“Dünyada ağciyər nəqli” mövzusunda konfrans keçirilib


ERASMUS MUNDUS layihələri üzrə



Yüklə 9,95 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix02.01.2022
ölçüsü9,95 Mb.
#1385
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
ERASMUS MUNDUS layihələri üzrə 

informasiya günü keçirilib


15 dekabr 2014-ъц ил

http://www.amu.edu.az

5

Dekabrın  4-də  ATU-nun 

Tədris  Terapevtik  Klinikası-

nın  tibbi  şurasının  növbəti 

yığıncağı keçirilib. Klinikanın 

direktoru,  professor  Surxay 

Musayev  yığıncağı  açaraq 

gündəlikdə  duran  məsələləri 

diqqətə  çatdırıb  və  univer-

sitetin  rektoru,  akademik 

Əhliman 

Əmiraslanovun 

tələbələrlə  görüşünün  yeku-

nu barədə məlumat verib.   

Bildirib 

ki, 

kafedra 


müdirlərinin  də  iştirak  etdi-

yi  görüşdə  ciddi  məsələlərə 

toxunulub:  “Bütün  istehsa-

lat  müşavirələri  başa  çatan-

dan  sonra  hörmətli  rektoru-

muz  tələbələrlə  görüşməyin 

zəruriliyini 

önə 


çəkərək 

tələbələrin  problemləri  ilə 

yaxından 

maraqlanma-

ğı  tövsiyə  etdi.    Deyim  ki, 

500  nəfərlik  zala  toplanan 

tələbələr  rektorun,    dekan-

ların  və  kafedra  müdirlərinin 

qarşısında 

öz 


təkliflərini 

verdilər,  dərslikdən  tutmuş 

dərslərin keçirilməsinə qədər 

bir  çox  məsələlərə  tənqidi 

münasibətlərini 

bildirdilər. 

Xüsusilə,  dərsliklərin  bö-

yük    həcmli  yazılmasından 

şikayətlənən  tələbələr    bəzi 

müəllimlərin 

apardıqları 

dərslərin  keyfiyyətindən  də 

narazıdırlar”. 

S.Musayev rektorla görüşdə 

tələbələrin 

səsləndirdiyi 

məsələləri    daim  gündəmdə 

saxlamağın, 

şikayət 

və 


təkliflərin  dərhal  həllinə  nail 

olmağın  vacibliyini  vurğula-

yıb.

Yığıncaqda  klinikanın  aylıq 



fəaliyyətinin  yekunları  haq-

qında  klinikanın  baş  həkimi, 

dosent  Ramin  Bayramlının 

hesabatı  da  dinlənilib.  Baş 

həkim  əsas  diqqəti  2013-

cü  illə  müqayisədə  qaza-

nılan  uğurlara  yönəldib.  O, 

hesabatını  əsasən  statis-

tik  rəqəmlər  üzərində  qu-

raraq 


paralellər 

aparıb, 


göstəricilərin  nəzərə  çarpa-

caq  dərəcədə  yüksəldiyini 

slaydlar  vasitəsilə  nüma-

yiş  etdirib.  Hesabatda  qeyd 

olunub  ki,  bu  ilin  noyabr  ayı 

ərzində  klinikaya  566  nəfər 

daxil olub, 533 nəfər isə çxıb. 

Ən  çox  xəstə  terapiya  (249 

nəfər  daxil  olub,  261  nəfər 

çıxıb),  pediatriya  (104  nəfər 

daxil  olub,  106  nəfər  çıxıb)  

yönümlü  şöbələrdə  və  en-

dokrinologiya 

bölməsində 

(71 nəfər daxil olub, 49 nəfər 

çıxıb)  qeydə  alınıb.  Bu  il  kli-

nikaya  daxil  olan  xəstələrin 

sayı  2012-ci  illə  müqayisədə 

37,5  %,  2013-cü  ilin  müva-

fiq  dövrü  ilə  müqayisədə 

isə  19,3  %  artıb.  Hesabat-

da  klinikanın  bölmələri  üzrə 

daxil  olan  xəstələr,  onla-

rın  xəstəliklərinin  profilləri 

barədə də ətraflı məlumat yer 

alıb. 


Bundan  sonra  klinikanın 

Ürək-Damar 

Mərkəzinin 

rəhbəri Fərid Əliyev mərkəzin 

bir  illik  fəaliyyəti  haqqın-

da  yığıncaq  iştirakçılarını 

məlumatlandıraraq  yeniliklər, 

əldə  edilən  uğurlar,  elmi 

nailiyyətlər və gələcək planlar 

barədə  danışıb.  Ümumilikdə 

bu  bir  il  ərzində  mərkəzdə 

1500-ə  yaxın  xəstəyə  tib-

bi  xidmət  göstərildiyini  de-

yib:  “Bir  il  ərzində  mərkəzdə 

xeyli  sayda  xəstə  stasionar 

şəraitdə  müalicə  olunub. 

Xəstələrə  transtorakal  və 

tranezofaqeal 

exokardio-

qrafiya,  EKQ  müayinə  tətbiq 

edilib.  Bu  müddətdə  29 

nəfərdə  ürəkdaxili  defibrilya-

tor,  1  nəfərdə  anadangəlmə 

ürəkdaxili  qüsurların  qapalı 

yolla  bağlanması  əməliyyatı 

həyata  keçirilib.  Gələcəkdə 

mərkəzdə  kardioreanimasiya 

şöbəsinin qurulması, üçölçü-

lü  exokardioqrafiyanın  apa-

rılması,  üçölçülü  xəritələmə 

sisteminin  tətbiqi  və  digər 

yeniliklər nəzərdə tutulur”.

 O, kardioloji stasionarın qu-

rulması  və  lazımi  avadanlıq-

larla  təciz  edilməsini  müsbət 

hal 


kimi 

dəyərləndirərək 

angioqrafiya 

bölməsinin 

yenidən  qurulması,  elekt-

rofiziologiya  bölməsinin  və 

poliklinika  şöbəsinin  daha 

funksional və təchizatlı duru-

ma gətirilməsi barədə də top-

lantı iştirakçılarına ətraflı bilgi 

verib.  Eyni  zamanda  xəstə 

təqiblərinin  yaxşılaşdırılması, 

xəstə  məmnuniyyət  forma-

larının  hazırlanıb  xəstələrin 

istəklərinin  nəzərə  alınma-

sı  və  bölüm  daxili  nəzəri  və 

praktiki  tədrisin  yaxşılaşdırıl-

masından söhbət açıb. Bildi-

rib  ki,  həkim-rezidentlərin  və 

tələbələrin  təcrübi  vərdişlərə 

yiyələnmələri  üçün  də  şərait 

yaradılıb.  Sevindirici  haldır 

ki,  həkim-rezidentlər  artıq 

bir  çox  prosedurları  sərbəst 

şəkildə icra edə bilirlər.

Mərkəzdə  koronar  angio-

qrafiya, 

koronar 


angio-

plastika  və  stent  implantasi-

yası,  periferik  angioqrafiya, 

müvəqqəti  kardiostimulyator 

implantasiyası, bir və iki boş-

luqlu  kardiostimulyatorların 

yerləşdirilməsindən 

bəhs 


edən  F.Əliyev    periferik  an-

gioplastika  və  stent  implan-

tasiyasının  da  uğurla  həyata 

keçirildiyini vurğulayıb.

Onu  da  qeyd  edib  ki,  ATU-

nun Ürək-Damar Mərkəzi Av-

ropa  Kardiologiya  Cəmiyyəti 

ilə  sıx  əməkdaşlıq  qur-

mağı  bacarıb.  Mərkəz  bu 

beynəlxalq  şəbəkənin  həm 

təhsil  komitəsi,  həm  də 

rəhbər  tövsiyə  komitəsinə 

üzv  qəbul  edilib.  Mərkəz 

əməkdaşlarının 

məqalələri 

beynəlxalq  və  yerli  jurnallar-

da dərc olunub.

Doktor-uzmanlar    Elnur 

İsayev,  Fuad  Səmədovun 

yüksək 


peşəkarlıqlarına 

güvəndiklərini  deyən  mərkə-

zin  rəhbəri  rezidentlərin  və 

digər  tibbi  personalın    da 

fəaliyyətindən  razı  qaldığını 

söyləyərək  bildirib  ki,  ATU-

nun  Tədris  Terapevtik  Klini-

kasının Ürək Damar Mərkəzi 

ölkəmizdə ürək-damar xəstə-

likləri  prosedurlarının  tama-

mını  bir  arada  edən  yeganə 

mərkəzdir.

Klinikanın 

vaksinasiya 

xidməti  barədə  isə  Mədinə 

Hacıyeva məlumat verib. 

Tibbi  şuranın  yığıncağında 

bəzi həkimlər tərəfindən am-

bulator qəbul kartlarının vax-

tında    işlənməməsi  barədə 

iradlar da səslənib.


Yüklə 9,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin