Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan
qəzetdə («Təbib» qəzeti, 15 dekabr 2014-cü il) dərc olunduğu gündən 30 gün
keçənədəkdir. Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı
ünvana təqdim edilməlidir:
Bakı şəhəri- Az 1007, Bakıxanov küçəsi 23. Telefon: 597-43-23
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
ÊÀ ÔÅÄ RÀ ËÀR ÜZRƏ
ÀŞÀ ĞÛ ÄÀ ÊÛ ÉÅRËƏRİ ÒÓÒÌÀà Ü×ÜN
ÌÜÑÀ ÁÈÃß ÅËÀN ÅÄÈR
Elektron poçtun tez-tez
yoxlanılmasının səbəbi
stress və psixi pozuntulardır
u
Tasmaniya Universitetinin
mütəxəssisləri dövlət qulluğunda
çalışan 3367 işçi arasında sorğu apa-
rıblar. Bir ay çəkən tədqiqat zamanı narahatlıq
və depressiya hallarının səviyyəsi araşdırılıb.
Bundan əlavə, könüllülər fiziki işin miqdarını və
işdən məmnunluq dərəcəsini müşahidə ediblər.
AzərTAc xəbər verir ki, bu məlumatları “Psych
Central” nəşri təqdim edib.
Məlum olub ki, oturaq həyat tərzi və bir yerdə
oturub işləmək insanın psixi vəziyyətinə mənfi
təsir göstərir. Gün ərzində kompyuter qabağında
altı saatdan çox oturan insanlarda ruh düşkün-
lüyünün və narahatlıq hissinin səviyyəsi yüksək
olur.
Tədqiqat zamanı kişilərin hər biri hər gün iş
yerində təqribən beş saat, qadınlar
isə dörd saat
vaxt keçiriblər. Depressiya ilə bədənin statik
vəziyyəti arasında əlaqə qadınlar arasında daha
çox hiss olunub.
Qeyd edək ki, gün ərzində yığılan gərginlikdən
yaxa qurtarmağa hətta idman zalına getmək də
kömək etməyib. Alimlər arada özünə fasilə verib,
elə iş yerindəcə sadə gimnastika hərəkətləri
etməyi məsləhət görürlər. Bunun üçün hətta xüsu-
si “ofis” proqramları da mövcuddur.
u
Sitrus meyvələr orqanizmə faydalıdır.
Portağal şirəsində külli miqdarda C
və D vitaminləri var. Bundan əlavə,
portağal və onun şirəsi insanın həzm siste-
mini fəallaşdırır, immuniteti möhkəmləndirir,
hüceyrələri oksidləşmə reaksiyalarından və qocal-
madan müdafiə edir.
Bununla belə, həkimlər portağal şirəsinin insa-
na faydasını tam dəyərləndirə bilmirlər. AzərTAc
xarici KİV-lərə istinadla xəbər verir ki, İspaniya-
nın Qranada Universitetinin ekspertləri müəyyən
ediblər ki,
portağalın
antioksidant
xüsusiyyətləri
güman
edildiyindən
10 dəfə çox-
dur.
Amma hər halda azyaşlı uşaqlara portağal və
onun şirəsini vermək məsləhət deyil. Hamilə qa-
dınlar və süd verən analar da özlərini bu potensial
allergendən qorumalıdırlar.
Oturaq iş insanın psixi vəziyyətinə pis təsir
göstərir
Portağalın antioksidant xüsusiyyətləri güman
edildiyindən 10 dəfə çoxdur