“Dünyada ağciyər nəqli” mövzusunda konfrans keçirilib


“TƏBİB” CANLI YAYINDA KONSİLİUM TƏŞKİL OLUNUR



Yüklə 9,95 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix02.01.2022
ölçüsü9,95 Mb.
#1385
1   ...   9   10   11   12   13   14   15   16   ...   22
“TƏBİB”

CANLI YAYINDA KONSİLİUM TƏŞKİL OLUNUR


http://www.amu.edu.az

15 dekabr 2014-ъц ил

6

u

 



  

Bakıda 

Silahlı 

Qüvvələrin 

Baş Klinik 

Hospitalında 

həkimlər 

dünyada ilk 

nadir əməliyyat 

keçiriblər.

AzərTAc xəbər verir ki, bu barədə 

Baş Klinik Hospitalın Ürək-Damar 

Mərkəzinin rəisi, həkim-mütəxəssis 

Anar Əmrah dekabrın 4-də keçirdiyi 

mətbuat konfransında məlumat verib.

Anar Əmrah bildirib ki, kəskin mi-

okard infarktı ilə bu il noyabrın 15-də 

müraciət etmiş 51 yaşlı Şahin Qur-

banov təcili angioqrafiya nəticəsində 

ektazik - yəni genişlənmiş tac ana 

damarın tamamən trombla tutulması 

aşkar edilib. Xəstəyə ənənəvi metod-

larla balon müdaxiləsi və trombolitik 

damarların tətbiqinə baxmayaraq 

nəticə əldə olunmadı. Xəstənin 

damarının genişliyi normadan 6 dəfə 

artıq idi. Böyük damarlardakı trombu 

əritmək üçün tətbiq edilən kateterlə 

gücləndirilmiş ultrasəs dalğaları ilə 

trombolizis bu xəstəyə uyğun olduğu 

üçün dünyada ilk dəfə tac arteriyası-

na tətbiq etdik və uğurlu nəticə əldə 

etdik. On iki saatlıq müalicədən sonra 

damarlara təkrar angioqrafiya ilə ba-

xıldı və tromb ilə tutulmuş damarların 

tamamilə açılması görüldü. Klinik 

olaraq xəstədə sürətli yaxşılaşma 

müşahidə edildi və kafi vəziyyətdə 

evinə yazıldı. Çox sevindirici haldır 

ki, bu uğurlu nəticəyə dünyada ilk 

dəfə azərbaycanlı hərbi həkimlər nail 

olublar.

Anar Əmrah deyib ki, 

Azərbaycanda ilk dəfə Silahlı 

Qüvvələrin Baş Klinik Hospitalının 

Ürək-Damar Mərkəzində noyab-

rın 8-də həyata keçirilən digər bir 

əməliyyat 73 yaşlı xəstə üzərində 

aparılıb. Aorta qapağının darlığı ilə 

ürəyinin atım fraksiyası 25 faiz olan 

xəstədə anesteziya verilmədən bud 

arteriyasından girilərək kateter ilə 

döş qəfəsi açılmadan aorta qapağının 

yerləşdirilməsi həyata keçirildi. Apa-

rılan uğurlu əməliyyatdan sonra xəstə 

kafi vəziyyətdə evə yazılıb.

Həkim-mütəxəssis deyib: “Bu gün 

əminliklə deyə bilərik ki, Silahlı 

Qüvvələrin Baş Klinik Hospitalı tibbi 

təminatı və kadrları ilə xəstələrə və 

yaralılara ən yüksək səviyyədə tibbi 

yardım göstərmək iqtidarındadır. Bizə 

bu imkanları yaratdığına görə Silahlı 

Qüvvələrin Ali Baş Komandanı, 

Prezident İlham Əliyevə və müdafiə 

nazirinə dərin minnətdarlığımızı 

bildiririk”.

Əməliyyatdan sonra özünü yaxşı 

hiss etdiyini söyləyən xəstə Şahin 

Qurbanov Azərbaycanda səhiyyənin 

inkişafına göstərdiyi diqqət və 

qayğıya görə dövlətimizin başçısına 

təşəkkürünü bildirib.




Yüklə 9,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin