İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix30.12.2021
ölçüsü12,44 Mb.
#1955
1   ...   13   14   15   16   17   18   19   20   ...   33
 

Dekabrın 18-də 

Azərbaycan Tibb 

Universitetinin  

Stomatoloji Klinikasında 

universitetimizdə təhsil 

alan  iranlı tələbələrin 

elmi, mədəni və idman 

birliyinin təşəbbüsü ilə  

“eCligner-diş sırasında 

olan əyriliklərin şəffaf 

kappalarla müalicəsi” 

mövzusunda elmi-praktiki 

konfrans keçirilib.

Tədbirin əvvəlində Klini-

kanın direktoru Alqış Səfərov 

çıxış edərək konfransın möv-

zusu  haqqında məlumat verib. 

Onun sözlərinə görə, hazırda diş 

sırasında olan əyriliklərin şəffaf 

kappalarla müalicəsi stomatolo-

giyanın ən müasir kəşflərindən 

biri sayılır. Bu metodla ağrısız 

və estetik cəhətdən daha gözəl 

formada diş əyriliklərini aradan 

qaldırmaq mümkün olur.

Daha sonra  Stomatoloji  

Klinikanın həkim- stomatolo-

qu Elnur Həsənli qeyd edilən 

mövzuda məruzə edib. Natiq 

çıxışında bildirdi ki, bu me-

tod ilk dəfə Cənubi Koreyada 

1998-ci ildə tətbiq edilib. Onun 

sözlərinə görə, ilk şəffaf plastik 

lövhələr 20-ci əsrin ortalarında,  

ilk dəfə 1998-ci ilin sonlarında 

koreyalı professor Tae Weon 

Kim ortodontik müalicə almış 

xəstələrdə residiv hallarının 

müalicəsində istifadə etmişdir.

Eyni ildə bir pasien-

tin  bütün müalicəsini 

şəffaf  lövhələr vasitəsi 

ilə tamamlamışdır.Sto-

matologiyaya aid dərc 

olunmuş ədəbiyyatlara 

nəzər salsaq buna 

bənzər şəffaf kappala-

rın iş mexanizmi və is-

tehsal prinsipləri haqda 

bir çox məqalələrə rast 

gəlmək mümkündür 

(McNamara, Ponits, 

Qraber və s.).

 eCligner Aligner şəffaf  kap-

palar  ilə  müalicə planı (set up) 

xüsusi kompyuter proqramı və 

eyni zamanda Tae Weon Kimin 

şəxsi nəzarəti ilə tərtib olunur.  

CAPRO (IV-Tech, Kore) adlı 

proqram vasitəsi ilə kompyuter 

ekranında üst-üstə gətirilən iki 

rəqəmsal şəkil ilə hər bir dişin 

hərəkətini hesablamaq müm-

kündür. Xəstə  fərqli qalınlığa 

(0.5;0.62;0.74;0) malik 3 ədəd 

kappaların hər birini  bir həftə 

taxmalıdır. Müalicənin müddəti 

qüsurun böyüklüyündən asılı 

olaraq müxtəlif olur.

eCligner texnologiyası mü-

asir stomatologiyada yeni bir 

mərhələ sayılır. Qeyd olundu ki, 

bu metod xüsusilə yeniyetmələr 

üçün əlverişlidir. Çünki metal 

breketlər, məftillər estetik ba-

xımdan ağızda gözəl görünmür, 

bir sıra narahatlıqlar yaradır. 

Şəffaf kappalarla bağlı  isə belə 

problemlər yaşanmır. Bu üsulla 

diş sırasında əyrilikləri həm 

qısa müddətdə, həm də estetik  

diskomfort yaratmadan aradan 

qaldırmaq mümkündür. Bu 

zaman şəffaf protezlərlə müalicə 

yumşaq şəkildə, mərhələli olaraq 

aparılır. Şəffaf kappalar çox 

nazik materialdan hazırlanır və 

hər kəsin ağız ölçüsü üçün fərdi 

olaraq hesablanır.

Konfransda eCligner texno-

logiyasını digər üstünlükləri

tətbiqi ilə bağlı məsələlər 

haqqında fikirlər səsləndirildi. 

Sonda həkim stomatoloq Elnur 

Həsənli konfrans iştirakçılarının 

suallarını cavablandırdı.

Tədbirdə iranlı tələbələrlə 

birgə yerli və türkiyəli tələbələr 

də iştirak ediblər.


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin