Ümummilli lider Heydər Əliyev – 90 387



Yüklə 96.11 Kb.

tarix01.04.2017
ölçüsü96.11 Kb.

Ümummilli lider Heydər Əliyev – 

90                                                

387

 

Tarix və onun problemləri, № 2 2013 

 

 



RAMİN ƏLİZADƏ 

BDU-nun doktorantı 

E-mail: raminalizadeh17@gmail.com 

 

E.Ə. I MİNİLLİYİN İLK YARISINDA URARTU QAYNAQLARINA GÖRƏ 

AZƏRBAYCANIN TARİXİ-COĞRAFİYASI 

(areallarin koordinasiyasi və implikasiyasi) 

 

Açar sözlər: Azərbaycan, Manna, Etiúni, Urartu, Menua, I Argishti, tarixi-coğrafiya 

Ключевые слова: Азербайджан, Манна, Етиуни, Урарту, Менуа, Аргишти I, истории-

ческая география 

Key words : Azerbaijan, Manna, Etiúni, Urartu, Menua, Argishti I, historical-geography 

 

XX  əsrin  siyasi  avantüralarla  zəngin  olmasını  və  bunların  böyük  bir  qisminin  keçmiş 



Sovet İttifaqının payına düşdüyünü bilirik. Çar Rusiyasının erməniləri Cənubi Qafqaz regio-

nunda məskunlaşdırmaq siyasətinin daha uğurlu davamı məhz bu nəhəng sosialist imperiyası-

nın  payına  düşür.  Kommunizm  liderləri  sosializm  quruculuğuna  başladıqları  andan  etibarən 

Cənubi Qafqaz erməni xəstəliyinə mübtəla oldu. Regionun bağrında xərçəng xəstəliyi kimi ya-

yılan bu anti-humanist toplumsallaşma ən çox Azərbaycan xalqına zərbə vurdu. Milyon yarı-

madək azərbaycanlı bölgənin avtoxton əhalisi olmasına baxmayaraq erməni terroruna dözmə-

yib  ata-baba  torpaqlarını  tərk  etdi.  Qərbi  Azərbaycan  (indiki  “Ermənistan  Respublikası”nın 

ərazisi nəzərdə tutulur – R.Əlizadə) torpaqları regionun ən qədim və əlverişli strateji-coğrafi 

mövqedə  yerləşən bölgələrindən biridir. Hal-hazırda  şimaldan Gürcüstan,  şərqdən və  cənub-

şərqdən  Azərbaycan  Respublikası,  qərbdən  Türkiyə  Cümhuriyyəti,  cənubdan  isə  İran  İslam 

Cümhuriyyəti ilə həmsərhəd olan bu ərazi 29,8 min km

2

 sahəni əhatə edir. İndiki Ermənistan 



Respublikasının ərazisində aşkar edilmiş qədim yaşayış məskənləri, qalalar, müdafiə xarakter-

li istehkamlar, saraylar, karvansaralar, körpülər, kurqanlar, nekropollar, qəbirüstü sənduqələr, 

məbədlər, kilsələr, məscidlər, pirlər (imamzadalar və ocaqlar), at və qoç heykəlləri bu torpağın 

yerli  əhalisinin  Azərbaycan  türkləri  olduğunu  sübut  edir.  Görkəmli  ictimai-siyasi  və  hərbi 

xadim Kazım Qarabəkir paşanın məktublarından birində deyilir: 

 

“Telsiz                                                                  Gümrü / 20. 6. 34 



  Sayı: 37 

Kinyakir'də Erməni Kolordusu Komandanı  

General Nazarbəyov cənablarına 

Ermənistan  Hükümət-i  Cümhuriyyəsi  daxilində  bulunan  əhali-i  İslamiye'nin  elan  sər-

bəst bulunmadıkları və bəzi erməni çətələri tərəfindən qətlə yetirildikləri və mallarının yağma-

landığı İrəvan çevrəsindən firar edərək gələn şayan-i itimat bəzi zavatın ifadat və şikayətindən 

anlaşılmışdır. Sülh imzalanmış və müahidənin beşinci maddəsində Ermənistan Cümhuriyyəti 

kəndi ərazisi daxilində çətə təşkil və təslihinə surət-i katiyədə mane olacağı sərahətən zikredil-

miş  olduğundan  müsəlmanlara  məzalim  icra  edən  çətələrin  silahlarının  alınmasını  və  icap 

edənlərin təcziyəsini təmənna edər və ehtiramımın qəbulunu rica edirəm.   

Osmanlı Müzakirə Komisyonunun Rəisi 

Kolordu Komandanı Kazım Qarabəkir 



388                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

(İrəvan şəhərinin 50.000 əhalisi vardır ki, onun da 23 min nəfəri müsəlmandır. Ermə-



nistanda  300-ə  qədər  müsəlman  kəndi  vardır.  Uluxanlıdan  İrəvana  qədər  hər  kəs  müsəlman-

dır)”  [1, s. 890-891]. 

 Ermənistan Respublikası ərazisindəki maddi mədəniyyət nümunələrinin bir çoxu müha-

ribələr nəticəsində, müxtəlif vaxtlarda bu yerlərə köçürülən, tarixi torpaqlarımızı özlərinin isti 

yuvasına çevirən ermənilər tərəfindən məhv edilsə də, digər hissəsi erməniləşdirilərək mənim-

sənilsə də, daşlara yazılmış qan yaddaşımızı pozmaq və ya dəyişdirmək yadellilərə heç də hə-

mişə nəsib olmamışdır. Qərbi Azərbaycan ərazisində olan qədim yaşayış yerlərinin adları bu-

ranın yerli əhalisinin kimlər olduğunu daha aydın göstərir. Urartu mixiyazılı qaynaqlarında tez 

- tez rast gəlinən Gərgər (<=ur.mixi.yaz. Qurkumeli), Şelli (<=ur.mixi.yaz. Shilaini), Şelengi 

(<=ur.mixi.yaz.  Shulugi),  Aran  (<=ur.mixi.yaz.  Ariaini),  Alban  (<=ur.mixi.yaz.  Qu'albani), 

Uti  (<=ur.mixi.yaz.  Etiúni/Etiuhi),  Ergi  (<=ur.mixi.yaz.  Erikuahi),  Həkəri  (<=ur.mixi.yaz. 

Arquqiu),  Lipani  (<=ur.mixi.yaz.  Luipruni)  adlı  kiçik  siyasi  qurumların  tarixini  öyrənməklə 

Qərbi Azərbaycan (indiki “Ermənistan Respublikası”) və Qarabağ torpaqlarının avtoxton əha-

lisinin hansı soydan olduğunu və onların xarici müdaxiləyə qarşı necə mübarizə apardıqlarını 

və təsərrüfat həyatını araşdırmaq olar. 

Görkəmli urartuşünas alim prof.A.Çilingiroğlu “köçəri tayfalar”ın (bir çox mənbələrdə 

onlardan “atlı xalqlar” kimi bəhs olunur – R.Əlizadə) Urartu dövlətinin erkən dönəmlərindən 

bəri şimaldan axın etdiklərini və I Argiştinin (e.ə.786-764) hərbi yürüşlərindən bəhs edən ya-

zılı qaynaqlarda ilk dəfə olaraq öz adları ilə adlandırıldığını göstərir [2, s.72; 3, s.38; 4, s.23]. 

Onlar sonrakı illərdə nəinki Urartu üçün, eləcə də bütün Yaxın Şərq üçün böyük təhlükə olan 

iskitlər  idi.  Cənubi  Azərbaycan  (Qərbi  İran  nəzərdə  tutulur  –  R.Əlizadə)  torpaqları  üzərində 

Urartu  hegemonluğunu  bərqərar  edən  I  Argişti  hakimiyyətinin  onüçüncü  ilində  Göyçə  gölü 

ətrafına hərbi yürüş təşkil edir. Bu hadisə barədə Van qalasının cənub-qərb ucundakı qaya mə-

zarına doğru enən nərdivanların sol tərəfində  “Horhor  yazıları” adlı qayaüstü kitabədə  məlu-

mat verilmişdir. Horhor  yazılı kitabəsi səkkiz sütuna bölünür. Onun beşinci  sütunu üzərində 

göstərilir: “ ... Tanrı Haldi öz nizəsi ilə səfər çıxdı, Manna ölkəsini ələ keçirdi və Etiuni ölkəsi-

ni ələ keçirdi. (Onları) Argiştinin önündə yerə çaldı. Tanrı Haldi güclüdür. Tanrı Haldinin bö-

yüklüyü ilə Menua oğlu Argişti deyir ki: Manna ölkəsinə qarşı səfərə çıxdım, ölkəni xaraba 

qoydum  və  şəhərləri  yandırdım.  Hökmdar  şəhəri  Šimerihadirini  güc  tətbiq  edərək  ələ  keçir-

dim. Oradan kişiləri və qadınları sürgün etdim. Argişti deyir ki: ... Etiuni ölkəsinin Ardini şə-

hərindən ... duydum. Həmin ildə  yenə ordu topladım. Menua oğlu Argişti deyir ki: (Onların) 

ilahi böyüklüyündən (yardım) istədiyim üçün tanrı Haldiyə, tanrı Teyšebaya, tanrı Šiviniyə və 

Biaynili ölkəsinin (bütün) tanrılarına  yalvardım. Tanrılar mənə qulaq asdılar. Etiuni ölkəsinə 

qarşı səfərə çıxdım, Eriahi ölkəsini və Katarza ölkəsini ələ keçirdim və İšqigulu ölkəsinə qədər 

irəlilədim. Oradan Biaynili ölkəsinə kişilər və qadınlar gətirdim. Argişti deyir ki: Tanrı Haldi-

nin  böyüklüyü  ilə  Uiteruhi  ölkəsinə  qarşı  səfərə  çıxdım  və  Uiteruhi  ölkəsini  ələ  keçirdim, 

ölkəni xaraba qoydum və şəhərlərini yandırdım. ... Amegu [ ] şəhərini ... Uiteruhi ölkəsini ... 

kitabə qoydurdum ... hökmdar (?) ... geri verərək (?) ... altında (?) ... kimilərini öldürdüm  və 

kimilərini də əsir götürdüm. 1 min 2 yüz X on X at, 29.504 böyükbaş heyvan və 60 min ... ki-

çikbaş heyvan apardım. Argişti deyir ki: Tanrı Haldinin uğrunda bu qəhrəmanlıqları bir il içə-

risində etdim” [(Schulz), No:6; 6 (HchI) 80 § 10-13; 7 (UKN) 127 V; 8 (CTU) A 8 – 3 V]. 

N.V.Arutyunyan  1951-ci  ildə  “Urartu  hökmdarı  I  Argiştinin  Horhor  kitabəsi”  adlı  na-

mizədlik  dissertasiyası  müdafiə  etmişdir.  Bu  mixiyazılı  qaynağı  “dərindən”  araşdıran  N.  V. 

Arutyunyan “Şərq epiqrafikası”nın yeddinci sayında Urartu yazılarının şərhini vermişdir. Er-

mənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu 2001-ci ildə onun 


Ümummilli lider Heydər Əliyev – 

90                                                

389

 

Tarix və onun problemləri, № 2 2013 

 

tərcüməsində Urartu  mixiyazılı qaynaqlarını toplu halında nəşr etdirmişdir.  Maraqlıdır ki,  bu 



nəşrdə Xorxor ktabəsinin İšqigulunun adı çəkilmiş beşinci sütunuun tərcüməsi verilməmişdir 

[9  (KUKN)]. Bu fakt Ermənistan elm dairələrinin üzərində gədikləri torpağın kimlərə aid ol-

masını etirarf etməsi sayıla bilərmi? Əlbəttə. Urartu mədəni irsinin önəmli tədqiqatçılarından 

biri olan van Lun göstərir ki, bu qaynaqda adı çəkilən 

KUR

iš-qi-gu-lu Yaxın Şərq tarixində iskit 



etnoniminin ilk dəfə qarşımıza çıxmasıdır [10, s.15; 2, s.73]. Urartunun şərq sərhədlərini əhatə 

edən Qərbi Azərbaycan torpaqları Azərbaycanın avtoxton əhalisinin və iskit tayfalarının yurd 

yeri olmuşdur.  Bəhs etdiyimiz dövrdə indiki Ermənistan ərazisində nəinki ermənilərin dövlət-

çiliyindən, hətta onların soy-kökündən söhbət gedə bilməzdi. Onlardan ən yaxşı halda ancaq 

Urartunun qərb ucqarlarında yaşayan kiçik passiv etnik azlıq kimi bəhs etmək olar. 

Türk  tədqiqatçısı  E.Memiş  iskitlərlə  bağlı  qaynaqları  iki  qrupa  ayırır:  birincisi  yazılı 

qaynaqlar, ikincisi isə arxeoloji qaynaqlar. Onun təsnifatında yazılı qaynaqlar dedikdə Tövrat, 

Aşşur, Fars (Əhəməni) və klassik yunan müəlliflərinin qeydləri nəzərdə tutulur. E. Memiş bu 

barədə yazır: “İskitlərin adı ilk dəfə Aşşur hökmdarlarından Misir fatehi Asarhaddonun (e.  ə. 

680-668)  dövrünə  aid  qaynaqlardan  Prizma  (B)-də  çəkilmişdir.  Bəhs  olunan  yazıda  Gimir-

rai'lər və Ašguzai'lər haqqında danışılır ki, adı çəkilən bu tayfalardan birincisinin kimmerlər, 

ikincisinin  isə  iskitlər  olduğu  bu  gün  hər  kəs  tərəfindən  qəbul  edilmişdir.  Bu  kitabəyə  görə, 

Aşşur hökmdarı Asarhaddon dövlətin şimal və şimal-şərq hüdudlarını təhdid edən kimmerlər 

və mannaların istilalarından qorunmaq məqsədiylə İskit hökmdarı Bartatua ilə razılığa gəlmək 

yolunu seçmiş və ona öz qızını ərə verməklə adı çəkilən tayfalara qarşı savaşmasını istəmiş-

dir” [11, s. 3]. E.ə.VIII əsrin sonu – VII əsrin əvvəllərində Manna siyasi elitası bütün Cənubi 

Azərbaycan  torpaqlarında  öz  hegemonluğunu  bərqərar  etmək  üçün  mühüm  sınaq  qarşısında 

idi.  Aşşur  və  Urartu  təhlükəsi  nisbətən  azalsa  da,  başqa  problem  ortaya  çıxmışdı.  Cənubi 

