“Dünyada ağciyər nəqli” mövzusunda konfrans keçirilib



Yüklə 251.24 Kb.

səhifə1/3
tarix12.12.2016
ölçüsü251.24 Kb.
  1   2   3

“Dünyada ağciyər nəqli” 

mövzusunda konfrans keçirilib 

Ürək-damar xəstəlikləri 

prosedurlarının tamamını 

bir arada edən mərkəz

Rektor 

tələbələrlə 

görüşüb

Azərbaycan Tibb Universitetində ulu öndərin 

anım günü qeyd olunub

 

 



 

 

 



           Ãÿçåò 1933 - úö èëäÿí ÷ûõûð.          

№ 21 (1596) 15 dekabr 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

5

BU  SAYIMIZDA 

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider 

Heydər Əliyevin məzarını ziyarət edib

Tələbə-Gənclər Təşkilatının seçki-

hesabat konfransı olub

Türkiyəli alimlər ATU- da elmi-

praktik seminar keçirmişlər

3

Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı 

Mehriban Əliyeva Fəxri xiyabana gələrək, xalqımızın ümummilli 

lideri Heydər Əliyevin məzarını ziyarət etdilər.

Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin 

rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xi-

yabana gəlmişdilər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndi.

Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva 

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, aka-

demik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri 

qoydular.

Tanınmış  dövlət  xadimi  Əziz  Əliyevin  və  professor  Tamerlan 

Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri 

düzüldü.

Ümummilli  lider  Heydər  Əliyevin  məzarının  ziyarət  edilməsi 

mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oq-

tay Əsədov və digər rəsmi şəxslər iştirak ediblər.

2

2

3

4

Müasir müstəqil Azərbaycan dövlətinin memarı 

və  qurucusu,  dünya  şöhrətli  siyasi  xadim, 

xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin 

vəfatından 11 il keçir.

7

ALİMİN NURLU 

XATİRƏSİ 

ANILDI

http://www.amu.edu.az

15 dekabr 2014-ъц ил

2

Milli  Məclisin  üzvləri,  univer-

sitetin  professor-müəllim  heyəti, 

ziyalılar  və  tələbələrin  qatıldığı 

tədbirdə ümummilli lider Heydər 

Əliyevin 

Azərbaycan 

xalqı 


və  dövləti  qarşısında  əvəzsiz 

xidmətlərindən danışıldı.

Konfransı  giriş  sözü  ilə  açan 

ATU-nun    rektoru,  millət  vəkili, 

akademik Əhliman Əmiraslanov 

unudulmaz  şəxsiyyət,  dərin 

zəka  sahibi  Heydər  Əliyevin 

Azərbaycan  elminə  və  təhsilinə 

himayədarlıq etdiyini, bu sahədə 

çalışanlara,  xüsusilə  səhiyyə 

işçilərinə  həmişə  diqqət  və 

qayğı  göstərdiyini  xatırlatdı. 

O,  ölkəmizdə  səhiyyənin  inki-

şafı  və  tibb  kadrlarının  hazır-

lanmasının  məhz  ulu  öndərin 

adı  ilə  bağlı  olduğunu  bil-

dirdi:  “Hər  il  Azərbaycanla 

yanaşı  digər  ölkələrdə  də 

müasir  Azərbaycanın  yara-

dıcısı  olan  Heydər  Əliyevin 

anım  mərasimləri  təşkil  olu-

nur.  Tarixdən  də  bəllidir  ki, 

şəxsiyyətlərin 

gücü, 


ağlı, 

cəsarəti,  siyasi  iradəsi  və 

müdrikliyi  mənsub  olduğu  xal-

qın,  onun  yaratdığı  dövlətin 

həyatında əvəzedilməz rola ma-

likdir.  Bu  şəxsiyyətlər  arasında 

müasir  müstəqil  Azərbaycan 

dövlətinin  memarı  və  qurucu-

su,  ulu  öndər  Heydər  Əliyevin 

özünəməxsus  yeri  vardır.  Ulu 

öndərin  Azərbaycanın  ərazi  bü-

tövlüyü  uğrunda  gördüyü  işləri 

artıq bütün dünya etiraf edir”.

Akademik 

Əhliman 

Əmiraslanov  ulu  öndərin  Azər-

baycan xalqının gələcək inkişafı 

üçün    İlham  Əliyev  kimi  müd-

rik  şəxsiyyət  yetişdirməsini  də 

xüsusi  vurğuladı:  “Azərbaycan 

prezidenti 

Heydər 


Əliyev 

tərəfindən  əsası  qoyulan  siyasi 

kursu  çox  uğurla  davam  etdirir 

və  bu  mövqeyinə  görə  xalqı-

mız həmişə onu dəstəkləyəcək. 

Məhz  bu  uğurlar  Prezident  İl-

ham  Əliyevə  xalqın  sonsuz 

rəğbət  və  hörmətini  qazandırıb. 

Dövlətimizin başçısının rəhbərliyi 

altında qazanılan nailiyyətlər bu 

gün də davam edir və xalqımızı 

xoşbəxt gələcəyə doğru aparır”.

ATU-nun  stomatoloji  və  on-

koloji  klinikalarının  ümummilli 

liderimiz  Heydər  Əliyevin  böyük 

qayğısı  sayəsində  yaradıldığı-

nı  diqqətə  çatdıran  rektor  qeyd 

etdi  ki,  onun  layiqli  davamçı-

sı  Prezident  İlham  Əliyevin 

dəstəyi  ilə  inşa  olunmuş  uni-

versitetin  çoxprofilli  terapevtik 

və cərrahiyyə klinikaları ən mü-

asir avadanlıqla təchiz olunaraq 

əhaliyə  dünya  standartlarına 

uyğun  səviyyədə  tibbi  xidmət 

göstərir.

Yeni  Azərbaycan  Partiyasının 

Nəsimi  rayon  təşkilatının  sədri, 

Milli  Məclisin  deputatı  Məlahət 

Həsənova  Heydər  Əliyevin  adı-

nın  Atatürklə  yanaşı  çəkildiyini 

deyərək  bildirdi  ki,  bu  gün  dün-

yada  5000-ə  yaxın  dil,  millət 

var. Onların arasında tanınmaq, 

fərqlənmək  olduqca  çətindir. 

Qlobal  təhdidlərlə  dolu  olan 

bir  dövrdə  Azərbaycanın  öz 

müstəqilliyini  qoruyub  saxlama-

sı  da  çox  çətin  bir  iş  idi  ki,  bu-

nun  öhdəsindən  ancaq  Heydər 

Əliyev  kimi  dahi  şəxsiyyət  gələ 

bilərdi.


Akademik  Adilə  Namazova, 

ATU-nun elmi işlər üzrə prorek-

toru,  professor  İbrahim  İsayev, 

əczaçılıq  fakültəsinin  dekanı, 

professor  Tahir  Süleymanov 

və    III  kurs  tələbəsi,  Prezident 

təqaüdçüsü  Xatın  Məmmədova 

da  çıxış  edərək  Azərbaycan 

tarixində 

misilsiz 

xidmətlər 

göstərmış  ulu  öndər  Heydər 

Əliyev haqqında fikirlərini tədbir 

iştirakçıları  ilə  bölüşdülər,  onun 

böyük  dövlət  xadimi,  dünyanın 

nadir,  seçilən  siyasət  adamı  ol-

duğunu vurğuladılar.

Heydər  Əliyevin  ölkəmizə 

rəhbərlik 

etdiyi 


illəri 

Azərbaycanın 

tarixinə 

qı-


zıl  hərflərlə  yazılmış  mühüm 

mərhələ  kimi  qiymətləndirdilər. 

Qeyd  etdilər  ki,  ümummilli  lide-

rin  Azərbaycan  naminə  gördü-

yü  misilsiz  işlər  onu  tarixdə  və 

qədirbilən  xalqımızın  yaddaşın-

da əbədi yaşadacaqdır. 

  Ulu  öndər  özünün  ardıcıl 

və  məqsədyönlü  dövlətçilik  və 

siyasi  fəaliyyəti  ilə  müstəqil 

Azərbaycan  dövlətinin  banisi, 

xilaskarı  və  qurucusu  olmaqla 

bərabər, həm də XX əsrin dün-

ya  siyasətində  silinməz  izlər 

qoymuş  tarixi  şəxsiyyət  kimi 

səciyyələndirildi.



Arif MƏMMƏDLİ

Fotolar Cənnətalı Çingizindir



Dekabrın 11-də Azərbaycan Tibb Universitetində xalqımızın ümum-



milli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.

Azərbaycan Tibb Universitetində ulu öndərin 

anım günü qeyd olunub

D

ekabrın  9-da      Azərbaycan 

Tibb  Universitetinin Tədris  

Terapevtik    Klinikası  və 

Türkiyənin  “Klinik  Biokimya  Uz-

manları”  dərnəyi  “Hipokrat”  labo-

ratoriyası ilə birgə “Laboratoriyala-

rın  akkredittasiyası  və  keyfiyyətə 

xarici nəzarət”  mövzusunda elmi- 

praktik seminar keçirmişlər. 

Seminarı giriş nitqi ilə açan Tədris Te-

rapevtik  Klinikanın direktoru, professor 

Surxay  Musayev  qonaqları  salamlaya-

raq  universitet  klinikalarının  yaradılma-

sı,  inkişafı  və  göstərilən  dövlət  qayğısı 

barədə ətraflı məlumat verdi. S.Musayev 

qeyd etdi ki,  ulu öndər Heydər Əliyevin 

böyük  siyasətini  layiqincə  davam 

etdirən  cənab  prezidentimiz  İlham 

Əliyevin  yaxından  köməkliyi  ilə  yara-

dılan  bu  klinikalar  qısa  zaman  ərzində  

dünyanın  aparıcı  klinikaları 

ilə birgə ışgüzar əməkdaşlıq 

edirlər.  Hazırda    Tədris  Te-

rapevtik      Klinika  universi-

tetimizin  rektoru,  akademik 

Əhliman Əmiraslanovun  bö-

yük  təşkilatçılığı  sayəsində  

beynəlxalq  nüfuz  qazana-

raq    dünyanın    tanınmış  50  

klinikası  ilə  yaxından  əlaqə 

saxlayır.   Klinikada aparılan 

müasir  müalicə  üsullarından 

və yeni yaradılan şöbələrin iş 

fəaliyyətindən bəhs edən kli-

nika rəhbəri bildirdi ki, bizim 

hədəfimiz  yaxın aylarda  klinikada sü-

mük  iliynin köçürülməsini uğurla həyata 

keçirməkdir. Respublikamızın aparıcı la-

boratoriya    mütəxəsisslərinin  də  iştirak 

etdiyi  seminarın  işinə  uğurlar  diləyən 

S.Musayev  laborator  xidmətin  klinika-

nin ən vacib sahələrindən biri olduğunu 

və  bu  baxımdan  da  burada 

ediləcək  çıxışların  faydalı 

olacağını söylədi.

    Türkiyəli  alimlər-“Klinik 

Biokimya 

Uzmanları” 

dərnəyinin  başqanı,  profes-

sor,  doktor  Necip  İlhan    və 

uzman, doktor Cüneyit Can-

bolat    bu  dərnəyin  bir  sıra 

dünya  ölkələrində  həyata 

keçirdiyi  layihələrdən,  iş 

prinsipləri və laboratoriyalar-

da aparılan işin keyfiyyətinə 

xarici  nəzarət  üsullarından  

və    onların  mühüm  əhəmiyyətindən 

bəhs  etdilər.  Qonaqlar  laboratori-

ya  sahəsində  çalışan  mütəxəsisslərə 

işlərini  necə  qurmaları  üçün  dəyərli 

məsləhətlər  verdilər.  Onlar  bildirdilər 

ki,  seminar  təşkilatçıları    Azərbaycan  

Səhiyyə  Nazirliyi  ilə  birlikdə  gələcəkdə 

də  klinik  laboratoriyaların  əməkdaşları  

üçün  belə  tədbirlərin  keçirilməsini  da-

vam etdirəcəklər.

Tədris    Terapevtik    Klinikanın  baş 

həkimi  Ramin  Bayramlı  və  Türkiyədə 

fəaliyyət göstərən  “Hipokrat” laborato-

riyasının  rəhbəri    doktor  Oktay  Öztürk  

Klinik laboratoriyaların akkredittasiyası-

nın əhəmiyyəti haqqında çıxış etmişlər.

Toplantının sonunda  Türkiyəli alimlər 

yerli  mütəxəsisslərin    onlara  verdikləri  

sualları cavablandırmışlar.



M.ƏLƏKBƏRLİ

Türkiyəli alimlər ATU-da elmi-praktik 

seminar keçirmişlər



 



Sağlam həyat tərzi insanların sağ-

lamlığının qorunmasına və yaxşı-

laşmasına yönələn həyat fəaliyyəti 

üsuludur. Əməyin və istirahətin gigiyenası 

sağlam həyat tərzinə kömək edir, siqaret 

çəkmək, alkoqollu içkilər və narkotik kimi 

zərərli vərdişlər isə mane olur.

“Sağlam ailə” Tibb Mərkəzinin sosial 

əlaqələr üzrə şöbə müdiri Nigar Rüstəmli 

AzərTAc-a eksklüziv müsahibəsində gənclər 

arasında tibbi maarifləndirmənin zəruri oldu-

ğunu bildirib. O deyib: “Mərkəz gəncləri elmin 

son nailiyyətləri barədə məlumatlandırmaq, 

sağlam həyat tərzini təbliğ etmək, habelə 

tibbi maarifləndirmə məqsədi ilə artıq 11 ildir 

vaxtaşırı konfranslar, forumlar təşkil edir. 

Azərbaycan Respublikası Gənclər Təşkilatları 

Milli Şurasının və “Euromed” Tibb Mərkəzi 

ilə birlikdə keçirilən “Sağlam gənclər, sağlam 

gələcək” mövzusunda forum Gənclər və İdman 

Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri 

Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub. 

Tədbirlər zamanı gənclərin məlumatlılıq 

səviyyəsinin zəif olduğu üzə çıxıb. Gənclərin 

məlumatsız olmasının səbəbi mentallıq fak-

torudur. Bu səbəbdən gənclər arasında tibbi 

müayinə mədəniyyətini inkişaf etdirmək üçün 

həmin tədbirləri sistemli şəkildə keçirmək 

zərurəti göz qabağındadır. Nikaha girən 

gənclər bir-birinin sağlamlığı barədə məlumatlı 

olmalıdırlar. Son statistik məlumatlar göstərib 

ki, Azərbaycan ailələrində boşanmaların 

çoxu sonsuzluq, talassemiya, genetik qan 

xəstəlikləri səbəbindən baş verir. Bu məsələ 

barəsində məlumatsızlıq mənfi nəticələrə (ağır 

infeksion xəstəliklərə yoluxma, xəstə uşağın 

doğulması və s.) gətirib çıxara bilər.

Gənclər arasında tibbi 

maarifləndirməyə ehtiyac var


15 dekabr 2014-ъц ил

http://www.amu.edu.az

3

D

ekabrın 10-da Tədris 

Terapevtik 

Klini-

kanın  iclas  zalında 

xalqına ləyaqətlə xidmət et-

miş  istedadlı  alim,  bacarıq-

lı  səhiyyə  təşkilatçısı,  tibb 

elmləri  doktoru,  professor 

Əzəm  Təyyar  oğlu  Ağaye-

vin 70 illiyinə həsr olunmuş 

elmi konfrans keçirildi. 

Konfransı  açan  universitetin 

rektoru,  millət  vəkili,  akademik 

Əhliman  Əmiraslanov  nurlu  si-

ması ilə yaddaşlarda qalmış ali-

min qısa, lakin mənalı və şərəfli 

həyat yolundan söhbət açdı.  O, 

dedi  ki,  Əzəm  müəllimin  əmək 

fəaliyyəti çox gərgin və çətin ol-

muş,  aspirantlıqdan  assistent, 

dekan  müavini,  dekan  və  pro-

rektorluğa qədər pillə-pillə ucal-

mış,  bu  illər  ərzində  çox  böyük 

hörmət, nüfuz sahibi olmuşdur.

İki  il  onunla  birlikdə  çalışdığı-

nı qeyd edən  rektor bildirdi ki, 

Əzəm  müəllim  xatirəmdə  son-

suz qədər xeyirxah və alicənab 

bir insan kimi qalıb. Onun  hansı 

vəzifələrdə  çalışmasından  asılı 

olmayaraq özünü son dərəcə iş-

güzar,  məsuliyyətli  və  bacarıqlı 

təşkilatçı kimi göstərib,   haqq-

ədalət  tərəfdarı  olub,  ən  çətin 

problemləri tez bir zamanda us-

talıqla həll edib. 

Görkəmli  alimin  həyat  və 

fəaliyyəti haqqında ictimai sağ-

lamlıq  və  səhiyyənin  təşkili 

kafedrasının  müdiri,  professor 

Rafiq Çobanov geniş məruzə ilə 

çıxış etdi.

Mərhum alimin ömür yolundan 

söhbət açan natiq dedi ki, pro-

fessor  Əzəm  Ağayev  1944-cü 

il  iyulun  15-də  ölkəmizin  səfalı 

guşələrindən biri olan Yardımlı-

da,  seyidlər  ocağı  kimi  tanınan 

Pirimbel kəndində dünyaya göz 

açıb.


