Microsoft Word e-Xidmet 06 Pensiya vT. doc



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix28.12.2021
ölçüsü1,87 Mb.
#17008
  1   2   3   4


:


Elektron xidmət qismən avtomatlaşdırılmışdır. 

 

1.7. Elektron xidmətin icra müddəti:  



1-10 gün 

 

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:  



Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün.  

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi 

  

2.1. Elektron xidmətin növü: 



İnteraktiv. 

  

2.2. Elektron xidmət üzrə ödəniş:  



 a) ödənişsiz  



 b) ödənişli 

 

2.3. Elektron xidmətin istifadəçiləri: 



Fiziki şəxslər. 

  

2.4. Elektron xidmətin təqdim olunma yeri: 



https://www.ehdis.az 

  

2.5. Elektron xidmət barədə məlumatlandırma: 



http://www.sspf.gov.az/eservices (http://www.dsmf.gov.az/eservices)  

email:  info@sspf.gov.az 

tel.: 

190  

 

 



2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma 

forması: 



Yaşa görə pensiya növü üzrə: 

-  Ərizə (Reqlamentə 1 nömrəli Əlavə); 

-  Pensiya təyin edilməsi üçün müraciət edən şəxsin  yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); 

-  Ümumi iş (sosial sığorta)  stajını təsdiq edən sənədlər. 



Bundan başqa zəruri hallarda aşağıdakı sənədlər təqdim olunmalıdır: 

 Uuşaqların doğulması (o cümlədən sağlamlıq imkanları məhdud uşağın) və onların 8 yaşadək    tərbiyə 

olunmaları haqqında arayış; 

-  Atanın  5  və  daha  çox  uşağı  növbəti  nikah  bağlamadan  təkbaşına  8  yaşınadək  tərbiyə  etməsinə 



dair arayış; 

-  Ərizəçinin  vəfat  etmiş  ananın  uşağını  təzə  ailədə  8  yaşına  çatanadək  faktiki  tərbiyə  etməsini 



təsdiq edən sənəd; 

-  -Ərizəçinin  “Əmək  pensiyaları  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  19-cu 



maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən 

sənədlər  


Əlilliyə görə pensiya növü üzrə: 

-  Ərizə (Reqlamentə 1 nömrəli Əlavə); 

-  Pensiya təyin edilməsi üçün müraciət edən şəxsin  yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); 

-  Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər; 

-  Tibbi-Sosial  Ekspert  Komissiyasının  əlilliyi  (sağlamlıq  imkanlarının  məhdudluğunu)  təsdiq 

edən müayinə aktından çıxarış; 

-  Müddətli  hərbi  xidmətdə  olan  hərbi  qulluqçuya  əlilliyə  görə  pensiya  təyin  edilməsi  barədə 



ərizəyə  hərbi  qulluqçunu  hərbi  uçotdan  çıxarmış  hərbi  komissarlıq  tərəfindən  təsdiq  edilən  və 

verilən xəstəlik haqqında şəhadətnamənin surəti və ya hərbi-tibbi komissiyanın arayışı; 

-  Əlillik hərbi qulluqdan buraxıldıqdan sonra baş vermişdirsə, xəstəlik haqqında şəhadətnamənin 



surəti əvəzinə hərbi qulluq keçmək haqqında hərbi komissarlıq tərəfindən verilən arayış. 

Bundan başqa zəruri hallarda aşağıdakı sənədlər də təqdim olunur: 

-  Ərizəçinin  “Əmək  pensiyaları  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  19-cu 



maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən 

sənədlər. 

 

Ailə başçısını itirməyə görə pensiya  növü üzrə: 

-  Ərizə (Reqlamentə 1 nömrəli Əlavə); 

-  Pensiya təyin edilməsi üçün müraciət edən şəxsin  yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); 

-  Ailə üzvlərinin vəfat etmiş  ailə başçısı ilə qohumluq münasibətlərini təsdiq edən sənəd; 

-  Ailə  başçısının  ölümü  barədə  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatını  aparan 

orqanın  şəhadətnaməsi və ya onun itkin düşməsini təsdiq edən sənəd; 

-  Ailə başçısının yaşı barədə sənəd (əgər ölüm şəhadətnaməsində yaş göstərilməmişdirsə); 

-  Vəfat etmiş (həlak olmuş)  ailə başçısının ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənəd. 

Bundan başqa zəruri hallarda aşağıdakı sənədlər də əlavə olunur: 

-  Yaşı 18-dən 23-ə qədər olan ailə üzvlərinin təhsil müəssisələrinin əyani şöbəsində oxuduqlarını 



təsdiq edən sənəd; 

-  Vəfat  edənin  8  yaşına  çatmamış  uşaqlarına,  qardaşlarına,  bacılarına  və  ya  nəvələrinə  qulluq 



edən  ata  (ana),  ər  (arvad),  baba,  nənə,  qardaş  və  bacının  işləmədiyi  barədə  yaşayış  yerindən 

arayış; 

-   Müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ailələrinə pensiya təyin edilməsi üçün verilən 



ərizəyə  hərbi  hissədən  və  ya  rayon  (şəhər)  hərbi  komissarlığından,  Azərbaycan  Respublikası 

Müdafiə Nazirliyinin müvafiq idarə və müəssisəsindən hərbi qulluqçunun ölüm faktını, eləcə də 

ölüm tarixi və səbəbini təsdiq edən və ya hərbi qulluqçunun itkin düşdüyü barədə  sənəd; 

-  Ailə başçısı hərbi qulluqdan buraxıldıqdan 3 ay keçəndən sonra vəfat etmişdirsə və onun ölümü 



hərbi qulluq dövründə alınmış yaralanma, kontuziya və ya xəstəlik nəticəsində baş vermişdirsə, 

bu barədə tibbi-sosial ekspert komissiyasının  rəyi; 

-  Ərizəçinin  “Əmək  pensiyaları  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  19-cu 



maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən 

sənədlər. 

Qeyd: Bütün təqdim olunan sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır. 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin