A.KAMRANOĞLU
Ürək-damar xəstəlikləri prosedurlarının
tamamını bir arada edən mərkəz
T i b b i ş u r a n i n y i ğ i n c a ğ i n d a
ATU
-nun Tədris Terapevdik Klinikasında
hematologiya şöbəsi və Türkiyə İstanbul
“Florence Nightingale” Xəstəxanası Hematologiya
və Sümük iliyi Transplantasiyası Mərkəzi arasında
həftəlik telekörpü vasitəsi ilə canlı yayında
konsilium təşkil olunur.
Bu barədə qəzetimizə şöbənin müdiri Valeh
Hüseynov məlumat verib: “Konsilium Türkiyədəki
mərkəzin hematologiya şöbəsinin rəhbəri, pro-
fessor Mutlu Arat və Tədris Terapevdik Klinikanın
hematologiya şöbəsinin həkimləri
tərəfindən aparılır. Konsilium za-
manı hər iki mərkəzdə həftəlik
müraciət edən və stasionarda
müalicə alan xəstələrin müayinə
və müalicə nəticələri müzakirə
olunur. Beləliklə, xəstələrə ən mü-
asir səviyyədə və standartlara uy-
ğun müayinə və müalicə taktikası
seçilir.
Gələcəkdə bu tipli konsilium-
ların daha genış tərkibdə, pato-
loq və morfoloqların da iştirakı
ilə aparılması planlaşdırılır ki,
bu da universitetimizdə fəaliyyət
göstərən hematologiya və yaxın
zamanda açılması planlaşdırı-
lan sümük iliyi transplantasiyası
şöbələrinin inkişafına ciddi təkan
verəcəkdir.”
Dostları ilə paylaş: |