O,  1952-ci  ildə  kənddəki  7  il-

lik  məktəbin  birinci  sinfinə  get-

miş,  lakin  1953-cü  ildə  SSRİ 

Nazirlər  Sovetinin  qərarı  ilə  Pi-

rimbel  kəndi  sərhəd  ərazisində 

yerləşdiyi  üçün  Salyan  rayonu-

nun Qızılağac kəndinə köçürül-

müşdür.  Əzəm  Ağayev  bura-

dakı  7  illik  məktəbdə  təhsilini 

davam etdirmiş və 1962-ci ildə 

Salyan şəhərindəki 2 saylı orta 

məktəbi bitirmişdir.

1963-cü  ildə  N.Nərimanov 

adına  ADTİ-nin  (indiki  ATU) 

müalicə-profilaktika fakültə si nə 

daxil  olan  Ə.Ağayev  1969-cu 

ildə  institutu  fərqlənmə  diplo-

mu  ilə  bitirir.  O,  Elmi  Şuranın 

qərarı  ilə  sosial  gigiyena  və 

səhiyyənin  təşkili  kafedrası-

na  baş  laborant  vəzifəsinə 

göndərilir  və  elə  həmin  il 

müsabiqə  yolu  ilə  kafedranın 

aspiranturasına  qəbul  olur. 

1972-ci  ildə  müvəffəqiyyətlə 

dissertasiya  müdafiə  edərək 

tibb  elmləri  namizədi  alimlik 

dərəcəsi  alır.  1972-76-cı  illərdə 

sosial  gigiyena  və  səhiyyənin 

təşkili  kafedrasına  assistent, 

1976-80-ci  illərdə  baş  müəllim, 

sonra  dosent  seçilir.  1993-cü 

ildə isə Moskva şəhərində dok-

torluq  dissertasiyasını  müdafiə 

edərək tibb elmləri doktoru adı-

na layiq görülür.

Çıxışını davam edən məruzəçi 

bildirdi ki, Əzəm müəllim 1975-

ci  il-dən  1982-ci  ilə  kimi  sa-

nitariya-gigiyena 

fakültəsinin 

dekan  müavini,  1982-85-ci 

illərdə  isə  bu  fakültənin  dekanı 

olmuşdur.  Həmin  illərdə  onun 

təşkilatçılıq  qabiliyyəti  yüksək 

qiymətləndirilir  və  1985-ci  ildə 

institutun  tədris  işləri  üzrə  pro-

rektoru vəzifəsinə təyin edilir.

Ə.Ağayev  1989-cu  ildən  öm-

rünün  sonuna  kimi -1994-cü 

ilin  iyulunadək  sosial  gigiyena 

və  səhiyyənin  təşkili  kafedra-

sına  rəhbərlik  etmişdir.  İşlədiyi 

müddət  ərzində  onun  əməyi 

yetərincə 

dəyərləndirilmişdir. 

O, 1984-cü ildə “ SSRİ səhiyyə 

əlaçısı”  döş  nişanı,  SSRİ  və 

Azərbaycan  SSR-in  səhiyyə 

nazirliklərinin fəxri fərmanları ilə 

təltif olunmuşdur. 

Professor  Ə.Ağayevin 60-dan 

artıq elmi əsəri respublikamızda 

sosial  gigiyena  və  səhiyyənin 

təşkili  elminin  inkişafında  mü-

hüm yerlərdən birini tutur.

Sonra  xatirə  çıxışları  oldu. 

Tədris  Terapevtik  Klinikanın  di-

rektoru,  professor  Surxay  Mu-

sayev,  K.Fərəcova  adına  Elmi-

Tədqiqat Pediatriya İnstitutunun 

direktoru, professor Nəsib Quli-

yev, tibbi profilaktika və tibbi bi-

ologiya fakültəsinin dekanı, do-

sent  Aydın  Məmmədov,  epide-

miologiya  kafedrasının  müdiri, 

professor  İbadulla  Ağayev,  his-

tologiya,  sitologiya  və  embrio-

logiya kafedrasının müdiri, pro-

fessor  Eldar  Qasımov  mərhum 

alimlə bağlı yadda qalan həzin, 

kövrək  xatirələrini dilə gətirdilər, 

onun  insani  keyfiyyətlərindən, 

yaxın  dostluq  və  mehriban 

qonşuluq 

münasibətlərindən 

ətraflı  söhbət  açdılar.  Natiqlər 

vurğuladılar  ki,  o  həm  əxlaqi, 

həm  də  mənəvi  dəyərlərə  ma-

lik    olduqca  saf  və  təmiz  bir 

insan  idi.  Əzəm  müəllim  xalq 

üçün  çalışmağı  özünün  həyat 

amalı  saymış,  xeyirxahlığı, 

vətənpərvərliyi, 

alicənablığı 

ilə  gənc  nəslin  elmə  yiyələnib 

kamilləşməsində əlindən gələni 

əsirgəməmişdir. Məhz elə buna 

görədir  ki,  onun  dünyasını 

dəyişməsindən 20 il keçməsinə 

baxmayaraq ləyaqətli insan, ba-

carıqlı pedaqoq, sədaqətli dost 

kimi indi də hörmətlə xatırlanır.

Sonra alimin oğlu, tibb elmləri 

namizədi Anar Ağayev atasının 

xatirə  işığına  toplaşan  tədbir 

iştirakçılarına  təşəkkür  etdi.  O, 

bu tədbirin təşkilinə görə başda 

akademik Əhliman Əmiraslanov 

olmaqla universitet rəhbərliyinə 

və bütün kollektivə ailələri adın-

dan öz minnətdarlığını bildirdi.

Konfransı  yekunlaşdıran  aka-

demik Ə.Əmiraslanov qeyd etdi 

ki, Əzəm müəllim xeyirxahlıqla-

rı  ilə  onu  tanıyanların  qəlbində 

əbədi  yer  tutub.  Vaxtsız  ölüm 

onu  aramızdan  aparsa  da,  öv-

ladları  üçün  şərəfli  ad  qoyub 

gedib.  Oğlu  Anar  hal-hazırda 

atasının  yolunu  uğurla  davam 

etdirir.  O,  bir  zamanlar  Əzəm 

müəllimin  başçılıq  etdiyi  kafed-

ranın  dosenti  və  stomatologiya 

fakültəsinin dekan müavinidir.

MƏNSUR

Bu  günlərdə  Azərbaycan  Tibb 

Universitetinin  Tələbə  Gənclər 

Təşkilatının  seçki-hesabat  konfran-

sı baş tutub. ATU-nun tədris işləri 

üzrə  prorektoru,  ə.e.x.,  professor 

Sabir  Əliyev  açılış  nitqi  ilə  tədbir 

iştirakçılarını  salamlayıb  və  konf-

ransın işinə uğurlar arzulayıb.

Sonra konfransa sədrlik edən ATU-nun 

Həmkarlar İttifaqı Komitəsinin sədri, do-

sent  Cahangir  Qasımov  universitetimi-

zin  həyatında  tələbə-gənclərin  rolunun 

və  onların  dövlət  başçımızın  yaratdığı 

şəraitdən  bəhrələnərək  yüksək  ixtisas-

lı həkim adına yiyələnmələri üçün aktiv 

fəaliyyət göstərdiklərini vurğulayıb.

Gələn  il  ilk  dəfə  olaraq  “Bakı  2015” 

Avropa  oyunlarının  keçiriləcəyini  xatır-

ladan C.Qsımov bu tədbirlərin ölkəmizin 

həyatında  müstəsna  əhəmiyyət  kəsb 

edəcəyini  deyib.  O,  tələbə-gənclərin 

fəaliyyətinin  bu  oyunların  təşkilində  xü-

susi rol oynayacağını da nəzərə çatdırıb.

Daha  sonra  TGT-nın  əvvəlki  sədri 

Burxan Həsənov təşkilatın cari il ərzinə 

fəaliyyəti  haqqında  hesabat  xarakterli 

çıxış edib. O, tələbələri TGT-nin bir illik 

fəaliyyəti,  gördüyü  işlər,  reallaşdırılan 

layihələri haqqında məlumatlandırıb.

Hesabatın müzakirəsindən sonra ATU 

üzrə  Tələbə-Gənclər  Təşkilatının  yeni 

heyəti  seçilib.  Təşkilatın  yeni  seçilmiş 

sədri  Tural  Əzizov  TGT-nın  gələcək 

planları haqqında məlumat verib.

Qeyd edək ki, tədbirdə ATU-nun Tələbə 

Həmkarlar İttifaqı Komitəsinin  sədri El-

şad Novruzov, Nəsimi rayon Gənclər və 

İdman  İdarəsinin  rəis  müavini  Şahmar 

Tağıyev,  Azərbaycan  Tələbə  Gənclər 

Təşkilatları  İttifaqının    TGT-lərlə  iş  de-

partamentinin direktoru Yeganə Əliyeva 

da iştirak ediblər.

Toplantının  sonunda  təbdir  iştirakçı-

ları  Prezidentə  müraciət  qəbul  edərək 

tələbə-gənclərə göstərdiyi diqqət və qay-

ğıya görə dövlət başçısına təşəkkürlərini 

bildiriblər. 



Günel ASLANOVA

ALİMİN NURLU XATİRƏSİ ANILDI

Tələbə-Gənclər Təşkilatının seçki-

hesabat konfransı olub

http://www.amu.edu.az

15 dekabr 2014-ъц ил

4

ATU-nun mətbuat xidməti

Tədbirdə bütün fakültələrdən 

500-ədək tələbə, prorektorlar, 

dekanlar, kafedra müdirləri və 

müəllimlər iştirak edib.

Giriş  sözü  ilə  tədbiri  açan 

rektor  son  illər  yüksək  ixtisaslı 

həkim  kadrlarının  hazırlanması 

üçün    görülən  işlərdən  danışıb. 

Universitetdə neçə ildir imtahan-

ların  multimedia  sistemi  ilə  apa-

rıldığına  və  bu  sistemə  keçidin 

heç  də  asan  olmadığına  toxu-

nub: “Hər il ənənəvi olaraq imta-

han məqbul sessiyası ərəfəsində 

tələbələrlə  görüşlər  keçirilir. 

Bu  görüşlərin  səbəbi  tələbələri 

dinləmək,    onları  narahat  edən 

məsələləri  özlərinin  dilindən 

eşitmək  və  lazımi  tədbirlər 

görməkdən ibarətdir. 

Bilirsiniz  ki,  bu  ilki  imtahan 

məqbul  sessiyamız  əvvəlki 

illərdən  bir  qədər  fərqli  olacaq. 

Buna  səbəb  ölkəmizdə  iyun 

ayında  baş  tutacaq  Bakı  I  Av-

ropa  Oyunlarının  keçirilməsidir. 

Nazirlər  Kabineti  və  Təhsil  Na-

zirliyinin  müəyyən  tövsiyəsi  ilə 

ali məktəblərdə keçirilən imtahan 

sessiyasında  korreksiya  aparılıb 

və vaxtı azaldılıbdır. Ona görə bu 

imtahan  sessiyası  bir  az  gərgin 

keçəcək. 

Universitetimizdə  neçə  il-

dir  imtahan  multimedia  sis-

temi  ilə  aparılır.  Bu  sistemə 

keçid  o  qədər  asan  olmayıb 

və  keçid  ərəfəsində  müəyyən 

problemlərlə  üzləşmişik.  Buna 

baxmayaraq  biz  iradəmizi  orta-

ya  qoya  bildik  və  imtahanların  

keçirilməsində  subyektiv  amili 

aradan qaldırdıq.  İmtahanlar ha-

zırda komyuter vasitəsi ilə götü-

rülür.  Necə  ki,  universitetə  daxil 

olanda siz test üsulu ilə imtahan 

vermisiniz,  eyni üsulla da smestr 

imtahanlarını 

verəcəksiniz. 

Bu  üsulla  imtahanın  verilməsi 

tələbələr tərəfindən müsbət qar-

şılanıb  və  bu  səbəbdən  biz  bu 

imtahan  formasını  gələcəkdə 

də  saxlayacağıq”-deyən  rektor  

tələbələri maraqlandıran suallara 

ətraflı cavab verib. 

Tələbələr 

əsasən 

bəzi 


dərsliklərin 

çatışmazlıqlarına, 

həcminin  çoxluğuna,  hazırlanan 

dərsliklərdən  bəzilərinin  dilinin 

anlaşılmaz  olmasına,  bü  üzdən 

predmetləri  asanlıqla  qavra-

ya  bilməmələrinə  toxunublar. 

Dünyada  qəbul  olunmuş  xarici 

tibb  ədəbiyyatlarının  tərcümə 

olunmasına  ehtiyac  olduğunu 

bildiriblər. 

Əhliman  müəllim  tələbələrin 

toxunduğu    dərslik  probleminin 

müəyyən  hissəsinin    son    illər 

aradan  qaldırıldığını  bildirdi: 

“Dərslik  problemi  var,  amma 

son  illər  bu  problemin  müəyyən 

hissəsi  həll  olunub.  Yeni 

dərsliklər də hazırlanmalıdır. Ça-

tışmayan dərsliklərlə bağlı kitab-

xana  ilə  əlaqə  saxlayırıq.  Kitab-

xananın  verdiyi  siyahı  əsasında 

dərslikləri  alacağıq  ki,  tələbələr 

bu  problemlə  üzləşməsinlər. 

Bu  istiqamətdə  işləyirik  və 

indən  sonra  da  bu  məsələ 

diqqət  mərkəzində  olacaq.    Bi-

zim  proqrama  uyğun  gəlməyən 

tərcümələrin  də  əleyhinəyəm. 

Bu istiqamədə də hazırda lazımi 

iş  aparılır.  Proqrama  uyğunlaş-

dırmaq  şərtilə  bəzi  tərcümələr 

aparılır. İstərdim ki, kafedralarda 

kitablar  hazırlananda  tələbələrin 

də rəyi nəzərə alınsın. Tələbələr 

tərəfindən  verilən  rəylər,  təkliflər 

kafedra müdirləri tərəfindən top-

lanaraq  metodik  şuraya  təqdim 

olunsun  və  müzakirə  ediləndən 

sonra  razılığa  gəlinərsə,  qəbul 

olunsun.” 

Tələbələr  praktik biliklərini ar-

tırmaq  üçün  bəzən  klinikalarda 

müəyyən problemlə üzləşdiklərini 

də rektorun diqqətinə çatdırdılar. 

Rektor məsələnin araşdırılmasını 

və bu cür neqativ halların aradan 

qaldırılması  üçün  elə  yerindəcə 

lazımi göstəriş verdi. 

Akademik  bildirdi  ki,    təd ris 

terapevtik,  tədris  cər rahiyyə  kli-

nikalarında  təcrübi  vərdişlərə 

yiyələnmək  üçün  təşkil  olunmuş 

treyninq  mərkəzləri  tələbələrin 

istifadəsindədir. Çalışmaq lazım-

dır ki, tələbələrimizə bu imkanlar-

dan lazımi şəkildə yararlanmala-

rına şərait yaradılsın. 

Tələbələrdən bəziləri isə tədris 

saatlarının çox, sərbəst iş saatla-

rının azlığından da söhbət açdı-

lar. 


Bu  məsələyə  də  münasibət 

bildirən  rektor  qeyd  etdi  ki, 

Avropa    və  Amerikanın  təhsil 

sistemində  tədris  saatları  bizə 

nisbətən  azdır.  Orada  sərbəst 

işləmək  saatları  üstünlük  təşkil 

edir. İstəyirik ki, gələcəkdə biz də 

tələbələrin sərbəst işləmək saat-

larını artıraq. 

Görüş zamanı ATU-nun Tədris-

terapevtik  klinikasının  direktoru, 

professor  Surxay  Musayev,  elmi 

işlər üzrə prorektor, professor İb-

rahim  İsayev  ,  tədris  hissəsinin 

müdiri,  dosent  Nəsimi  Qasımov, 

insan  anatomiyası  kafedrasının 

müdiri,  professor  Vaqif  Şadliski  

çıxış  etdilər,  tələbələrin  sullarını 

cavablandırdılar.  

Vaqif  Şadlinski  bu  il  imtahan 

sessiyasının Bakı I Avropa Oyun-

larının  keçirilməsi  ilə  əlaqədar 

gərgin  keçəcəyini  vurğulasa 

da,  bu  oyunların  paytaxtımızda 

keçirilməsindən  qürur  duyduğu-

nu bildirdi. “Bir  halda ki, bu oyun-

ların Azərbaycanda keçirilməsinə 

etibar  ediblərsə,  bu  o  deməkdir 

ki,  ölkəmizin  nüfuzunun  dünya 

miqyasında  artıb.  Ona  görə  hər 

birimiz çalışmalıyıq ki, bu oyunlar 

yüksək səviyyədə keçsin.

Sonda  tələbələr  rektora  on-

larla  görüşə  vaxt  ayırdığına 

görə  təşəkkürlərini    bildirib    və 

universitetdə  tələbələrin  yüksək 

biliklərə  yiyələnməsi  üçün  yara-

dılan  şəraitdən  razı  qaldıqlarını 

qeyd ediblər.


: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib


  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə