez xaş yeməlisiniz:
- Bağışlayın (anlamadım) ?...
- Sizə xaş lazımdır, əzizim!
-
Xaş?
- Bəli, bəli, məhz xaş, nə əcəb
eşitməmisiz?
- Xeyr, doktor, ancaq indi
Sizdən eşidirəm, ilk dəfə. Bu
nədir belə?.. Xaş?
- Çox qəribə bir şey, əzizim. Oy-
naqlar üçün bundan yaxşısı
yoxdur. Siz mənə inanın. Mən
onun barəsində nə isə bilirəm.
Sadəcə hər şey müstəsna və
qeyri-adidir. Mən xaşa Qafqazda
qulluq edərkən öyrəşmişəm, lap
çoxdan.
- Bu nədi, vəhşi qidasıdı belə?
-
Xeyr, mənim əzizim, bu hər hansı bir
məcun (dərman) deyil. Bu, Qafqaz
mətbəxinin xörəyidir – doktor mənim
anlamazlığımdan incidi və davam etdi
– həlim, yaxud, ən düzünü, bulyon, bi-
zim və ya fransızların ponavarisi kimi
ancaq, çox qatı. Oynaq üçün çox əladı!
Bu, sözsüz, belədir!
... Belə bir söhbət mənlə mənim doktorum
Semyon Kirilloviç arasında olmuşdu, həmin
gün mən uzaq Avropa səyahətindən qayıdır-
dım, 1908-ci ilin payızının sonlarında və məni
növbəti dəfə şiddətli diz ağrıları yaxalamışdı.
İndi ağrıya dözümüm qalmamışdı və mən hər
boş şeydən ötrü həkimə getməklə arası olma-
yan adam öz prinsipimdən əl çəkib qocaman
həkimə öz dərdimdən şikayətlənməli oldum
- Neynək –
doktor sözünə davam etdi
– Dünyanın yarısını gəzmisiz, xaş haqda
eşitməmisiz? Onu müxtəlif cür hazırlayırlar,
ancaq məqsəd birdir. Malın və ya donuzun
ayaqlarını qaynadırlar, daha çox inəyin aya-
ğını, bu da Sizə hazır (xaş). Həm də Ustad-
lar inəyin qabaq ayaqlarına üstünlük verirlər
– “Ustadlar” sözünü o xüsusi intonasiya ilə
tələffüz etdi: - Ustadlar ha... – sirr ondadır ki,
bu dırnağın və həlimin tərkibindəki maddə
sizin orqanizminizə daxil olur... və sonra
möcüzə baş verir. Xaşda olan maddə oynaqlar
üçün tikinti materialıdır, kərpicin ev üçün ol-
duğu kimi, çökür Sizin yeyilmiş oynaqlarını-
za, daha doğrusu, tədricən parçalanmış qığır-
dağa. Hə ... Bəs Siz nə istərdiz, mənim əzizim?
Siz səyyahsınız. Bu, əlbəttə, ayaqlar üçün
çətindir – minlərlə kilometri piyada gəzmisiz.
Bəs nə? Bizim oynaqcıqlarımız... onlar əbədi
deyil... yeyilir, tükənir... dəmir maşınlar da
sınırlar... Dəmirləri də təzəsi ilə əvəz edirlər,
bəs oynaqları, qığırdaqları, xəmircəkləri...?
Bax onları da bərpa etmək lazımdır. Hə, tutaq
ki, xaşın köməyi ilə oynaqcıqları biz bərpa et-
dik, axı bütün mexanizmlərin yaxşı işləməsi
üçün sürtkü lazımdır. Detalların yeyilməməsi
və rəvan işləməsi üçün nə edirlər? Hə? Bəli,
bəli mexanizmin toxunan üst qatını yağlayır-
lar. Bəs bizim ayaqlarımız? Həmin sistem-
dir; tədricən o da yeyilir, oynaqdaxili sürtkü
“tükənir”. Siz soruşursunuz ki, “bəs sürtkü
necə olsun?”. Mən isə deyirəm: hamısı orda-
dır. Xaş! Əsl möcüzədir! Qeyri-adi bir şey;
mən Sizə bəyan edirəm! Əvəzolunmaz bir
şey! Xaş Sizin bədəninizə daxil olub yaşla
bağlı, həm də böyük təzyiqdən parçalanan
qığırdaq birləşmələrini təkcə bərpa etmir,
eyni zamanda təsir göstərir ki, orqanizmin
bizim oynaqlarımız üçün oynaqdaxili maye-
sini –“sürtkü”nü əmələ gətirsin. Hayıf ki, xaş
həmişə əl altda olmur və Siz onu özünüzlə
səyahətə götürə bilmirsiniz. Onu isə uzun
müddətə hazırlamaq lazımdır, bir neçə saata
bişirmək gərəkdir, təcrübəsiz olsan, bacarma-
san... alınarmı? Burda da bir yerdə oturmaqla
əmələ gəlməz, mənim də elə vaxtım yoxdur.
Ancaq eyb eləməz, tezliklə bir üsul tapar-
lar, mal ayağı – qığırdaq əsasında nə isə bir
maz, ya da balzam hazırlayarlar. Elm yerində
qalmır! Mənim əzizim. Bah! Əla vasitə alı-
na bilər! Köməyə gələn! Əlverişli. Möcüzə
dərman! Möcüzə Xaş!!!
Dostları ilə paylaş: