Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni



Yüklə 93,9 Kb.
səhifə1/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
  1   2   3   4   5   6   7   8   9   ...   51
Sosial psixologiya (1)


Sosial psixologiya


  1. Psixi həyatın sosial kökləri: interpsixika fenomeni

Müasir dövrdə insan öyrənən 200-ə qədər elm sahəsi vardır. Başqa sözlə, insan müxtəlif elmlərin tədqiqat obyektidir. İnsanın psixi həyatı sosial xarakter daşıyır. Psixi həyatın sosial kökləri interpsixika ilə bağlıdır. Həmin fakt istər ümumi psixologiya üçün, istərsə də yaş psixologiyasından tutmuş əmək psixologiyasına qədər psixologiyaelminin, demək olar, bütün sahəələri üçün fundomental əhəmiyyətə malikdir.Əzbər- L.Vıqotski bu cəhəti izah edərək göstərirdi ki, uşağın mədəni inkişafında hər bir funksiya iki dəfə, iki planda (sosial, psixoloji), əvvəlcə insanlar arasında interpsixi, sonra isə uşağın daxilində intarpsixi kateqoriya kimi meydana çıxır. əvvəlcə ana (və ya nənə, yaşlı adam və s.) balaca uşağın diqqətini müəyyən bir cismə cəlb edir. O, əli ilə həmin cismi göstərərək qeyd edir: gör nə qəşəng uşaqdır. Uşaq ananın göstərdiyi istiqamətdə quşa baxır. Bu şəraitdə diqqət ana ilə uşaq arasında bölünmüş funksiya- interpsixi funksiya kimi meydana cıxır. Tədricən o, daxili prosesə, yəni, intarpsixi funksiyaya-uşağın özünəməxsus daxili funksiyasına çevrilir.
İnterpsixika fenomeni sosial-psixoloji baxımından xüsusi əhəmiyyətə malikdir. Hər bir insanın mürəkkəb və təzadlı bir aləmi - insanlar aləmi var. Hər bir adam min bir görünməz tellə başqa adamlarla əlaqədardır. Bu əlaqələr nəinki birbaşa, həm də dolayı, yaxud vasitəli xarakter daşıyır.
Sosial psixologiya belə bir fundamental fakta istinad edir ki, rabitə və münasibətlərə girərkən onun davranış və rəftarında fərd (tək adam) üçün səciyyəvi olmayan xüsusiyyətlər əmələ gəlir. Məsələn, iki adamın qarşılıqlı təsiri şəraitində özünənəzarət proseslərinin xarakteri köklü surətdə dəyişir və onlar intensiv surətdə inkişaf etməyə başlayırlar (B.F.Lomov 280). Sosial psixologiya – olduqca müxtəlif və çoxcəhətli olan bu faktları sistemli təhlil edir.

  1. Sosial psixologiyada statistik (riyazi) metodların tətbiqi və sosial-psixoloji tədqiqatların etik problemləri

Sosial psixologiya empirik elmdir və müxtəlif tədqiqat metodlarından uğurla istifadə edir. Bu metodlardan bəzisi əsas, bir qismi köməkçi metodlardır. Köməkçi metodların bir qayda olaraq, əsas metodlarla qarşılıqlı əlaqədə tətbiq olunur.
Riyazi psixologiya XX ərsdə psixologiya elminin bir sahəsi kimi formalaşmağa başlasa da, statistik metodlar qısa müddət ərzində psixologiya elminin bir çox sahələrinə nüfuz etdi. Elmşünasların proqnozlarına görə, əsrin sonuna doğru psixologiya elminin bütün sahələri riyaziləşəcəkdir, yəni, riyaziyyat, bütünlüklə və tamamilə onun ətinə və iliyinə hopacaqdır. Bu,psixologiya elminin inkişafında yeni keyfiyyət dəyişiklikləri ilə əlamətdar olacaqdır.
Riyazi metodlar sosial psixologiyada,xüsusilə bir sıra problemlərin həllinə müvəfiqiyyətlə tətbiq edilir. Bəzi sosial psixoloji problemlər( məsələn, qrupda sosial-psixoloji proseslərin dinamik qanunauyğunluqları və s) də vardır ki, onları ətraflə öyrənmək üçün riyazi metodların tətbiqi zəruridir.
Sosial psixoloji proseslər mürəkkəb və çoxcəhətlidir. Sosial psixologiyada elə problem mövcüddur ki,onları hal-hazırda riyazi metodlarla həll etmək mümkün deyildir. ( sosial psixologiyanın problemləri üçün adevkat riyazi aparat işlənildikcə həmin problemlərin miqdarı da azalır).
Psixoloji tətqiqatlar göstərir ki,riyaziləşməkdən ötrü problemin özü yetişməlidir, yəni bunun üçün aşağıdakı şərtlər zəruridir.
a) müvafiq fonomen sahəsində kifayət qədər dəqiq və məzmunlu nəzəri konsepsiya olmalıdır;
b) Elə bir "emprik baza" olmalıdır ki, o, nəzəriyyəni yoxlamağa imkan verə bilsin;
c) Relevant kəmiyyətləri ölçmək üçün adekvat metodlar olmalıdır;
d) Müvafiq fenomeni formalaşdırmaq ikanı verən riyazi sxemlər işlədilməlidir.
Beləliklə də, aydın olur ki, psixologiyada riyazi metodların müvəffəqiyyətlə tətbiqi adekvat metodların işləmməsindən və sosial-psixologiji nəzəriyyənin özünün inkişaf səviyyəsindən asılıdır.
b) Sosial psixoloji tətqiqatlarda insan münasibətləri açıqlanır və bu kökdə də bilavasitə müxtəlif etik probləmlər meydana çıxır. Tədqiqat prosesində bu etik problemləri necə nəzərə almaq olar. Bu yönümlü metodoloji məsələlər sosial psixologiyanın inkişafının müəyyən mərhələsində önəmli əhəmiyyət kəsb etmiş, sosial psixoloji ədəbiyyatda müxtəlif aspektlərdə müzakirə olunmuşdur..
Hətta sosial-psixoloji tədqiqatlarda iştirak edən şəxsləri müdafiə etmək məramı ilə prosedurlar müəyyən edildi və sosial-psixoloji etik prinsipləri açılandı.Bu prinsiplərə görə, sosial-psixoloq imkan dairəsində elə etməlidir ki,tədqiqatda iştirak edən adamlara xətər yetirilməsin. Tədqiqatı planlaşdırarkən psixoloq onun etik cəhətdən nə qədər müyəssər olmasını qiymətləndirməlidir. Eksperiment keçirilməmişdən əvvəl eksperimentdə iştirak edən şəxslərin onun prosedurası ilə tanış etmək lazımdır.
Eksperimentin etik məsələləri ,şübhəsiz ki, ancaq onun bir tərəfini təşkil edir. Onun ikinci, həm də, görünür, başlıca tərəfi elmi strategiyası ilə bağlıdır. Bu elmi strategiya eksperimentin psixoloji sirridir. Onu ancaq psixoloqun özü bilir və bu sirri eksperimentdə iştirak edənlərə açıqlamır.Əgər eksperimentin elmi strategiyası onun iştirakçılarına açıqlansa, bu istər-istəməz eksperimentin nəticəslərinə mənfi təsir göstərə bilər.
Sosial psixoloq eksperimentin etik cəhətlərini zəruri surətdə nəzərə alaraq, ancaq elmi strategiyasının mahiyyətini açıqlamır. Lakin mövcüd (etik ) qaydalara görə eksperimentçi eksperiment qurtardıqdan sonra onun iştirakçıları ilə intervyu keçirir, eksperimentin məqsədini və nəticələrini onlara aydınlaşdırır.
Beləlikdə aydın olur ki ,sosial psixologiya insanın sosiumda davranışının psixoloji qanunlarını öyrənir. Onun əsas metodiki arsenalı müşahidə,korrelyasiya və eksperiment metodlarından ibarətdir.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin