Dekabrın
6-da
Bakıda
Azərbaycan
Kardiologiya
Cəmiyyətinin III milli konqresi
öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, konqre-
sin işində Azərbaycanın müxtəlif
bölgələrindən 1500-dən artıq
tibb işçisi, o cümlədən dünyanın
15-dən çox ölkəsinin tanınmış
kardioloq və kardiocərrahları iş-
tirak edirlər.
Azərbaycan
Kardiologiya
Cəmiyyətinin sədri Firdovsi İb-
rahimov diqqətə çatdırıb ki, belə
mühüm tədbirlərin ölkəmizdə
reallaşması ümummilli lideri-
miz Heydər Əliyevin əsasını qoyduğu
səhiyyə siyasətinin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsinin
məntiqi nəticəsidir.
Respublikamızda kardiologiya və ürək-
damar cərrahiyyəsinin məhz ümummilli li-
derimizin şəxsi təşəbbüsü əsasında sürətli
inkişaf yoluna qədəm qoyduğunu deyən
F. İbrahimov məlumat verib ki, konqresdə
yerli mütəxəssislərin 75, xarici kardio-
loqların isə 25 məruzəsi dinləniləcəkdir.
Artıq paralel olaraq dörd zalda kardi-
ologiyanın müxtəlif problemlərinə dair
müzakirələr gedir. Məqsəd Azərbaycanda
kardiologiyanın və ürək-damar
cərrahiyyəsinin inkişafına töhfə
vermək, əcnəbi mütəxəssislərlə
birgə fikir mübadiləsi aparmaq
və tibb elminin bu sahədəki son
yeniliklərini müzakirə etməkdir.
Azərbaycan
Kardiologiya
Cəmiyyətinin sədri onu da qeyd
edib ki, hazırda dünyada ölüm
hallarının 50 faizdən çoxu ürək-
damar xəstəlikləri ilə əlaqədardır.
Buna görə ölkəmizdə kardiologiya
sahəsinə xüsusi diqqət yetirilir.
Artıq ürək-damar xəstəliyindən
dünyasını dəyişən insanların sayı
azalmaqdadır.
Azərbaycanda
səhiyyənin bu sahəsində çox böyük inkişaf
müşahidə olunur. Xarici mütəxəssislərlə
də tez-tez müzakirələr apararaq bu
sahənin daha da inkişaf etdirilməsinə
çalışırıq. Konqresdə kardiologiya və
ürək cərrahiyyəsindəki ən mübahisəli
problemlərə də toxunulacaqdır.
Konqres öz işini dekabrın 7-də yekunlaş-
dırıb.
u
Dostları ilə paylaş: |