Azərbaycan əhalisinin etnik tərkibi kəskin dəyişikliyə məruz qalmışdı. Mannada mərkəzi ha-

kimiyyətin güclü olduğu dönəmlərdən fərqli olaraq ölkənin başlıca etnik substratı olan Manna 

əhalisindən  başqa,  kutilərin  və  işquzların  da  siyasi  həyatda  rolu  güclənmişdir.  Məhz  bu 

səbəbdən  də  Manna  siyasi  elitası  fərqli  mövqe  tutaraq  ənənəvi  siyasi  kursdan  əl  çəkdi.  Bu 

dövrdə  ölkənin  daxili  vəziyyətini  siyasi  dağınıqlıq  kimi  xarakterizə  etmək  düzgün  olmazdı. 

Azərbaycanın  cənub  torpaqlarında  yaşayan  mannalılar,  midiyalılar,  kutilər  və  digər  tayfalar 

iskitlərin  gəlişi  ilə  xarici  müdaxiləçilərə  (əsasən  də  Aşşur  dövlətinə  qarşı)  qarşı  mübarizəyə 

başladılar  [12,  s.  207  //  §517  (Prism  B,  Col.  III,  ll.  13-28);  Yenə  orada,  s.326-328  //  §851, 

§852, §853, §854 (Col. III, l.16 – Col. IV, l. 14)]. Onların hərbi qüdrətini artıran başlıca amil 

iskitlərin bu ərazidə məskunlaşması idi. Əvvəlki Manna hökmdarlarının ölkənin parçalanması-

nın qarşısını almaq və yaxın düşmən olan Urartunun hücumlarından qorunmaq üçün yürütdü-

yü Aşşurpərəst siyasi doktrinadan imtina edildi. Ola bilsin ki, Mannada hakim sülalə də dəyiş-

mişdir. Aşşur əleyhinə ümumxalq narazılığı ilə bağlı məsələdə İ. M. Dyakonovun və İ. H. Əli-

yevin mövqeləri (onların hər ikisi sinfi ziddiyyətləri başlıca səbəb kimi göstərirlər – R.Əliza-

də) bir o qədər ciddi əhəmiyyət kəsb etməsə də G.A.Melikişvilinin mülahizəsi daha maraqlı-

dır. Onun fikrincə  Aşşur  əleyhinə  narazılığa  “Manna  hökmdarlarının iskitlər və  kimmerlərlə 

ittifaqa aludəçiliyi” və sonuncuların Manna torpaqlarında məskunlaşması səbəb olmuşdur. A. 

Erzenə görə, I Rusanın II Sarqonla apardığı müharibədə məğlub olmasında kimmerlərin Urar-

tu üzərinə hücumları da rol oynamışdır [13, s. 36]. Keçmiş Sovet tarixşünaslığının ortaya qoy-

duğu araşdırmalardan biri də S. Qaşqayın “Manna dövləti” kitabıdır. Burada müəllif e.ə.650-ci 

il Manna üsyanı və onun səbəbləri haqqında heç bir fikir ortaya qoymadan öz monoqrafiyasını 

faktaloji  sitatlarla  bəzəmişdir  [14,  s.74-75].  Bu  bir  həqiqətdir  ki,  e.ə.VII  əsrin  ilk  rübündən 

başlayaraq yadelli ağalığına qarşı Manna – Midiya – İskit – Kimmer koalisiyası meydana gəl-


390                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

mişdir. Asarhaddon İskit-Manna ittifaqını pozmağa çalışsa da [13, s.38] İskit hökmdarı Barta-



tuaya bel bağlamaması qaynaqdan da açıq-aşkar görünür [15, s.268]. Azərbaycan-İskit koalisi-

yanın  yaranmasını  şərtləndirən  iki  başlıca  amil  var  idi:  Bunlardan  birincisi  ümumi  düşmənə 

qarşı mübarizə, ikincisi isə etnik mənşə baxımından yaxınlıq olmuşdur. Həm Qərb, həm keç-

miş Sovet, həm də  müasir Türkiyə urartuşünaslığında iskit məsələsinin daha çox işıqlandırıl-

ması  nə  ilə  bağlı  idi?  Şübhəsiz  ki,  bu  məsələnin  araşdırılmasını  zəruri  edən  bir  neçə  amillər 

vardı ki, bunların da başında Yaxın və Orta Şərqin qüdrətli imperiyalarına qalib gələn və onla-

ra yad olan zəngin bir mədəniyyətə sahib olan iskit tayfalarının yayılma arealını müəyyən et-

mək  dururdu.  Hurrilərdən  sonra  bölgənin  avtoxton  əhalisinə  ən  çox  qarışan  və  etnik-mədəni 

xüsusiyyətlərinə  görə  onlardan  çox  da  fərqlənməyən  güclü  və  sayca  çox  olan  növbəti  axın 

iskitlərin  adı  ilə  bağlı  idi.  Azərbaycanın  həm  şimal,  həm  də  cənub  bölgələrində  iskit  etnik 

ünsürünün  nüfuzunun  artması  müxtəlif  areallar  arasında  koordinasiyanı  şərtləndirən  başlıca 

amil olmuşdur. 

 E.ə.I  minilliyə  aid  yazılı  qaynaqlarda  öz  adları  ilə  tanınan  təkcə  iskitlər  deyildi.  XX 

əsrin əvvəlində Osmanlı dövlətinin erməni siyasətçilərinin adlandırdığı qondarma “soyqırım”ı 

əsrin sonunda həmin erməni siyasətçiləri Azərbaycan xalqının başına gətirdi. Dünənin tarixin-

dən təkcə bir faktı xatırlamaq kifayətdir ki, Cənubi Qafqazdakı rus hərbçilərindən böyük dəs-

tək  alan  erməni  terror  qrupları  Azərbaycan  Respublikasınan  Xocalı  yaşayış  məntəqəsini  yer 

üzündən silməklə insan nəslinin qənimi kəsildiklərini sübut etdilər. Erməni təbliğat maşını işə 

düşdü. Ermənilərin ən qədim zamanlardan Cənubi Qafqaz regionunda yaşadıqlarını sübut et-

mək  üçün  bir  sıra  qərəzli  yazarlar  nələr  etmədilər.  “Erməni  xalqının  tarixi”  hiredul  əzabı  ilə 

yazıldı. Bir sıra tarixçilərin iddia etdikləri kimi Cənubi Qafqaz ərazisində ən qədim siyasi qu-

ruluşlardan biri olan Urartu dövlətinin etnik mənsubiyyət baxımından ermənilərlə heç bir əla-

qəsi  yoxdur. Bunu arxeoloji, antropoloji və linqvistik dəlillər də açıq-aşkar təsdiq edir. E.ə. I 

minilliyin  ilk  yarısında  Cənubi  Qafqazın  böyük  bir  hissəsinin  Urartu  dövlətinin  tərkibində 

olması  məsələsi  Azərbaycan  və  Gürcüstan  respublikalarının  ərazisinin  bugünkü  Ermənistan 

hakimiyyəti altına keçməsi demək deyil. Digər tərəfdən acınacaqlı hal odur ki, məsələnin ma-

hiyyətini  anlamayan  bir  sıra  tədqiqatçılar  da  bu  məsələdə  erməni  dəyirmanına  su  tökməkdən 

başqa işə yaramırlar.  

E.ə.IX əsrin ikinci  yarısından etibarən Urartu  dövləti Yaxın və  Orta  Şərqdə hegemon-

luq uğrunda fəal mübarizəyə başlayır. Cənubi Qafqaza hücumlar da məhz bu dövrdən başlayır. 

Urartunun  həm  Assuriya,  həm  də  Qafqazın  kiçik  dövlət  qurumları  ilə  apardığı  müharibələr 

haqqında  mövcud  tarixşünaslıqda  müxtəlif  fikirlər  səslənmiş  və  bu  məsələyə  dair  fərqli 

baxışlar  ortaya  qoyulmuşdur.  Urartunun  hücumuna  məruz  qalan  ölkələr  içərisində  Etiúni  və 

Qu'albani mühüm yer tuturdu. 

KUR

etiúni//etiuhi e.ə. IX əsrin ikinci yarısından etibarən Azər-



baycanın  şimalında,  eləcə  də  bütün  Qafqazda  yaranmış  ilk  dövlət  qurumudur.  Urartu  qay-

naqlarında bu toponim əsasən Etiuhe/ne kimi işlənmişdir [16, s.14]. Cənubi Qafqazda Urartu 

qoşunlarının başlıca hücum hədəflərindən biri də məhz bu ölkə olmuşdur. Araz çayından şi-

malda  yerləşən bu ölkə haqqında Urartu  mixi  yazılı qaynaqlarında  daha çox  məlumat vardır. 

İšpuini və oğlu Menuanın birgə hakimiyyətdə olduqları dövrdən etibarən Etuini konfederasi-

yası ilə müharibələr aparılmış və xeyli sayda qənimət ələ keçirilmişdir. Menuanın dövrünə aid 

yazılardan məlum olur ki, Etiuni ölkəsi Cənubi Qafqazın kiçik bəylikləri içərisində ən böyüyü 

olmuşdur. Etiuni toponimi indiki Azərbaycan Respublikasında yaşayan qədim udinlərin adın-

dan götürülüb və “Udin ölkəsi” deməkdir. Qeyd edək ki, Menuanın atası İšpuini ilə birlikdə 

hakimiyyətdə olduqları dövrə aid yazıdan məlum olur ki, Etiuni ölkəsi kiçik bəyliklərin konfe-

derasiyası şəklində mövcud idi [7 (UKN) 20]: 


Ümummilli lider Heydər Əliyev – 

90                                                

391

 

Tarix və onun problemləri, № 2 2013 

 

(16)  

D

[hal-(di-ni ma-s)]i-ni  



GIS

šú-ri-e ↓  

(Tanrı Haldi öz nizəsi ilə) 

(17)  [(

m

ú-i-tè-ru-hi-ni]-e-



di

┐ 



↓  

(Uiteruhi,) 



(18)  [(

m

)]lu-šá-i-[(ni-e-di)]



 

↓  


(Luša və) 

(19)  [(

m

)]ka-tar-



za



-ni-[e-di]

 

↓  



(Katarza boylarına (tayfalarına) və) 

(20)  [

KUR


]e-ti-ú-h[(i-na-e)]-di-

LUGAL



[(

 MEŠ



-di)]

 

↓  



(Etiuhi Ölkəsi'nin hökmdarlarına qarşı səfərə çıxdı)  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Etiuninin tərkibinə ola bilsin ki, bir müddət bir neçə xırda siyasi birliklər, o cümlədən 

Qu'albani  ölkəsi  də  daxil  olmuşdur.  Əhalisi  orta  hesabla  250-300  mindən  çox  olan  Etiunidə 

A.Çilingiroğlunun  qeyd  etdiyi  kimi,  Urartunun  hücumlarına  məruz  qalan  digər  ölkələr  kimi 

yaxşı müdafiə olunmaq üçün qalalar inşa edilmişdir [3, s.32]. Etiuni müasir Azərbaycan Res-

publikasının qərb istiqamətində yerləşən daxili bölgələrini əhatə etmişdir. Onun paytaxt şəhəri 

olmuşdur. 

KUR

qu'albani Albaniya adının ilkin formasıdır. Urartu qaynaqlarında bu toponimin 



ilkin  forması  Qu'alba(ne)  kimi  işlənmişdir  [16,  s.68].  Dövrümüzə  qədər  gəlib  çatmış  Urartu 

mixiyazılı qaynaqlarında bu ölkənin adı yalnız bir yerdə çəkilir. Bu da II Sardurinin Van qala-

sında Xəzinə qapısı (Analıkız) kimi tanınan qayanın içərisində aşkar edilmiş 7 sütunlu yazılı 

kitabəsidir. Hazırda bu daş kitabə 6 böyük və 22-yə qədər kiçik hissələr halında Van muzeyin-



392                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

də saxlanılır. Şərqdə sol kitabə üzərində II Sarduri Mannanı ələ keçirdiyindən, cənub istiqamə-



tində olan arxa divardakı kitabədə isə Arquqiu böyunun ölkəsinə qarşı səfərə çıxmasından, o 

cümlədən Qu'albani ölkəsini ələ keçirməsindən bəhs edir. İlk öncə onu qeyd edək ki, Urartu 

hökmdarının  hərbi  səfərinin  Azərbaycanın  cənubundan  başlayıb  şimalında  başa  çatması  onu 

göstərir  ki,  bu  hadisələrin  baş  verdiyi  coğrafiya  tarixi  Azərbaycan  torpaqlarını  əhatə  edirdi. 

Yerli əhalinin bəhs olunan dövrdə Urartu hücumuna qarşı güclü müqavimət göstərə bilməmə-

sinin başlıca səbəbi isə həm Araz çayından şimalda (Cənubi Qafqazın kiçik bəylikləri), həm 

də cənubda (Urmiya gölü hövzəsində, Manna ərazisində)  mövcud  olan siyasi qurumların  va-

hid  cəbhədə  birləşməməsi  idi.  İ.İ.Meşşaninov  “Azərbaycanın  hüdudlarına  haldların  yürüşləri 

haqqında  ehtimal  olunan  məlumatlar”  adlı  məqaləsində  Alban  ölkəsinin  Etiuni  kollektivinə 

daxil olması fikrini müdafiə edir [17, s. 38]. Araz çayının şimalındakı kiçik bəyliklərin qrup-

laşmasını  konfederasiya  adlandırmaq  daha  məqsədə  uyğun  olar.  Yuxarıda  göstərilən  faktlar 

bir  daha  onu  göstərir  ki,  Qafqazda  ilk  dövlətlər  olan  Etiuni  və  Qu'albani  haqqında  yeganə 

yazılı qaynaqlar Urartu hökmdarlarının kitabələridir. 

 

ƏDƏBƏYYAT 

1. Kâzım Karabekir. Birinci Dünya Savaşı Anıları. İstanbul, Yapı Kredi Yayınları, 2011. 

2. Çilingiroğlu A. Urartu Tarihi. Ege Üniversitesi Edebiyat Fakültesi Yayınları No: 77, 

Bornova, 1994.  

3. Çilingiroğlu A. Urartu krallığı: Tarihi ve Sanatı. İzmir, 1997. 

4. Çilingiroğlu A. The History of the Kingdom of Van – Urartu. Van, “Van Eski eserleri, 

Müzeleri ve Turizmi Sevenler Derneği”, 1988. 

5. Schulz F. E. Mémoires sur le lac de Van et ses environs (Envoyé à Paris le 8 juin 1828) // 

“Journal Asiatique”, IX. Paris, 1840. 

6. HchI – König F. W. Handbuch der chaldischen Inschriften, “Archiv für Orientforschung”, 2 

vols., Beiheft 8. Graz: Selbstverlag Ernst Weidners, 1955-57. 

7. UKN – Меликишвили Г. А. Урартские клинообразные надписи. Москва, 

Издательство Академии Наук СССР, 1960.  

8. CTU – Salvini M. Corpus dei testi urartei. VIII, Voll. I–III, Roma, 2008. 

9. KUKN – Арутюнян Н. В. Корпус Урартских Клинообразных Надписей. 

Национальная Академия Наук Республики Армении. Институт Востоковедения, 

Издательство «Гитутжун», Ереван, 2001. 

10. van Loon M. N. Urartian Art: Its Distinctive Traits in the Light of New Excavations. 

Uitgaven van het Nederlands Historisch-Archaeologisch Instituut 20. Istanbul, 1966. 

11. Memiş E. İskit'lerin Tarihi. Konya, Selçuk Üniversitesi Basımevi, 1987. 

12. ARAB – Ancient Records of Assyria and Babylonia. By Ph.D. D.D.Luckenbill, Vol. II, 

Historical Records of Assyria, from Sargon to the end. Greenwood press publishers, New 

York, 1968. 

13. Erzen A. Doğu Anadolu ve Urartular. Ankara, Türk Tarih Kurumu Basımevi, 1992.  

14. Qaşqay S. Manna dövləti. Bakı, Azərnəşr, 1993. 

15. Yusifov Y. B. Qədim Şərq tarixi. Bakı Universiteti nəşriyyatı, 1993. 

16. Répertoire Géographique des Textes Cunéiformes IX. Geographical Names According to 

Urartian Texts. By Igor M. Diakonoff and S. M. Kashkai. Wiesbaden, Dr. Ludwig Reichert 

Verlag, 1981. 



Ümummilli lider Heydər Əliyev – 

90                                                

393

 

Tarix və onun problemləri, № 2 2013 

 

17.Мещанинов И. И. Предположительные сведения о движении халдов в пределы 



Азербайджана. – «Известия Азербайджанского Археологического Комитета», Вып. 2-й, 

Баку, 1926, стр. 33-39. 



 

РАМИН АЛИЗАДЕ 

Докторант Бакинского Государственного Университета  

 

ИСТОРИЧЕСКАЯ ГЕОГРАФИЯ АЗЕРБАЙДЖАНА ПО КЛИНОПИСНЫМ 

УРАРТСКИМ ИСТОЧНИКАМ В ПЕРВОЙ ПОЛОВИНЕ I ТЫСЯЧЕЛЕТИЯ ДО 

Н. Э. (КООРДИНАЦИЯ И ИМПЛИКАЦИЯ АРЕАЛОВ) 

 

В  статье  говорится  о  государствах,  формировавшихся  на  территории  Азербай-



джана в первой половине I тысячелетия до н.э. Экспансия таких сильных империй – как 

Ассирия и Урарту помешала этим государствам выйти на арену в виде единой полити-

ческой державы. Урартские клинописные источники дают нам полное представление об 

исторической географии Азербайджана. 

В конце совместного правления Менуа (810-786 до н.э.) с отцом Ишпуини Урарт-

ское  царство  уже  превратилось  в  одно  из  сильных  государств.  Сын  Менуа  урартский 

царь I Аргишти (786-764 до н.э.) во время прихода к власти восточные земли – нынеш-

ний  Северо-Западный  Иран  попал  под  влияние  своего  отца.  Выдающийся  турецский 

археолог  А.  Чилингироглы  отмечает,  что  во  времена  правления  I  Аргишти  урартское 

правительство хотя считалось сильным, однако, живущие вокруг озера Гекче северные 

племена в тринадцатый год его правления начали представлять опасность. В его анна-

лах говорится, что «в тот же год в область Етиу были нападения, он захватил область 

Катарза и продвинулся до области Ишкигулу». С прихода к власти II Сардури (764-735 

до н.э.) с севера и с  востока никакой опасности не наблюдалось. Даже во времена его 

правления  захватническая  политика  было  широко  распространено.  Главной  мишенью 

этих нападений была нынешняя территория Азербайджана. Цитадель Аналыкыз, посвя-

щенный военным походам II Сардури доказывает, что в середине IX века до н.э. исто-

рическую географию Азербайджана составляли государство Манна, расположенный на 

юге реки Аракс, на севере Конфедерация Этиуни и несколько мелких государственных 

объединений. Эти факты показывают, что при изучении древней истории Азербайджана 

лучше всего основываться на координацию ареалов и импликации контекстов.           

В Урартских клинообразных источниках встречаются названия населенных пунк-

тов  Карабаха,  являющийся  родиной  Азербайджанского  народа.  Гергер  (<=ур.клинооб. 

Гуркумели),  Шелли  (<=ур.клинооб.  Шилаини),  Шеленги  (<=ур.клинооб.  Шулуги), 

Арран (<=ур.клинооб. Ариаини), Албан (<=ур.клинооб. Ку'албани), Ути (<=ур.клинооб. 

Этиуни/Этиухи),  Эрги  (<=ур.клинооб.  Эрикуахи),  Хакери  (<=ур.клинооб.  Аргугиу), 

Липани  (<=ур.клинооб.  Луипруни)  и  другие  этнонимы  можно  привести  в  пример.  Та-

ким образом, по урартским клинообразным источникам становится ясно, что в первой 

половине  I  тысячелетия до н.э. на  территории, находящийся  между Восточной Анато-

лией и Азербайджаном о существовании истории государственности армянского народа 

никакой действительной гипотезы не может быть. 

 

 

 


394                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

 



RAMIN ALIZADEH 

Doctorant of Baku State University 

e-mail: raminalizadeh17@gmail.com  

 

HISTORICAL-GEOGRAPHY OF AZERBAIJAN ACCORDING 

TO URARTIAN INSCRIPTIONS AT THE FIRST HALF OF B.C. I MILLENIUM 

(COORDINATION AND IMPLICATION OF THE AREAS) 

  

In  the  article,  the  ancient  states  which  were  formed  in  Azerbaijan  at  the  first  half  of 

B.C.  I  millenium  are  mentioned.  Expansion  policy  of  the  strong  empires  like  Assyria  and 

Urartu  prevented  emergence  of  these  states  as  a  union  political  power.  Urartian  inscriptions 

give us great opportunity to make a point about historical-geography of Azerbaijan.  

When  Menua  (810-786  B.C.)  completed  acting  as  co-regent  with  his  father  Ishpuini, 

the  Urartian  Kingdom  had  already  been  established  on  strong  foundations.  It  seems  certain 

that  when  the  next  Urartian  king,  Argishti  I  (786-764  B.C.),  son  of  Menua,  descended  the 

throne, the eastern lands, namely north-west Iran, had already been secured by his father. To 

Turkish  archaeologist  A.  Çilingiroğlu,  although  the  Urartian  power  was  at  its  zenith  in  the 

time of Argishti, the northern tribes living around Lake  Gökçe  were able to cause problems 

towards the thirteenth  year of his reign (774  B.C.). According to his annals " in that  year he 

took  the  field  against  the  land  of  Etiu  (=Etiúni,  Northern  Azerbaijan  ||  region  around  Lake 

Gökçe), he conquered the land of Katarza and travelled as far as the Land Ishkigulu ". When 

Sarduri  II  (764-735  B.C.)  inherited  the  Urartian  throne  there  was  almost  no  threat  which 

would  have  possibly  come  from  the  north  and  east.  Even  as  of  the  period  of  Sarduri  II, 

expansion  policy  of  Urartu  had  been  increased.  Nowadays  territory  of  Azerbaijan  was  the 

main  target  of  these  attacks.  Analikiz  Citadel  which  is  talking  about  the  military  attacks  of 

king  Sarduri  II  could  be  taken  into  consideration  as  a  proof  that  in  the  middle  of  B.C.  IX 

century,  historical-geography  of  Azerbaijan  had  already  included  Manna  state  which  located 

in  the  south  of  Aras  river,  Etiuni  Confederation  –  located  in  north,  and  several  small 

principalities. These facts show that the approach to the ancient history of Azerbaijan from the 

context of the coordination and implication of these areas is more relevant.  

In  Urartian  inscriptions,  it  is  possible  to  come  across  the  names  which  are  showing 

similarity with the names of Karabakh settlements which are the motherland of Azeri people. 

Gerger  (<=ur.insc.  Qurkumeli),  Shelli  (<=ur.insc.  Shilaini),  Shelengi  (<=ur.insc.  Shulugi), 

Aran  (<=ur.insc.  Ariaini),  Alban  (<=ur.insc.  Qu'albani),  Uti  (<=ur.insc.  Etiúni/Etiuhi),  Ergi 

(<=ur.insc. Erikuahi), Hekeri (<=ur.insc. Arquqiu), Lipani (<=ur.insc. Luipruni) and this kind 

of  other  ethnonyms  can  be  shown  as  an  example.  Thus,  it  reveals  from  the  Urartian 

inscriptions that it is impossible to claim hypothesis about statism history of Armenian people 

between the lands of Eastern Anatolia and Azerbaijan.                

 

 



Rəyçilər:t.f.d. R.Aslanov, t.e.d. S.T.Hacıyev 

BDU-nun Tarix fakültəsinin “Asiya və Afrika ölkələri tarixi” kafedrasının 11 oktyabr 2012-ci 

il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol № 01)

 





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə