Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni



Yüklə 93,9 Kb.
səhifə7/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   2   3   4   5   6   7   8   9   10   ...   51
Sosial psixologiya (1)

Sosial qrupun aşağı həddi

Qrupun əmələ gəlməsi üçün ən azı iki adam arasıda qarşılıqlı münasibətlərin yaranması zəruridir. İkitərəfli münasibətlər müəyyən motivlə bağlı olub müxtəlif səviyyələrdə təzahür edə bilər. Lakin aydın məsələdir ki, o həmişə ikitərəfli münasibət kimi formalaşır. Buna uyğun olaraq, bəzi müəlliflər (məsələn, Y.Şepanski) iki nəfəri qrup hesab etmirlər. Onların fikrincə, qrupun ən aşağı həddi üç nəfərdən ibarətdir.
Rus psixologiyasında da bəzi müəlliflər (K.Danilin, A.Xaraş və b.) iki nəfəri qrup hesab etmirlər. Onların fikrincə, diadlarda adamlar arasında ancaq emosional təmas mümkündür. Bu, genetik cəhətdən ünsiyyətin ilk formasıdır. Fəaliyyət prosesində əmələ gələn konfliktlər ikinəfərlik qruplarda həll oluna bilməz. Üçnəfərlik qruplarda isə qarşılıqlı münasibətlər bu cəhətdən fərqlənməyə başlayır. Üçüncü adamın iştirakı ilə qrupda yeni mövqe - müşahidəçi mövqeyi yaranır.
Üç adam ünsiyyətə girdikdə, onların qarşılıqlı münasibətləri də mürəkəbləşir. Bu baximdan üç nəfəri qrupun aşağı həddi hesab edən müəlliflərlə bir çox psixoloqlar razılaşırlar, lakin həmin məsələnin tam həll edildiyini demək olmaz.
Qrupu yalnız şəxsiyyətlərarası münasibətlərin xarakterinə görə səciyyələndirmək birtərəfli olardı. Qrup həmişə müəyyən nəzarət formasının, fəaliyyət nümunəsinin və qrup mənsubiyyəti (“biz”) hissinin olmasını nəzərdə tutur. Bütün bu xüsusiyyətlər diadlarda özünü göstərir. Məhz buna görə də sosial psixologiyada uzun müddət diadlar qrup kimi nəzərdən keçirilmişdir.
Diadlar, yoxsa üçəm qruplar?-müasir sosial psixologiyada bu sual daha çox diqqəti cəlb edir. Sualın həlli nəinki qrupun aşağı həddinin, həm də onun optimal miqdarının müəyyən edilməsində böyük əhəmiyyətə malikdir.

  1. Gender və rəhbərlik (liderlik) problemi

Cəmiyyət həyatında qadının rolu günü-gündən artır. XX əsri əsas istiqamətlərindən biri belədir. Güman edirlər ki, qadınlar mühəndis, kosmonavt, rejissor olmaz: XX əsrdə bu etolonlar öz-özünə köhnəldi. Qadın nəinki özünü mühəndis və ya rejissor rolunda təsdiq etdi, həm də lider kimi cəmiyyətin həyatında önəmli rol oynamağa başladı.
II dünya müharibəsindən sonra sosiologiyada yeni bir problem gender problemi əmələ gəldi.Azərbaycan psixologiyasında isə gender problemi XX əsrin 60-70-ci illərində öyrənilməyə başlanılmışdır.
Psixologiyada gender probleminin araşdırılmasında müəyyən istiqamət əmələ gəlib: qadın psixologiyasının xüsusiyyətləri kişi psixologiyası fonunda təhlil edilir. Gender və liderlik probleminin tədqiqində də bu istiqamət güclüdür.
Müəlliflər fikrincə, kişi liderlər daha çox işin keyfiyyətli olmasına qayğı göstərirlər, qadın liderlər isə daha çox iş prosesində insan münasibətlərinə xüsusi diqqət yetirirlər.
Elis İqli və onun əməkdaşları tədqiqatlara əsaslanaraq müəyyən etdilər ki,qadınlar kişilərdən fərqli olaraq onları insan münasibətləri daha çox maraqlandırır.
Qadının həyatı emosional həyatdır. Onlar insan münasibətlərinə son dərəcə həssasdırlar.Bundan başqa, qərar qəbul edəndə insan münasibətlərini nəzərə alırlar.”Yox” deyəndə də, onu qadın səmimiyyəti ilə deyirlər və işçiləri narazı salmırlar.Onların liderlik üslubunun psixoloji konsepsiyası belədir.
Müəlliflər liderliyin situasiya nəzəriyyəsinə söykənərək qeyd etdilər ki, kişinin və ya qadının daha yaxşı rəhbər olub-olmaması onların fəaliyyət göstərdikləri situasiyasının xarakterindən asılıdır. Müəyyən edilmişdir ki, qadınlar ünsiyyət vərdişləri vacib olan sahələrdə ,məsələn, təhsil sferasında adətən daha yaxşı lider olurlar. Kişilər isə qətiyyətlə əmr vermək və nəzarət etmək qabiliyyətinin tələb olunduğu sahələrdə, məsələn orduda daha uğurlu liderlik edirlər.
Müəlliflər fikrincə, bu faktlardan birtərəfli nəticə çıxarmamaq üçün bəzi əlavə amilləri nəzərə almaq lazımdır. Əvvəla, müəyyən edilmiş fərqlər bir o qədər də böyük deyil. Kişilərin də bir çoxu səmərəli ünsiyyət vərdişləri ilə seçilir.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin