http://www.amu.edu.az
31 dekabr 2014-ъц ил
6
u
Valideyn himayəsin dən məhrum olmuş uşaq-
lar universitetin Stomatoloji Klinikasında müayinə və
müalicə olundu
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il öncəsi
Azərbaycan Tibb Universiteti kimsəsiz uşaqları özünəməxsus
şəkildə sevindirib. Belə ki, universitetin rektoru, akademik Əhliman
Əmiraslanovun dəstəyi ilə ATU-nun Stomatoloji Klinikasında vali-
deyn himayəsindən məhrum olmuş uşaqlara xeyriyyəçilik məqsədi
ilə stomatoloji xidmət göstərilib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 5
milyarda yaxın insanın stomatoloji problemləri var. Azərbaycanda
isə əhalinin təxminən 90 faizi kariyesdən əziyyət çəkir və bu
göstəricinin böyük bir hissəsini uşaqlar təşkil edir. Xüsusilə də, va-
lideyn himayəsindən məhrum olmuş uşaqlar arasında stomatolo-
ji problemlərə daha çox rast gəlinir. Bunu nəzərə alan ATU-nun
rəhbərliyi universitetin Stomatoloji Klinikasında kimsəsiz uşaqlar
üçün xüsusi kampaniya təşkil edib.
Kampaniya çərçivəsində bu gün “Ümid yeri” uşaq sığınacağı və
reabilitasiya mərkəzinin sakinlərinə ödənişsiz tibbi xidmət göstərilib.
Stomatoloji Klinikanın direktoru Alqış Səfərovun sözlərinə görə, gün
ərzində sığınacağın 25-dən çox sakini ən müasir tibbi avadanlıq-
larla təchiz edilmiş diş kabinetlərində müayinə və müalicə olunub-
lar: “Müayinə nəticəsində uşaqların əksəriyyətində kariyes boşluğu
müəyyənləşdirilmişdir. Kiçik yaşlı uşaqlarda kariyes, pulpit, diş ərpi
aşkarlanıb və müvafiq stomatoloji yardım göstərilib”.
A.Səfərov qeyd edir ki, uşaq evlərinin sakinlərində stomatoloji
problemlər daha çox olur: “ Uşaqların ağız boşluğunda yaranmış
gigiyenik problemlər adətən dişlərə düzgün qulluq edilməməsi ilə
əlaqədar olur. Süd dişləri tökülənə qədər uşaqların dişləri ciddi
həkim nəzarəti altında olmalıdır. Odur ki, ATU rəhbərliyi tərəfindən
belə bir qərar verildi. Bu təşəbbüs uşaq evlərində qalan himayəsiz
uşaqların sağlamlığının qorunmasına yönəlib”.
ATU-nun Stomatoloji Klinikası gələcəkdə digər uşaq evlərindən də
müraciətləri qəbul etməyə hazırdır.
u
Dostları ilə paylaş: